Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                     Kiyev üçün yeni hədəflər .....                     Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? .....                     "Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" .....                     İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu .....                 

“Ailəsi imkan vermədi yoldaşımla birgə yaşayaq"...
Tarix: 1-07-2014, 09:37 | Çap et
“Ailəsi imkan vermədi yoldaşımla birgə yaşayaq"...
- Özün haqqında məlumat verərdin?

- Təvəllüdüm sirr qalsın. Şuşa şəhərində anadan olmuşam. Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin Kino və Dram aktyorluq fakültəsini bitirmişəm. Ailədə 3 uşaq idik - 2 bacı və 1 qardaş. Qardaşım rəhmətə getdi.

2000-ci ildən bu sənətdəyəm.

- Necə oldu ki, müğənni oldun?
- Tələbə vaxtı “Ay işığı” ansamblı var idi, mən də oranın üzvü idim. Elə o vaxtdan da oxuyuram. Amma əvvəllər teatrdan çıxmaq fikrim yox idi, sadəcə maddi duruma görə teatrı tərk etməli oldum. Teatrda maaş çox aşağı idi. Qərara gəldim ki, müğənni olum.

- Sənətin sirlərini kimdən öyrənmisən?

- İlk dəfə sənətin sirlərini mənə müəllimim, xalq artisti rəhmətlik Kamal Xudaverdiyev öyrədib. Sonra isə əməkdar artist Səidə Quliyevadan dərs almışam. İkisi də sənət müəllimim olub.

- İlk məhəbbətin neçə yaşında olub?
- Bu hiss mənə yaddır. Xatırlamıram. Çünki heç vaxt sevmədim.

- Övladın varmı?
- 3 yaşında Hüseyn adında oğlum var.

- Ailə qurandan sonra sənətdən niyə uzaqlaşdın?

- Sənətdən ailə qurandan sonra uzaqlaşmadım. Sadəcə, qardaşım rəhmətə gedəndən sonra bir müddətlik uzaqlaşdım, sonra da maddi durumum az olduğuna görə elə də efirlərə çıxa bilmədim.

- Məndə olan məlumata görə həyat yoldaşından ayrılmısan?

- Bilirsiniz necədir, gizlətmirəm, hal-hazırda ayrılmışam. Onun haqqında nə isə demək istəmirəm. Bir onu deyə bilərəm ki, bizi ayırdılar. Müğənni olduğuma görə guya ki, mənimlə ailə qurmaq olmazmış... Məgər müğənninin ailə qurmağa haqqı yoxdur? Özü yaxşı insan idi. Ailəsi imkan vermədi ki, birgə yaşayaq, axır ki, ayrılmağımıza nail oldular.

- Bildiyimə görə bir müddət rəhmətlik Məhəbbət Kazımov sənə çox dəstək olub.

- Allah Məhəbbət müəllimə rəhmət eləsin! Çox böyük dəstək oldu mənə. İndi də onun çörəyini yeyirəm. Çox böyük insan idi.

- Şou-biznesin açarı kimin əlindədir?

- Aygün Kazımovanın, bir də kimin yaxşı pulu varsa elə açar da onun əlindədir.

- Günay, səmimi olaq, bir çox həmyaşıdların var ki, səninlə səhnəyə bir gəldilər, hazırda populyardırlar. Bu səni narahat etmir ki?
- Düzdür, həmyaşıdlarımın çoxu bu dəqiqə populyardır. Bu məni qətiyyən narahat etmir. Mən özüm çox tənbələm. Tez ruhdan düşənəm, bir də şans məsələsi var də… Düzdür, yaxşı başlamışdım, məni ruhdan saldılar. Bu efirlə bağlıdır. Klip çəkdirirdim, mahnı yazdırırdım, aparırdım efir götürmürdü. Ancaq elə insanların - müğənnilərin (deməyəcəyəm ki, kimdir, çünki ayıbdır) klipləri, mahnıları efirə gedirdi ki, mən əsəbimdən oturub ağlayırdım. Yəni bu qədər haqsızlıq olar?! Mən ən azından məktəb görmüşəm, professional səhnə görmüşəm. Yaşar Cəfərovdan dərs almışam. Mən bu sənətə təsadüfi düşənlərdən deyiləm. Mənim ilk mahnım da professional bəstəkar mahnısı olub. İlk addımlarda Nadir Əzimovla işləmişəm. Çox çətinliklə irəliləmişəm, heç bir dəstəksiz - filansız. AzTV-də “Qızıl açar” müsabiqəsinin laureatı olmuşam. İndi də bunu qiymətləndirməyəndə adam ruhdan düşür. Nə isə… Ürəyim doludur.

- Qısqanc xanımsan?
- Hansı xanım desə ki mən qısqanc deyiləm, inanmayın. Bu mümkün deyil. Düzdür, özünə, gözəlliyinə güvənən xanımlar bir az soyuqqanlı olurlar. Yəni mən gözələm, kimə qısqanacam sevgilimi və yoldaşımı? Amma buna baxmayaraq, hər bir xanımın içində güclü bir qısqanclıq hissi var.

- Səni nə narahat edir?

- Məni hazırda narahat edən övladımın gələcəyidir. Onu ürəyim istəyən kimi böyütmək istəyirəm. Allah bütün balaları qorusun, mənim də balam onların içində.

- Şou-biznesdə özünüzü görürsünüz?
- Yox, görmürəm. Çünki elə şeylər var ki, onları mən bacarmıram.

- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hələ ki, bir yenilik yoxdur. Amma son vaxtlar ətrafımda mənə mənəvi dəstək olan, mənə ruh verən insanlar var. Bu da məni həvəsləndirir, bir-iki mahnı yazdırmaq fikrindəyəm. Aktrisa kimi bir filmə də dəvət almışam. İnşallah, bu haqda gələcəkdə danışaram.

- Yenidən ailə qurmaq istəyirsən?
- Elə bir fikrim yoxdur. Amma bu həyatdır, gələcəkdə hər şey ola bilər. Ailə gözəl şeydir.

- Qalmaqala münasibətin necədir?
- Qalmaqalı çox sevirəm. Çünki özüm də davakaram. Uşaqlıqdan beləyəm. Hətta qonşuda kimsə dalaşanda mən də müdaxilə edirəm. Yoxsa ürəyim partlayar. Bu cəhətimə görə evdə həmişə dalaşmışam. Amma maraqlıyam də belə şeylərə. O ki qaldı şou-biznes qalmaqallarına, adamın ürəyi bulanır bu qalmaqallardan. Heyf ki, əlimə biri düşmür anladam ona qalmaqal necə olur.

- Nədən utanırsan?
- Şükürlər olsun ki, utanacaq qədər bir işim olmayıb. Ancaq bir şeyi etiraf edim ki, hər dəfə Günay Şuşalı kimi təqdim olunanda Şuşasız olduğumdan utanıram.

- Necə insansan?
- Mən çox vətənpərvər insanam. Hətta ilk albomum çıxanda - 2005-ci ildə mənə dedilər ki, albomun adını sevgidən, məhəbbətdən, ayrılıqdan qoy, gənclərdə maraq doğursun, satılsın. Albomda belə mahnılarım da çox idi, ancaq mən heç kimə qulaq asmadım, albomun adını “Al qoynuna, məni Şuşam” qoydum. Belə bir mahnı oxumuşdum, sözləri də bacım Solmaza aid idi.

- Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsiniz?
- Təəssüf hisslərim çoxdur. Dönüb keçmişə baxanda səhvlərim çox olub, lap çox...

- Qadına xoşbəxt olmaq üçün nə lazımdır?
- Qadına xoşbəxt olmaq üçün ağıl lazımdır. Mən belə düşünürəm, bu mənim subyektiv fikrimdir. Ağılsızlığın ucbatından xoşbəxt deyiləm.

- Ailənizdə sizdən başqa bu sənətlə məşğul olan varmı?
- “Qızıl açar” müsabiqəsindən sonra bir də “Lider” kanalında “Talant şou” müsabiqəsində bacımla birgə olmuşuq. Bacımın da gözəl istedadı var, gözəl rəqqasdır, professional hind rəqsləri ilə məşğuldur. Özü filoloqdur, ədəbiyyatçıdır, ancaq rəqs onun həyatıdır.

- Bu sənətdə yüksəlmək üçün nəyin çatmadı?

- Yalnız pulum o qədər olmadı ki, istədiyim kimi efirlərdə olum. Hər şey maddiyyatın üstündədir - yalnız pul.

- Şou-biznesdə nə baş verir?

- Şou-biznesdə heç nə baş vermir. Çünki mən heç nə görmürəm. Əlbəttə, pulun yoxdursa, yerin də yoxdur. Ümumiyyətlə deyirlər ki, pul çox şeyi həll edir, ancaq hər şeyi də həll etmir axı. Bu fikirlə heç razı deyiləm. Pulun varsa, hörmətin də var, dostun da var, qohum-əqrəban da var, pulun yoxdursa demək sənin heç bir şeyin yoxdur.

- Bu sənətdə dostların varmı?

- Əlbəttə, mənim gözəl dostlarım çoxdur. Heç kimlə də pis münasibətdə deyiləm.

- Yenidən həyat yoldaşınla bir arada ola bilərsənmi?

- Həyatda hər şey ola bilər, amma məncə bu olmaz. Biz istəsək də buna imkan verməzlər.
\\ mediainfo.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Dünən, 17:41
Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:39
Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Dünən, 17:34
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru