Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                 

Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Tarix: 13-02-2025, 15:47 | Çap et
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”?
Dünən ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı ilk addımını atmış oldu. Fevralın 12-i səhər saatlarında Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət təxminən bir saat yarım davam edib: “Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib”.

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər. Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər və “Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib”.

“Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib. Putin Trampa Amerika rəsmilərini Rusiyada, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, deyə Kremlin sözçüsü vurğulayıb.

ABŞ Prezidenti isə telefon danışıqları ilə bağlı deyib ki, söhbət “uzun və çox məhsuldar” olub. Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib. Putin ABŞ Prezidenti ilə razılaşıb ki, danışıqlar yolu ilə uzunmüddətli sülh nizamlanmasına nail olmaq olar.

Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz çox yaxından işləmək, o cümlədən bir-birimizin ölkələrinə səfər etmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal Ukraynada sülh nizamlanması üzrə danışıqlara başlasınlar. Baş verən söhbət barədə Ukrayna Prezidenti Zelenskiyə zəng edərək məlumat verəcəyik, mən bunu indi edəcəm.”

Tramp deyib ki, o, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Vals, xüsusi elçi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffdən “müvəffəqiyyətli olacağına inandığı danışıqlara rəhbərlik etməyi” xahiş edib.

Bundan sonra Trampla Zelenski arasında telefon danışığı olb. Söhbətlə bağlı Tramp deyib ki, “Zelenski də Putin kimi sülh bağlamaq istəyir”.

“Mən indicə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Putin kimi, sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə keçiriləcək, vitse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionun iştirak edəcəyi iclası müzakirə etdik”, deyə Tramp vurğulayıb.

“Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik. Ümid edirəm ki, bu danışığın nəticələri müsbət olacaq. Tamamilə lüzumsuz olan bu absurd müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək olsun!”, - deyə tramp yekunlaşdırıb.

Ağ Evdən verilən məlumatda deyilir ki, Trampın Putin və Zelenski ilə təmasları çox müsbət olub.

Zelenski də Trampla danışığının detallarını açıqlayıb. Ukrayna Prezidenti ABŞ Prezidenti ilə söhbətinin “səmərli keçdiyini” bildirib: “Biz sülhün əldə olunması imkanları barədə xeyli danışdıq. PUA və digər aparıcı sahələr daxil olmaqla Ukraynanın texnoloji imkanlarını və komanda səviyyəsində birgə işləməyi müzakirə etdik”.

“Biz həmçinin resurslar sahəsində iqtisadi əməkdaşlıq və təhlükəsizliklə bağlı yeni sənədin hazırlığı barədə müzakirə apardıq. Prezident Tramp Putinlə danışığının detallarını bölüşdü. Ukraynadan çox kimsə sülh istəmir. ABŞ-la birgə rus işğalını dayandırmaq və möhkəm sülhü təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Tramp demişkən, “gəlin bunu edək!”. Biz əlaqə saxlamaq və qarşıdakı görüşü planlaşdırmaq üçün razılığa gəldik,” - deyə Zelenski vurğulayıb.

Vaşinqton-Moskva-Kiyev telefon diplomatiyasında aktivlik yerli və beynəlxalq ükspertlər tərəfindən müxtəlif cür şərh olunur. Əksəriyyət iddia edir ki, Tramp bu addımları ilə Rusiyanın qələbəsini təmin etməyə, Ukraynanı taleyin ümidinə buraxmağa çalışır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, analitik Zaur Məmmədov xatırladıb ki, Tramp seçki kampaniyası dövründə münaqişəni bir gün ərzində həll edəcəyini vəd etmişdi:

- Andiçmədən sonra 6 ayadək həll edəcəyini bildirdi. Əvvəldən məlum idi ki, 3 ildir davam edən şiddətli müharibə 24 saata bitə bilməz, bu, mümkünsüzdür. Trampın dediyi də o idi ki, yəni hakimiyyətə gəldikdən dərhal sonra məsələ ilə məşğul olacaq və ciddi nəticələr əldə edəcək. Əslində biz ABŞ və Rusiya arasında münaqişə üzərində alver görürük. 1993-94-cü illərdə necə Ukraynanın nüvə silahını əlindən aldılar, BMT-də səs vetosunu əlindən aldılar, bu gün də eyni siyasəti görürük. Amma bu hadisələr indi Rusiyanın yox, ABŞ-ın üstün mövqeyi kontekstində baş verir. Yenə də Avropa İttifaqı kənarda qalıb, Birliyin mövqeyi nəzərə alınmır. Yenə də iki böyük ölkə öz aralarında necə deyərlər, “bazarlıq” edirlər. Beynəlxalq ekspertlər zaman-zaman bildirirdilər ki, Ukrayna məqsədlərinə çatacaq. Amma görünən odur ki, proses fərqli gedir, Kiyevin maraqları təmin olunmamaq üzrədir.

- Belə çıxır ki, Amerika Ukraynanı “satır”...

- Trampın dünənki telefon danışıqlarından və verilən açıqlamalardan dərhal sonra Avropa İttifaqının əsas ölkələri birgə bəyanat yaydılar ki, “biz amerikalı həmkarlarımızla müzakirələr aparmaq və Ukraynanın ərazi bütövlüyü, Avropanın təhlükəsizliyi nəzərə alınmalıdır”. Görünən odur ki, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa baş verənlərdən narahatdır. Xüsusilə, Fransa, Almaniya və Polşa Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətindən narazıdır. Narazı olan ölkələr həm də Baltikyanı dövlətlərdir.

Dünən Tramp birinci Putinlə, sonra Zelenski ilə danışdı. Bu o deməkdir ki, ABŞ və Rusiya liderləri Ukraynanın taleyini öz aralarında həll edirlər. Daha bir fakt odur ki, Tramp Zelenskini fakt qarşısında qoyur. Əgər Zelenski artıq Vaşinqtondan Kiyevə hazır şəkildə gətirilən sənədə imza atacaqsa, o zaman Amerika Ukraynaya hərbi və siyasi yardımlarını davam etdirəcək. Söhbət nadir torpaq metalları və minerallarına dair sazişdən gedir. İmzalamasa, o zaman Zelenski meydanda tək qalacaq. Düzdür, nadir metallarla bağlı mövzunun gündəmə gəlməsinin səbəbkarı əslində Zelenskinin özüdür. Ötən ilin payızında Zelenski o zaman prezidentliyə namizəd olan Kamala Harrisə də, Trampa da müraciət etmişdi ki, məsələni həll etsələr, Ukraynanın zəngin metallarını ABŞ-a verəcək. Tramp bu gün Ukrayna liderinin həmin müraciətindən istifadə etmək istəyir.

- Amma Zelenski bunun Ukraynanın ərazi bütövlüyünün bərpasından sonra mümkün olacağını bildirmişdi...

- Bəli, Zelenski o kontekstdə bildirmişdi ki, qiymətli metallar əsasən, 50 faiz miqdarında Ukraynanın şərqində, Rusiya işğalında olan ərazilərdədir. İndi Rusiya ilə ərazi mübadiləsi məsələsi də var. Düzdür, Zelenski hansı ərazilərin mübadiləsini nəzərdə tutduğunu deməyib, amma yəqin ki, Kursk vilayətinin tutulmuş əraziləri ilə Donetsk və Luqanskın mübadiləsindən gedir. Lakin buna da Rusiya razı olmadığını bəyan edib. Ola bilsin ki, hansısa kompromis olsun. Çünki atəşkəsdə Rusiya da nədəsə güzəştə getməlidir. Kompromis kimi Zaporojyenin işğal edilmiş bəzi hissələrinin Ukraynaya qaytarılmasından söhbət gedə bilər. Hansı ki, həmin ərazilərdə qiymətli təbii metallar var. Amma Donbassın, Luqanskın işğalda olan hissələri və Krımın qaytarılması mümkün deyil.

- Məlumdur ki, Avropa İttifaqı danışıqlar masasında olmaqda israrlıdır. Tramp buna imkan verəcəkmi?

- Bu gün faktiki olaraq, nə Ukraynanın özü, nə də Avropa danışıqlar masasındadır. Əlbəttə, Tramp Zelenskiyə zəng etməli idi. Çünki söhbət Ukraynanın BMT tərəfindən tanınan ərazilərindən gedir. Trampa sual olunur: bəs müharibə başlayanda ABŞ avropalıları tərəfinə çəkdi və bildirdi ki, bu müharibə həm də avropalıların müharibəsidir. İndi Avropa bu məsələdən necə kənarda saxlanıla bilər? Ola bilər ki, trampın keçmiş Prezident Co Baydendən xoşu gəlmir, amma məsələ ABŞ-ın müttəfiqlərindən, müttəfiqləri ilə bağlı siyasətindən gedir?! Yaxud da, Avropa müharibənin belə dayandırılması ilə, bu atəşkəslə təhlükəsizliyini təmin edirmi? Əlbəttə, etmir və Rusiyanın bir neçə ildən sonra Avropaya hücum etməyəcəyinə istisna deyil. Görünən odur ki, Amerika yenə də Avropanı öz məqsədləri üçün istifadə etdi. Necə ki, Birinci Dünya müharibəsindən əvvəl də, İkinci Dünya müharibəsindən əvvəl də bu siyasət aparılırdı. Hesab edirəm ki, Vaşinqton danışıqlar masasında Avropanı görmək istəmir.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru