SABİQ DEPUTATIN SUMQAYITDAKI GİZLİ BİZNESİ
Tarix: 1-01-2013, 12:18 | Çap et
“VORZAKON” QOHUM “CAVİD” TİCARƏT MƏRKƏZİNDƏ HANSI OYUNLAR GEDİR?
DİA.AZ: - Bu günlərdə Sumqayıtın iri iş adamlarından hesab olunan Zaman İsgəndərovun oğlu, sabiq millət vəkili Nizami İsgəndərovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İş adamının sahibi olduğu ticarət mərkəzlərində həddindən artıq sərt qaydalar qoyduğunu bildirən mənbə, sabiq deputata malik alqı-satqı müəssisələrində insanların ağır şərtlər altında çalışdığına diqqət çəkib. DİA.AZ-a bu barədə danışan mənbənin sözlərindən bəlli olub ki, sabiq millət vəkilinə məxsus ticarət mərkəzlərində çalışmaq üçün bütün maddi öhdəliklərlə yanaşı ara-sıra «mənəvi fədakarlıqlar» da göstərmək lazımdır ki, bu «fədakarlığın» konkret nədən ibarət olduğuna aşağıda aydınlıq gətirəcəyik.
Biznesmenin “vorzakon” qohumu
Bir müddət öncə Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Sumqayıta yeni polis rəisi təyin olunan general-mayor Sahib Mirzəyev artıq şəhərdə kriminogen vəziyyəti aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlara görə, yeni rəis Sumqayıtda «Univermaq Zaman» kimi tanınan sahibkar Zaman İsgəndərovun qardaşı oğlu «Caco» ləqəbli Ramin İsgəndərovu həbs etdirib. Qeyd edək ki, R.İsgəndərov «Univermaq Zaman»ın «Əmi» ləqəbli qardaşının oğludur.
Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, «Caco» İsgəndərovlar ailəsinə həmişə probem yaradıb: «Bu adam İsgəndərovlar ailəsi üçün Allah tərfindən göndərilən bir bəladır. «Caco» Sumqayıtda yetənə-yetib yetməyənə bir daş atıb. Onun əməllərinin ziyanını isə həmişə qohum-əqrabası çəkib. “Caco”nun Sumqayıtın kriminal dairələrində nüfuzu olmasa da özünü həmişə avtoritet kimi aparıb. Hər dəfə də əsl avtoritetlərin və «strimlyaqa»ların («Oğru dünyası»nda «Vor v zakone» adı uğrunda mübarizəyə yeni qoşulanlara «strimlyaqa» deyilir) hədəfinə tuş gəlib». Mənbə bildirir ki, R.İsgəndərov bir müddət Z.İsgəndərova məxsus və oğlu keçmiş deputat Nizami İsgəndərovun idarə etdiyi Univermaqda mühafizəçi işləyib. Lakin «Caco» burada da dinc dayanmayıb. O, zərgərlərə qızıl adı ilə saxta üzük və sırğalar düzəltdirərək Univermağın qızıl şöbələrində satdırırmış. Mənbənin sözlərinə görə, hətta onu bir müddət əvvəl buna görə də həbs ediblər. Amma «Caco»nun dəfələrlə həbs edilməsinə baxmayaraq o cinayət məsuliyyətindən yaxa qurtara bilib. Artıq Sumqayıta yeni rəis təyin olunan Sahib Mirzəyev şəhərdə, xüsusilə narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olanların həbsinə göstəriş verib. Eyni zamanda «Caco»nun narkotik maddələrin satışı ilə məşğul olduğu da bildirilir. Elə bu baxımdan onun həbsinin səbəbi də bununla bağlı ola bilər. Digər məlumatlara görə isə «Caco» əmisinə görə həbs edilib. Yəni Nizami İsgəndərovla yanaşı Sumqayıt «kitlərinə» öz gücünü göstərmək istəyən Sahib Mirzəyev adı vayqanlı olan «Caco» nu həbs etdirib. Əməlləri çoxdan Sumqayıtın hüquq-mühafizə orqanlarına məlum olan «Caco» nun məhz indi həbs edilməsi bu ehtimalı bir qədər də gücləndirir. Bu ehtimallardan hansının daha doğru olduğunu deyə bilməsək də onu dəqiq söyləyə bilərik ki, «Caco» nun həbsi «yuxarı»ların razılığı ilə həyata keçirilib.
Sonda onu da qeyd edək ki, bir neçə il əvvəl «Caco» nun böyük qardaşı Fuad İsgəndərov keçmiş təhsil nazirinin müavini əmisi İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus «Ekzotika» adlı barda bıçaqlanmışdı. O zaman da İsgəndərovlar «Ekzotika» barın qapadılmaması üçün xeyli «tərləməli» olmuşdular. Lakin Eldar Əzizovun Sumqayıta icra başçısı gəldiyi gündən məşhur «Ekzotika» bar fəaliyyətini dayandırdı.
Arenda bataqlığı və ya müflis sahibkarlar
N.İsgəndərova məxsus Sumqayıt və Cavid Ticarət Mərkəzlərində yüzlərlə insanın çalışdığına diqqət çəkən mənbə ilk olaraq arenda haqlarının həddindən artıq bahalığından şikayətləndi. Sahibkarın hər kvadrat metrə görə 30 manat məbləğində arenda haqqı aldığını bildirən mənbə, arendatorların bir çoxunun bu məbləği ödəmək iqtidarında olmadığını qeyd etdi: «N.İsgəndərov sahibi olduğu alqı-satqı mərkəzlərində arendatorların öz hesabına həyata keçirdiyi təmirdən sonra arenda haqlarına da yüngülvari əl gəzdirdi . Sabiq deputatın bu yeniliyindən sonra hər kvadrat metrə görə arenda haqqı 30 manat məbləğinə yüksəldi. Lakin bu, iş adamının arenda ilə bağlı həyata keçirdiyi yeganə yenilik olmadı. Ticarət obyektlərinin konfiqurasiyasında ciddi yeniliklər həyata keçirən sahibkar standart otaqların hər birini arendatorlara aylığı 500 manatdan təqdim etdi ki, bu da 2-3 ay ərzində xırda sahibkarların müflisləşməsi ilə müşahidə edildi. Vəziyyət o həddə çatdı ki, sonda N.İsgəndərovun özü müəyyənləşdirdiyi arenda qiymətini 400 manat səviyyəsinə endirməyə məcbur oldu. Lakin N.İsgəndərovun bu «mərhəməti» belə ziyana işləyən arendatorların vəziyyətini yaxşılaşdıra bilmədi. Bu gün «Cavid» Ticarət Mərkəzində çalışan arendatorların böyük əksəriyyəti arenda haqlarını ödəməkdə çətinlik çəkir, aylıq arenda haqqını gəlirlərindən deyil, öz yaxın əhatələrindən borc alaraq ödəyirlər. Mövcud durum arendator və satıcıların hamısını narazı salsa da onların heç biri öz iş yerlərini itirməmək üçün etirazlarını açıq şəkildə dilə gətirmək istəmir, vəziyyətin yaxşılaşacağı ümidi ilə gözləməyə üstünlük verirlər».
N.İsgəndərovun «işıq pulu» biznesi
Sabiq millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.İsgəndərov bu «biznesdən» də xeyli gəlir əldə edir: «Bu gün istifadə edilən elektrik enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödənişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyur».
Arendaya verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondisioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi ilə bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: «Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondisioner sistemindən istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara «işıq pulu» borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdir».
Cavid Ticarət Mərkəzini arendatorlarmı qoruyur?
Arendatorlardan ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alqı-satqı mərkəzinin arendatorların hesabına qorunduğunu vurğuladı: «N.İsgəndərovun ticarət mərkəzinin həyatına gətirdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. N.İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olur».
Mənbə arendatorların aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Mənbənin sözlərinə görə, aylıq ödənişlər sisteminə «işıq pulu», «mühafizə pulu» kimi «ayaqyolu pulu» da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi «gözəgörünməz» ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi.
Nizami İsgəndərovun «mənəviyyat qurbanları»
N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda «mənəviyyat qurbanına» malik olduğunu söylədi: «İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salmağı ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikirli olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, sizin bu «ədəbsizliyinizdən» sonra sizi kabinetinə çağıran N.İsgəndərov sizə əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcək».
Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: «Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz N.İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə qarşılaşmamağa, üz-üzə gəlməməyə çalışır».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Bu gün, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Bu gün, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Bu gün, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
|