Qazax RİH-də NƏ BAŞ VERİR? .....                     Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması .....                     “Made in China 2025” işə düşüb .....                     Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal .....                     Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi... .....                     Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək .....                     Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? .....                     Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar .....                     Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? .....                     Erməni ordusunda “süni intellekt tağımı” yaradılır .....                     "Qoy yeni ildə də bizi güldürsün!" .....                     Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb .....                     2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR .....                     Abşeronda satmadığı YER QALMAYIB... .....                     "Qadına sahib çıxmaq kişinin borcudur" .....                     Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... .....                     14 saylı poliklinikada tibbi arayış zülmü .....                     Vətəndaşın təcili tibbi yardım DƏRDİ... .....                     Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... .....                     Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ .....                     "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." .....                     Keçmiş deputatdan rektora ATMACA... .....                     Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər .....                     Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? .....                     “Bu halda Fransa təyyarələri vurula bilər” .....                     Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər .....                     "Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" .....                     Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? .....                     Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq .....                     Yadplanetlilər və yeni pandemiya .....                     Benzin və dizellə bağlı dəyişiklik edildi .....                     Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” .....                     "Bu il hədiyyə almadım... Çünki..." .....                     “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” .....                     Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər .....                     Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir .....                     Biləcəriyə “skoç”lu avtobusla gedirlər .....                     “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar .....                     Jurnalist Anar Məmmədova hücum etdiər .....                 

"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
Tarix: 30-06-2015, 09:29 | Çap et
"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
diaaz.space axar.az-a istinadən aktyor, şoumen Azər Axşamla müsahibəni təqdim edir.

Əgər bir insan kiminləsə sevgisiz birlikdədirsə...

– Daha çox komediya aktyoru, şoumen kimi tanınan adamın Hamleti canlandırmağı çətin olmadı ki?

– Təbii ki, hər bir işdə çətinlik var. “Ən gözəl eşq zor olandır” deyirlər. Bir işə ki əmək sərf olunmur, o işin bəhrəsi də olmur. Çətinlik oldu, amma bu, eləyə bilməmək çətinliyi yox, eləmək çətinliyi idi. Şükürlər olsun ki, indi Hamleti rollarımın sırasına qırmızı hərflərlə yaza bilərəm. Bəxtiyar Xanızadəyə təşəkkürlər...

– Çoxdankı arzunuz idi Hamleti oynamaq...

– Elə də böyük bir arzu deyildi. Amma istək var idi. Bu istəyi yaradan da Bəxtiyar Xanızadə idi – 96-cı ildə. Sonra teatrdan uzaqlaşdım. 16 il teatrdan kənarda fəaliyyət göstərdim. Ayrı-ayrı rejissorlar tərəfindən Hamlet tamaşasını qurmaq təklifləri gəldi. Sadəcə, o vaxt Bəxtiyar müəllim demişdi ki, Hamleti necə qurmaq istəyir, mən o quruluşda qalmışdım, başqa quruluşda Hamleti görə bilmirdim. Şükürlər olsun ki, bu, 16 il sonra olsa da, həyata keçdi.

– “Hamlet” kimi bir klassik dram qəhrəmanını canlandırmaq, bir də “Qız atası” serialında Çingiz rolunu... Mənə elə gəlmir ki, bunun ikisinə də sevgi eynidir. Yəqin, birini qonorar üçün qəbul etmisiniz, elədi?

– Xeyr, hər ikisinə sevgi var. Mən sevgisiz iş görmürəm. Əgər bir insan kimləsə sevgisiz bir yerdədirsə, ondan doğulan uşaq eybəcər olacaq. Bir işi ya sevgi ilə etmək, ya da etməmək lazımdır. Mən sənətimdə “xaltura” kəlməsi tanımıram. Bəzi zəif oynayan aktyorlar deyir ki, “mən pula görə çəkilirəm, ona görə belə oynamışam”. Ona demək lazımdır ki, “oynaya biləcəyin odur, bundan artığını bacarmırsan”. Əgər pula görə belə oynayırsa belə, bu, alçaqlıqdır, oynadığı rola naxələflikdir. Bu cür hərəkət təsadüfi, içində sənət yanğısı olmayan adamlara məxsusdur. Aktyor rolunu yana-yana oynamalıdır. Ola bilər, “Qız atası”ndakı Çingiz Hamlet deyil, amma Hamletə gedən yoldur.

Afaq xanımın məqsədi təkcə güldürmək deyil...

– Amma özünüz demişdiniz ki, mən dram aktyoruyam, dram rollarını oynamağı daha çox sevirəm.

– Bəli, dramatik rolları çox sevirəm. Mənə elə gəlir ki, əgər bir aktyor dramatik janrda rollar oynamırsa, o, aktyor deyil. Bizim Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Afaq Bəşirqızı kimi komediya aktyorlarımız həm də dramatik səhnələr oynayıblar. “Bəxt üzüyü”ndə Afaq xanım Söylünün dramatizmini verir. Burda anlaşılır ki, Afaq xanımın məqsədi təkcə güldürmək deyil, həm də Söylünün dramını verməkdir. Səyavuş Aslanın axır vaxtlar dramatik rolları var idi, çox xoş gəlirdi mənə. Əslində, mənim üçün komediya aktyoru, dram aktyoru bölgüsü yoxdur, yalnız bir kəlmə var: aktyor! Mənim üçün yaxşı aktyor o kəsdir ki, o, komediyanı da, faciəni də, tragikomediyanı da, qroteski də özündə birləşdirməyi bacarsın. Birtərəfli inkişaf mənə çatmır.

– Bir dəfə qəza keçirmişdiniz. Ölümün bir addımlığından qayıtdınız. “Hamlet”də də “olum-ölüm” fəlsəfəsindən danışılır. Sizcə, olumla ölümün arasındakı məsafə nə qədərdir?

– Çox qısadır. Olumla ölüm arasındakı zaman bir göz qırpımıdır. Allahın iznində olan bir şeydir. Mən daha çox realistəm, fantaziyalarla, xülyalarla yaşamağı sevmirəm.

– Hər şeyin Allahın əlində olduğunu deyirsiniz axı, bu necə realizmdir?

– Nəticə etibarilə Allahın əlindədir. Amma bir çox şeydə Allah insanlara seçim verib.

– Alın yazısı, tale və s. məfhumlara inanırsınız?

– Yox, yox, elə şeylərə inanmıram. Məsələn, narkoman bir insan ölür, yasında deyirlər, onun da qisməti belə imiş. Allah kimə belə qismət yazar?

Danmaq kafirlik olar

– Belə çıxır ki, yaxşı olan nə varsa, Allah edib, pis olanları özümüz?

– Bəli. Quranda da belə bir ayə var: “Bütün yaxşılıqlar Allahdan, bütün pisliklər sizdəndir”. Yəni əgər mən pis düşünmürəmsə, deməli, mən pis yaşamayacağam, pis addım atmayacağam. Allah neyləsin, o, mənim qarşıma seçim qoyub. Mən rolumu oynayanda “xaltura” da eləyə bilərəm, yaddaşlarda da qala bilərəm. Mənim atamın yaxşı bir sözü var: “Yaxşı şagird bilir ki, imlanı neçəyə, hansı qiymətə layiq yazıb”. Özünü öldürmək lazım deyil, “4” alıbsa, demək, buna layiq yazıb. Yaxşı aktyor da bilir ki, necə oynadı rolunu. Əgər bacarmırsansa, əyləci çək, rejissora de ki, mən hiss edirəm bu, mənlik deyil. Bəlkə, rejissor da sənə minnətdar oldu ki, “halal olsun sənə, deməli, sən peşəkar aktyor kimi yetişmisən ki, belə etiraf edirsən”. Bunun özü də peşəkarlıqdır. Bu gün Hamlet tamaşasını Azər tək oynamayıb. Bəxtiyar Xanızadənin əməyini danmaq kafirlik olar. Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da. Bəxtiyar Xanızadənin quruluşunda oynamışam, məhz o, Azərə yaraşan Hamlet rolunu verib. Bəlkə, başqa rejissor olsa, bəyənməyəcəkdi mənim oynamağımı. Bəxtiyar Xanızadə məni yaxşı tanıyır, tələbəsi olmuşam. Bilir ki, Azərin müsbət və mənfi tərəfləri hansılardır və onu nə qədər yükləyə bilər.

– Pantomimada başladınız teatr fəaliyyətinizə?

– Bəli, sonra 16 il ayrı düşdüm, maddi duruma görə televiziyaya getməli oldum, təzədən yenə qayıtdım teatra, sabah yenə gedə bilərəm. Həyatda mütləq bir şey yoxdur. Sabah başqa bir təklif gələ bilər, mən deyərəm ki, “Bəxtiyar müəllim, haqqınızı halal edin, icazə verin, mən filan yerə işləməyə gedirəm”. Nə deyəcək ki Bəxtiyar müəllim? Zorla saxlamayacaq ki.

– Təqdimetmənin fərqi var sizinçün? Aktyor, yoxsa aparıcı, şoumen?

– Mən həmişə deyirəm ki, məni bu cür təqdim etsinlər: “Aktyor, şoumen Azər Axşam”. Birinci növbədə mən aktyoram, ikinci növbədə isə şoumen. Bəzən sadəcə, aktyor deyirlər, bu da mənə qəbuldur. Çünki mənə görə aktyorluq şoumenlikdən daha yüksəkdədir. Mən həmişə deyirdim ki, qoy mən Hamleti oynayım, mənim haqqımda aktyor kimi danışsınlar, nəinki şoumen kimi.

Qüsursuz olan yalnız Allahdır

– “Teletaym” (Teletime) və “Milyonçu”nun aparıcısı kimi daha çox tanınırdınız.

– Mən orada da peşəkar kimi çalışdım, televiziyada da özümü sübut elədim ki, mən bunu bacarıram. Bacarmasam, çəkilərdim kənara, 17 il efirdə olmazdım. Bacarmasan, mənə “Milyonçu”nu verməzdilər, ingilis bəyənməzdi, məktub yazmazdı ki, birinci dəfə milyonçu veriləndə niyə bu aparıcı deyildi? Televiziyadakı uğurlarım da Bəxtiyar Xanızadənin sayəsində idi. Mən ondan öyrənmişdim ağı qaradan seçməyi.

– Hamletlə bağlı tənqidlərlə də qarşılaşdınız.

– Şükürlər olsun ki, mən özümə qarşı tənqid eşitmədim. Bu haqda məqalələri oxudum. Aydın Talıbzadənin tənqidi məqaləsini də oxudum. Şəxsi fikirləridir. Aydın müəllim peşəkar bir insandır. Məqaləsində mənim haqqımda tənqid yox, tərif yer alıb, bu da mənə çox xoş təsir etdi, sağ olsun.

– Obyektiv yazı idi. Çox doğru olaraq qeyd eləyir ki, Pantomimanın aktyorlarının qəflətən dram aktyorları kimi dil açıb danışması qəribə görünür, yəni yad təsir bağışlayır. Axı onlar jestlər, mimikalarla dostdurlar.

– Bəli, elədi. Amma mənim ifamda olan Hamlet haqqında hələ ki, tənqidi fikrə rast gəlməmişəm. Bunu uzağı Bəxtiyar müəllim deyə bilər. Yeri gəlmişkən, bu gün siz Hamleti başqa variantda gördünüz.

– Bəli, tamaşa başqa cür başladı, bəzi yerlərdə ixtisarlar gözə dəydi və s.

– Hamleti ixtisar etmək özü böyük bir qəhrəmanlıq tələb edir. Keçmişdə olsa, belə deyərdilər: “Buna bax e, Şekspirə düzəliş edir”. Fikri itirmədən düzəliş etmək asan məsələ deyil. Bəxtiyar müəllim hələ də bu tamaşanın üzərində çalışır. Bəlkə də, sentyabrda gəlib tamam başqa bir tamaşa ilə qarşılaşdınız. “Real Madrid” gözəl klubdu, amma hərdən elə oyun nümayiş etdirir ki, fikirləşirsən, budur “Real Madrid”? Qüsursuz iş yoxdur. Qüsursuz olan yalnız Allahdır.

Ofeliyanın heç bir günahı yoxdur axı...

– Hamlet sanki acizdir. Bəlkə, buna görə mənə elə gəlir ki, o, tamaşanın gedişatında çox ağladı. Hətta bu haqda bir məqalədə də oxumuşdum ki, məhz iradəsizliyinə, çıxış yolu tapa bilməməsinə görə fəlsəfi monoloqlarına sığınır.

– O monoloqlar çarəsizlik monoloqlardır. Əmini öldürmək asan deyil axı, əmi artıq kraldır, sonra nə cavab verər? Kölgənin dediklərinə inanmaq çətindir axı. Hamı ona dəli kimi baxır. Cəsarətsizliyi var, bəli. Hamlet daha ağıllı hərəkət edə bilərdi. Məsələn, Ofeliyanı qoltuğuna vurub “haqqınızı halal edin, biz getdik” deyə bilərdi. Yəni hərdən meydandan çəkilməyi bacarmaq lazımdır. Meydandan çəkilən həmişə məğlub sayılmır. Elə bir vaxtda çəkilə bilərsən ki, o çəkilmə böyük bir inqilaba səbəb olar. Hamlet hamını məhv elədi. Ruhun, kölgənin deməyi ilə inqilab eləmək çətin işdir.

– Bu sizin başınıza gəlsəydi, başqa cür hərəkət edərdiniz?

– Bəli, əgər mənim anam bu rüsvayçılığı qəbul etsə, mən ondan üz döndərib tərk edərdim evi, sevdiyim qızı götürüb gedərdim. Taxta sahib çıxmadım, heç olmasa, sevgimə sahib çıxardım. Ofeliyanın heç bir günahı yoxdur axı, onu kukla kimi oynadırlar.

– Siz də əksər həmkarlarınız kimi ancaq oynadığınız rolları oxuyursunuz, yoxsa klassiklərdən, eləcə, müasirlərdən nələrisə oxuyursunuz?

– Yox, oxumuram.

– Əksəriyyəti deyir ki, vaxt yoxdur.

– Yox, vaxt var, o, boş söhbətdir. Amma mən 10 ildir ki, heç nə oxumuram. Oxuyanda ağıllanırsan, sonra da yaşamaq çətin olur. Özün etdiklərin öz gözündə alçala bilər. Bundan artığını etməyə gücüm çatmırsa, niyə özümü incidim axı. Mən çox bədii əsər oxumamışam. Daha çox detektiv və insanların taleyi, tanınmış, görkəmli insanların yaşayışı ilə bağlı kitablar oxumuşam. Bədii əsəri oxuyanda başlayır için qaynamağa – aktyorsan axı. Fikirləşirsən ki, bunu kim quracaq və sən oynayacaqsan? Sonra düşünürsən ki, elə oxumasan yaxşıdır.

Heç kimi bəyənməsən, inkişaf edə bilməzsən

– Sizin qrup yoldaşlarınızdan çoxunu tanıyıram – bəziləri Azərbaycan mədəniyyətinin tanınmış simalarıdır, amma onlarla yanaşı tanınmayanlar da var. Nədir bunun səbəbi? Tanınanları istedad çəkib qabağa?

– Şans. Tanınmaq üçün istedadlı olmaq lazım deyil.

– Sizin üçün intellektual gülüş nədir? Məsələn, Cem Yılmazın gülüşü intellektual gülüşdür mənə görə. Onun alternativi var Azərbaycanda?

– Mən deməzdim, Cem Yılmazın gülüşü intellektual gülüşdür. İntellektual gülüşdə söyüş olmur. Demirəm, pisdi, müsbət tərəfləri də var, amma öz tamaşaçısı üçündür. Elə zarafatları var ki, onlar tərbiyəsizdir. Mən komediyada tərbiyəsizliyi sevmirəm. Komediyada sən sözü atmalı, amma açıqlamasını verməməlisən. Cem Yılmazın zarafatını körpə də başa düşər, mən bu yumorun tərəfdarı deyiləm.

– Bizdə kimlərdir intellektual gülüşü olan?

– Bizdə hərdən olur intellektual gülüş, hərdən də olmur.

– Deyəsən, heç birini bəyənmirsiniz.

– Yox, hamını bəyənirəm. Çünki heç kimi bəyənməsən, inkişaf edə bilməzsən. Rəqabət apara biləcəyin adam olmalıdır ki, inkişaf da olsun. Mən heç vaxt demərəm ki, Azərbaycanda özümə rəqabət görmürəm. Bunu demək yekəbaşlıqdır. Onu deyən adam gəlsin bu gün Hamleti oynasın. Dünyada rəqabət görməməyə çalışmalısan, Azərbaycan çox kiçikdir. “Azərbaycanda ulduzam” demək kənddə “kəndxudayam” deməyə bənzəyir. Ulduz göydən hər kəsin görə biləcəyi bir zirvədir. Azərbaycanın sərhədlərindən kənarda da tanına bilən adama ulduz deyərlər.

Ağlaşma qurur ki, qurban olum...

– Kompleksiniz var? Məsələn, cinsi azlıq və ya erməni rolunda çəkilərdiniz?

– Yox, kompleksim yoxdur. Obrazı doğru-düzgün yaratmaq lazımdır. Bəxtiyar müəllim mənə dedi ki, sənin ən böyük komplimentin o olacaq ki, tamaşadan sonra sənə “elə həminki Azərsən, mırtsan yox, mən səhnədə başqa bir insanı gördüm, Azər sanki Hamletləşmişdi” – desinlər. Həyat yoldaşım da dedi ki, mən bu səkkiz ildə bilirdim ki, sənin bu qabiliyyətin var, bacararsan, amma mən tamam başqa bir adam gördüm səhnədə.

– Hamletdən sonra planda hansı tamaşa var?

– Hələ ki heç biri. Elə güman edirəm ki, gələn mövsüm üçün Hamlet kifayət edir. Hamletdən dərhal sonra nəsə oynasam, Hamletə bənzəyə bilər. Əslində, mən elə aktyor deyiləm ki, tamaşa bitəndən sonra da o rolun təsirində qalım. Kim elə hiss edirsə, o, aktyor deyil.

– Gənc rejissorlardan filmlərində çəkilməyiniz üçün təklif gəlib?

– Təklif olanda mən mütləq ssenarini oxuyuram. Dəfələrlə olub ki, gələn təklifi rədd etmişəm. Çünki bilmişəm ki, məqsəd heç də ortaya yaxşı iş çıxarmaq deyil. Sadəcə, pul qazanmaq istəyir, Azər də onlara ayrılan pulları silmək üçün seçilmiş qurbanlardan biridir. Məsələn, 5000 yazıb, min vermək istəyir, özü də ağlaşma qurur ki, qurban olum, mənim birinci işimdi. Belə adamlar çoxdur. Amma elə təklif də var ki, qəbul etmişəm. Şahin Zəkizadə “100 kağız” filminə dəvət eləmişdi, çəkildim.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26
Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15
Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10
Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09
Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59
"Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40
2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25
Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21
"Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18
Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14
14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08
Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01
Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51
Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47
"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37
Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18
“Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12
Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56
"Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34
Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? - ŞƏRH
Bu gün, 06:27
Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09
Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07
Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04
Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58
"Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55
“Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51
Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48
Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44
Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42
“TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39
Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35
Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32
Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00
Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58
Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21
Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00
Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57
"Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55
Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51
"Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru