Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

ŞOK: QƏBƏLƏ RLS DÜŞÜNÜLƏNDƏN DƏ VACİB KƏŞFİYYATÇI İMİŞ
Tarix: 13-12-2012, 09:13 | Çap et
ŞOK: QƏBƏLƏ RLS DÜŞÜNÜLƏNDƏN DƏ VACİB KƏŞFİYYATÇI İMİŞ
RUSLARI QƏBƏLƏDƏN ABŞ QOVUB

Rusiyanın Qəbələ RLS-i itirməsi rəsmi Bakının icarə haqqını astronomik həddə çatdırması yox, Amerikanın “Ulduz müharibələri” proqramının həyata keçirilməsi planları barədə şantajı nəticəsində baş verdi.

2006-cı ilin sonunda Corc Buş administrasiyası Avropada dörd mərhələli raketdənmüdafiə (RM) elementləri sistemi yaradıldığını elan etdi. O, Avropa ölkələrini İran, Suriya, hətta KXDR-in raket-nüvə təhlükəsindən qorumalı idi.

Ruslar əsassız şəkildə dedilər ki, bu proqram Rusiyanın milli təhlükəsizliyinə qarşı yönəlib. Prinsipcə, onlar haqlı idilər.

Proqrama əsasən, birinci mərhələdə Aralıq dənizində “İcis” kompleksləri, “Standard-3” raketləri ilə təchiz edilmiş gəmilər yığışdı. Bundan başqa, Türkiyədə RM radarı yerləşdirildi. İkinci mərhhələdə, 2015-ci il üçün Vaşinqton “Standard-3” raketli mobil batareyaları Rumıniyaya, 2018-ci il üçün Polşaya yerləşdirmək istəyir.

Nəhayət, 2020-ci il üçün bütün NATO ölkələrinin ərazilərini qitələrarası ballistik raketlərdən qorumağa qadir sistemləri işə salmaq planlaşdırılırdı. RM sisteminin son mərhələsi potensial düşmənin raketini uçuşa başlayan kimi tutmağı nəzərdə tutur və qiyməti $500 mlrd-dır. O, həyata keçsə, bütün Rusiya ərazisini əhatə edəcək və RF-in strateji raket-kosmik qüvvələrini zərərsizləşdirəcək.

Rusiya amerikalılara assimetrik cavab verə biləcəkmi? Əlbəttə, yox. Bunu 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqanın “Ulduzlar müharibəsi” proqramına qarşı SSRİ də edə bilmədi. Sovetlər orta və yaxın məsafəli raketləri ixtisar etməli, Qərbi Avropa və Amerika bazalarına olan təhlükələri azaltmalı oldu.

Yeni Buş proqramı rusiyalıları çox qorxutdu. Rəhbərlik anlayırdı ki, sürətlə silahlanma başlasa, ölkənin hərbi-texniki və iqtisadi potensialı bununla ayaqlaşmağa kifayət deyil.

Bu dəfəki razılaşma RF sərhədləri perimetri üzrə bütün istiqamətlərdə Rusiyanın radiolokasiya nəzarətini azaltması şərti oldu. Bu mənada Qəbələ RLS-nin bu RM oyununda niyə mərkəzi rol oynaması aydın olur.

Bu stansiya ABŞ üçün çox vacib olan Hind okeanından Şimali Afrikaya qədər ərazini izləyirdi. Stansiyanın texniki imkanları təkcə uçan obyektləri izləməklə bitmir.

“Dəryal” kod adlı Qəbələ RLS 1985-ci ildə istifadəyə verilib və futbol topu boyda obyekti 6000 km məsafədə, modernləşəndən sonra 8500 km məsafədə aşkar etmək imkanına malik idi. Onun dəqiq parametr ölçməsi, yüksək sürət və buraxılış qabiliyyəti, maneələrə davamlılığı, eyni zamanda o cümlədən suyun altında 100-ə qədər obyekti tapıb müşahidə etmək imkanı var. Stansiya informasiyanı özü işləyə bilmir və Moskva ətrafındakı “Kvadrat” və “Şvertbot” mərkəzləri ilə birgə təhlil edir. Bu, güclü kəşfiyyat strukturudur, bütün bu məkanda amerikalıları izləyə bilər. Bu isə sonuncuların planına daxil deyil.

Kreml hətta Amerikanın müşahidəsi altında bu vacib kəşfiyyat obyektini əlində saxlamağa çalışdı. Təsadüfi deyil ki, 7 iyun 2007-ci ildə Almaniyada "8-lər sammiti"ndə prezident Putin ABŞ-ə təklif etdi ki, stansiyanı birgə işlətsinlər. Bu, Moskvanın Amerikanın hərəkətlərini izləməməsinə zəmanət idi. Putin dedi: “Rusiya ABŞ-a təklif edir ki, “RM monitorinqi üçün” (xüsusən İrana) Qəbələ RLS-in imkanlarından birgə istifadə etsinlər. Əgər ABŞ təklifi qəbul etsə, Şərqi Avropada RM elementləri yerləşdirməyə ehtiyac qalmayacaq”. Bu ideya rədd edildi və ruslar, sonrakı hadisələr göstərdiyi kimi, gərgin danışıqlardan sonra geri çəkilməli oldular. Bu mübahisəyə nöqtəni 2008-ci ilin maliyyə böhranı qoydu. O, Moskvanı məcbur etdi ki, assimetrik cavab planından əl çəkmək bir yana, ordunun yenidən silahlandırılması planlarını daraltsın.

Bu məsələdə sonuncu nöqtə 2011-ci ilin payızında qoyuldu. Bu, Azərbaycan rəhbərliyinin hərəkətlərindən də görünür: düz bir il əvvəl Qəbələ RLS-in icarə qiyməti $7 mln-dan $300 mln-a artırıldı. Bu addım stansiyanın gələcəkdə fəaliyyətini dayandırması üçün bəhanə oldu. Aydındır ki, rəsmi Bakı iki səbəbdən belə şərt qoya bilməzdi: əvvəla, Əliyev öz potensialına görə Moskvanın iradəsinə qarşı çıxa bilməzdi, ikincisi, Rusiya hərbi iştirakının olmaması Əliyevin ABŞ ilə Rusiya arasında manevr imkanını daraldar, Bakının arzu etmədiyi demokratikləşmədə israr edən Vaşinqtonun təsirini artırardı. İcarə haqqının artırılması şəklində formal diplomatik bəhanə həm amerikalılara, həm ruslara lazım idi. Sifətini qorumaq üçün ikincilərin buna ehtiyacı daha çox idi.

Rusiyanın kəşfiyyat imkanlarını azaltması zərurəti versiyasını o da göstərir ki, Qafqaz silsiləsinin arxasındakı Armavirdə tikilən “Voronej” RLS Qəbələ RLS-i əvəz edə bilmir. В«Bu, zəif stansiyadır, onun imkanları Qəbələ RLS-dən xeyli azdır, hərçənd ruslar başqa cür deyir.... Ruslar Qəbələ RLS-in modernləşməsinə $1 mlrd qoyub, halbuki Armavirdəki stansiyaya $70 mln xərclənib. Armavirdəki stansiya 2500 km, Qəbələ RLS 8500 km məsafəni əhatə edirВ», deyə WikiLeaks müdafiə naziri Səfər Əbiyevə istinadən məlumat vermişdi. Bu sözləri nazir 14 mart 2009-cu ildə ABŞ-ın Bakıdakı səfiri Enni Dersə demişdi.

Səfir Dersin 19 mart tarixli məlumatından görünür ki, ABŞ Avropada RM sistemləri qurmaq təşəbbüsünü açıqlayandan sonra Moskva Qəbəblə RLS-dən imtina və 2012-ci ildə sazişin uzadılması da daxil ziddiyyətli danışıqlar aparıb. Bu, onu göstərir ki, bu məsələ ABŞ-la RF arasında intensiv bazarlaşma mərhələsində olub.

Stansiyanın taleyi 12 sentyabr 2012-ci ildə həll edildi. ABŞ Milli Tədqiqatlar Şurası Ağ Evə və konqresə tövsiyə etdi ki, Avropada RM sisteminin dördüncü mərhələsinin həyata keçirilməsindən imtina etsin. "Dördüncü mərhələ ləğv edilməlidir, çünki Avropanı qorumaq üçün ona ehtiyac yoxdur, ABŞ-ın müdafiəsi üçün daha az optimaldır", - deyə məruzə müəllifləri nəticəyə gəliblər. Məruzə müəllifləri istefada olan hərbi rəhbərlər, alimlər, ABŞ administrasiyasının keçmiş məmurlarından ibarət ekspertlərdir.

Ekspertlər təklif edib ki, RM-in dördüncü mərhələsinin ağırlıq mərkəzi Şərqə yerləşdirilsin. MTŞ təklif etdi ki, Alyaskadakı Fort-Qrili və Kaliforniyada Vandenberqdəki obyektlərə əlavə olaraq şaxta bazalı raket bazası ABŞ-ın qitə hissəsində yerləşdirilsin. Daha bir belə bazanı ABŞ-ın şimal-şərq hissəində yerləşdirmək təklif olunur. Ekspert şurasının rəyi o anlama gəlirdi ki, ruslar Avropada Amerikanın RM sistemlərinin dördüncü mərhələsinin dondurulmasının müqabilində Qəbələ RLS uğrunda mübarizədən imtina edir.

10 dekabrda Azərbaycan XİN-i Qəbələ RLS-in bağlanması barədə ciddi qəbul edilə bilməyəcək izah səsləndirdi: stansiya bağlanmazdan əvvəl danışıqlarda "Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazırlıq" nümayiş etdirildi, amma icarə haqqı onları qane etmədi.

Bəyanatın mətnində deyilir ki, dekabrın 10-da Rusiya XİN Azərbaycana 9 dekabr 2012-ci ildə "Qəbələ RLS-in statusu, istuifadə prinsipləri və şərtləri üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında saziş" qüvvəsini itirdiyi üçün stansiyanın istismarının dayandırılması barədə nota verib. Rusiyanın RLS-i icarəyə götürməsi barədə saziş 2002-ci ildə imzalanıb və 24 dekabr 2012-ci ildə bitir.

Maraqlıdır ki, Rusiyanın bu qərarı bütün dünyaya Moskvadan yox, Bakıdan yayıldı. Bu da göstərir ki, RLS-in taleyi haqda qərarın əsl səbəbi Azərbaycan hüdudlarından kənardadır.

P.S. 11 sentyabr 2012-ci ildə Qəbələdə Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının II iclası oldu və 7 sənəd imzalandı. Öz əhəmiyyətinə görə onlar görüşün yüksək statusuna o qədər də uymurdu: metrologiya haqqında, televiziya tərəfdaşlığı, xilasetmə xidməti, toxumçuluq və s. Görüş əvvəlcə Bakıda planlaşdırılırdı, sonradan Qəbələ RLS-in beş addımlığında keçirildi. Bu görüş ABŞ Milli Tədqiqatlar Şurasının məruzəsinin açıqlandığı vaxtda baş verdi və Rusiyanın Azərbaycanda hərbi erasının başa çatması barədə Türkiyə baş naziri Ərdoğanın rəmzi müraciəti oldu.

Turan Analitik Xidməti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru