Xoşqədəmin atasının yasında izdiham .....                     Jurnalistə ağır itki üz verib .....                     Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək .....                     II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                     Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı .....                     "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir" .....                     Bulvarda Aygün Kazımova izdihamı .....                     Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                     Vüqar Gülməmmədova ağır itki .....                     Mask yenidən Trampı dəstəklədi .....                     Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə .....                     ABŞ-də SSR-in bayrağı qaldırıldı .....                     Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... .....                     Paşinyanın korteji qəzaya uğramayıb... .....                     Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... .....                     ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? .....                 

"Kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir"
Tarix: 2-04-2014, 09:14 | Çap et
"Kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir"
DİA.AZ xalq artisti Elmira Şabanovanın Milli.Az-a istinadən müsahibəsini təqdim edir:

Televiziya teatrı təkcə sırf televiziya rejissorlarının meydanı olmadığı üçün teatr və kino rejissorlarına fərqli imkanlar verir. Televiziya teatrı yaradıcılığında iştirak edən rejissorlar başqa meydanda gerçəkləşdirə bilmədikləri ideyaları teleməkanda realizə edə bilirlər – dramaturji materialın seçilməsində daha azad və sərbəst olurlar. Bu azadlıq və sərbəstlik yalnız rejissorlara deyil, dramaturq və aktyorlara da aiddir. Nəticədə, tamaşaçılar yeni təzahürlərlə tanış olmaq şansı qazanırlar. Əlbəttə ki, televiziya tamaşasını ərsəyə gətirmək üçün rejissorun teatr təhsilinin və təcrübəsinin olması vacib şərtlərdəndir.

Televiziya və ya kinematoqrafın, məsələn, iri plan kimi xüsusiyyəti ilə vəhdətdə isə teatr elementləri televiziya teatrı anlayışını yaradır. Teatr tamaşaları kimi televiziya tamaşaları da əsasən dar məkanlarda, teatr səhnəsini xatırladan kifayət qədər sadə dekorasiyalarda, bəzən interyerlərdə oynanılır. Bu zaman ümumi harmoniyaya və janrın qaydalarına xələl gətirmədən natura çəkilişlərindən də istifadə olunur.

Teletamaşaların daha bir növü telebaletlərdir. Telebaletlər də teletamaşalar kimi məhz televiziyanın qanunlarına cavab verən orijinal yaradıcılıq nümunələridir. Film-tamaşalara həm kinoplyonkaya çəkilmiş teatr tamaşaları, həm də televiziya tamaşaları aid edilir. Lakin bu termin heç də ümumişlək deyil: mütəxəssislər teatr və televiziya quruluşlarını ayırmağa üstünlük verirlər, birinciləri daha çox televersiya, ya da sadəcə tamaşa, ikinciləri isə teletamaşa adlandırırlar.

Maraqlıdır ki, Rusiyanın “Kultura” telekanalı islahatlar dövründə unudulmuş janrlar sırasına keçən teletamaşalara yeni nəfəs vermək niyyətilə 2004-cü ildə 5 çox da böyük olmayan tamaşanı ərsəyə gətirsə də, bu təcrübə televiziya tamaşasının bir janr kimi yeni həyat qazanmasına və yeni quruluşların teletamaşa janrına aidliyinə şübhədən başqa bir reaksiya ilə qarşılaşmadı.

Uzun fasilədən sonra ötən əsrin 80-90-cı illərində müxtəlif teletamaşalara, filmlərə, kliplərə çəkilən xalq artisti Elmira Şabanova populyar aktrisalardan biri kimi tanınır. Aktrisa ilə budəfəki söhbətimiz “Teletamaşalar” rubrikası səbəbində oldu. Söhbətimiz zamanı bu və ya digər səbəblərdən arxivdə qorunub-saxlanılmayan tamaşalardan da söz düşdüyünə görə rubrikanın növbəti buraxılışlarında bu mövzunu ayrıca işıqlandırmağa çalışacağıq.

Elmira Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) əvvəlcə aktyorluq (1958-1962), sonra isə rejissorluq fakültəsində təhsil alıb (1969). Ömrünün 30 ildən çox hissəsini bu ali təhsil ocağında pedaqoji fəaliyyətə həsr edib. 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

E.Şabanovanın filmoqrafiyasında “Avqust gələndə”, “Bədbəxtliyin astanasında”, “Çalışan adam”, “Dairə”, “Əlvida, cənub şəhəri”, “Əsl dost”, “Fəryad”, “Gecə qatarında qətl”, “Gəmi saatının sirri”, “Qafqaz”, “Qəm pəncərəsi”, “Qızlar”, “Qocalar”, “Mirzə Babayev”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Şahid qız”, “Səhər”, “Son döyüş”, “Sürəyya”, “Təhminə”, “Yoxlama”, “Zirzəmi”, “40-cı qapı”, “İnsanı öldürmək”, “Qaraşın ledinin sonetləri”, “Təkbətək döyüş”, “Kölgə”, “Qapalı orbit”, “Gəlinlər” kimi film və teletamaşalar var.

E.Şabanova:

- Televiziya tamaşasına dəvət olunmağım ilk dəfə keçən əsrin 78-ci ilində baş verib. Mərhum həyat yoldaşım, kinorejissor Rüfət Şabanovun Cek Londonun “İnsanı öldürmək” hekayəsi əsasında hazırladığı tamaşada Miss Setlif rolunu ifa etmişdim. Tərəf-müqabilim də Həsən Məmmədov idi. Bu tamaşa televiziyanın “Qızıl fond”una daxil edilmişdi. Amma sonralar həmin tamaşanın lent yazısı müəmmalı şəkildə yoxa çıxdı...

1979-cu ildə rəhmətlik Tahir Tahirov Bernard Şounun “Qaraşın ledinin sonetləri” əsərinin televiziya tamaşasını hazırlayanda mənə kraliça Yelizaveta obrazını həvalə etmişdi. Bu obraz mənim üçün çox maraqlı idi. Çünki kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir. Ona görə o obrazın üzərində çox zəhmət çəkdim və çox da sevdim onu. O obrazdakı zəhmi, ötkəmliyi özümdə uzun müddət tərbiyə etdim ki, rolum təbii alınsın. Özü də rejissor Yelizavetanı fərqli tərzdə tamaşaçılara təqdim etmişdi. Mən portret oxşarlığını tətbiq eləmək istəsəm də, rejissor dedi ki, yox, mən istəyirəm ki, bu tamaşadakı Yelizaveta gözəl olsun. Təəssüf ki, bu tamaşa da məhv olub. Tahir Tahirov telestudiyadan işdən azad olunmasını qəbul etmədiyinə görə bütün arxivini özü öz əliylə yandırmışdı... 1991-ci ildə Vaqif Əsədovun hazırladığı “nkvdeşniklər”in (SSRİ Xalq Daxili İşlər Komissarlığının işçiləri - red.) əməllərindən bəhs edən “Təkbətək döyüş” tamaşası (müəllif A.Stavitski - red.) da çoxdandır gözə dəymir...

Teatr, kino, televiziya təbliğat vasitələri olduğundan insanlara örnək olmalıdırlar. Mən indi də rejissorlardan təkliflər alıram. Amma razılıq vermirəm, çünki ssenarilər çox zəifdir. İndi yazılan ssenarilər başqa ölkələrin, daha çox da Türkiyənin həyat tərzinin yamsılamasıdır. Buna görə də baxımlı deyil, tamaşaçılar öz filmimizə, öz serialımıza baxırlarsa, orada gerçəklikdəki həyatı, istedadla qələmə alınmış süjeti görmək istəyirlər. Rejissora da, aktyora da güc verən mükəmməl ədəbi materialdır. Məsələn, “Gəlinlər”i (əsərin müəllifi M.Atəş, quruluşçu rejissor M.Bədirzadə. 2002) hamı sevdi, bütün sosial təbəqələrə aid olan adamlar. O qədər müxtəlif reaksiyalar eşitdim ki!.. Bir nəfər etiraf elədi ki, o tamaşadan sonra xanımını yaxşıca tənbeh eləyib, başqa bir nəfər dedi ki, “Gəlinlər”ə baxandan sonra xanımının qaynanasına olan münasibəti çox mülayimləşib...

- Çəkilişlər vaxtı kadr arxasında qalan hansısa məqamlar yadınıza gəlir?

- Oğullarımdan ikisini oynayan Rafaellə Coşqun həm də tələbələrim olublar. Coşqun sakit tələbə olub, Rafael isə bir az dəcəlliyi ilə seçilib. Ailə başçısı olduqları üçün bir dəfə məşqdən əvvəl gəlib dedilər ki, saat beşdə toyda olmalıyıq. Mən də buna etiraz etdim. Dedim ki, əvvəla, məşq vaxtını belə işlərə qurban vermək düzgün deyil, ikincisi, mən, sizin müəlliməniz burada ola-ola belə sözü necə gəlib deyirsiniz? “Gəlinlər” əsərindəki Şərəf xanım obrazını bir az mənə uyğunlaşdırmışdılar. Əsərin orijinalında o, günü həyət-bacada keçən evdar qadındı. Məni bu rola dəvət edəndə düşünüblər ki, xarakterimin təbii çalarları özünü mütləq büruzə verib obrazla uyğunsuzluq yaradacaq, ona görə onu tamaşaçılara keçmiş müəllimə kimi təqdim etmək qərarına gəliblər. Bu tamaşadan sonra Nəsibə xanım Zeynalova mənə zəng edib əsərin özünün də, tamaşanın da, ifamızın da çox xoşuna gəldiyini demişdi, mənim ifamdakı qaynana obrazını xeyli tərifləmişdi. Mən də ustad aktrisanın təriflərindən sıxılıb demişdim ki, nə danışırsınız, Nəsibə xanım, bizim bir qaynanamız var, o da sizsiniz. O da cavab vermişdi ki, respublikada iki qaynana var, biri mənim oynadığım qəddar qaynana, o biri sənin oynadığın müdrik qaynana.

- Teleteatr məkanımızın maraqlı tapıntılarına “Qapalı orbit” (əsərin müəllifi A.Laurinçyukas, quruluşçu rejissor R.Həsənoğlu. 1984 ) və “Kölgə” (əsərin müəllifi Ə.Babayeva, quruluşçu rejissor T.Zeynalov. 1985) tamaşalarını da aid etmək olar. Bu tamaşalardakı rollarınız bir-birindən və onlara qədərkilərdən tam fərqli ampluadadırlar. Onların iş prosesi, əks-sədası necə olmuşdu?

- “Qapalı orbit”dəki Stella rolundan sonra “Torqovı”dakı dükanların birində bir satıcı qız mənə dedi ki, mənim də falıma baxa bilərsiniz? “Kölgə” tamaşasının ədəbi materialı da, quruluşu da doğrudan da çox maraqlı və qeyri-standart idi. Oradakı tərəf-müqabilim Həsən Əbluc da vaxtilə mənim tələbəm olub. O, teatrda çalışmadığına görə həmişə təəssüflənirdi. Onunla ilk dəfə bu tamaşada tərəf-müqabil olduq. Tamaşadan sonra Ələviyyə xanımla çox gözəl münasibətlərimiz quruldu. Mənim Bənövşəm onu tam qane etmişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Bu gün, 17:15
Jurnalistə ağır itki üz verib
Bu gün, 17:13
Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bu gün, 17:11
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Bu gün, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Bu gün, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Bu gün, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Bu gün, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru