Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma... .....                     Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək .....                     Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı .....                     ABŞ Xameneini buna görə qoruyur .....                     Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq .....                     Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb .....                     "Sən demə, əri fanatımdır" .....                     "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" .....                     Sabunçunun yeni prokuroru o oldu .....                     Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq .....                     Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir .....                     2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                 

"Mənə gələn mesajları oxuyub..." - Aktrisa Fidan Axundova
Tarix: 20-08-2015, 09:46 | Çap et
"Mənə gələn mesajları oxuyub..."
diaaz.space Aktrisa Fidan Axundovanın Milli.Az-a müsahibəsini təqdim edir.

- Fidan xanım, teatra ilk gəlişinizi xatırlayırsız?

- Mən 1998-ci ildən 2004-cü ilə kimi Akademik Milli Dram Teatrında çalışmışam. Onu da deyim ki, teatra qəbul olmağımla universitetə qəbul olmağım eyni vaxtda baş verib. Həmin ildə teatrda "Burla xatun" tamaşası səhnələşdirilirdi, xalq artisti, böyük sənətkar Həsən Turabov məni bu rola təsdiqlədi. Elə o gündən də aktyor ştatında çalışmağa başladım. Əslində isə mən uşaqlıqdan müğənni olmaq arzusu ilə yaşayırdım. Teatrda bir zamanlar əlçatmaz hesab etdiyim sənətkarlarla birlikdə işləyirdim. Mənim üçün Siyavuş Aslanı, Yaşar Nurini görmək, bilirsiz, nə demək idi? Qibtə hissi ilə baxdığım sənətkarların sayı çox idi. Mən Sənubər İskəndərli, Firəngiz Mütəllimovanın gözəlliyinin vurğunu idim. Onları gəlib teatrda görmüşdüm. Firəngiz xanımın Yaşar Nuri ilə oynadığı televiziya tamaşasından sonra bütün qızlar, həmçinin də mən, özümüzü Firəngiz xanıma oxşadırdıq (gülür).

Hər şey çox yaxşı, yolunda gedirdi. Teatrda işləyərkən təsadüfən kastinq nəticəsində ATV telekanalına dəvət aldım və səhər verilişinin aparıcısı oldum. Teatr, televiziya və universitet - bunların hər üçü eyni zamanda məndə alındı. Sonradan televiziya işlərimlə bağlı olaraq ərizəmi yazıb teatrdan uzaqlaşdım. 6 il ərzində teatrda çalışmağıma baxmayaraq "Eşq və intiqam" tamaşasında Qəmər, "Burla Xatun" tamaşasında Banuçiçək, "Skapenin kələkləri" tamaşasında Zerberettanı və digər tamaşalarda yaddaqalan obrazlar oynamışam. Teatr, aktyor sənəti mənim üçün həqiqətən də əlçatmaz olub. Əlim teatr səhnəsinə çatandan sonra özümü çox xoşbəxt hiss edirdim. Baxmayaraq ki, aktyor sənətini bu gün çox ucuzlaşdırıblar. Küçədən keçəni seriala çəkib, gündəmə gətirirlər. Mən tələb olunmayan bir aktrisa deyiləm ki, bu sözüm paxıllıq və qibtə hissi kimi qiymətləndirilsin. Axı mən aktyor sənətindən anlayışı olmayan, ekranda özünü təlxək kimi aparan bir insana necə qibtə edə bilərəm?

- Bunun əsas gunahkarı kimdir?

- Mən günahı rejissorlarda görürəm. Rejissor əgər silikon dodaqlı insanı seriala çəkməsə, əlbəttə ki, o gedib dodağını silikon etdirməyəcək. Elə bilirsiz ki, dünya məşhurları üzlərində heç bir əməliyyat keçirmirlər? Əlbəttə ki, edirlər, hətta düşünə bilmədiyiniz əməliyyatları. Lakin onların üzlərinə baxanda fikirləşirik ki, ilahi, nə gözəldir. Adicə bir misal çəkim... Məşhur rus müğənni Sofiya Rotaru üzündə bir çox əməliyyatlar keçirməsinə baxmayaraq bu gün də çox gözəl və təravətli görünür. Hətta o, dəfələrlə əməliyyat keçirdiyini boynuna da alıb.

- Yəni aktrisanın xarici aləmi daxilindən gözəl olmalıdır? Biri olub, o biri olmayanda isə xarici aləm də gözə görünmür... Söhbət sənətçidən gedir.

- Mən deyərdim ki, nəinki aktrisanın, ümumilikdə insanın həm daxili, həm də xarici aləmi gözəl olmalıdır. İnsanda dəyişməz bir xarakter olanda həm xarizması gözəl olur, həm də gözlərində qığılcım, işıq hiss olunur. Bəzən də görürsüz ki, xarici görünüşü yerində olmayan bir insan o qədər maraqlı və çəkici görünür ki, hamı onu heyranlıqla süzür. Məncə, aktyor bu cür olmalıdır. Bir də onu deyim ki, aktyorda savad və mütaliə etmə bacarığı vacibdir. Bir aktyor əgər Şekspirin kim olduğunu bilmirsə, bax bu, həqiqətən, faciədir. Bu zaman o özünün sənətdə yararsızlığını görə bilmir. Yaxşısı budur, get başqa işdə işlə, aktyorluq sənlik deyil. Dodağını doldurdun, qaşını yoldurdun, ora-burana silikon vurdurdun - bu o demək deyil ki, səndən aktrisa olar. Bəs müxtəlif xarakterləri, insanları, müxtəlif obrazları canlandırmaq bacarığın? Əgər bu hallar səndə yoxdursa, dünya gözəli də olsan, səndən aktrisa olmaz.

- Heç əməliyyat keçirmisiz?

- Hələ ki, heç bir estetik əməliyyata ehtiyacım yoxdur. İnsan müəyyən yaşa çatanda üzündə bir sıra qüsurlar əmələ gəlir və bu zaman əməliyyata ehtiyac duyulur. Əgər nə vaxtsa üz cizgilərimdə bu kimi hallara rast gəlsəm, əməliyyat keçirəcəyəm. Çünki mən aktrisayam, aktrisa gözəlliyinə düşkün olmalıdır. Amma hər şey qədərində olmalıdır, onda o daha gözəl görünür.

- Fidan xanım, teleaparıcılığa ara verdiniz, bir müddət sonra yenidən efirdə göründünüz. Teatrı televiziyaya görə tərk etdiniz, bəs televiziyanı nəyə və kimə görə tərk etdiniz?

- Mən televiziyada çalışdığım müddətdə adətən səhər proqramlarının aparıcılığını etmişəm. Hamı deyir ki, sən insanlara pozitiv enerji ötürə bilirsən. Görünür, hələ ki məndən neqativ enerji alan olmayıb (gülür). Səhər verilişlərində də pozitivlik, şou yaratmaq qabiliyyəti vacibdir. Səhər efirində olanda mən məcbur idim ki, saat 5-dən ayaq üstə olum. Bir müddət sonra bundan da yoruldum. İndi də səhər efirlərinə dəvət alanda can çəkirəm, tənbəlləşmişəm. Amma şou tipli verilişlərin aparıcılığını etməyi sevirəm və həmin verilişləri izləyirəm. Mən sadəcə "bambılılığı", şitliyi sevmirəm. Gülüş, pozitivlik yaratmaq çox gözəldir, amma bunu şitliklə edəndə çox bərbad görünür. Baxarkən düşünürəm ki, ilahi, nəyin xatirinə insanlar özlərini bu günə salırlar? Teleaparıcıların əksəriyyəti də qeyri-səmimi, bayağıdır.

- Hansı teleaparıcıları bəyənirsiz?

- Ad çəkməyəcəyəm, amma izlədiyim və pozitiv enerji aldığım bir neçə teleaparıcı var. Efirdə onları görəndə o dəqiqə üzümdə təbəssüm olur. Həmin teleaparıcıları həmişə izləyib, alqışlayıram.

- Fidan xanım həyatda çox açıq-saçıq geyinir?

- Açıq-saçıqlıq deyəndə nəyi nəzərdə tutursuz - deyə bilmərəm, amma məncə, insan ona yaraşanı geyinməlidir. Mənə elə gəlir ki, həddindən artıq çox açıq-saçıq geyinsəm, yaraşmaz. Üstəlik həyat yoldaşım da bu tip geyimlərə icazə vermir. Mən onunla çox razıyam, əlbəttə ki, o haqlıdır. Açıq-saçıqlıq nisbidir. İnsan var ki, onun üçün həddindən artıq qısa geyinmək açıq-saçıqlıq sayılmaz, insan da var ki, dizdən geyinmək onun üçün açıq-saçıqlıqdır. Çalışıram ki, normal həyatda elə normal da geyinim. Nə həddindən artıq açıq-saçıq, nə də qapalı.

- Sizcə, açıq-saçıq geyimləri hansı azərbaycanlı aktrisa dəbə gətirdi?

- Mənə görə, açıq-saçıq geyimləri bizim gözəl xalq artistimiz Amaliya Pənahova dəbə gətirdi. "Babək" filmində bir səhnə var ki, Amaliya xanımın sinəsi qədərindən çox açıqdır. Bu bizim filmlərimiz üçün o vaxt bir yenilik idi. Amma Amaliya xanım bu rolu o qədər peşəkarcasına oynayır ki, heç bir tamaşaçı onun libasının açıq-saçıq olmasına diqqət yetirmir. Sənətdən uzaq bir insan bu açıq-saçıqlığa diqqət yetirə bilər. Qısa geyimləri, dekolteni ilk olaraq Amaliya xanımda görmüşəm. Amaliya xanıma açıq-saçıqlıq çox yaraşır. Bu günlərdə sevimli aktrisamızın 70 illik yubileyi oldu, mən də onu təbrik edirəm və çox sevirəm.

- Həyat yoldaşınızla necə tanış olmusuz?

- Həyat yoldaşımla iş prosesində tanış olmuşam və 6 ildir ki, ailəliyəm.

- Sizcə, kişinin qadını qısqanması normaldır?

- Bəli, kişinin qadını qısqanması lazımdır, amma hər şey qədərində olmaq şərtilə. Qadın həmişə gözəl, təravətli görünməlidir ki, kişi onu qısqansın. Çünki kişi qadını qısqanırsa, deməli, sən maraqlısan, səni sevir. Məncə, kişi qadını qısqanmalıdır. Bəzən də görürsən ki, qadın düşünür ki, uşaqlarıma baxır, evimə bir tikə çörək gətirir, başımın üstündə yetər ki, bir kişi olsun. Bu cür fikirləşən qadınlar kişini qısqanmır, qısqansa da büruzə vermir. Qısqanclıq olan yerdə istər-istəməz konflikt də olur, çalışır ki, bunu ailədə problemə çevirməsin. Həmin xanımlar əsl ailə xanımlarıdır. Onlar ailələrini qorumağa çalışırlar. Kişilər də bu vəziyyətdən sui-istifadə etməli deyillər. Əgər kişi bu vəziyyətdən istifadə edirsə, məncə, bu artıq "kötüklükdür".

- Sevənləriniz çoxdurmu?

- Nə bilim, yəqin ki, çoxdur (gülür). Axtaranlar, sevənlər, küçədə yaxınlaşanlar həddindən artıq çoxdur deyə bilərəm. Hərçənd ki, sevmirəm küçədə kimsə mənə yaxınlaşsın. Bəzən görürsən ki, biz bu sevgidən rahatsız oluruq. İstədiyimiz kimi gəzib, hərəkət edə bilmirik. Mən baxışlardan çox vaxt narahat oluram. Hətta əsəbləşirəm (gülür).

- Bir dəfə mənimlə söhbət edərkən bildirmişdiniz ki, toyda yaxınlaşıb şəkil çəkdirmək istəyən kişilərə etiraz edirsiz...

- Bəli, əgər kişi tək gəlirsə, mən ona icazə vermirəm ki, mənimlə şəkil çəkdirsin. Sonra bu fotoları sevmədiyim tərzdə sosial şəbəkədə paylaşırlar. Mənimlə şəkil çəkdirmək istəyən kişilərin yanında mütləq bir qadın olmalıdır.

- Bu kimi hallarda həyat yoldaşınız sizi qısqanırmı?

- Həyat yoldaşımın yanında olanda daha çox xanımlar şəkil çəkdirməyə yaxınlaşırlar. Amma əlbəttə ki, onun yanında kişilər şəkil çəkdirməyə yaxınlaşarlarsa, təbii ki, əsəbləşər.

- Sosial şəbəkədən söz düşmüşkən, adınıza Facebook sosial şəbəkəsində profil açılıb. Bundan xəbəriniz varmı?

- Bəli, bilirəm ki, adıma bir neçə səhifə açılıb. Amma bu mən deyiləm. Bir də görürsüz ki, dost-tanış deyir ki, mən sənin dostluğunda varam. Müraciət etmək istəyirəm ki, bacarırsızsa, şikayət edin, qoy bağlasınlar. Məndə olan məlumata görə, bunu edən şüurca, zəka geriliyi olan bir xanımdır. O deyir ki, mənim sevgiyə ehtiyacım var, Fidan xanıma ünvanlanan mesajları oxuyanda düşünürəm ki, bunlar mənə deyilib. Allah o insanı hidayət etsin. Əslində bunu tapmaq mənim üçün çətin bir iş deyil, sadəcə istəmirəm, həvəsim yoxdur onu axtarmağa.

- Haqqınızda nələr danışdığından məlumatınız varmı?

- Bəli, rəfiqələrimin adından danışır, deyir ki, getmişdik filan yerə, kiminsə ad gününə. Kimlə ünsiyyətdə olursa, anamın adını səhv deyir. Bir az da mənə gülməli gəlir. Bilmirəm ki, o necə başqasının həyatını yaşamağa vaxt çatdırır. Həm gülməlidir, həm də ağlamalı.

- Bildiyimə görə, hələ övladınız yoxdur. Qız övladına sahib olmaq istərdiz, yoxsa oğlan?

- İstərdim ki, qızım olsun.

- Övladsız həyatınız maraqsız keçir, yoxsa bunu hələ hiss etmirsiz?

- Deməzdim ki, həyatım uşaqsız maraqsızdır, amma yəqin ki, övladım olsaydı, daha maraqlı olardı. Deyirlər ki, övlad gözəl meyvədir, amma mən hələ onun dadına baxmamışam. Mənim anam həmişə mənə deyir ki, sən ana olmamış ana olmusan. Bacım Aydanla aramda 10 il yaş fərqi var. Mən Aydana balaca ana olmuşam. Onun hər bir şeyi ilə yaxından maraqlanmışam. Aydan da həmişə deyir ki, mənim iki anam var. Bəlkə də məndə ona görə analıq həsrəti həddindən artıq aşıb-daşmır. Aydanı öz qızım bilirəm. Hətta o vaxt onu özümlə teatra aparanda çox adam elə bilirdi ki, mənim qızımdır. Çünki çəlimsiz, olduqca zəif qız olduğundan yaşından olduqca balaca görünürdü. Söz yayılmışdı ki, Fidanın övladı var, amma gizlədir. Kaş ki olaydı. Övladını gizlədən insanlara ağıl yiyəsi kimi baxmıram.

- Kiminsə övladına həsədlə baxmısız?

- Gözəl qız uşaqlarını sevirəm, dişləyirəm, öpürəm (gülür). Amma kiminsə övladına paxıllıq hissi ilə baxmamışam, ümumiyyətlə, paxıllıq məndə yoxdur. Kaş ki, olaydı, niyə yoxdur, bilmirəm? Bəlkə də, paxıllığım olsaydı, daha çox irəli gedə bilərdim. Bəzən deyirlər, paxıl artmaz, bəzən də deyirlər paxıllıq yaxşıdır. Təkcə maşın sürməyi bacaran xanımlara paxıllıq edirəm. Dəhşətli fobiyam olduğu üçün maşın idarə edə bilmirəm.

- Həə... Bu arada, Aydanla bənzərliyiniz də var... Bacınızın aparıcısı olduğu "Şarm" verilişi də bağlandı. Hazırda nə işlə məşğuldur?

- Bir çox insanlar deyirlər ki, bir-birinizə çox oxşayırsız, bəziləri də əksini deyirlər. Mən də bənzətmirəm, oxşarlıqlarımız var, amma hər ikimiz biri-birimizdən seçilirik. Bacım Aydan həm aktrisadır, həm gözəl xoreoqrafdır, həm də bir çox reklamlara çəkilir və dublyajla məşğul olur. "Şarm" verilişi bağlanıb da, həyat ki dayanmayıb? (gülür).

- "Pərvanələrin rəqsi" serialı sizə çox uğur gətirdi. Serialın uğurlu alınmasının əsas səbəbi nə idi?

- İlk öncə deyim ki, serialın çox gözəl ssenarisi var idi, bundan başqa rejissor işi də çox güclü idi. Seriala Nailə Mirməmmədlinin yazdığı musiqi isə çox uğurlu oldu. Çünki elə seriyalar olub ki, mən musiqiyə qulas asıb obraza girmişəm. Bundan da əlavə, serialda düzgün seçilmiş aktyor heyəti çalışırdı. Məhz həmin serialda küçədən keçən təsadüfi insan yox idi, hamısı peşəkar aktyorluq sənəti ilə məşğul olanlar idi. Hər kəs rolunu sevə-sevə oynayırdı və serial da bunun üçün kütlə içərisində maraq doğura bilmişdi.

- İki dram serialından sonra komediyaya çəkilmək sizin üçün psixoloji cəhətdən çətin deyildi ki?

- "Pərvanələrin rəqsi" və "Ləkə" seriallarından sonra "Bacanaqlar" serialına dəvət almağım, həqiqətən, mənim üçün gözlənilməz oldu. Əslində mənim "Bacanaqlar" serialında oynadığım gəlin obrazı komik deyil. Elməddin məni bu rola dəvət edəndə ilk öncə tərəddüd etdim. Çünki iki dram serialından sonra komediyaya dəvət almağım qəribə bir hiss idi. Amma Elməddin mənə dedi ki, bu rol komik rol deyil, komediyanın içində bir obrazdır. Onu da deyim ki, bu gəlin obrazının mənim xarakterimə uyğun olan cəhətləri çoxdur. Ona görə də bu rolu sevə-sevə oynayıram. Artıq sezon finalına çıxmışıq, kollektiv üçün çox darıxıram. Çünki çox gözəl kollektivlə birlikdə çalışıram.

- İnsanların müzakirəsi sizin üçün nə dərəcədə vacibdir?

- Fidan Axundova olaraq həyatda heç kimin müzakirəsinə, iradına ehtiyacım yoxdur. Bu tip sözlərə fikir vermirəm. Çünki elə bir yaşdayam ki, valideynlərimin mənə tutduğu iradlardan, məsləhətlərdən artıq öz nəticəmi çıxarmışam. Xarakterim yetərincə formalaşıb. Bu həyatda kimsə də mənim addımımı, hərəkətimi səhv görübsə də deməli, bu addım lazım olub ki, mən bunu atmışam. Buna görə də hər kəs öz işi ilə məşğul olsun. Hamı öz həyatının düzəninə, səhvlərinə baxsın. Mən həyatda özüm üçün yaşayan bir insanam. Məni Allahdan və özümdən başqa heç kim qınağa çəkə bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59
"Sən demə, əri fanatımdır"
Bu gün, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52
Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru