Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

ETİBAR MƏMMƏDOV BÖYÜK SİYASƏTƏ QAYIDIR
Tarix: 10-12-2012, 09:12 | Çap et
ETİBAR MƏMMƏDOV BÖYÜK SİYASƏTƏ QAYIDIR
O, MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ OLA BİLƏR

Demokratik Qüvvələrin Məşvərət Məclisində (DVMM) təmsil olunan AMİP sədri Yusif Bağırzadə müxalifətin bir araya gəlməsi üçün təşəbbüs yenidən ələ almaq istəyir. AMİP sədri hesab edir ki, Azərbaycanda müxalifətin vahid ünvanı olmalıdır. Bəs görəsən, bu dəfə uzun illərdir baş tutmayan böyük birlik ideyası baş tutacaqmı? Bu və ya digər suallar barədə “Reytinq”ə müsahibə verən Y.Bağırzadə ümidlidir.

- Hazırda Azərbaycanda siyasi müxalifət qüvvələri bir neçə ittifaqda bir araya gəliblər. İctimai Palata, Məşvərtə Məclisi, “Qarabağ” bloku, Ziyalılar Forumu, “Real”və digər birliklərdə inteqdarsiya edən müxalifətin ümumi birliyinə ehtiyac var. Belə baxanda əksər müxalifət partiyaları liberal dəyərlərə söykənib və fundamental fərqliliklər yoxdur. Əgər biz siyasi müxalifət olaraq nəyəsə nail olmaq istəyiriksə, müxalifətin vahid ünvanının yaradılmasına nail olmalıyıq. Bu ünvanda vahid ideya, vahid platforma, vahid namizəd, vahid komanda formalaşmalıdır. Bu gün Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutub. Müxalifətin də, hakimiyyətin də istiqaməti Qərbədir. Hakimiyyətdən tələb olunur ki, iqtisadi, hüquqi, siyasi islahatlara getsin, ona görə də hakimiyyət bu islahatları həyata keçirməlidir. Amma bu günə kimi hakimiyyət heç bir ciddi dəyişikliyə getməyib. Həyata keçirilən dəyişikliklər isə ancaq müxalifətin əleyhinə olub. Bu siyasət indi də davam edir. Ona görə də biz demokratik düşərgə olaraq hakimiyyətin bu siyasətinə qarşı birgə mübarizə aparmalıyıq. Bu mənada bizim birliyimiz həm beynəlxalq aləm, həm də Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənir və arzu olunur. Bu birliklər 2013-də müxalifətin qələbəsinə nail olmasaq, heç olmasa, hakimiyyəti islahatlara getməyə məcbur edə bilərik.

- Siz bunu nə qədər real görürsünüz? Axı bu günə kimi cəhdlər çox olub, amma nəticə əldə edilməyib, bu ilin özəlliyi nədir?

- Hər şey mümkündür, amma gərək hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsin. Biz AMİP olaraq ölkənin ən ciddi siyasi qüvvəsindən biriyik. Siyasi partiya olaraq da böyük ambisiyamız var. Ancaq biz müxalifətin ümumi mənafeyi öz ambisiyamızdan əl çəkməyə hazırıq. Deyirik ki, ümumi prinsiplər müəyyənləşməklə limitli bir vaxt çərçivəsində siyasi müxalifətin vahid namizədini də müəyyənləşdirmək olar. Hazırda elə bir situasiya yetişib ki, bizim müxalifət olaraq bir araya gəlməyimiz vacibdir. Çünki hazırkı dönəmdə birlik olaraq demokratik qüvvələrin vahid mərkəzdən təzyiq göstərməsi vacibdir.

- Bəs buna mane olan nədir?

- Hələ ki buna mane olan böyük qüvvə görmürəm. Sadəcə olaraq, bəzi müxalifət qüvvələrindəki yanaşma tərzini dəyişmək lazımdır. Bəziləri deyir ki, mən güclüyəm, sən zəifsən, gəlib mənim yanımda dayanmalısan. Bu kimi ambisiyalardan əl çəkmək lazımdır. Bundan başqa, mən Azərbaycan müxalifətin bir araya gəlməsində hər hansı bir problem görmürəm. Siyasi Partiyalar haqqında qanunla bağlı müzakirələrdə İctimai Palata, Ziyalılar Forumu, Məşvərət Məclisi, “Qarabağ” bloku, “ReAL” birgə fikir mübadiləsi aparıb. Mən bunu müxalifətin bir araya gəlməsi kimi də dəyərləndirirəm. Bu qurumların növbəti mərhələdə daha sıx əməkdaşlıq imkanları açılıb. Ona görə də bu istiqamətdə səyləri artırmaq lazımdır. Belə görünür ki, adı çəkilən qüvvələrin heç biri müxalifətin vahid mövqedən çıxış etməsində problem görmür.

- Amma hazırda Siz deyən təşkilatların liderləri ayrı-ayrılıqda iddialarını ortaya qoyublar. Bir tərəfdə İsa Qəmbər, o biri tərəfdə Rəsul Quliyev, digər tərəfdə Əli Kərimli, İqbal Ağazadə namizəd olacaqlarını bəyan edib. Belə bir şəraitdə vahid namizəd müəyyənləşdirmək çətin olmayacaq ki?

- İndiki mərhələdə kiminsə öz namizədliyini irəli sürməsi tələsik addımlardır. Ümumiyyətlə, mən hər partiyanın bir tərəfdə namizəd barədə bəyanat verməsini düzgün saymıram. Hesab edirəm ki, indi müxalifətin hansı şərtlər daxilində birgə fəaliyyəni müəyyənləşdirmək daha vacibdir, nəinki kimlərinsə ayrı-ayrı namizədliyini açıqlaması. Hazırda müxalifətin bir araya gəlməsi imkanları var və hər kəs bu sitiqamətdə çalışmalıdır. Əgər bu alınmasa, ondan sonra hərə öz namizədini irəli sürmək barədə düşünər. Hələki hərə öz ambisiyasından geri çəkilməlidir. Bu məsələd biz hər kəsdən öncə elan edirik ki, ambisiyamızdan geri çəkilməyə hazırıq.

- Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev və digərləri öz ambisiyalarından geri çəkilməsələr, necə olacaq?

- Onda hərə öz namizədi ilə seçkiyə gedəcək. Bu da həm xalq, həm də beynəlxalq ictimaiyyət tərəfindən qınaqla qarşılanacaq. Çünki müxalifətin bir araya gəlməsi xalqın sifariçidir. Əgər biz xalqın bu istəyinə müsbət cavab verə bilməsək, vəziyyət daha da ağırlaşacaq. O ki qaldı adını çəkdiyiniz liderlərin bir-birinə güzəştə gedib-getməməsinə, bu, onların şəxsi işləridir. Mən onların daxili işlərinə qarışa bilmərəm. Təbii ki, mən istərdim ki, onlar bir araya gəlsinlər. İctimai Palata da, Ziyalılar Forumu da və digər qüvvələr də bu istiqamətdə əllərindən gələni etməlidir.

- Yusif bəy, müxalifətin 2013-cü il seçkiləri ilə bağlı hələlik vahid mövqe yoxdur. Bəs hakimiyyətin seçki ilə bağlı vəziyyətini necə dəyərləndirirsiniz?

- Hkimiyyətin də vəziyyəti bir o qədər də uğurlu deyil. Uzun illərdən bəri ölkədə hər hansı ciddi islahat aparılmayıb. Zaman-zaman demokratik islahatlar adı altında müxalifətin hüquqlarının məhdudlaşdırılması yönündə addımlar atılıb. İslahat aparmayan, ölkədəki vəziyyəti daha da pisləşdirən haakimiyyətin uğur qazanması da çətindir. Bu gün o fikirlər səslənir ki, hakimiyyət 2013-lə bağlı namizədini müəyyənləşdirə bilməyib. Amma o fikirlərlə razı deyiləm. Hesab edirəm ki, hakim partiyanın və onun ətrafında bir araya gələn qüvvələrin 2013-cü ildəki namizədi cənab İlham Əliyev olacaq.

- Bəs hakimiyyətin qalib gəlmək şansı nə qədərdir?

- Əgər müxalifət bir araya gələ bilsə, hakimiyyətin 2013-də qlib gəlmə şansı azalacaq. Amma onu da qeyd edim ki, müxalifət bir araya gələ bilməsə, budəfəki prezident seçkilər də bizim məğlubiyyətimizlə nəticələnəcək. Ona görə də yuxarıda qeyd etdiyim qüvvələr anlamalıdırlar ki, indidən bir araya gəlib vahid mövqedən çıxış etməsək, hakimiyyətin qələbəsinə təminat vermiş olacağıq.

- Bəzi müxalifət nümayəndələri isə bildirirlər ki, demokratik seçki mühiti formalaşmayınca, vahid namizədin də, vahid platformanın da əhəmiyyəti yoxdur. Bu barədə nə düçünürsünüz?

- Biz elə ilk növbədə demokratik seçki mühitinin formalaşması, normal seçki qanunvericiliyinin yaradılması üçün bir araya gəlmək istəyirik. Təbii ki, hər şeydən öncə bu məsələ həll olunmalıdır ki, seçkidə iştirak etməyin bir mənası olsun. Ona görə də ilk öncə müxalifət qüvvələri qeyd-şərtsiz bi araya gəlir, sonra birliyin prinsipləri müəyyənləşir, platforma hazırlanır və sonra vahid namizədin kimliyi barədə düşünülür.

- Sizin indidən vahid namizəd üçün təklif edəcəyiniz şəxs varmı?

- Yusif Bağırzadə böyük bir partiyanın rəhbəridir və bu partiyada bütün qərarlar kollegial qəbul olunur. Əlbəttə, bu məsələ də partiyanın daxilində müzakirə olunmalıdır və müvafiq qurumlar bu haqda qərar verməlidir. Partiyanın verdiyə qərara hörmətlə yanaşaraq, mən də həmin şəxsi dəstəkləyəcəyəm. Onu deyə bilərəm ki, bu adam AMİP xaricində də ola bilər.

- Etibar Məmmədov necə vahid namizəd ola bilərmi?

- Bəli. Etibar Məmmədov da müxalifətin vahid namizədi ola bilər. Biz çox istərdik ki, o, belə bir təşəbbüslə çıxış eləsin. Ancaq belə bir qərarı vermək Etibar bəyin öz səlahiyyətindədir. Hesab edirəm ki, Etibar bəy budəfəki seçkilərə getsə, AMİP-in şansı daha da yüksələr.

- Sizcə, Etibar Məmmədov vahid namizəd kimi İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyevdən daha şanslıdır, yoxsa...

- Müxalifət liderlərindən hamını şanslı hesab edirəm, amma Etibar Məmmədovun potensial daha böyükdür. Müxalifət bu potensialdan istifadə etsə, daha yaxşı olar. Ancaq hər şeydən öncə Etibar bəyin özü qərar verməlidir, daha sonra da kollegial olaraq müxalifət partiyaları bu məsələdə yekdil fikrə gəlməlidir. Gəlin tələsməyək, bu barədə bir az sonra daha ətraflı danışa biləcəyik.

- Yusif bəy, ümumiyyətlə, gələn ildən nə gözləyirsiniz? Hakimiyyət dəyişikliyi olmasa belə, hər hansı bir aktivliyin olacağını proqnozlaşdırırsınızmı?

- Dünya dəyişir, Azərbaycan da dünyanın bir hissəsi kimi dəyişməyə məhkumdur. Bu gün Azərbaycan cəmiyyətində böyük bir gərginlik var. İllərdir ki, hakimiyyət siyasi müxalifəti qeyri-qanuni olaraq küncə sıxışdırıb, ən müqqəs hüquq olan mülkiyyət hüququ total surətdə pozulur, iqtisadi vəziyyət ağırdır, bahalıq baş alıb gedir, verilən məvaciblər bazara uyğun deyil. Belə bir gərgin vəziyyətlə seçkiyə doğru irəliləmək vəziyyəti daha da kritikləşdirir. Siyasi institutların fəaliyyəti məhdudlaşdırıldıqca isə gərginlik başqa müstəvidə ortaya çıxır. Bu isə daha təhlükəli tendensiyadır. Hakimiyyət demokratik islahatlar adı altında yürütdüyü məhdudlaşdırma siyasəti ilə xalqı da, özünü də uçuruma sürükləyir. Nəzərə alsaq ki, həm böyük güclərin, həm də region dövlətlərin hərəsinin burda öz marağı var, o zaman bizim daha diqqətli olmağımız vacibdir. Bu məsələdə isə əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. Ona görə də hakimiyyət ölkədə siyasi institutları məhv etmə siyasətinə son qoymalı və demokratik seçki mühiti yaratmalıdır. Əks təqdirdə mövcud gərginlik ölkə üçün böyük təhlükəyə çevriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru