Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                     Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR .....                     Evləri sökülən “Bayırşəhər” sakinləri... .....                     Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? .....                     Sabiq nazir müavini işdən çıxarıldı .....                     Maştağa sakinlərindən ŞİKAYƏT .....                     Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. .....                     Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı .....                     Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır .....                     Etibar Məmmədov aktiv siyasətə qayıda bilər .....                     Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... .....                     Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… .....                 

Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir - İLGİNC FAKTLAR...
Tarix: 17-03-2025, 11:46 | Çap et
Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs tərəfindən heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması əlaqədar 11.02.2025-ci il tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. MMC ilə 466.690,00 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, bu Qida Təhlükəsizliyi İnstitutunun sözügedən MMC ilə ilk işbirliyi deyil. İnstitut xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 25.07.2024-cü ildə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməli olub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.

Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu ötən il “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda 466.690,00 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması da gözlənilir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.

Qeyd edək ki, “Plastprof” MMC qısa müddətdə dövlət qeydiyyatına alınmasına baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə dərman, sarğı ləvazimatları və materiallarının satınalınması və bioloji aktivlərin alınması üzrə iki müqavilə, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması üzrə 126.357,79 manat məbləğində satınalma müqavilələri bağlayıb.

MMC ötən ilin dekabrında “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi ilə xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə vaksinlərin satınalınması üzrə 797.614,96 manat məbləğində, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə ting və toxmacarların yetişdirilməsi, salınmış yaşıllıqlara düzgün agro texniki qulluq göstərilməsi üçün tələb olunan gübrələrin və dərman preparatlarının satın alınması üzrə 99.938,1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “Plastprof” MMC ayrı-ayrı dövlət qurumlarının keçirdiyi müxtəlif satınalmaların qalibi olub. Maraqlıdır Qida Təhlükəsizliyi İnstitutunu nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlə işbirliyi qurmağa sövq edən nədir?

Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18
İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16
İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı – Ermənistan detalı
Bu gün, 09:15
Qubanın yollarını 2,1 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 09:11
“Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” - Başqa cür ola da bilməz...
Bu gün, 09:09
Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02
Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50
Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru