“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                 

““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram” - ETİRAZ
Tarix: 24-07-2024, 12:34 | Çap et
““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram”
“Ağadadaş Ağayev telefonla mətbuata danışıb. Gördüm ki, səsi yaxşıdır, gümrahdır. Özü ilə danışa bilməmişəm, telefonu açmır. Ola bilər, istintaq getdiyi üçün deyilib ki, hələ açıqlama vermək olmaz. Mən dünən mətbuata müsahibə verdim, amma hələ heç nəyə baxmamışdım, jurnalistlərdən eşitmişdim. Sonra hadisənin videosuna baxdım, dəhşətə gəldim ki, necə bir biabırçılıq baş verib. Ağadadaş Ağayev xəstə adamdır. Hospitalın qarşısında müəyyən mübahisə olub, axı sonra Ağadadaş maşına tərəf gedir, geri çəkilir. Bu vəhşi isə yenidən onun arxasınca gedir. Amansızcasına! Elə bil faşistdir. Tutaq ki, Ağadadaş heç kim deyil, axı yaşlı insandır, hər gün o hospitala gedir, əməliyyat olunur, müalicə alır. Sən bu adamın səhhətini də, yaşını da, statusunu da bilirsən. Yıxılan adamı təpikləmək... Heç faşistlər də bunu etmirdilər, adamı ayağa qaldırıb sonra güllələyirdilər. Bu insanın vəhşiliyinə mat qaldım. Güman etdim ki, həmin mühafizəçinin bacardığı ancaq qolu zorluluqdur. Yəqin ki, ayrı iş bacarmır, buna görə də gözətçi işləyir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O, məlum hadisə ilə bağlı videonun yayılmasına da etiraz edib: “Polisdən icazəsiz videonu kim yayıb? Cinayət Məcəlləsinə uyğun olaraq "MedEra Hospital"ın işi mütləq araşdırılmalıdır. Çünki o hospitalın adının dəfələrlə cinayət məsələlərində, rüşvətxorluqda, kobudluqda hallandığının şahidi olmuşam. Bu hospitalı mən ancaq pis əməllərinə görə tanıyıram. Hadisə isə son pik hədd oldu. İş işdən keçəndən sonra deyirlər ki, guya mühafizəçinin bunlara dəxli yoxdur. Necə dəxli yoxdur ki, hospitalın qarşısında dayanıb? Ola bilər, əmək müqaviləsi bağlamayıblar, buna görə belə deyirlər. Elə bu da bir inzibati xətadır. Polis orqanları bu məsələ ilə ciddi maraqlanmalıdır. Yəqin ki, detallı araşdıracaqlar. Videonu yayan şəxsi də mütləq tapmalıdırlar. Həm də adımıza ləkədir, çünki düşmənlər də baxır. Ağadadaş videoda qulağı sarıqlıdır. Ankoloji xəstəliyi bir yana qalsın, hadisədən əvvəlki gün mühafizəçinin gözü qarşısında qulağından əməliyyat olunub. Sonra verilişlərdən birində "MedEra Hospital"ın açıqlamasını eşitdim. Elə danışdılar ki, guya heç nə baş verməyib, bütün bunlar hospitalın gözü qarşısında olmayıb. Videoda da görürük, hətta mühafizəçi ilə Ağadadaşı ayıranlar da “xala xətrin qalmasın” deyə ayırırlar. Bu vəhşi yenidən Ağadadaşın üstünə cumur. Mən orada olsaydım, baltanı onun başına çırpardım ki, ay bala, daha bu adam yıxılıb də, hara üstünə gəlirsən? Yenidən Ağadadaşın başına təpik vurmaq... Çox vaxt deyirik ki, Azərbaycan mentaliteti, müsəlman mədəniyyəti. Mən bunu nə azərbaycanlıya oxşatdım, nə də müsəlmana. O adamı tanımıram, amma hərəkətləri ilə bunu göstərdi. El dili ilə desək, yəqin ki, onun cavabından Ağadadaş dəli olub. Mühafizəçidən xahiş edib, tibb bacısını dəvət etsin, o da elə cavab verib ki, Ağadadaş ev paltarında, ayaqyalın gəlib. Xəstə, ağrılar içində qovrulan adama elə söz deyilsə, onun halını təsəvvür edin”.

B.Vəziroğlu sosial şəbəkələrdə mühafizəçini müdafiə edənlərə isə belə cavab verib: “Videoda da görünür ki, Ağadadaş baltanı uzaqdan atır. Hiss olunur ki, hədə-qorxu gəlmək üçün edib. İstəsəydi, gəlib elə yaxından baltanı mühafizəçinin təpəsinə çırpardı. Bu nüansı nəzərə almaq lazımdır. Baltanın atılmağı öldürmək cəhdi deyil. Öldürən adam 50 metrdən balta atar? Yəqin ki, affekt halında olub, qapının ağzında əlinə balta keçib. Atıb ki, hirsini soyutsun. Əlindəki daş, ağac parçası da ola bilərdi. İnanmıram ki, Ağdadaşın düşünülmüş şəkildə öldürmək cəhdi olub. Çobanlar qoyunu qaytarmaq üçün çomağı atırlar, Ağadadaş da baltanı o tərzdə atıb. Əhmədin hadisəsində gördük, necə planlı şəkildə ailə üzvlərini baltaladı. Böyük ssenari qurmuşdu. Bu hadisədə isə ssenari yoxdur. Ağadadaşı 50 ildir, tanıyıram. Hətta o, məclislərdə davaları yatırdan tərəf olub. Kiminsə sözü düşəndə zarafata salıb. Onun yaxşı yumor hissi var”.

B.Vəziroğlu Ağadadaş Ağayev barəsində yayılan xəbərlər arasında onun içkili vəziyyətdə yıxılıb qulağını yaralaması iddialarını da cavabsız qoymayıb: “Ağadadaş necə içə bilər? Cavanlığında içirdi, o da yalandan içənlərə qoşulurdu. İndi xəstədir, içməyə halı var? Yazırlar ki, içkili olub. İçkili halda yıxılan adamın qulağı, ayağı sınır, qolu burxulur? Tutaq ki, belə bir variant var, qulağı niyə elə olsun? Yəqin, ya yara çıxıb, ya nəsə dəyib əzilib. Hamısı araşdırılmalıdır. Yazılanlara inanmıram. Bu adam gecə-gündüz dərman içir. Dərmanla içki uyğun gəlmir. Hamısı nağıldır. Hələ mühafizəçi polisə birinci müraciət edib. Təcavüzkar! Yəqin ki, onu başa salıblar. Düşünürəm ki, "MedEra Hospital" özünü sığortalamaq üçün tez mühafizəçini polisə göndərib. Çünki biliblər ki, bəlanın kölgəsi birinci hospitalın üstünə düşəcək. Ayırmaq istəsəydilər, ürəkdən ayırardılar. Yalandan yox. Sonra mühafizəçini buraxırlar ki, yenidən Ağadadaşı təpikləsin. Əlini qaldırıb, təslim olan adamı o cür vəhşicəsinə döymək, işgəncə vermək olmaz. Birincisi, bu, Allaha da xoş getməz. Düşünürəm, polisə də xoş getmir. Çünki məsələ çox böyüyüb. Ağadadaş sıradan adam deyil. O, Vətəninə, dövlətçiliyinə sadiq, dostluqda da möhkəm insandır. Kim bilməsə də, mən bunu bilirəm. Artıq cinayət işi açılıb, inanıram ki, əsl cinayətkar məlum olacaq”.

O, Ağadadaş Ağayevin hazırda harada olması barədə suallara da aydınlıq gətirib: “Rəsmi məlumat belə oldu ki, Cəlilov saxlanılıb. Ağadadaşı niyə saxlasınlar? Döyülən, yerdə köməksiz, çarəsiz vəziyyətdə qalan Ağadadaşdır. Axı heç saxlanılması barədə məlumat da yoxdur. Mən də hər şeyi mətbuatdan oxuyub, analiz edirəm. Cinayət işinə görə, ictimai təhlükəsi olan adamı həmin dəqiqə saxlayırlar. Ağadadaş harada ictimai təhlükə törədir ki? İstənilən vaxt gedib ifadə verəcək. Hüquq-mühafizə orqanları nə qərar çıxaracaqsa, o da olacaq. Telefonla danışıbsa, deməli, evdədir. “Türmə”dən telefonla danışmırlar ki”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru