“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                 

"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Tarix: 28-02-2025, 09:11 | Çap et
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir"
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır. İqtisadiyyat.az xəbər verir ki, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu (Əbdül Mahmudbəyov)

2) Camalov Vüqar Vaqif oğlu

3) Əliyev Rüstəm Qədim oğlu

4) Paşayev İlqar Əli oğlu

5) Rzayev Yavər Maarif oğlu

6) Hüseynli Səbinə Vaqif qızı.

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək. Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii Şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Bəs film layihələrinin bədii və texniki qiymətləndirilməsi hansı meyarlara əsaslanır? Bədii Şuranın üzvləri filmlərin seçimi zamanı hansı prinsiplərə üstünlük verirlər?

ARKA tərəfindən Bədii Şura üzvlərinə ayrılan 9 800 manatlıq ödəniş hansı işləri əhatə edir?

ARKA-da fəaliyyət göstərən Bədii Şuranın üzvü, Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Şükür ki, biz də nəhayət, yavaş-yavaş ağıllanırıq. İdeologiyamızdan, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan sənətimizə peşəkar insanlar tərəfindən nəzarət edirik. Yoxsa ki, özbaşınalıq, biabırçılıq baş alıb gedirdi. Məncə, bu təkcə mənim fikrim deyil, çoxları belə düşünür. Ümumiyyətlə, peşəkar insanların aidiyyəti qurumlarda təmsil olunması çox yaxşı haldır. Gec də olsa, buna şükür. Biz respublikada fəaliyyət göstərən özəl şirkətlərə və studiyalara rəhbərlik etmirik. Yalnız Mədəniyyət Nazirliyinin xətti ilə ARKA-ya daxil olan və ARKA ilə birgə həyata keçirilən filmlərə və ssenarilərə rəy veririk. Yəni hər kəsin çəkdiyi filmə deyil. Bu gün Azərbaycanda barmaqla sayılan 3-4 peşəkar kino adamı varsa, onların hamısı ARKA-dadır. Burada çox gözəl ziyalılarımız və müxtəlif sahələri təmsil edən şəxslər var. Bədii Şura 7 nəfərdən ibarətdir. ARKA-nın rəhbəri Orxan Fikrətoğludur - çox yaradıcı və peşəkar insandır. Təbii ki, hər şey Mədəniyyət Nazirliyinin xüsusi diqqəti və nəzarəti altındadır. Biz yalnız peşəkar səviyyədə işləyən film studiyalarının filmlərinə rəy veririk. Kimlərinsə haradasa film və ya serial çəkməsinin bizə aidiyyəti yoxdur”.

Xalq artisti Bədii Şura üzvlərinə verilən 9 800 manatlıq ödənişlə bağlı da açıqlama verib: “O ki qaldı 9 800 manata, hər bir işin müəyyən maaşı var. Bu, normaldır. Maaşsız indi dünyada heç bir iş yoxdur. Bəzilərinin gözünə bu məbləğ çox görünə bilər, amma 12 aya böləndə aya təxminən 700 manat edir. Bu da "xala-xətrin qalmasındır". Amma inanın ki, məni heç vaxt maddi məsələlər maraqlandırmayıb. Mən maddiyyat adamı deyiləm, məni tanıyan hər kəs bunu bilir".

“Bədii Şura indiyə qədər hansı filmlərə rəy verib” sualına isə xalq artisti belə cavab verdi: “Bu günlərdə Xocalı faciəsindən bəhs edən, rejissoru İlqar Safat olan "Doğma torpaq" filminə rəy verdik. Təəssüf ki, bu filmi biz gec gördük. Film dünya səviyyəsində olan bir işdir. Süjetə görə, İngiltərədən bir qadın jurnalist Azərbaycana gəlir, burada flora və faunanı, eləcə də Xocalı faciəsinin dəhşətlərini öz gözləri ilə görüb çəkir. Möcüzə nəticəsində sağ qalır, İngiltərəyə qayıdır və böyük konfrans keçirir. Orada konkret sənədlərlə, faktlarla erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim edir. Həmin konfransa daxil olan erməni terrorçusu isə jurnalisti hər kəsin gözü qarşısında güllələyir. Bu səhnə erməni terrorizmini bir daha sübut edir.

Film həm siyasi ideologiya, həm də bədii dəyər baxımından çox əhəmiyyətlidir. Mən bütün səmimiyyətimlə Azərbaycan ziyalılarına - elm, sənət, mədəniyyət xadimlərinə, KİV nümayəndələrinə, parlament üzvlərinə və dövlət strukturlarına müraciət edirəm. İllərlə bizə sual verirdilər ki, niyə ortaya çıxacaq film yoxdur? İndi isə tam əminliklə deyə bilərəm ki, artıq belə bir film var - “Doğma torpaq”.

Filmi “Nərmin” film studiyası çəkib. Biz də filmin müəyyən mərhələlərində köməklik göstərmişik. Düşünürəm ki, Xocalı faciəsi, Birinci və İkinci Qarabağ müharibəsi haqqında film çəkmək istəyənlər üçün artıq bir ölçü meyarı var. “Doğma torpaq” kimi səviyyəli ssenari və keyfiyyətli iş ortaya qoyulmalıdır ki, filmin çəkilişinə icazə verilsin.

Bu film ümumtəhsil məktəblərində, universitetlərdə və dövlət qurumlarında kütləvi baxışla təqdim edilməlidir.

Qarabağ ağrısını, kino sevgisini içində daşıyan bütün Azərbaycan vətəndaşlarını bu filmi izləməyə çağırıram. Gəlsinlər, baxsınlar və görsünlər ki, kino necə çəkilir, müharibə mövzuları necə işıqlandırılır. Bu filmin həm alt mətnindəki ideologiyanı, həm kino dilini, həm aktyor oyununu, həm də rejissor işini dəyərləndirmək lazımdır. Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir.

Biz kinoçuların da canı jurnalistlərin “Dövlət qayğısı yoxdur, niyə film çəkmirsiniz” suallarından qurtardı. Artıq sübut etdik ki, dövlət qayğısı, peşəkar yanaşma və maddi-texniki imkanlar olanda ortaya dünya səviyyəsində filmlər çıxarmaq mümkündür. Biz kino çəkə bilirik. Azərbaycan yüz illərdir kino çəkir. Sadəcə olaraq, uyğun mühit, texnoloji avadanlıqlar və maddi dəstək lazımdır. Və ən vacibi - kino peşəkarlar tərəfindən çəkilməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru