
Müğənni Elvin Abdullayev Gənclər və İdman Nazirliyi və AFFA-ya müraciət edib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, soyuq hava şəraiti ilə əlaqədar uşaqlar üçün nəzərdə tutulan futbol meydançalarında istilik sisteminin olmamasından şikayətlənib:
"Müraciətim AFFA-yadır. Zəhmət olmasa, kiçik yaşlı uşaqlar üçün istilik sistemi olan meydançalar tikdirin. Bu cür hava şəraitində o uşaqların məşq etməyi həm çətin, həm də qəlizdir. Sonra Azərbaycanda futbol yoxdur kimi kəlmələr eşitməkdənsə, futbolçunun kiçik yaşlarından qeydinə qalmalısan. Daha uşaq soyuqda qaçıb iki gündən bir xəstələndi yox. Gənclər və İdman Nazirliyi və ya AFFA, xahiş edirəm, bu nüansları nəzərə alın".
