Azərbaycanlı müğənni: "Məni döyə-döyə sənətə gətirdilər"
Tarix: 23-09-2014, 09:51 | Çap et
 Əməkdar artist Könül Kərimovanın Milli.Az-a müsahibəsi.
- Könül xanım, hər bir məşhurun keçmişdə acınacaqlı, pis günləri olub. Ən azından bunu özləri etiraf edirlər. Siz də “daşdan çörək çıxardan”lardan olmusunuz?
- Bəli, mən də asanlıqla bu yerə gəlib çıxmamışam. Əziyyətlərim çox olub. Hətta təzə-təzə toylara gedəndə çox xəcalət çəkirdim, utanırdım.
- Niyə utanırdınız ki?
- Düşünürdüm ki, yüksək səviyyədə musiqi alan bir müğənni 6-7 saat toyda oxumalı deyil. Tək özümü demirəm, ümumilikdə danışıram. İstedadımızdan düzgün istifadə etməyi bacarmalıyıq.
- Nə zamansa kafelərdə oxumusunuz?
- Qətiyyən. Çünki mən sahib olduğum peşəyə dəyər vermişəm, onu heç vaxt gözdən salmamışam.
- Gözdən salanları görmüsünüz?
- Toylarda, məclislərdə kifayət qədər şahidi olmuşam...
- Könül Kərimova... İllərin təcrübəsi desək, yanılmarıq. Könülü Könül edən nə oldu? Səhnəyə gəlmək həvəsi sizdə haradan qaynaqlanır?
- Ümumiyyətlə, çoxları müğənni olmaq istəyəndə valideynləri buna etiraz edirlər. Maraqlı burasıdır ki, məndə əksinə oldu. Valideynlərim, xüsusən də anam mənim müğənni olmağımı istədi. Təsəvvür edin, mənim hünərim nə idi ki, bir gün musiqi dərnəyinə getməyim? Onda anam məni elə döyürdü ki, gəl görəsən. Bir sözlə, məni döyə-döyə sənətə gətirdilər (gülür).
- Çoxları iddia edir ki, Könül Kərimova da plastik əməliyyatdan istifadə edənlərdən olub. Yoxsa indiyə qədər təbbi yolla belə gözəl qalmaq hardasa mümkünsüzdür. Bu fikirlərə qarşı hansı cavabı verərdiniz?
- Onu demək istəyirəm ki, mən bu yaşıma qədər bədənimin heç bir yerində plastik əməliyyat keçirtməmişəm. Yalnız dodaqlarımda bir az dəyişiklik etmişəm. Ona da ehtiyac var idi. Yəni ki, sırf estetik baxımdan bunu etməmişəm.
- Oxuduğunuz bir mahnıda “Məni də gəl apar, qurbanın olum” deyirsiniz. Bu sözü kiməsə demisiniz?
- Yox, belə bir şey olmayıb (gülür). Sadəcə olaraq, mən oxuduğum bütün mahnıları ürəkdən oxuyuram. Yəqin ki, onu yazan adam da ürəkdən yazıb.
- İndiki gənc müğənnilərin əksəriyyəti açıq-saçıq geyimlərlə gündəmə gəlirlər. Maraqlıdır, siz indiyə qədər bu geyimlərdən heç vaxt istifadə etməmisiniz?
- Sözün düzü, o vaxt belə şeylərə pis baxırdılar. Səhnəyə heç vaxt açıq geyimlə çıxmamışam. Heç çıxmaq fikrim də olmayıb. Gündəlik isə müəyyən qədər sərbəst geyimlərə üstünlük verirəm. Amma o da çərçivə daxilində. Biri var gözəl görünmək, biri də var vulqar...
- Zənninizcə, fiziki quruluşunuz açıq-saçıq geyinməyə imkan verir?
- Düşünürəm ki, bəli, verir. Sadəcə olaraq, bunun üçün bir qədər də arıqlamaq lazımdır. Amma istənilən halda, belə geyimlərdən istifadə etmək mənim üçün gecdir.
- Bəs öz bədənini nümayiş etdirməklə səsini arxa plana “atan” müğənnilərə münasibətiniz necədir?
- Bu onların öz şəxsi işləridir. Bəlkə də, oxuduqları mahnıların motivləri onlara elə geyimlərdə çıxıb oxumağa imkan verir. Lakin istənilən halda bir fərd olaraq mən bunun əleyhinəyəm.
- Bir ara mətbuatda sizin həyat yoldaşınızdan ayrıldığınız gündəmə gəldi. Nə məsələ idi o?
- Heç özüm də bilmirəm ki, haradan çıxartmışdılar bunu. Bu xəbəri yayanlara dəfələrlə demişəm ki, mən ailəliyəm, inanmayan evimə təşrif buyursun, öz gözləri ilə həyat yoldaşımı görsün (gülür).
- Yəqin ki, həyat yoldaşınız sizin işinizə qarışmır...
- Qarışmır deyəndə ki, siz mənim ailəmi görsəniz, deyərisiniz ki, Könül xanım, siz necə müğənni olmusunuz? Sizə necə icazə veriblər. Bizdə o qədər ciddilik hökm sürür. Sadəcə olaraq, mən bu vaxta qədər ailəmin adına ləkə gətirəcək heç bir şey etməmişəm. Bundan sonra da etmərəm. Ona görə də möhkəm etibar qazanmışam.
- Yeri gəlmişkən, ailədə sizdən başqa oxuyan var?
- Oğlumun gözəl səsi var. Bunu təkcə mən demirəm. Bu yaxınlarda Teymur Əmrah da gəlib oğlumun səsinə baxdı. Bəyəndi. Dedi ki, oxumaq üçün böyük ürəyə sahibdir. Sənətin üstünə düşsə, yaxşı olar. Görək də, xeyirlisi (gülür).


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51 |
|
|
|
• “Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48 |
|
|
|
• Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43 |
|
|
|
• İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34 |
|
|
|
• "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32 |
|
|
|
• Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27 |
|
|
|
• Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24 |
|
|
|
• İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12 |
|
|
|
• Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41 |
|
|
|
• Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34 |
|
|
|
• Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06 |
|
|
|
• Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57 |
|
|
|
• Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54 |
|
|
|
• Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49 |
|
|
|
• Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47 |
|
|
|
• İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45 |
|
|
|
• İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40 |
|
|
|
• Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29 |
|
|
|
• Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25 |
|
|
|
• Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19 |
|
|
|
• Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11 |
|
|
|
• “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04 |
|
|
|
• Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01 |
|
|
|
• Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56 |
|
|
|
• İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52 |
|
|
|
• Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49 |
|
|
|
• Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43 |
|
|
|
• Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40 |
|
|
|
• SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25 |
|
|
|
• Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34 |
|
|
|
• Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29 |
|
|
|
• İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28 |
|
|
|
• İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24 |
|
|
|
• Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22 |
|
|
|
• Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18 |
|
|
|
• “İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14 |
|
|
|
• Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09 |
|
|
|
• AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59 |
|
|
|
• Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57 |
|
|
|
• İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Dünən, 14:55 |
|
|
|
• İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Dünən, 14:52 |
|
|
|
• Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı
Dünən, 14:44 |
|
|
|
• İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Dünən, 14:39 |
|
|
|
• "Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Dünən, 13:02 |
|
|
|
|