Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                 

“İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq” - Faiq Sücəddinov
Tarix: 11-05-2024, 10:30 | Çap et
“İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq”
Azərbaycan təmsilçisi builki “Avroviziya” mahnı müsabiqəsində də uğursuzluqla üzləşdi. Xəbər verildiyi kimi, builki yarışmada da müsabiqənin final mərhələsinə keçə bilmədik. Hərçənd sənət baxımından İlkin Dövlətov və Fəxrinin təqdim etdiyi musiqi parçası Nigar və Eldarın 13 il əvvəlki ifasından heç də geri qalmırdı. Amma bu ifa heç olmasa ilk 7-liyə, 20-liyə daxil olmadı.

Bəs ard-arda 2-ci ildir nümayəndəmizin mərhələni adlaya bilməməsi nə ilə bağlıdır - səbəb yaradıcıdır, yoxsa siyasi?

“Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin sadəcə mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.

Bu yarışmadan siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyan “We don’t wanna put in” adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin “Avroviziya” mahnının sözlərində açıq siyasi mesajlar olduğunu əsas gətirərək, sözlərin dəyişdirilməsini tələb etdi. Tələb Gürcüstan tərəfindən qəbul edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.

Siyasi proseslərin təsiri 2017-ci ildə İsveçdə keçirilən müsabiqədə daha aydın nəzərə çarpdı. Ukrayna təmsilçisi Camala Krım türklərinin deportasiyası haqqında yazılan “1944" adlı parça ilə yarışmaya qatıldı. Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə siyasətini tənqid edən mahnının siyasi motivlərinə bu dəfə Avropa göz yumdu və güclü dəstək əldə edən çıxış qalib olmağı bacardı.

Mütəxəssislər də qeyd edir ki, “Avroviziya”da siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır. Belə ki, Yunanıstanın heç vaxt Türkiyəyə səs verməməsi, Balkan və Skandinaviya ölkələrinin öz aralarındakı daimi dəstəyi bir növ buna sübutdur. Verilən səslər, sanki ölkələrin bir-birinə olan münasibətinin göstəricisinə çevrilib. Bu nöqteyi-nəzərdən qeyd edək ki, Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələr Türkiyə, Rusiya, Moldova, İsrail, Ukrayna və Gürcüstandır.

Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdır. Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.

Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.

Xatırladaq ki, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdular. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütəmadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016 -cı ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017-də Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdı. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olub. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşıb. 2021-ci ildə Niderlandda keçirilən yarışmada iştirakçımız Samirə Əfəndiyeva 20-ci yerə çıxıb. 2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları “Tell Me More” adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədilər. Eləcə də, qeyd etdiyimiz kimi, bu ilki təmsilçilərimiz də müsabiqənin final mərhələsinə keçə bilmədi.

Təmsilçilərimizin “Avroviziya”da finala keçməmələri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri və müsabiqənin azarkeşləri Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməsini tələb ediblər.

“X” sosial şəbəkə platformasının Azərbaycan seqmentində, həmçinin Eldarın “Instagram” səhifəsində postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik.

Müğənni Nura Suri isə Eldar Qasımovu, təmsilçilərimiz Fəxri və İlkini qınayanlara səslənib:

“Sosial şəbəkələrdə artıq hamı qınamağı özünə borc bilir. Mən də qınayanları qınamaq istəyirəm. Fəxri və İlkinə nə deyiblər, onlar da onu edib. Geyim, klip, şou və sair onların seçimi deyil. Heç qonorar da almayıblar bildiyimə görə. Eldar da heç nəyi həll etmir orada. Ümumiyyətlə, bir işə köməyiniz keçməyibsə, qınamaq çox asandır. Mənim də bəyənmədiyim çox məqamlar var, amma və lakin hazırda bu haqda danışmaq mənasızdır. Rahat buraxın Fəxri, İlkin və Eldarı”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov son iki ildə təmsilçilərimizin uğur qazana bilməməsinə bu cür reaksiya verib:

“Təmsilçilərimizin oxuduğu ”Özünlə apar" mahnısı hesab edirəm ki, çox gözəl mahnı idi. Məlum olduğu kimi bu dəfə “Avroviziya”da Azərbaycan dilində, muğam çalarlarının olduğu mahnı səsləndirildi. Təmsilçilərimiz də yaxşı ifa etdilər. Amma bu müsabiqədir və bu kimi hallar olur. Məsələn, olur ki, yüz nəfər Çaykovskinin konsertini ifa edir, amma onların arasında yalnız bir nəfərə yer verilir. Bu o demək deyil ki, digər iştirakçılar səhv not ifa edib, sadəcə müsabiqənin öz şərtləri olur.

Və yaxud, bilirik ki, zamanında Dilarə Kazımova “Avroviziya”da 19-cu yer, Samirə Əfəndi 15-ci yer tutmuşdu. Bu o demək deyil ki, onlar yaxşı ifa etmir, əksinə, çox gözəl oxuyurlar.

İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq. Amma indi son iştirakçılarımı qınamaq, niyə belə oldu deyə məsələni olaya çevirmək doğru deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru