“Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..." - XALQ ARTİSTİNDƏN ETİRAZ
Tarix: 25-06-2024, 08:57 | Çap et
 “Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib. O daha sonra əlavə edib. “Teatrımıza xanım direktor gəldi. Dedi ki, ərizə yazın, onsuz da yaşlı adamlar işdən çıxarılacaq. Özləri yazmasalar belə biz onları çıxaracağıq. Teatra yaşlı aktyorlar lazım deyil?! Xalq artisti Rafiq Əzimov məndən də bir yaş böyükdür, nə olub ona? Gözəl də oynayır! AZDRAMA ona qiymət verir! Mən də min cavana dəyərəm. 3 teatrda dirrektor və bədii rəhbər işləmişəm, quruluş vermişəm. Qarşımda olan aktyoru ya danlayanda, ya da nəsə söz deyəndə mən onu nəzərə almışam. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! Bizdə cavan aktyorların bir çoxu zəifdirlər, yardım heyətinə yarayırlar. O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir xalq artisti yox, SSRİ xalq artisti olsun, mən onu teatrdan çıxararam. Nizam-intizam olan yerdə yaradıcılıq olar. Nizam-intizam olmayan yerdə yaradıcılıqdan söhbət gedə bilməz. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, gəl ərizə yazıb, işdən çıxaq. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə əriəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|