Putin Azərbaycandan DANIŞDI .....                     "Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" .....                     "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" .....                     “Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                 

Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
Tarix: 11-02-2015, 09:29 | Çap et
Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
diaaz.space aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Xatirə xanım, siz Azərbaycanda serial və filmlərə ən çox çəkilən aktrisalardan birisiniz. İndiyə qədər neçə serialda rol almısınız?

- “Qaynana”, “Aramızda qalsın”, “Çaqqal nəfəsi”, “Son hədd”, “Göyçək Fatimə”, “Bir ailəm var”, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən” kimi seriallarda rol almışam. Bundan başqa, “Bakı, mən səni sevirəm” adlı bədii filmdə və “Sərkərdə ləyaqəti” sənədli filmində çəkilmişəm.

- Sadaladığınız seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı?

- Yaradıcılığımda və tanınmağımda hər birinin öz rolu oldu. Amma “Həyat varsa” və “Bir ailəm var” serialı böyük tamaşaçı rəğbəti qazandırdı mənə. Rejissor Rüfət Şahbazov gənc olmağına baxmayaraq, çox mədəni və səviyyəli bir iş çıxartdı ortalığa. Bir də Adil Azayın “Son hədd” serialı çox xoş oldu mənim üçün.

- Uzun illərdir ki, Sumqayıt Dram Teatrında fəaliyyət göstərirsiniz. Bakıdakı teatrlarda müqavilə ilə işləmək fikriniz olub?

- Fikrim deyəndə ki, indiyə qədər işləməmişəm.

- Dəvət almamısınız, yoxsa?

- Xeyr, dəvət olmayıb.

- Olsa, işləyərsiniz?

- Qismətdən artıq yeməzlər. Bu, mənim həyatımda ən çox işlətdiyim kəlmədir. Allahın qismətindən qaçmaq olmur. İnşallah...

- Qismətinizin hansısa bir hissəsindən gileylənirsiniz, yoxsa həmişə şükür etməyi bacaranlardansınız?

- Əlbəttə, bacarıram. Şükür Allahın böyüklüyünə. Versə, nemətdir, verməsə, hikmət. Şükür bu günümə. Ən azından, hansısa bir el şənliyində, toyda, bayramda tamaşaçı sevgisini görüb-hiss edirəmsə, deməli, Allahın sevimli bəndəsiyəm. Mən bunu belə təhlil edirəm.

- Bildiyimə görə, həyat yoldaşınız 16 il bundan öncə dünyadan köçüb. Allah rəhmət eləsin. Hansısa bir xəstəliyi var idi?

- Bəli, həyat yoldaşımın ürəyi xəstə idi. Üç il ailəli oldum. O rəhmətə gedəndə oğlanlarımın birinin bir, o birinin isə iki yaşı var idi. İndi, maşallah, biri universitetdə təhsil alır, digəri də orta məktəbin son siniflərində oxuyur. O da ali məktəbə hazırlaşır. Uşaqlarım Allahın mənə verdiyi ən böyük mükafatdır, düşünürəm. Onlar mənim həyat simfoniyalarımdır. Allah eləməsin, onların pis sədaları gəlsə, onda pis bəstəkar olmuş olaram.

- Ailəli olarkən aktrisa kimi fəaliyyət göstərirdiniz?

- Xeyr, yoldaşım iş adamı idi. Mənim heç nəyə ehtiyacım yox idi. Teatrda işləmirdim. Uzun illər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində incsənət söbəsinin müdiri vəzifəsində çalışmışam. Həm də həyat yoldaşım qısqanc adam idi. Heç eyvana da çıxmağa icazəm yox idi. Onsuz küçəyə çıxdı söhbəti yox idi. Amma həyat... Üç ilin gəlini, iki körpə ilə “canavar həyat”la üz-üzə qaldım. Şükür Allaha, mənim sahibim oldu. Şükür oğullarıma, şükür bu günümə. Özüm özümə dayaq olmağım üçün Allah mənə qüvvət verdi.

- Siz təcrübəli bir aktrisa kimi seriallarda olan vəziyyətlə bağlı nə deyə bilərsiniz? Niyə bizim seriallara az baxılır?

- Məncə, az baxılmır. Sadəcə olaraq, hərənin öz zövqü var və müzakirə olunmur. Amma yaxşı olar ki, seriallarımızın səs-səda salması üçün çəkilişlər zamanı peşəkar aktyor və aktrisalara müraciət olunsun. Çünki onların hər biri məktəb keçən insanlardır. Hər bir sənətin sənətkarı daha gözəldir.

- Qeyri-peşəkarlara çoxmu müraciət olunur?

- Sənətdə qeyri-peşəkarlar doludur. Utancverici bir şeydir. Aktyorların dəyərlərini vermək istəməyənlər, sənətdən bixəbər olanlar pul qazanmaq üçün hər yoldan ötəni seriala çəkirlər ki, ona pul ödəməsinlər. Yalnız özünə və sənətinə dəyər verən rejissorlar peşəkarlarla işləməyə üstünlük verirlər.

- Bəs sizin üçün o qeyri-peşəkarlarla bir serialda çəkilmək, tərəf-müqabili olmaq çətin olmur?

- Bu, tək mənim problemim deyil. Belələri rejissorları da çox incidirlər. Peşəkarlarla bir səhnəni bir dubla çəkiriksə, başqaları ilə bu dubllar uzanır. Həmin səhnə də qeyri-səmimi alınır. Aktyorlar da yorulurlar. Çox çətin və arzuolunmaz olur. Amma deyim ki, onlar özlərindən o qədər razı olurlar ki, biz mat qalırıq. Sənətdənkənarlar “meydan sulayanda” sənətkarlar mat qalırlar. Lakin bu, davam edə bilməz. Təbiilik və səmimilik peşəkar aktyorda daha qabarıq görünür. Səhnələrin sevilməsi lazımdır. Yoxsa belə olmur...

- Artıq dörd ilə yaxındır ki, Sumqayıt Dram Teatrında “Qatil” tamaşasında baş rolu canlandırırsınız. Eyniadlı tamaşa Akademik Milli Dram Teatrında da səhnəyə qoyuldu. Fərqi nədə gördünüz?

- Bu barədə danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, biz əsərin mənasını və fikrini pozmadan ifa etdik. Mən utancaq, həyatı boyu əli kişi əlinə dəyməyən fağır müəllimi oynadım.

- Deməli, Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatil”in motivi və məğzi dəyişdirilmişdi? Belə qənaətə gəlmək olar?

- Siz özünüz əsəri diqqətlə oxusanız, fərqi görəcəksiniz. Mən heç vaxt aktyorların əziyyətinə ləkə gətirəcək fikir demərəm. Çünki o rolu təhvil verənə qədər aktyor dəridən-qabıqdan çıxır. Hər rejissorun əsərə öz yanaşma tərzi var. Kim nəyi necə görür, necə fikirləşir, onu da səhnələşdirir.

- Siz də vaxtilə bir tamaşada öpüşmüsünüz, səhv etmirəmsə...

- Sevgi o qədər ülvi hissdir ki, onu öpüşmə və başqa bir şey olmadan, baxışlarla da həll etmək olar. Öpüşmək hələ lap yaxşı aktyor olmaqdan xəbər vermir. Mənim sevgi səhnələri oynadığım tamaşalar çoxdur. Amma rejissorlar o səhnələri elə incəliklə verdilər ki, nifrət doğuracaq heç nə yaranmadı. Biz unutmamalıyıq ki, bura Azərbaycandır. Əgər müasirlik deyiriksə, bu, çılpaq və açıq-saçıq səhnələrin bolluğu demək deyil.

- Sevginin ülvi hiss olduğunu vurğuladınız. Həyat yoldaşınızdan sonra kimisə sevdinizmi, yaxud indi sevirsinizmi?

- Sevirəm, özü də iki nəfəri...

- Bilirəm, övladlarınızı nəzərdə tutursunuz. Allah saxlasın. Amma mən əks cinsin nümayəndələrini nəzərdə tuturdum...

- Onlar da əks cinsin nümayəndələridir də (gülür). Mən ürəyimin açarını hər ələ təqdim eləmərəm (gülür). Hər şey gizli olanda abırlı və gözəl olur.

- Hal-hazırda hansı işin üzərində çalışırsınız?

- Hələ ki, ciddi bir iş yoxdur. Amma başlayanda birdən başlayır, adam çaş-baş qalır. Allah camaatımızın canını sağ eləsin, təki həmişə xeyir işlər olsun, mən də həmin məclislərdə aparıcılıq edim (gülür). Yenə də deyirəm, şükür bu günümə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Azərbaycandan DANIŞDI - AMMA...
Bu gün, 07:42
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru