BENZİNİN QİYMƏTİ 10 QƏPİK BAHALAŞA BİLƏR
Tarix: 17-01-2013, 08:54 |
Çap et
HAKİMİYYƏTİN ÜMUMİ MARAQLARINI TƏHLÜKƏ ALTINA ATACAQ ADDIM
DİA.AZ: - Nazir Kabinetinin Tarif Şurası prezident seçkiləri öncəsi ümumiqtidar maraqlarını təhlükə altına biləcək bir qərara imza ata bilər. Bu barədə məlumat DİA.AZ-a NK-dakı qaynaqlar tərəfindən ötürülüb.
Mənbə bildirir ki, artıq Tarif Şurasında benzinin və digər yanacaq növlərinin qiymətinin qaldırılması yönündə iş aparılır: «Belə bir təflik dəfələrlə müzakirə olunsa da, qərar verilməmişdi. Amma ola bilsin ki, fevral ayının 1-dən benzinin qiyməti 10 qəpik bahalaşsın».
Xatırladaq ki, hələ bir müddət əvvəldən bütün ölkə miqyasında benzinin qiymətinin bahalaşacağı xəbərini vermişdik. Mənbə isə iddia edir ki, yanvar ayında belə bir təşəbbüslər olsa da, hakimiyyət içində cərəyan edən məlum olaylar proseslərin yubanmasına nədən oldu: «Təbii ki, belə bir addımın atılması YAP iqtidarına qarşı birbaşa təxribat kimi dəyərləndirilə bilər. Təsəvvür edin, prezident maaşların, pensiyaların qalxacağını bəyan edir, amma kimlərsə benzini bahalaşdırmağa çalışır. Hər halda, bu addımın müəlliflərinin nəyəə qulluq etdiklərini təxmin etmək o qədər də çətin deyil. Xüsusən də prezident seçkiləri ərəfəsi olması səbəbindən»…