“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi .....                     Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... .....                     FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir .....                     Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən .....                     Azərbaycanlı gənc Şimali Osetiyada öldü .....                     Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, .....                     Rusiya Ermənistanı açıq şəkildə hədələdi .....                     Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                     Qabil Məmmədovla bağlı istintaq başa çatdı .....                     Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? .....                     Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var .....                     “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi .....                     Qardaşlığının və həmrəyliyin əsl nümunəsi .....                     Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü .....                     Avstriya şirkəti Azərbaycan bazarından gedir .....                     Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     Partlayan bombalar Azərbaycanı da “vurdu” .....                     Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... .....                     Əlilliyi olan işçilərin bu hüquqları var imiş... .....                     İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu .....                     Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... .....                     Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb .....                     Xamenei ÖLSÜNMÜ, QALSINMI? .....                     Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                 

“Dramatik rolları elə oynayaram ki, hamı məəttəl qalar” - Arif Quliyev
Tarix: 4-11-2015, 09:05 | Çap et
“Dramatik rolları elə oynayaram ki, hamı məəttəl qalar”
Son dönəmlər sənət aləmində sanki “yarpaq dökümü” baş verir. Belə ki, respublikamızın tanınmış, canlı əfsanələri bir-bir həyata əlvida deyirlər. Tez-tez yaşlı sənətkarlarımızın xəstələndiyi, əməliyyat olunduğu və ölüm xəbərlərini eşidirik.

Ötən gün xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yarandığını eşitdik. Xalq artistinin mətbuatda yarıciddi, yarızarafat narazılığı yer almışdı: “Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm. Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram”.

Biz də gülüş ustasının səhhətini xəbər almaq, hal-əhval tutmaq üçün onunla əlaqə saxladıq. Amma çox sevindiricidir ki, eşitdiklərimizin tam əksini öyrəndik. Belə ki, A.Quliyev bizimlə söhbətində tam sağlam olduğunu, mətbuatda yayılan xəbərlərin şişirdildiyini qeyd etdi. Xalq artisti hazırda istirahət etdiyini, yaxın gələcəkdə yeni layihələrlə tamaşaçıların görüşünə gələcəyini də bildirdi.

- Arif müəllim, səhhətinizdə problemlərin olduğunu eşitdik. Hazırda vəziyyətiniz necədir?

- Hazırda vəziyyətim yaxşıdır. Təzyiqim qalxdığı üçün xəstəxanaya getmişdim. Məni görən jurnalist elə hesab edib ki, halım yaxşı deyil. Mən orada beyin təzyiqim üçün sistem qoydururdum. Əgər həkimə gedirəmsə, bu o demək deyil ki, ölümcül vəziyyətdəyəm. Bunu yazan jurnalist çox kobud yazıb. Bu halımla durub həmin jurnalistlə dalaşan və yaxud məhkəməyə verən deyiləm. Məni o vəziyyətdə görən jurnalist ürəyi istədiyi kimi xəbər hazırlayıb. Xəbərlərdə oxudum ki, guya mənim halım gedib gəlməyib. Bu halım axı hara gedə bilər? Burada şişirdiləsi heç nə yoxdur. İndi çox yaxşıyam. Cəmi bir xəstəliyim qalıb. O da ki yatanda yuxuya gedirəm (gülür). Düzdür, bir il bundan qabaq vəziyyətim heç də yaxşı deyildi. Belə ki, beyin damarlarından əməliyyat olundum. Bu əməliyyatı cənab Prezidentimiz öz üzərinə götürmüşdü və onun qayğısı nəticəsində sağaldım. Biz sənətkarlar üçün ən önəmli şey diqqət və qayğıdır. Biz onlardan stimul alırıq. Misal üçün, bir neçə il öncə mənə xalq artisti adı veriblər. Bundan başqa, Prezident təqaüdünə layiq görülmüşəm. Bunlar elə-belə şey deyil. Bu, xalqın sevgisinin, məhəbbətinin nəticəsidir. Fəxri ad mənim məsuliyyətimi daha da artırır. Mən hər zaman xalqıma minnətdar olmuşam. Çünki insanların məhəbbəti bu adın mənə qismət olmasını təmin edib.

- Səhhətiniz yaxşıdırsa, deməli işləməyə gücünüz də var.

- Əlbəttə. Son illər davamlı olaraq filmlərə çəkilirəm. Belə ki, Səməndər Rzayevin ssenarisi əsasında çəkilən “İki türkçü” filmində rol almışam. Sözügedən filmdə qarovulçu İmamqulu rolunu canlandırıram. Film tamamlandıqdan sonra premyerası keçiriləcək. Ramiz Abdullayevin əsəri əsasında çəkilən “Biznesmen” filmində baş rolların birində çəkildim. “Yumurta” filmində də maraqlı bir obrazım var idi. Hazırda bir neçə film təklifi almışam. Onların adlarını açıqlamaq istəmirəm. Həyata keçdikdən sonra bu barədə mətbuata açıqlama verərəm. Heç nəyi öncədən deməyi xoşlamıram. İndi istirahət edirəm. Bir qədər dincəldikdən sonra yenidən fəaliyyətə başlayacağam.

- Sizi hər zaman komediya janrında görmüşük. Çox istərdik ki, Arif Quliyevi dram obrazında da görək.

- Kino sahəsi elədir ki, burada hər şey rejissorlardan asılıdır. Mən aktyoram, mənə nə deyirlərsə, onu da edirəm. Çünki bu mənim işimdir. Durub rejissorlara deyə bilmərəm ki, mənə belə bir obraz ver. Gözəl rejissor, yaxşı əsər olsa, əlbəttə, mən də dramatik rol canlandırmaq istəyərəm. Elə oynayaram ki, hər kəs məəttəl qalar.

- Bəs, teatrda?

- Uzun müddətdir ki, teatrdan ayrılmışam. Teatrlardan mənə çox təkliflər gəlir, ancaq getmirəm. İndi mənim istirahət edən vaxtımdır. Ömrümün 42 ilini teatra həsr etmişəm. Hesab edirəm ki, bir sənətkar üçün 42 il böyük rəqəmdir. Hərdən ara-sıra filmlərə çəkilirəm. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” filmi çəkildi. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. “Axırıncı dayanacaq” filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov idi. Orada Qorxmaz Əlili ilə mən baş rolda çəkilmişəm. Həmin film efirdə nümayiş də olunub. Bu film mənə çox təsir etdi.

- Siz Azərbaycanın ilk gülüş ustalarındansınız. Bu günkü komediya ustalarını necə dəyərləndirirsiniz?

- İnsanları güldürmək sizə elə də asan gəlməsin. İnsanları boş-boş, mənasız yerə güldürməyə nə var ki? Əsas odur ki, onları düşündürərək güldürəsən. Bu gün Azərbaycan incəsənətində kifayət qədər gözəl gülüş ustaları yetişib. Misal üçün, son bir neçə ildə özlərinə kifayət qədər tamaşaçı kütləsi toplayan Rafael ilə Coşqunun gözəl improvizələri var.

- Siz belə deyirsiniz, ancaq bir çox mütəxəssislər onları bayağılıqda ittiham edirlər.

- Əksinə, bir mütəxəssis olaraq onları çox bəyənirəm. Cütlüyü tənqid edənlər aktyorların yaradıcılığını qavraya bilmirlər. Bir aktyoru, tamaşanı hamı sevə bilməz. Onlar da elə. Mən onları qəbul edirəm. Onlardan başqa Tahir və Cabir İmanovları da çox bəyənirəm. Fərda Xudaverdiyevin aktyorluğunu, səhnə davranışını izləyirəm. Elməddin Cəfərov, Müşfiq Şahverdiyevin də komediya sahəsində öz yerləri var. Nəinki efir məkanında, hətta teatrımızda da istedadlı gənclərimiz yetişir.

- Bu sadaladıqlarınızdan kimi özünüzə davamçı hesab edirsiniz?

- Heç kəs mənim davamçım ola bilməz. Misal üçün, Lütfəli Abdullayevdən yoxdur və onun davamçısı da yoxdur. Hər kəsdən bir dənədir. Çox istərdim, davamçım olsun. Teatrda əvəzedilməz adam yoxdur. Əgər Arif Quliyev teatrdan çıxıbsa, bu o demək deyil ki, onun getməsi ilə teatr daha fəaliyyət göstərməyəcək. Hər kəsi əvəz edən tapılar. Yeni istedadlar köhnələri, yaşlı nəsli əvəz edirlər. Ancaq söhbət bundadır ki, həmin sənətkarların sənətini davam etdirə bilirlərmi. Mən görürəm ki, teatrda artıq peşəkar gənclər yetişir. Onlar gələcəkdə bizi əvəz etməyə qadirdirlər. Bu gün gənclərə böyük yol verilir. Gənclər yaşlı nəsli əvəz edirlər. Onlar öz istedadları ilə teatra yeni nəfəs gətirirlər.

- Onda da deyirlər ki, yaşlı nəsil gənclərə qibtə edir, bir növ onlara qısqanclıqla yanaşır...

- Bu yanlışdır. Gənclərə qarşı qısqanclıq olmamalıdır. Əksinə, yaşlı nəslin nümayəndələri onlara daim dəstək olmalıdır. Hər zaman Arif Quliyev səhnədə ola bilməz. Misalı özümdən gətirirəm. Başqasının adını çəkməyə qorxuram. Sonra istəmirəm ki, başqaları ilə problemlərim yaransın. Bir səhnədə sənətkar uzun müddət davam edə bilməz. Hər şey inkişaf edir və bu inkişaf məqamında daima yenilik olmalıdır. Düzdür, mən demirəm ki, biz köhnəlib getmişik, yararsızıq. Gənclər bizim çıxışlarımızdan örnək götürürlər. Ata öz övladını böyüdür ki, onun davamçısı olsun. Övladlar da atalarının yolunu davam etdirirlər. Ata-ana köhnəlmir, onlar daim öz nüfuzlarını qoruyub saxlayırlar.

- Uzun müddət teatrda çalışmısınız. Film sahəsində kifayət qədər təcrübəlisiniz. Sizin üçün teatrda, yoxsa filmdə oynamaq daha asan olub?

- Teatr canlı sənət növüdür. Bu sənət canlı olduğuna görə, teatrda işləmək daha çətindir. Teatrda sən tamaşaçı qarşısında çıxış edirsən, filmdə isə obyektivə oynayırsan. Obyektivə oynayanda isə bir hərəkəti dəfələrlə təkrar edə bilərsən. Teatr səhvi sevmir. Teatrda bir obrazı yaratmaq üçün 6 ay məşq edirsən. Tamaşaçı qarşısında obrazını canlandırarkən başqa şansın olmur. O qədər gözəl sənət nümunəsi göstərməlisən ki, tamaşaçı sənə inanmalıdır. Səni sevib canlandırdığın obrazı qəbul etməlidir. Bu da var ki, teatrda buraxdığın səhvi növbəti dəfə düzəldə bilirsən. Ancaq kinoda etdiyin səhvi heç cür düzəldə bilmirsən. Kino insandan diqqətlilik tələb edir.

- Ürəyinizdə qalan hansısa bir rol varmı?

- Aktyor istədiyi obrazı yox, ona verilən, həvalə olunan obrazı yüksək səviyyədə canlandırmalıdır. Mən bu yaşımda Hamleti canlandırmaq istəsəm də, bilirəm ki, yaşım Hamletlik deyil. Buna görə rejissorun mənə verdiyi obrazı elə səviyyədə çatdırmağa çalışıram ki, tamaşaçı o obraza inansın. Əgər sən öz obrazına tamaşaçıları inandırmasan, sonra sənə kim rol verər? Ona görə də mən hər zaman işimdən də, rejissorlardan da razı qalmışam.

- Noyabrın 1-də seçkilər keçirildi. İştirak etdinizmi?

- Əlbəttə, mən də bu ölkənin bir vətəndaşı olaraq seçkilərdə iştirak etdim. Biz hamımız bu günümüzə səs verməliyik. Vətəndaş öz millət vəkilini özü seçir. Bundan gözəl nə ola bilər? Bu prezidentimizin gözəl siyasətinin göstəricisidir. Biz hamımız prezidentimizin apardığı siyasətə dəstək olmalıyıq. Məhz onun siyasətinin nəticəsidir ki, ölkəmizdə sabitlik və əmin amanlıq hökm sürür.

- Səsinizi kimə verdiniz?

- Mən Yasamal dairəsində yaşayıram. Səsimi o dairə üzrə namizədliyini irəli sürən Ülvi Quliyevə verdim. Səsimi ona görə Ü.Quliyevə verdim ki, onun səmərəli fəaliyyətini görmüşəm. Həm ictimai xadim, həm də idmançı kimi ondan çox razıyam.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən - İLGİNC FAKT
Bu gün, 11:12
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47
Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40
İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36
Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30
Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru