DAHA BİR YAP-ÇI OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI
Tarix: 11-12-2012, 09:24 | Çap et
"KİMSƏ VƏZİFƏDƏ QOCALMAMALIDIR"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərovun AzNews.az-a müsahibəsi:
- Son vaxtlar siyasi fəaliyyətiniz diqqət çəkmir. Siyasətdən getmisiniz?
- Siyasi fəaliyyətimi əvvəlki kimi davam etdirirəm. Yeni Azərbaycan Partiyasını yaradanlardan biri də mənəm və ilk gündən də partiyadayam.
- Bir ara sizin “vurulmanız” barədə mətbuatda fikirlər yayıldı.
- Belə hallar insan həyatında ola bilər və hər kəs buna öz baxışından mövqe bildirir. Mənim belə bir “vurulmağım” olmayıb, sadəcə olaraq kiçik hadisə baş vermişdi və o da dərhal cənab prezident tərəfindən yoluna qoyuldu. Mən bu məsələnin üzərinə bir daha qayıtmaq istəmirəm. Bu hadisə köhnə olduğu üçün mən bunu yada belə salmıram.
- Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının həmsədri Söyün Sadıqov “Milyarderlər İttifaqı” yaradılandan sonra iqtidarın fəaliyyətini ciddi tənqid edən çıxışları ilə yadda qalıb. Onun bu cür fikirlərini siz necə qarşılayırsız?
- Vallah, mən Söyün Sadıqovu həyatda görməmişəm, ancaq qəzetlərdə şəklini görmüşəm. Bu yeni hadisədir və onlardan biri şəxsən mənim tanıdığım Abbas Abbasovdur. Mən A.Abbasovla baş nazirin birinci müavini olan zaman müəyyən tədbirlərdə görüşmüşəm. Onlar bəyan edirlər ki, biz prezidentimizə və dövlətimizə xələl gətirən hərəkətlər etməmişik. Amma digər tərəfdən də görürəm ki, onlara qarşı reaksiyalar var və onların addımları pislənilir. Görünür ki, bunun zamana ehtiyacı var. Şəxsən mənim üçün bu məsələnin aydınlaşmasına zaman lazımdır.
- Bəzi məlumatlar da yayıldı ki, guya Rusiya Gürcüstanda İvanişvili kimi Azərbaycanda da öz namizədini rəhbərliyə gətirmək istəyir...
- Mən hesab edirəm ki, Rusiyanın “İvanişvili fəndi” ikinci dəfə baş tutmayacaq. Bu idmanda da, həyatda da belə olur. Mən Söyün Sadıqov haqqında hər hansı məlumata malik deyiləm. Ona görə də bu adam haqqında başqa fikir bildirə bilmirəm.
- Azərbaycan iqtidarını tənqid edənlərdən biri də Rüstəm İbrahimbəyovdur…
- Rüstəm İbrahimbəyov azərbaycanlı kimi beynəlxalq zirvələrə qalxıb. Ramiz (red: Mehdiyev) müəllimin də onun barəsində fikirləri olub. İndi onun barəsində müəyyən müzakirələr gedir və sairə. Partiyamızda onunla bağlı müzakirələrdə mən iştirak etməmişəm. Əgər etsəydim, o zaman mən də öz sözümü deyərdim. Mənim R.İbrahimbəyovla əlaqələrim olmayıb, ancaq kənardan-kənara bir-birimizi görmüşük. Mən onu belə tanıyıram. Onun da məni tanıdığını bilmirəm.
- Yəqin mətbuatdan da tanışsınız, Rüstəm İbrahimbəyov islahatların aparılmasını istəyir. Bir vaxtlar siz də islahatların aparılmasını istəmisiniz…
- “İslahat” və “yeniləşmə” sözlərini bir dəfə mən də dedim və ciddi etirazla qarşılandım. Əlbəttə ki, islahatlar və yeniləşmə hər gün olmalıdır. Mən bir il bundan qabaq bu sözləri deyəndə çox ağır ittihamlarla üzləşdim. O zaman mən demişdim ki, dünyada hər şey yeniləşməlidir, yeniləşməyən təkcə qanundur. Bu təkcə mənim sözüm deyil, bu sözün 1000 illik tarixi var. Bu sözə görə mən heç kəsi tənqid edə bilmərəm. Bu sözü mən təqribən 7 il bundan qabaq Milli Məclisdə də demişdim. Özü də mən o zaman bu sözün müəllifinin adını parlamentdə çəkmədim. O zaman Milli Məclisdə demişdim ki, idarəetmə sənətinin əsas vəzifəsi ondan ibarətdir ki, heç kəs öz vəzifəsində qocalmamalıdır. Bunun axı nəyi pisdir? Mən o zaman buna səfirləri misal çəkmişdim. Mənə görə, səfir çalışdığı ölkədə çox qalmamalıdır. İmkan verilməməlidir ki, səfir bir ölkədə çox fəaliyyət göstərsin. Çünki səfir bir ölkədə çox qalarsa, o zaman həmin ölkədə biznes fəaliyyətilə də məşğul ola bilər. Buna görə də əksər ölkələrdə səfir 3-4 il fəaliyyət göstərir, sonra yeri dəyişdirilir. Səfir yalnız və yalnız dövlətin mənafeyini qorumalıdır, səfirin öz mənafeyi “sıfır” olmalıdır. Amma səfir bir ölkədə 15 il işləyəndən sonra əlbəttə ki, öz mənafeyi üçün çalışacaq və dövlətin mənafeyi yaddan çıxacaq. İdarəetmənin də əsas tələbi odur ki, heç kəs öz vəzifəsində qocalmamalıdır. O vaxtı mənim bu cür fikirlərimdən sonra dostum olan Məmməd Nərimanoğlunu Türkiyədən geri çağırıb İspaniyaya səfir göndərdilər. Onda buna hər ikimiz də çox sevindik. Bu mənada yeniləşmək lazımdır.
Amma məmuru öldürmək də olmaz, məmuru bacarığına görə irəli çəkmək lazımdır. Bundan Azərbaycan xalqı da qüdrətlənər.
Bunu kimin deməsindən asılı olmayaraq yeniləşmək vacibdir. Hətta evdəki mebellərin də yerini ildə bir dəfə dəyişmək lazımdır. Bu insanın ovqatını qaldırır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Bu gün, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Bu gün, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Bu gün, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Bu gün, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Bu gün, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Bu gün, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45 |
|
|
|
• Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42 |
|
|
|
• Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40 |
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40 |
|
|
|
|