"Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." .....                     Hadrutun xarici elektrik təchizatı yenilənir .....                     `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... .....                     Deputatlar bu tarixdə .....                     Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... .....                     ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... .....                     "Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                     "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: .....                     Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                 

Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb”
Tarix: 22-12-2014, 09:52 | Çap et
Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb”
Kulis.az-ın yeməli söhbət layihəsinin qonağı məşhur aparıcı Günay Yelmarqızıdır.

- Günay xanım hansı yeməkləri sevirsiz?

- Yarpaq dolması, badımcan dolması və dovğanı.

- Özünüz nə bişirirsiz?

- Vaxtım olanda bişirirəm. Amma bu çox nadir hallarda baş verir. Etiraf edim ki, 18 yaşımdan çalışdığıma, subay olduğuma və ailəmlə yaşadığıma görə evdarlıq qabiliyyətim barədə nəsə deyə bilmərəm. Evdə yemək məsələlərinə anam baxır. İşdən gec getdiyim üçün artıq mənim nəsə hazırlamağıma ehtiyac qalmır. Ancaq bu o demək deyil ki, yemək bişirməyi bacarmıram. Ümumiyyətlə, mənim leksikonumda “bacarmıram” sözü yoxdur. Ola bilər bu günə qədər hər hansı yeməyi bişirməmişəm. Amma bu o demək deyil ki, bişirə bilmərəm. Məsələn, plovu ilk dəfə Amerikada yaşayanda dəmlədim və heç də pis alınmadı. Ancaq daha çox salatlar hazırlamağı sevirəm. Bir şeyi də deyim ki, əlim çox dadlıdır. Bişirdiyim yeməklər pis alınmır. Yemək hazırlayanda özümdən nəsə əlavələr etməyi, müxtəlif ədviyyatlar qatmağı sevirəm. Amma xüsusi reseptlə hazırladığım bir yemək yoxdur.

- Bir müddət Amerikada yaşadız. Oranın yeməkləri ilə aranız necə idi? Ümumiyyətlə, Amerika sizin üçün maraqlı oldu?

- Düzünü desəm oranın yeməklərini bəyənmədim. Əslində Amerika mətbəxinin xüsusi özəlliyi ilə seçilən bir yeməyi də yoxdur. Daha çox fast foodları ilə məşhurdurlar. Mən orada yaşadığım müddətdə özüm evdə ağız dadıma uyğun yeməklər bişirirdim. Vaşinqtona gedəndə ilk işim çay, mixək və hil almaq olmuşdu. Evdə əsl Azərbaycan çayı dəmləyib içirdim. Hətta dostlar hərdən deyirdilər ki, gedək Günay bizə Azərbaycan çayı dəmləsin. Amerikaya gəldikdə, məni bu ölkədə təəccübləndirən, ya da xüsusi diqqət və marağımı çəkən nəsə yoxdur. Hətta hava limanına ilk düşəndə bir balaca xəyal qırıqlığına da uğramışdım. Yəni, Amerika xüsusən filmlərdə təqdim olunduğu kimi qeyri-adi, fantastik və möcüzələr ölkəsi deyil. Adi bir ölkədir. Təbii ki, özünəməxsus özəllikləri də var. Mən Vaşinqtonda yaşamışam. Bir neçə ştatda və şəhərlərdə olmuşam. Ən çox sevdiyim şəhər elə Vaşinqton oldu. Bu şəhərin özünəməxsus aurası və cazibəsi var. Çox sadə, amma gözəl şəhərdir.

- Xarici mətbəxdə sizi təəccübləndirən yemək olub?

- Mən bir az yeməklərə qarşı diqqətliyəm. Ağız dadıma uyğun olmayan yeməklər əsla diqqətimi çəkmir. Amerikada sevmədiyim cəhətlərdən biri yeməklərdə normadan çox sarımsaqdan və tomatdan istifadə etmələri oldu. Yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı bütün ədviyyatları, xüsusən tomat, pendir və sairə tökürlər yeməklərə. Bütün dadlar bir-birinə qarışır. Orda, hətta restoranlara girəndə sarımsaq iyi o qədər vurmuşdu ki, Bakıya gələndən sonra bir müddət sarımsaq iyindən qaçırdım.

- Kababla aranız necədir?

- Kababla aram əla . Bütün növ kababları sevirəm. Həm ət məhsullarından, həm də tərəvəz məhsullarından hazırlanan kababları xoşlayıram.

- Jurnalistika ilə bağlı təcrübəniz çoxdur. Bu müddət ərzində başınıza maraqlı hadisələr gəlib?

- Artıq 15 ildir bu sahədə çalışıram. Əlbəttə çoxlu maraqlı hadisələr olub. Xüsusən 13 ildir canlı efirə çıxdığımı nəzərə alsaq, efir vaxtı maraqlı hadisələr çox olur. Məsələn, tələsik efirə çıxdığım üçün mikrofon taxmağı unutmuşam, xəbər oxuduğum vaxt səsim batıb və sairə. Ən son efirdə dırnaqlarıma boya çəkmişəm. İş o qədər çox olmuşdu ki, efir başlayanda bir əlimdəki dırnaqlarım boyalı idi, digər əlimdəkilərə boya çəkməyə vaxt çatmadı. Birinci xəbər gedəndə əlimin birini gizlətdim ki, dırnaqlarım görünməsin. İlk süjet efirə gedəndə dırnaqlarımın qalanını da boyadım.

- Tələbəlik illəriniz necə keçib?

- Tələbəlik illərim olmayıb. Çünki birinci kursdan işləməyə başlamışam. Amma mən iki ali təhsil aldığıma görə tələbə yoldaşlarımın sayı çoxdur. Bəziləri ilə əlaqəm var.

- Hansı tip restoranları sevirsiniz?

- Mən daha çox özünəməxsus konsepsiyası, aurası olan, hansısa bir özəlliyi ilə seçilən məkanları sevirəm. Dəbdəbədən kənar, sadə, səssiz və komfortlu restoranları...

- Ağdamlısınız... Sizcə Ağdam mətbəxinin özəlliyi nədir?

- Ağdam mətbəxi də digər bölgələrimizdə olduğu kimi dadlı təamlarla zəngindir. Bu mətbəxi mənim üçün fərqli edən anamın əlindən hazırlanmasıdır. Mən onun hazırladığı bütün yeməkləri sevirəm.

- Sizə nəyi isə xatırladan yemək var?

- Məsələn, kətə. Göyərti qutabını nəzərdə tuturam. Qarabağ zonasında ona kətə deyirlər – mənə doğulduğum Ağdamı xatırladır. Kətə mənə Ağdamdakı evimizi, nənəm və mənim çox sevdiyim ailə dostumuz olan Niyazi əmimi və onun ailəsini xatırladır. Hər dəfə onlar bizə məhz nənəmin bişirdiyi kətəni yemək üçün gələrdilər. Evdə çox maraqlı ab-hava yaranırdı - sevimli qonaqlarımız və nənəmin sacda bişirdiyi kətə. Yəni, uşaqlığım.

- Dieta ilə aranız necədir?

- Əla. Kökəlməyə meylli insanam. Ona görə diqqət etməyə məcburam. Hazırda artıq kilolarım var və onlarla mübarizə aparıram. Amma kəskin pəhriz saxlamıram. Sadəcə qida rasionundan nələrisə çıxarmaqla arıqlamağa çalışıram.

- Sevgilinizlə ilk dəfə harada yemək yemisiniz?

- Etiraf edim ki, bu günə qədər haradasa oturub yemək yediyim bir sevgilim olmayıb. Ona görə elə bir məkan da yoxdur.

- Toyla aranız necədir?

- Baxır kimin toyu. Yaxınlarımın, dostlarımın, sevdiyim insanların toyunda məmnuniyyətlə iştirak edirəm, əylənirəm və yaxşı da rəqs edirəm.

- Spirtli içkilərə münasibətiniz?

- Spirtli içkiləri sevmirəm.

- Sosial şəbəkələrdə aktivsiz. Sizə burda maraqlı təkliflər edən olur?

- Sosial şəbəkələrdə istənilən xarakterdə insana rast gəlmək mümkündür. Düzü mesajlara o qədər vaxt ayırmıram, oxumuram. Hərdən təmizləmə işləri aparanda oxuduğum və ürəkdən güldüyüm qəribə mesajlar olur.

- Hobbiniz nədir?

- İdmanla məşğul olmağı sevirəm. Üzgüçülük, fitnes, müxtəlif rəqslərlə məşğul olmuşam. Ən son böyük tennisə gedirdim. Obyektiv səbəblərdən xeyli vaxtdır idmana ara vermişdim, ancaq mütləq bərpa edəcəm. Çünki gündəlik məşğul olmasam da idman həyatımda mütləq olur . İdmandan əlavə mütaliəni sevirəm. Xüsusilə bədii əsərlər. Mənim ümumiyyətlə, “ən çox sevdiyim yazıçı”, “ən çox sevdiyim müğənni” və sairə “ən”lərlə bağlı kriteriyalarım yoxdur. Bütün gözəl əsərləri, janrından asılı olmayaraq bütün gözəl musiqiləri sevirəm. Konkret əsərləri ilə yaşadığım bir yazıçı yoxdur. Amma nəsə öyrəndiyim, nəticə çıxara bildiyim bütün maraqlı əsərləri sevirəm. Bu, klassik yazıçıların əsərləri də ola bilər, populyar ədəbiyyat nümunələri də. Bütün oxuduğum və sevdiyim əsərləri sadalasam uzun siyahı alınar. Ancaq ən son oxuduqlarımdan Umberto Ekonun “Qızıl gülün adı”, Xalid Huseynin “Min möhtəşəm günəş”, “Çərpələng uçuran”, Elif Şafakın “Aşk” əsərlərinin adını çəkə bilərəm. Son iki əsər məni çox təsirləndirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09
Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00
`ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50
Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45
Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42
ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru