"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

21 DEKABR BARƏDƏ DÜŞÜNCƏLƏR
Tarix: 20-12-2012, 11:16 | Çap et
21 DEKABR BARƏDƏ DÜŞÜNCƏLƏR
NƏDƏN DÜNYA MƏHZ BU TARİXDƏ "DAĞILACAQ"?

Məlum olduğu kimi son vaxtlar dünyannın sonu ilə bağlı söz-söhbətlər səngimək bilmir. Nə qədər təkziblər edilsə də xeyri olmur. Hətta, məşhurlar da təlaşlanıblar və təlaşlarını mətbuatdan gizlədə bilmirlər. Diqqətimi çəkən məqam da elə bu oldu-əvvəllər bir çox hadisələrdə olduğu kimi, qiyamətin gələcəyiylə də əlaqədar yaranmış ehtimallara rəsmi təkzib veriləndən sonra sakitlik müşahidə olunurdusa, indi tamamilə əksi baş verir. Qiyamət söhbəti getdikcə daha da yayılır, qiyamətə hazırlıq görənlərin sayısa artmağa başlayıbdır. Bu məqamda bir el məsəli yadıma düşdü: “Od olmayan yerdən tüstü çıxmaz”.
Elə bu məsəllə də fikirləşməyə başladım ki görəsən burdakı “od”-daha dəqiq də “yanan material” nədir belə, bu qədər tüstüsü də oldu. Riyaziyyatdan başım çıxmasa da ilk öncə diqqətimi çəkən rəqəmlər oldu. Hesablayıcı maşına müraciət edib, verəcəyi cavabı gözlədim. Hesablayıcı maşının verdiyi cavabların bəzisi isə doğrudan da qəribə oldu (daha orasını deyə bilmərəm, hesablayıcı maşın nə qədər doğru cavab veribdir, çünki, mən riyaziyyatçı deyiləm, yanlış cavablarınsa babalı kalkulyatorun boynuna).
5, 6, 13 kimi rəqəmləri əsas götürərək hesablamaya başladım (çünki, bu rəqəmlərin birincisi müqəddəs sayılan günün, iki və üçüncüsü isə nəhsliyin simvolu kimi yozulur və zamanın, vaxtın daim irəli getməsinə görə toplamadan (+) istifadə etdim).

On ikinci ayın iyirmi biri:
12+21=33.
Burdakı iki üçün cəmi isə altı edir (3+3+6),-artıq, “yanan materialın” biri üzə çıxmışdı. Digərlərini axtarmağa başladım.
Iki min on ikinci il, iyirmi bir dekabr-bu rəqəmləri tək-tək toplayandan sonra alınan nəticə:
2+0+1+2+2+1+1+2=11.
On bir rəqəmini altıya vuranda isə altmış altı edir (11x6=66).
Bundan başqa 2012-ci ilin 21 dekabrı 5-ci, yəni cümə gününə təsadüf edir. Islam dini inancındakı bəzi rəvayətlərə görə qiyamət məhz cümə günü gələcəkdir.
11 və 6 rəqəmlərini yanaşı düzəndə 116 olur, 116-ı isə 5-ə vuranda 580 alınır (116x5=580), 580 rəqəmindəki 5 və 8-in cəmi isə 13 edir (5+8=13). (başqa variantda da 13 alınır (11+6=17x5=85, 8+5=13).


Yuxarıdakı rəqəmlərə və faktlara baxandan sonra məndə sadəcə olaraq, belə fikir yarandı:
Nəsə ola bilər. Axı, dinlər də gerçəkləmək fikrinə düşübdür-biri nəhs rəqəmlər, digəri müqəddəs saydığı günlə (amma, bunu da qeyd etmək lazımdır ki, bəzi İslami inancla 2012-ci ilin 21 dekabrında gələcək qiyamət ziddiyət təşkil edir. Çünki, İslam dinindəki bəzi inanca görə qiyamətin gəldiyi vaxt insanların böyük əksəriyyəti Allaha, eləcə də qiyamətə inanmayacaqlar və qiyamət də onları gözlənilmədən yaxalayacaqdır. Indi isə tam fərqli mənzərə vardır-insanlar qiyaməti gözləyirlər).
Nə olacaq, nə baş verəcək-bunu demək çox çətindir. Dünya ya dövlət əhəmiyyətli hadisə ola bilər. Məs: hal-hazırda davam edən üçüncü dünya mühabirəsi sona çata və ya daha da şiddətlənə bilər. Yaxud, hansısa dövlətlər arasındakı ərazi iddialarına birdəfəlik son qoyulacaqdır-ya həll olunacaq, ya həll olunmayacaqdır.
Zəlzələ nəticəsində bir ya bir neçə ölkə yerin dibinə gedə bilər, və ya, zəlzələ nəticəsində yerin altından yeni torpaqlar üzə çıxa bilər. Şoranlıqlar yaşıllaşa, vadilərsə şoranlığa dönə bilər.
Kiminsə təpəsinə daş və ya pul düşə bilər. Kiminsə cəmi bircə gündə cinsi dəyişə, kimininsə başında gerçəkdən buynuz çıxa bilər. Hansısa insan heyvana, heyvansa insana çevrilə bilər. Bəşəriyyət üçün əvəzsiz kəşf edilə bilər, yaxud bəşəriyyət üçün daha təhlükəli kəşf edilə bilər (qırıcı silah, zəhər və s. kimi). Fərziyyə kimi çox şey mümkündür, hətta, ən ağlagəlməz hadisələri də fərziyyə kimi demək mümkündür.
Bəlkə də elə baş verməli hadisələr baş veribdir, amma, 21 dekabrda üstü açılacaqdır. Bunu demək çətindir.
Bir şey də diqqətimi çəkdi ki, 2000-ci ildə də, 2010-cu ildə də qiyamətin gələcəyiylə bağlı söhbətlər yaranmışdı (düzdü, indiki kimi geniş əhatəli olmamışdı, amma, insanlarda narahatlıq yaratmışdı) və həmin illərdən sonra dünyadakı fəlakətlərin sayı artmışdı. (2000-ci ildən sonra 11 sentyabr, birləşmiş koalisiya qüvvələrinin əvvəl Əfqanıstan, sonrasa İraqa basqını, Məhəmməd peyğəmbərin karikaturaları, 2010-cu ildən sonra isə Yaponiyadakı faciələr, yenə də başda gələn birləşmiş koalisiya qüvvələrinin (ad köhnə olsa da iştirakçılar elə əvvəlkilər idi) ərəb ölkələrinə hücumu-bunu bizə “Ərəb baharı” kimi də sırımağa cəhd edirlər, Türkiyə-PKK münasibətlərinin heç vaxt olmadığı dərəcədə gərginləşməsi, geylərlə lezbiyanların ifrat dərəcədə çoxalaraq dünyanı “zəbt etməsi” və belə insanların əməllərinin yavaş-yavaş adi hala çevrilməyə başlaması və s. kimi). Məsələyə bu məntiqlə yanaşsaq, belə çıxır ki yenə də dünyadakı fəlakətlər, müharibələr, eləcə də xoşagəlməz hallar tüğyan edəcəkdir. Üstəlik, nəzərə alanda ki qarşıdan nəhs rəqəmi özündə birləşdirən il-2013 (13) gəlir, demək vəziyyətin düzələcəyinə dair ehtimal yoxdur.
21 dekabr həm də dinlərin mübahisəsinə son qoya bilər. Xristianlığa görə dünyanın sonunda İsa peyğəmbər, İslama görəsə imam Mehdi zühur edəcəkdir.
Xristianlğa görə İsa peyğəmbər zühur etdikdən sonra yer üzündə xristianlığı yayacaqdır-bu baş verə bilər, çünki, xristianların aşkar üstünlüyü vardır. Ona görə ki, xristian mənşəli dövlətlər müsəlman ölklərindəki diktatorları çökdürməklə müsəlmanların gücünü bir qədər zəiflətməyə nail olubdur. Amma, İslam dini də belə desək “çıxış yolu” tapıbdır. Islama görə imam Mehdi müsəlmanların çətin günündə zühur edərək müsəlmanları xilas edəcəkdir və bundan sonra yer üzündə İslam dinini quracaqdır-bu da baş verə bilər. Hal-hazırda bir çox müsəlman dövlətləri doğrudan da çətin günlər yaşayırlar. Əksəriyyətində müharibələr, kimisində də terrorçulardır. Kimisinə də xarici dövlətlərdən aramsız təzyiqlər vardır. Belə vəziyyətdə mövcud vəziyyəti-yəni İslami din mühitini qoruyub saxlamaq şansı 50/50-yədir.
Bu da mümkündür ki, 21 dekabr tarixində hər kəsin öz “xilaskarı” zühur edəcəkdir. Yəni, xristianlar İsa peyğəmbərin, müsəlmanlar isə imam Mehdinin zühur etdiyini iddia edəcəklər. Beləcə... dinlər mühabirəsi daha da qızışacaqdır (ayrıseçkilik-filan etmirəm, amma, yəhudilik barəsində heç bir bilgim olmadığına görə bu dindən nəsə yazmadım və bunun bir səbəbi Azərbaycan dilindən başqa bir dil bilməməyimdirsə, digər səbəbi yəhudi dini mətnlərinin bizim dilə tərcümə və nəşr edilməməsidir (yaxud, bu kitablar, mətnlər o qədər azdır ki, mənim kimilər üçün ümumiyyətlə əlçatmazdır). Ona görə belədir ki, müsəlmanlarla yəhudilər arasında da ədavət vardır. Siz heç Türk dilində də Tövrat və ya digər yəhudi dini mətnlərinə rast gəlməzsiniz. Olanlar da ki ciddi mənada işə yaramırlar).
Insanlardan başqa təbiət də dəyişir. Əvvəllər yaz, yay, payız, və qış fəsilləri öz vaxtında gələr, öz vaxtında da gedərdi. Ind bunlar da dəyişib. Yadımdadır, məktəbdə oxuduğum vaxtlarda, yaz tətilindən sonra (o vaxtlar yaz tətili aprelin birində sona çatırdı) məktəbə gedən hər kəs nazik yaz paltarı geyinərdi. Amma, indi... may ayı gəlir, insanlar hələ də evdə peç yandırırlar, evdən çıxanda isə kurtka geyinirlər. Səbəb-havaların soyuq keçməsidir. Yaxud, 2010-cu ilin noyabr ayı sanki, bahar fəsli idi. Amma, 2011-ci ilin noyabrında əməlli-başlı qış fəsli gəlmişdi, deyirdin fevral ayıdır. Başqa bir misal: bilmirəm inanacaqsız ya yox (yoxsa, mənmi məlumatsızammı, başqa bir yerdə olubmu-olmayıbmı-bu barədə bir söz deyə bilmərəm), amma, kəndimdə doğrudan da belə bir hadisə baş veribdir və mənim xatirimdə olanı iki dəfə təkrarlanıbdır. Təsəvvür edin, iyul ayıdır və yağış yağır, bununla eyni zamanda isə əməlli-başlı gün də çıxıbdır! 2011 və 2012-ci ilin yayında belə hadisələr təkrarlanıbdır. Hər ikisi də təxminən 3-5 dəqiqə vaxt müddətində baş veribdir (bu, “çobanaldatması” deyilən yağış növü də deyildir, çünki, “çobanaldatması”nda yağış yağmır, sadəcə bir-iki damcıyla kifayətlənir, hava isə bir qədər buludlu olur, haqqında danışdığımda isə yağış az qala leysan kimi yağırdı, günəşsə öz yerində). Adamın islanmağıyla qurumağı bir olurdu. Halbuki, əvvəllər belə əndrabadi hadisələr ümumiyyətlə olmurdu.
Alimlərin deməsinə görə bundan sonra düz-əməlli hava şəraiti olmayacaqdır. Səbəb isə qlobal istiləşmədir. Doğrusu, qlobal istiləşmənin nə olduğunu bilmirəm, ancaq, fakt budur ki, təbiət də dəyişməyə doğru gedir.
Göründüyü kimi çox şey qarmaqarşıqlığa gedib çıxır, yaxşılıq vəd edən nəyəsə rast gəlmək müşkül işdir. Deməli, hələ neçə-neçə müxtəlif tipli qurbanlar verməliyik (insan, heyvan, ərzaq, təbiət və s. kimi qurbanlar). Keçid mərhələsi hələ bir müddət də davam edəcəkdir. Yəni bundan sonra baş verəcəklər qaydalardan kənar olacaqdır. Indiki dillə desək, anormallıq üstünlük təşkil edəcəkdir.
Bura qədər yazdığım uzun-uzadı “mühazirə”mdən də göründüyü kimi şəxsən özüm qiyamətin gələcəyinə inanmıram. Çünki, dünya hələ ki tükənməyib və dünyada açılmaz sirlər qalmaqdadır. Yol, bitdiyi yerdə sona çatır. Qabda heç bir şey qalmayanda bom-boş olur. Dünyanınsa nə yolu sona çatmayıb, nə də qabı boşalmayıbdır. Hələ gediləsi yollar, axtarılası qablar vardır.
Bəli, dünya yenidən qurulmağa doğru gedir və bundan sonra insanlarda qiyamət inancı tədricən itməyə başlayacaqdır...
P.S. Artıq dərəcədə xaiş edirəm, bu yazımdan sonra mövhumatçılığa qapılmayın, burda yazdıqlarım sadəcə olaraq fərziyyələrdir. Buna bir yazarın təxəyüllü də demək olar.

Şərqin ƏHMƏDOV - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru