Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                     İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... .....                     Zelenski bununla NƏ ETSİN AXI... .....                     Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb .....                     Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT .....                     İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir? .....                     Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                 

ÇOXMƏRTƏBƏLİ ÖLÜM
Tarix: 19-09-2011, 13:41 | Çap et
ÇOXMƏRTƏBƏLİ ÖLÜM

QATİL GÖYDƏLƏNLƏR ÖZ QURBANLARINI NECƏ MƏHV EDİR?

DİA.AZ: - Artıq bir neçə ildir ki, istər paytaxtda, istərsə də əyalətlərdə müxtəlif tikinti şirkətləri tərəfindən inşa edilən göydələn binaların sayı günbəgün artmaqdadır. Azərbaycan reallığında olduqca sərfəli biznes olan mənzil alqı-satqısının tikinti şirkətlərinə qazandırdığı külli miqdarda sərvətin nəticəsidir ki, bu gün orta məktəb və uşaq baxçasından tutmuş xəstəxana həyətlərinə qədər dövlət əhəmiyyətli torpaq sahələri də çoxmərtəbəli binaların tikinti meydançasına çevrilib.

Maraqlıdır ki, ölkə mətbuatı və tikinti üzrə mühəndis-ekspertlərin hamısı Azərbaycanda tikilən göydələnlərə münasibətdə yaınız bir faktın – onların keyfiyyətsiz inşası və bu səbəbdən də yeraltı təkanlara dayanıqlığının aşağı olması gerçəyinin üzərində dayanır ki, bu da problemin başqa tərəflərinin kölgədə qalmasına səbəb olur. Məsələ bundadır ki, bu gün zahiri əzəzməti və təntənəsi görünüşü ilə insanda rəğbət oyadan bu binaların böyük əksəriyyəti qatil funksiyasını yerinə yetirir. Çoxmərtəbəli ölüm maşınının insan həyatına necə və hansı şəkildə qəsd etdiyinə gəlincə, bu, xeyli maraqlı və bir o qədər də dəhşətlidir.

Kölgədə gizlənən ölüm

İlk öncə qeyd edək ki, ölçü və təyinatından asılı olmayaraq gerçəkləşdirilən hər bir tikilinin inşasında vətəndaşların çökmə və uçqun kimi təhlükələrdən sığortalanması üçün onların bilavasitə fiziki xəsarət almasını önləyən təhlükəsizlik tədbirləri həyata keçirilir. Bina inşasında istifadə olunan tikinti materiallarının keyfiyyətli olması, onların lazımi dəqiqlik və miqdarda istifadəsi bu cür təhlükələrin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Lakin bu cür binaların inşasında gözlənilən, daha doğrusu, gozlənilməli olan şərtlərdən biri də vətəndaşların gigiyenik təhlükəsizliyinin təminatı ilə bağlıdır. Hələ sovet dönəmində aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, yaşayış binalarının bir-birinə hədddindən artıq yaxın məsafədə tikilməsi olduqca təhlükəlidir. Yaşayış binalarının bu şəkildə inşasının ölümgül xəstəliklərə yol açdığı dünya elminin çoxdan bəridir ki, qəbul etdiyi həqiqətlərdən biri olsa da, Azərbaycanda bu məsəsləyə yetərincə diqqət yetirilmədiyi məlum həqiqətlərdən biridir.

“Dünya” İnformasiya Agentliyi (diaaz.space) tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, bir-birinə yaxın məsafədə tikilən binalar arasında məsafə həddindən artıq az olduğu üçün təhlükəli mikrob və bakteriyaların təbbi şəkilıdə məhvini həyata keçirən gün işığı sözügedən yaşayış obyektlərinin heç də hər tərəfini əhatə edə bilmir. Bu cür binalarda binaların bir və ya bur neçə hissəsi sutkanın bütün saatlarında gün işığı üçün keçilməz olur ki, bu da infeksion xəstəliklərin kölgə mühitində sürətlə artıb çoxalmasına gətirib çıxardır. Ümumiyyətlə, qəbul edilmiş standartlara əsasən binalar arasındakı məsafə onların hündürlüyündən iki dəfə çox aralı olmalıdır ki, gün ərzində lazımi qədər günəş işığı ilə təmin edilsin. Mütəxəssislərin hesablamasına görə, binaların kölgəsində artıb çoxalan mikrobların məhvi üçün onların kölgə saldığı əraziyə yay aylarında gündə ən azı 5 saat, yazda və payızda 3 saat, qışda isə 1 saat gün işığı düşməlidir. Lakin Azərbaycan reallığında inşa edilən binaların nəinki bu tələblərə qismən də olsa cavab vermədiyi, ümumiyyətlə, bu prinsiplərdən yerli-dibli uzaq olmasının nəticəsidir ki, bu gün həmin binalar ölüm yuvasına çevrilib. Hazırda ölkə paytaxtında istifadəyə verilən və demək olar ki, bir-birinə bitişik şəkildə inşa edilən binaların mikrob və infeksiya ocaqlarına çevrildiyi inkarolunmazdır. Ancaq təəssüflər olsun ki, ölkə göydələnləri ilə bağlı yeganə təhlükəli məqam yalnız bu deyil. Göydələnlərlə bağlı problemlərdən biri də onların əhatəsində əkilən ağaclarla bağlıdır.

Ölüm saçan yaşıllıqlar

Göydələn binların inşası ilə bağlı həyata keçirilməli olan kompleks tədbirlərdən biri də bu cür binaların tikildiyi ərazidə idman komplekslərinin və yaşıllıqların salınması ilə bağlıdır. Keçmiş sovet dönəmində qəbul edilmiş normativlərə görə, istənilən yaşayış rayonunun ərazisinin ən yaxşı halda yalnız 25%-ni göydələnlər təşkil etməli idi. Qalan ərazinin insanların sağlamlığı üçün idman kompleksləri və yaşıllıqlarla əhatə olunması vacib hesab edilirdi. O dövrün məlum standartlarına əsasən yaşayış binalarının mövcud olduğu rayonun ərazisinin 12,5%-ni uşaq meydançaları, 6,5%-ni idman meydançaları, 41,5%-ni yaşıllıqlar təşkil etməli idi. Xatırladaq ki, bugünki ekoloji böhran şəraitində yaşayış ərazisində yaşıllıqların artırılması ilə bağlı ötən illər üçün müəyyənləşən tələblər daha da artıb. Bu tələblərin hansı səviyyədə artırldığını müəyyən etmək üçün, təkcə bu fakta nəzər salmaq kifayətdir ki, bu da ABŞ-ın ümumi ərazisinin 25%-nin sonradan salınmış yaşıllıqlardan ibarət olması ilə bağlıdır. Bundan başqa, göydələnlər önündə əkilən ağacların növ və xüsusiyyətinə də ciddi şəkildə fikir verilməsi zəruridir. Belə ki, elmi baxımdan yaşayış binalarının qarşısında, çinar, söyüd kimi ağacların əkilməsi yolverilməz hesab edilir ki, bunun da çox ciddi səbəbi mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sözügedən ağacların yarpaqları ətrafdakı mikrob və bakteriyaları özünə cəlb edən və bu mikrobları öz yarpaqlarının alt hissəsində cəmləyərək artırıb çoxaldan ağaclar kimi, insanların gur məskunlaşdığı yerlər üçün arzuedilməzdir. Sıx yaşayış zonalarında daha çox iynəyarpaqlı ağacların əkilməsi məsləhət görülür ki, bu da məlum ağacların vərəm çöpləri də daxil bir sıra mikrobları özünə cəlb edib məhv etməsi ilə bağlıdır. Lakin bu gün Azərbaycanda tikilən göydələnlərə ötəri də olsa nəzər salmaq kifayətdir ki, binaların ən cüzi yaşıllığa belə həsrət qalması məlum olsun. Həmçinin, əkilən tək-tük ağaclar içərisində də söyüd və çinar kimi təhlükəli ağac növləri üstünlük təşkil edir ki, bu da həmin ağacların iynəyarpaqlı və digər növ ağaclara nisbətən daha tez böyüməsi ilə əlaqədardır. Bu isə tikinti və abadlıq işləri aparan şirkətlərin insanların sağlamlığından başqa hər şey haqqında düşündüyündən xəbər verir.

İkiqat tələ

Binaların bir-birinə yaxın məsafədə inşasını arzuedilməz edən məqamlardan biri də fövqəadə hallar – xüsusilə də zəlzələ zamanı insanların təxliyyə üçün toplaşa biləcəyi geniş, açıq bir sahəyə ehtiyac duyulması ilə bağlıdır. Qərb ölkələri və eləcə də qonşu Rusiyada göydələnlərin inşası zamanı nəzərə alınan amillərdən biri də binalar arasında kifayət qədər boş, geniş ərazinin olmasıdır ki, bu da təbbi və ya texnogen qəzalar zamanı insanların təhlükəli ərazidən tez və qısa zaman ərzində köçürülməsini təmin edir. Odur ki, sözügedən ölkələrdə binalar arasında park və xiyabanların salınması, idman meydançalarının yaradılması həm də bu məqsədə hesablanır. Xatırladaq ki, paytaxt Bakıda tikilən göydələnlərin inşasında bu amil də nəzərə alınmır ki, bu da istənilən orta ballıq zəlzələdə çox böyük itkilərə səbəb ola bilər. Qeyd edək ki, türkiyədə gerçəkləşən məşhur istanbul zəlzələsi zamanı on minlərlə insan məhz göydələnlər arasındakı park və meydançalarda gecələyərək zəlzələnin növbəti dalğalarını dəf etmiş və bunun sayəsində əlavə itkilərin verilməsinin qarşısı alınmışdır. Azərbaycandakı göydələnlərin əhatəsində bu cür yelərin olmadığını nəzərə alsaq o zaman, varılığı ölüm bəxş edən binaların təbii fəlakət zamanı yerlə bir olacaq divarlarının da gizlənməyə yer tapa bilməyən insanların üzərinə aşacağı məlum olar. Məhz bu baxımdan hazırda minlərlə insanın məskunlaşdığı göydələnləri vətəndaşlar üçün hazırlanmış ikiqat tələ kimi qiymətləndirmək mümkündür.


Pulla alınan ölüm

Yuxarıda qeyd etdiyimiz kimi, yaşayış binalarının inşası üçün gərəkli olan tələblər kifayət qədər böyükdür. Lakin pulun hər cür qayda-qanundan üstün mövqedə qərarlaşdığı Azərbaycanda bu amillərin yerli-dibli nəzərə alınmadığı insanların böyük əksəriyyəti üçün nəini məlum, həm da normal və təbiidir. Ancaq nədənsə insanlar unudur ki, uzun illər ərzində min bir əziyyətlə qazandıqları pulla aldıqları mənzil onlarda cəmi bir neçə ildən sonra amansız xəstəliklərə düçar edəcək. Rahat və geniş mənzillərdə yaşayaraq sağlam həyat tərzi keçirdiyini düşünən insanların bəlkə də bəlli bir qismi ömürlərinin sonuna üzləşdikləri xəstəliklərlə mübarizə aparacaq, lakin bu xəstəliklərinin kökünün yaşadıqları bina ilə əlaqədar olduğunu, hər işə gedəndə, hər işdən qayıdanda bu xəstəliyin düz ortasından keçib getdiklərini ağıllarına belə gətirməyəcəklər. İnsanlar bilməyəcək ki, apardıqları müalicə başa çatar-çatmaz yenidən xəstəliyə düçar olmaqlarının yeganə səbəbi onların gigiyenik baxımdan yararsız olan binada məskunlaşmaları, bu binanın ölüm qoxan nəfəsini içlərinə çəkmələridir. Və insanlar bilməyəcək ki, onların mənzil adı ilə aldıqları şey əslində ölümün ta özüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru