MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                 

“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
Tarix: 30-10-2012, 10:32 | Çap et
“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
“BU QADIN MƏNİM TANIDIĞIM SAMİRƏ DEYİL”

Saleh Məmmədov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma şəhərdə keçib. 1980-ci ildə orta məktəbi bitirən Saleh Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1981-83-cü illərdə Rusiyanın Surqut vilayətində hərbi xidmət keçib. 1983-cü ildə “gənclər şəhəri”nə dönən Saleh texnikumda oxuya-oxuya ayaqqabı tikməyi də öyrənib. Hazırda Sumqayıt şəhərində yaşayan Saleh Məmmədov köhnə ayaqqabıları təmir etməklə dolanır.

Toy gecəsi uğursuz olub

Saleh deyir ki, tale heç vaxt onun üzünə gülməyib. Çoxuşaqlı ailədə doğulduğu üçün bir qarnı ac, bir qarnı tox böyüyüb. Yaxşı işi, imkanlı valideynləri olmadığı üçün bir qədər gec ailə həyatı qurub: “İlk dəfə evlənəndə 30 yaşım vardı. Anamdan olsaydı, məni 20 yaşında evləndirərdi. Amma mən razı olmurdum. Deyirdim ki, qızları ərə ver, sonra mənə toy edərsən. Yazıq arvad dörd qızı köçürənə kimi mən 30 yaşıma gəlib çatdım”.

Anası Salehə qız tapmaq üçün çox əziyyət çəkməyib. Simuzər arvad qonşu binada yaşayan Elnarəni evinə gəlin gətirib: “Mən o qızı yaxşı tanımırdım. Məndən 10 yaş kiçik idi. Anam dedi ki, başıaşağı uşaqdır, gözümün qabağında böyüyüb. Etiraz eləmədim. El adəti ilə toy edib, Elnarəni evimizə gəlin gətirdik. Elə həmin vaxtdan da mənim “qara günlərim” başladı”.

Elnarə Salehin münasibətdə olduğu ilk qadın olub. Saleh deyir ki, 30 yaşı olmasına baxmayaraq, o vaxta kimi əli heç bir qızın əlinə dəyməyib: “Toy gününün səhəri anam məni çağırıb dedi ki, a bala, gül kimi uşaqdır, niyə o qıza toxunmamısan? Əvvəlcə heç nə başa düşmədim. Üzüm ayağınızın altına, gecə Elnarə ilə yaxınlıq etmişdim. Amma anam məni inandırmaq istəyirdi ki, mən ona toxunmamışam. Anam məni zorla yenidən yataq otağına salıb, qapını da arxadan bağladı. Bir az sonra o, məni bayıra çıxarıb, Elnarənin yanına girdi. Otaqdan çıxanda anamın rəngi qaralmışdı. O, qorxa-qorxa üzümə baxıb, belə dedi: “İndi başa düşdüm ki, sən niyə evlənmək istəmirdin...” Açığını deyim ki, anamın nə demək istədiyini başa düşmədim. O, tez geyinib evdən çıxdı. Mən ondan hara getdiyini soruşanda dedi ki, Coratda yaxşı bir molla var, sənə dua yazdırmağa gedirəm. Mənə gülməyin, amm yenə onun nə etmək istədiyini başa düşmədim. Anam iki saat sonra geri qayıdıb, əlindəki duanı balışıma tikdi. Sonra isə məni yenidən yataq otağına itələdi. Bu minvalla Elnarə ilə növbəti dəfə münasibətdə olduq. Mənim qapıdan çıxmağımla anamın yenidən yataq otağına girməyi bir oldu. Təxminən yarım saat ondan səs-soraq çıxmadı. Mən onun arxasınca yataq otağına girəndə gördüm ki, anam başını əllərinin arasına alaraq, dərin fikrə gedib. O, daha mənə heç nə demədi. Beləliklə, aradan 3 gün keçdi. Bu üç gündə anam balışıma daha 3 dua tikdi. Hiss edirdim ki, qüssə anamı için-için yeyir. Axırda dözməyib, onunla açıq danışdım. Dədəmin goruna and içdim ki, heç bir xəstəliyim yoxdur. Bu sözləri eşidəndə anamın sifətində qəribə ifadə yarandı. O, sanki yuxudan ayıldı. Dedi ki, gəlinə xəbər elə hazırlaşsın, sizi həkimə aparacam. Anamın bizi həkimə aparmaq istədiyini eşidəndə Elnarə özünü itirdi. O, anamın ayağına düşüb dedi ki, qurbanın olum ay xala, məni biabır eləmə. Yalnız bundan sonra anam məsələnin nə yerdə olduğunu anladı. Arvad dərhal zəng vurub, Elnarənin ata-anasını çağırdı. Sən demə, valideynləri Elnarənin qız olmadığını bilirmişlər. Anası ağlaya-ağlaya dedi ki, ay Simuzər, bizi qonşuların içində rüsvay eləmə. Onlar anamdan xahiş etdilər ki, 3 ay Elnarəni qovmayaq, sonra özləri gəlib qızlarını aparacaqlar. Anam xeyli götür-qoy edəndən sonra Elnarənin 3 ay bizdə qalmağına razı oldu. Elə həmin gün mən evi tərk edib, kirayədə qalan bir dostumun yanına köçdüm. Elnarənin valideynləri sözlərinin üstündə dayanaraq, 3 ay sonra gəlib qızlarını apardılar”.

İkinci həyat yoldaşı doğuş zamanı ölüb

Bu hadisədən 6 ay sonra Saleh ikinci dəfə ailə həyatı qurub. O, indi haqq dünyasında olan Arzunu böyük ehtiramla xatırlayır: “Arzu əslən Quba rayonundan idi. Onu bizim ailə ilə anamın rəfiqəsi tanış etmişdi. Çox sakit, mədəni qadın idi. Biz 9 ay bir yerdə yaşadıq. Bu 9 ayda onun bir dəfə də yüksək səslə danışdığının şahidi olmadım. Bəzən bacılarım gəlib bir həftə bizdə qalırdılar. Arzu uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Arzu ilə yaşadığım 9 ayı həyatımın ən xoşbəxt dövrü sayıram. Təəssüf ki, bu xoşbəxtliyin ömrü uzun olmadı. Doğuş zamanı Arzu vəfat etdi. Valideynləri Arzunu Qubada dəfn etsələr də, ildə ən azı iki dəfə onun məzarını ziyarət edirəm”.

Saleh həyat yoldaşını itirsə də, həkimlər uşağı xilas edə bilirlər. O, dünyaya gələn qızının adını Arzu qoyur. İndi Arzu Məmmədovanın 17 yaşı bar. Dörd uşaq atası olan Saleh övladları içərisində ən çox Arzunun xətrini istədiyini etiraf etməkdən çəkinmir.

Ögey ananın qəzəbi

Həyat yoldaşını itirəndən sonra Saleh Məmmədov beş il subay qalır. Amma anası yaşlandığı, qohum-əqrəba isə çox israr etdiyi üçün Saleh üçüncü dəfə evlənməyə razı olur: “Üçüncü həyat yoldaşım kənd qızı olsa da, Bakıda yaşayırdı. Mən onun üzünü ilk dəfə toy günü görmüşəm. Bu işi bacımın baldızı düşüb-qoşmuşdu. Toy günü Samirəyə dedim ki, əgər sən Arzuya yaxşı baxsan, mən də sənə yaxşı baxacam. Bz üç il bir yerdə yaşadıq. Mən evdən səhər çıxıb axşam gəldiyim üçün onun anamla, Arzuyla necə rəftar etdiyini bilmirdim. Anam sakit arvaddır. Bilirəm ki, gəlin onu döysə də, səsini çıxarmaz. Elə bilirdim ki, evdə işlər qaydasında gedir. Bir gün işdən qayıdanda gördüm ki, Arzunun kefi yoxdur. Amma nə qədər elədimsə, mənə heç nə demədi. Hiss etdim ki, uşaq bərk ağlayıb. Birdən gözüm Arzunun əynindəki paltarlara sataşdı. Avqust ayı olsa da, o, uzunqol köynək geyinmişdi. Uşağın əynindəki köynəyi çıxaranda gördüm ki, qolları gömgöydür. Elə bildim ki, dünya başıma fırlandı. Samirənin qızımı döydüyünə zərrə qədər də şübhəm qalmadı. Həmin gün mən də Samirəni döydüm. O vaxta kimi birinci dəfəydi qadına əl qaldırırdım. Amma bununla da ürəyim soyumadı. Uşağı da qoltuğuna verib, onu Bakıya atasının evinə göndərdim”.

Salehlə Samirə bir ay küsülü qalırlar. Amma anası və bacıları çox israr etdiyi üçün bir gün Saleh həyat yoldaşının arxasınca gedir: “Dostumun maşını ilə Samirənin arxasınca getmişdim. Evdə ancaq qayınanam idi. Baxdım ki, uşaq ağlayır, arvad isə onu sakitləşdirə bilmir. Qayınanamdan Samirənin harda olduğunu soruşdum. Əvvəlcə dedi ki, dayısıgilə gedib. Sonra isə sözünü dəyişdi. Belə məlum oldu li, Samirəni 8-ci kilometr bazarına göndərib. Samirənin telefonunu yığsam da, ona zəng çatmadı. Bu işdən əməlli-başlı şübhələnməyə başladım. Dostuma gecə qayınanamın evində qalacağımı deyib, onu Sumqayıta göndərdim. Özüm isə oturub Samirəni gözləməyə başladım. O, gecə saat 12-də evə gəldi. Sərxoş olduğu üçün ayaq üstdə güclə dayanırdı. Bu bir ayda onun geyimi, hərəkətləri xeyli dəyişmişdi. Başa düşdüm ki, bu qadın mənim tanıdığım Samirə deyil. Elə həmin gecə ordan çıxıb, bir də geri qayıtmadım. Samirəni atdığım üçün əvvəllər vicdan əzabı çəkirdim. Bir gün eşitdim ki, Samirə bir İran vətəndaşı ilə ailə həyatı quraraq, Tehrana köçüb. Uşağı anasına vermişdi. Məhkəmə yolu ilə uşağı qayınanamdan aldım. Samirin indi 11 yaşı var”.

...və xoşbəxt sonluq

2003-cü ildə Samirədən ayrılan Saleh Məmmədov 2004-cü ildə yenidən ailə həyatı qurub. Bu izdivacdan bir oğlan, bir qız doğulub. Müsahibimiz deyir ki, həyatının axarını dəyişdiyi üçün Çimnaz xanıma borcludur: “Çimnazla 8 ildir evliyik. O, ilk gündən Arzuya da, Samirə də öz doğma övladı kimi baxır. Arzu ali məktəbə hazırlaşdığı üçün onu çox yormuruq. Amma Samir özündən kiçik qardaş və bacısının dərslərinə kömək edir. Elvin 2-ci, Gülçin isə 1-ci sinif şagirdidir. Həmişə Allaha yalvarıram ki, bu mehribançılığı bizim əlimizdən almasın. Axı, mən xoşbəxt bir yuva qurmaq üçün düz 11 il mübarizə aparmışam...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru