Lalə Məmmədova: “Toylara o qədər pul tökmək faciədir”
Tarix: 15-09-2015, 08:23 | Çap et
 diaaz.space Kulis-in tanınmış müğənni Lalə Məmmədova ilə ədəbiyyat və kitab mövzusunda söhbətini təqdim edir - Xarici dilləri bitirmisiniz... Ədəbiyyata xeyli yaxın sahədir. Bədii ədəbiyyat oxumaqla əvvəllər nə qədər məşğul olmusunuz, nə oxumusunuz və indi vəziyyət necədir? - Ədəbiyyatla hərfləri tanıyandan maraqlanmağa başlamışam. Elə əvvəllər də indi də boş zaman varsa mütləq mütaliə edirəm. Buna tələbatım uşaqlıqdan var. Uşaqlıqda daha çox nağıllar və elmi jurnalların arxasındakı "Bunları bilmək maraqlıdır" köşəsini oxuyurdum. Sonralar müəllifləri və janrların sayını artırmağa başladım. Sözsüz ki, hər yaşın öz tələbləri var. Məktəbin son siniflərində Salam Qədirzadənin "46 bənovşə", Rəşad Nuri Guntəkinin "Çaliquşu" romanı, Əli Vəliyevin hekayələri və bir də adını unutduğum ədəbiyyat jurnalında yeni əsərləri oxuyardım. İndi isə vəziyyət bir az fərqlidir. Həyat tərzimlə əlaqədar psixoloji, fəlsəfi kitablara daha çox tələbatım var. Və unutdum dəməyə, Xarici Dillər Universitetinə daxil olduqdan sonra isə oxuduğum yazarların sırasına Qərb, Avropa, Amerika yazıçıları da daxil oldu - Sizcə müğənni ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır? - Müğənni ədəbiyyat sahəsində demirəm ki, alim olsun, ancaq söz ehtiyatı, nəsr və poeziya haqqında məlumatı olmalıdır. - Müğənnilərimizin əksəriyyəti oxumur. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Bu məsələyə necə baxırsınız? - Çox pis. Daha nə dəyim ki? - Yeri gəlmişkən, türk müğənnilərinin əksəri ciddi mütaliəlidirlər. Məsələn, bir kitab mağazasının açıqlamasına görə Yıldız Tilbə bir ayda 300-dən çox bədii kitab almışdı. Sizi də hərdən kitab təqdimatlarında görürük. Nə alırsız, nə oxuyursuz? - Əslində, kitab təqdimatlarında çox da ola bilmirəm. Sonuncu dəfə Sevinc Çılğının və Nigar Həsənzadənin kitab təqdimatlarında olmuşam. Ancaq saytlardan kitab mağazaları ilə maraqlanıram. Paolo Koelyo, Fransuaza Saqan, Qabriel Markes, Fridrix Nitşe, Cek London mənim təzə-təzə müraciət etdiyim yazarlardır.
- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq... - Bu vərdişi hər bir valideyn öz uşaqlarına aşılamalı və sevdirməlidir. Maraq yaratmalıdır. - Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes... - Yox, dediyiniz kimi nəsə yazmıram. Arada oxuduğum mahnıların müəyyən yerlərində redaktə işləri aparıram. - Yeni mahnıların sözləri sizi qane edirmi? - Bəzən hə, bəzən yox... - Şeir əzbərləyirsiniz heç? - Şeir əzbərləmək kimi böyük bir istedadım yoxdur. Ancaq maraqlı, içdən, səmimi yazılmış şeirləri bir neçə dəfə oxumaqla yadımda saxlaya bilərəm. - Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə. - Mənim doğma dilim çox zəngindir. Və əsərlərində epitetlərdən istifadə edən yazıçıları daha çox sevirəm. Bəlkə də bu yaradıcı adam olmağımla bağlıdır, bilmirəm. Anar, Kamal Abdulla, İsa Muğanna, İlyas Əfəndiyev, Elçin, Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Mikayil Muşfiq... bu yazarların hər birinin şah əsərləri var. Onları dönə-dönə oxuyuram. - Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır? - Dünya ədəbiyyatından "Əcdadların harayı", "100 ilin tənhalığı", "Salam, kədər", "Balıq qanı", "Həyat yanğısı", "Ay və qəpik-quruş", "Martin İden", "Zərdüşt belə deyərdi", "Fransız leytenantının sevgilisi", "Ölümqabağı öpüş", "11 dəqiqə", "Kerri bacı", "Dahi" və s. Yadıma düşənlər hələ ki, bunlardır. - Varqas Lyosanı tanıyırsınız? - Xeyr, tanımıram. - İngilis dilində də oxuyursunuz? - Oxuyuram. - Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur? - Hə, bu böyük faciədir. Əslində, bu cahillik və savadsızlığa açılan və getdikcə genişlənən bir yoldur. Mən də sənət adamıyam. Bəzən böyük, həddən böyük bir istedadın qarşısında bəzi şeylərə göz yummaq olar. Ancaq təəssüf edirəm ki, maddiyat savadsız insanlara sonradan mənəviyyatlarını doldurmaq üçün böyük şans verdiyində onlar bunun fərqində olmurlar. Ömürlərinin sonunadək cahil olaraq qalırlar. - Səmavi kitablardan hansıları oxumusunuz? - İncil və Quranı oxumuşam. - Son olaraq həmkarlarınıza və dinləyicilərinizə ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz? - Oxuyun, oxuyun, bir daha oxuyun! Dünyanı gözəlliklə yanaşı savad və elm xilas edəcək!


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Bu gün, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51 |
|
|
|
|