ELDAR ƏZİZOVUN “YAŞIL SOYQIRIM”I
Tarix: 8-11-2011, 14:10 | Çap et
İCRA BAŞÇISININ İSLAHATÇI PLANLARININ PƏRDƏARXASI
Bir müddət əvvəl Sumqayıt şəhərinin icra başçısı dəyişdiriləndə Sumqayıt sakinləri bir-iki gün sevindi. Səbəb uzun müddət Gəncə şəhərinin meri olan Eldar Əzizovun Sumqayıta icra başçısı təyin olunması idi. Əvvəllər dedilər ki, bəs Eldar Əzizov Sumqayıtı yaşadacaq, ay belə işləyəcək, rüşvəti yığışdıracaq, camaatın vəziyyətilə maraqlanacaq və sair. Bu panika sanki Sumqayıt sakinlərində bir ruh yüksəkliyi yaratdı ki, gəl görəsən. İlk günlər Eldar Əzizov özünü həqiqətən də elə göstərdi, şəhəri qarış-qarış gəzdi, vətəndaşlarla maraqlandı, xəstəxanalarda, mənzil istismar sahələrində qəfil yoxlamalar apardı, 5-10 nəfəri rüşvətxor damğasıyla işdən çıxardı. Hamı təzə merin başına and içməyə başladı. Hətta, iş o yerə çatmışdı ki, Sumqayıtda azyaşlılar Eldar Əzizova “Eldar baba” deyirdilər. Amma bu çox uzun sürmədi. Eldar Əzizov təmir- bərpa adı ilə sumqayıtlılara elə dağ çəkdi ki, sakinlər əvvəlki icra başçısı Vaqif Əliyevə şükür elədilər.
Eldar Əzizov ilk olaraq Sumqayıtda yaşıllığı məhv etməyə başladı. Bu proses isə Sumqayıtın girişindəki meşə zolağından başlandı. Sumqayıtın girişində təxminən bir neçə hektarlıq meşə zolağı var idi ki, bu zolaq Sumqayıtın simvollarından birinə çevrilmişdi. Şəhərə xüsusi zövq verən bu yaşıllıq sanki insana bir ruh verirdi. Həm də Sumqayıt o vaxtdan zavodların, kimyəvi maddələr istehsal edən müəssisələrin çoxluq təşkil etdiyi şəhər olduğu üçün burada yaşıllıqlar zolağının olması vacibdir. Bir neçə il əvvəl şəhərdə hektarlarla yaşıllıq zolaqları var idi. Bu zolaqların bir qismini sabiq icra başçısı Vaqif Əliyev məhv etsə də, şəhərin girişinə xüsusi zövq verən bu yaşıllıq zolağına dəyməmişdi. Vaqif Əliyev digər yaşıllıqların bir qismini məhv etsə də, nəsə insafa gəlib həmin yaşıllığı saxlamışdı və elə sumqayıtlılar da məhz bununla səbrlənmişdi. Amma “adalıq meri” kimi tanınan Eldar Əziziov cənablarında bu insaf da olmadı. Köhnə mer qədər də insafı olmayan Eldar Əzizov şəhərə mer təyin olunan kimi birinci bu yaşıllığın axırına çıxdı. Əvvəlcə mer sumqayıtlıları sakitləşdirmək üçün guya budama əməliyyatı apardığını və ağacları cavanlaşdırdığını iddia edərək həmin yaşıllığı məhv etdi. Amma sonra məlum oldu ki, kəsilən ağaclar kökündən qurumağa başladı. Səbəb isə həmin ağacların vaxtından əvvəl kəsilməsi idi. Beləliklə, təzə merin ilk planı Sumqayıta zərbə oldu.
Yeni merin islahatçı planlarının pərdəarxası
Eldar Əzizovun “islahatçı planı”ndan biri də başçılıq etdiyi şəhər icra hakimiyyətindəki “təmizləmə əməliyyatı” oldu. Cənab mer icra başçısı təyin olunan kimi başladı MİS rəhbərlərini sıxışdırmağa. Adını da qoydu ki, guya onlar rüşvətxorluq yayır, camaatı süründürür və sair. Bu adla Eldar Əzizov hər həftə bir neçə mənzil istismar sahəsinə gedib onları yoxladı, hər həftə iki sahə rəisini işdən azad elədi. Sumqayıtlılara da dedilər ki, guya təzə rəislər heç kimdən pul almayacaq, Sumqayıt aydınlığa çıxacaq, rüşvətsiz Sumqayıt şəhəri yaranacaq. MİS rəhbərlərini “təmizləyən” icra başçısı bundan sonra icra hakimiyyətinin aparatındakı vəzifəlilərə keçdi. Bu münvalla mer icra hakimiyyətində də beş- altı vəzifəlini danlayıb işdən çıxardı, o birilərinin də gözünün odunu aldı. Sonradan məlum oldu ki, icra başçısı bu əməliyyatla heç də xalqı rüşvətxor məmurlardan qurtarmaq istəmir. Məqsəd ətrafını yad insanlardan təmizləmək və vəzifəli şəxsləri özündən asılı vəziyyətə salmaqdır. Heç bu əməliyyatdan 10 gün keçməmiş yenə də eyni vəziyyət yarandı. Təzə vəzifəyə gətirilən insanlar yenə də köhnə prinsiplərlə işləməyə, vətəndaşları süründürməyə başladılar. Eldar Əziziov vəzifəyə təzə təyin olunanda təxminən bir ay həftədə 2-3 dəfə müşavirə keçirir, vətəndaşları növbəsiz qəbul edirdi, onların problemlərinin dinləyirdi. Bu da sən demə görüntü yaratmaq, məmurlar barədə məlumat toplamaq xarakteri daşıyırmış. Bir aydan sonra Eldar Əzizovun da qəbuluna düşmək müşkül məsələyə çevrildi. İndi vətəndaşlar aylarla icra hakimiyyətinin qəbul şöbəsində gözləsələr də, Eldar Əzizovun qəbuluna düşə bilmirlər. Hər gün yüzlərlə sumqayıtlı icra hakimiyyətinin qarşısında süründürülür, qəbula düşmək bu insanlara qismət olmur ki, olmur.
Sumqayıtı bürüyən küçə ticarəti və ya Eldar Əziziov Nizami Gəncəvidən qisas alır Yeni icra başçısının gəlişilə Sumqayıtda artan qanunsuzluqlardan biri də küçə ticarətidir. Şəhərə mer təyin olunduğu ilk günlərdə Sumqayıtın əsas küçələrindəki hətta qanuni ticarət köşklərini də “küçə ticarəti” adı ilə ləğv edən, dağıdan mer bir müddətdən sonra özü küçə ticarətinə şərait yaratdı. İndi şəhərin əksər küçələrində küçə ticarəti baş alıb gedir. Əgər əvvəllər bu alverlər konkret yerlərdə olurdusa, indi artıq şəhərin hər küçəsində küçə ticarətçilərinə ifrat dərəcədə rast gəlmək olur. Artıq şəhərin mərkəzi küçələrində də küçə ticarəti pərakəndə halda tüğyan edir. Satıcılar icra hakimiyyətinin departament işçilərinin şifahi razılığı ilə küçələrdə nə gəldi satır, sakinlərin hərəkətinə mane olurlar. Maraqlı fakt odur ki, Eldar Əzizovun başçılıq etdiyi Sumqayıtın mərkəzindəki ən görkəmli parklardan olan Nizami parkı da bazara çevrilmək üzrədir. Küçə ticarətçiləri icra hakimiyyətinin şifahi razılığı ilə burada nə istəsən satırlar. Bir tərəfdə siqaret, spirtli və spirtsiz içkilər, digər tərəfdə pal-paltar, göy-göyərti və sair. Kim nə istəyir burda satır, park bərbad vəziyyətə salınıb. Həmin park Sumqayıtın tanınmış biznesmeni, “Univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun oğlu, sabiq deputat Nizami İsgəndərov tərəfindən yaradılmış səliqəli bir park idi. Məlumata görə, həmin parkda Nizami İsgəndəriovun vəsaiti hesabına dahi şair Nizami Gəncəvinin heykəli də ucaldılıb və park lazımi səviyyədə qorunurdu. Eldar Əzizov icra başçısı təyin olunandan sonra isə Nizami parkı pis vəziyyətə salınıb və park xırdavat bazarına çevrilib. Deyəsən cənab Əzizov Gəncədən çıxdığı üçün gəncəlilərin heyfini dahi şair Nizami Gəncəvidən çıxmaq istəyir. Elə ona görə də, xırdavat bazarını bu parka salıb.
Eldar Əziziov qanunsuz tikililəri necə qanuniləşdirir
Merin təyinatından sonra Sumqayıtda qanunsuz tikililərin də sayı durmadan artır. Bir vaxtlar Sumqayıt sakinləri deyirdilər ki, bu şəhərdə qanunsuz tikililərin sayını Vaqif Əliyevdən çox artıran olmayıb. Çünki, hamı şəhərdə Vaqif Əliyevi “metrə Vaqif” kimi tanıyırdı. Amma indi sumqayıtlılar Vaqif Əliyevin vaxtında qanunsuz tikili olmadığını iddia edir. Eldar Əzizov bura başçı təyin olunandan sonra Sumqayıtda sanki hər gecə 10 qanunsuz tikili artır. Şəhərin baş arxitektoru və onun adamları şəhərin hətta zibillik yerklərini, yaşayışa yararsız olan ərazilərdə də ev tikintisinə icazə verirlər. Artıq Sumqayıtda bir boş yer qalır ki, o da şəhərin mərkəzi küçələridir. Belə getsə deyəsən təzə merin adamları mərkəzi yolları da halaylayıb mənzil üçün satacaq. Çünki, artıq zavod əraziləri, məktəb sahələri, poliklinika və xəstəxanaların ətrafı tikinti üçün zəbt olunub. Artıq hər yer əsassız tikintilərdən ibarətdir. Sakinlər deyirlər ki, adı qanunsuz tikili olan bu evlər əslində icra hakimiyyətinin icazəsilə inşa edilir. Yəni, icra başçılsının adamları əvvəlcə həmin satılan torpaqları zəbt olunmuş ərazilər kimi qeydiyyata alır və orada mənzil və digər obyektlərin tikilməsinə icazə vermir. Yerin sahibi tikintiyə başlamazdan əvvəl icra hakimiyyətində məhz bu işlə məşğul olmaq üçün ayrılan şəxslərlə görüşür və onlardan razılıq alandan sonra tikintiyə başlayır. Bu razılıq isə elə-belə verilimir. Əks halda vətəndaş həmin ərazidə daşı daş üstə qoya bilməz. O saat Eldar Əziziovun rəhbərlik etdiyi icra hakimiyyətinin adamları tökülüşüb tikilini dağıdır və tikinti sahibinə təzyiqlər edir.
Bir sözlə, bu gün Sumqayıt sakinləri yenidən qara günmlərini yaşamağa başlayıb. Yenə sakinlər süründürməçilikdə, yenə məmurlar köhnə prinsiplərlə işləyir və heç nə dəyişməyib. Dəyişən yalnız şəhərin yeni meri və yeni özbaşınalıqlardır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|