İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                 

Katibə işləyəndə mənə gülürdülər… - Nigar Köçərli
Tarix: 4-05-2024, 09:01 | Çap et
Katibə işləyəndə mənə gülürdülər…
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Kult.az-a müsahibəsi:

- Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz. Dəqiq elmdən kitaba keçid necə baş verdi?

- Uşaqlıqdan kitaboxuyan olmuşam, “kitab qurdu” idim. 4 yaşımda artıq sərbəst oxumağa başlamışdım. 6 yaşımda isə evə yaxın olan iki kitabxananın üzvü idim. Çünki o vaxt bir kitabxana ikidən artıq kitab vermirdi. Bir sözlə, kitabın arasında böyümüşəm, gözümü açıb valideynlərimi də oxuyan görmüşəm. Həyat elə gətirdi ki, ixtisasım başqa olsa da, bu sahəyə yönəldim. Çünki bu işi daha çox sevirdim.

- Nigar xanım, konkret danışaq, kitabda pul varmı?

- Yaxşı sualdır. Ümumiyyətlə, bizim biznes sahəmiz elədir ki, bu, həm maarifçilikdir, həm də gəlirin olur. Mümkün deyil ki, bu işi sevmədən pul qazana biləsən. Olub ki, pullu adamlar kitab sektoruna girmək istəyib, amma hamısı batırıb. Mən bu işə 600 dollarla başlamışam. Düşünürəm ki, sevdiyin işin elə biznesini də qurmalısan. Burada ayıb heç nə yoxdur. Məni də bəzən tənqid edirlər ki, bu, maarifçi deyil, alverçidir. Mən isə gülürəm. Doğrusu, burada böyük pullar yoxdur. Bu işlə məşğul olub milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.

- Maşın almaq üçün pulunuz çatmır?

- Yox, elə deməzdim, istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm.

- Adətən qadın biznes-ledilər özünü göstərməyə meyilli olur…

- Bir tərəfdən demək olar ki, pulu var, alır da. Amma təəssüflər olsun ki, bizdə bu, gözdən pərdə asmaqdır. Əgər xanım hər şeyi özü qazanır, əldə edirsə, olar. Yox, onun “saxlayanı” varsa, bu pullar ona müftə gəlirsə, mənasızdır. 20 ildir bu sahədəyəm, hələ təzə-təzə insanların rəğbətini qazanıram. Əvvəl insanlar elə düşünürdü ki, bunun da saxlayanı var, ya da varlı arxa-dayağı. Amma zaman göstərdi ki, hər şey öz əziyyətimlə olur. Hər səhər hamıdan tez işdəyəm və ən sonuncu da mən gedirəm. Səyahət dediyim məsələlər də elə öz işimlə bağlıdır.

- “Azərbaycan kitab satmaq üçün unikal ölkədir” deyirsiniz. Amma bir tərəfdən də deyirlər, kitab oxuyan azdır…

- Unikallıq o barədə deyirəm ki, bizdə 4 dildə kitab oxuyurlar - türk, rus, ingilis, Azərbaycan. Dünyanın heç yerində belə şey yoxdur. Baxmayaraq ki, bizdə kitab oxuyan azdır. Müqayisə üçün deyim ki, Azərbaycanda 50 kitab mağazası var, onun 11-i bizə məxsusdur. Məsələn, Gürcüstanda isə 250 kitab mağazası var.

- Yaxşı, bəs səbəbi nədə görürsünüz oxumamaqda?

- Sizə bir söz deyim, bizdə əvvəl “Kitab oxuma, dəli olarsan”, ”Çox bilmək adamın ağlını alır” düşüncəsi var idi. Adamlar var, xaricdə təhsil alır, gəlir burada iş tapa bilmir. Tapanda da 300-400 manata. Onu görən adam heç oxuyar? Düşünəcək ki, elə oxuyan da belədirsə, daha nə oldu? Səbəblər isə ümumilikdə çoxdur.

- Bəs siz özünüz işçilərinizə işlərinə uyğun maaş verirsiniz?

- Xeyr. Əlimizdən gələn qədər hər ay müəyyən işçilərin maaşını qaldırmağa çalışırıq, həvəsləndiririk. Yüksək maaşı isə təbii olaraq verə bilmirik. Amma aşağı da vermirik. Əgər hazırki imkanlarla onlara layiq olduqları maaşı verə bilsək, qısa müddətdə müflis olarıq.

- Sosial şəbəkələrdə kitablara etdiyiniz reklamlar narazılığa da səbəb olur. Məqsədli edirsiniz?

- Bəli, bəzən məqsədli edirik. Düzdür, bir dəfə səhvən bir şey olmuşdu, dizayner qrupa atılan bir şəkli paylaşmışdı, ona görə də dəfələrlə üzr istədim. Amma digərləri normaldır. Nə olsun ki, kitab sahəsidir? Bu o deməkdir ki, əyləncəli nəsə etməyək? Tiktok kanalı açanda da dedilər, bunlar necə səviyyəsizdir. Amma indi hamı oradadır, reklam edir. Hər şeyə səviyyəsiz deməklə olmur, maraqlı olmaq lazımdır.

- Ən çox satılanların detektiv, sevgi kitabları olduğu deyilir. Düzdür?

- Belədir. Amma mən buna çox normal baxıram. Dünyada da bu proses belədir. İstəyərəm ki, bizdə hamı kitab satsın, onlar da qazansın, mən də. Mənə görə bütün ədəbiyyat gözəldir.
- Sizə görə, məsələn, detektiv bir kitabla elmi kitab arasında fərq yoxdur?

- Əlbəttə var. O, başqa məsələdir. Umberto Ekonun “Qızılgülün adı” əsəri postmodernistdir deyirlər. Amma məsələn, mən düşünürəm, o, detektivdir. Özümsə detektivi çox sevirəm. Üstəlik, bu, kitab oxumaq üçün əla janrdır. Təzə-təzə kitab oxuyanlar da məhz detektiv oxusalar, yaxşı olar.

- Bizim müəlliflər həmişə şikayət edir ki, kitablarının az satılmasının bir səbəbi də mağazalardır.

- Tamamilə haqlıdırlar. Bilirsiniz, bütün yerlərimiz icarədədir. Balaca mağazalardır, orada da rəqabət gedir. Hər kitabı önə qoymaq olmur, vallah, satılmır. Məsələn, baxıram ki, şeir kitabıdır. Bilirəm ki, az satılacaq. Mən belə olanda onlayn satmağı təklif edirəm. Amma bütün yazıçılarımız bunu istəyir ki, məni önə qoy. Bir dəfə xaricdə sual verdim ki, görüm onlarda necədir? Məlum oldu ki, kitabı necə yerləşdirməyə mağaza özü qərar verir. Yeri gəlmişkən, elə müsahibə vasitəsi ilə şad xəbər verim. Bu yaxınlarda “Port Baku” tərəfdə “Crescent Mall” adlı böyük mağazamız açılacaq, orada hamıya yer olacaq. 700 kv metrlik yerdir. Söz verirəm, orada hamının kitabını məhz qabağa qoyacam.

- Azərbaycanda bir problem də rusdillilər məsələsidir. Siz necə müşahidə edirsiniz, doğrudanmı onlar digərlərinə nisbətdə daha çox oxuyur, intellektualdırlar?

- Əslində, bu sualın özü ayrı-seçkilik yaradır: “onlar və biz”. Mən buna qarşıyam. Onsuz da xeyli ayrı-seçkiliyimiz var, heç olmasa, bu olmasın. 44 günlük müharibədə gördük ki, hamımız birik. Mən özüm rus bölməsini bitirmişəm. Təəssüflər olsun ki, öz üzərimdə işləsəm belə, Azərbaycan dilində mükəmməl danışa bilmirəm. Qızım, atam, yoldaşım Azərbaycan bölməsini bitirib, onlar dili yaxşı bilir. Qaldı sualın konkret cavabına, bəli, tənqid etsələr də, deyəcəm. Bu, faktdır. Rusdillilər daha çox kitab oxuyur. Oxucuların 60 faizini onlar təşkil edir. Bu da məncə, məktəbdən başlayır. Təhsil məsələsidir. Onu da deyim ki, hazırda ingilisdillilər yetişir. Onların oxumaq səviyyəsi də çox mükəmməldir.

- Qızınızla evdə hansı dildə danışırsınız?

- Hər iki dildə. O, azərbaycanca danışır və oxuyur, amma rus dilini də bilir. 6 yaşına kimi azərbaycanca danışa bilməsə də, mən onu məhz Azərbaycan bölməsinə qoydum və bacardı.

- Kitabların qiymətində də son illər artım müşahidə olunur. Onsuz da az kitab oxunan cəmiyyətdə qiymətin baha olması düzgündürmü?

- Doğrudur, artım var. İnsanların maaşı ilə götürsək, uyğun deyil. Amma səbəblər var. Tirajlar aşağıdır. Nəşriyyat bir kitabı 5 min tirajla buraxsa, qiyməti az olur, 500 buraxsa, baha.

- Yerli müəlliflərin kitabı niyə satılmır, yaxşı yaza bilmirlər?

- Səbəb çoxdur. Azərbaycanda heç kitab almaq mədəniyyəti də formalaşmayıb. Yazıçı-şairlər də günahkardır. Əvvəllər onlar lap çox belə edirdi ki, kitabı hədiyyə verirdilər. Bu isə zərərlidir. Kitabı hədiyyə verdiyin adam onu oxumayacaq heç, hörmət də etməyəcək. Bizdə oxunan müəlliflər də var. Məsələn, son dövrlərdə İlkin Rüstəmzadənin kitabları bestseller oldu. Müəllif özü də gərək bu prosesdə iştirak etsin, sosial olaraq aktiv olsun.

- Siz özünüz hansı tərz kitabları oxuyursunuz? Stolüstü kitabınız varmı?

- Daha çox tarixi, dedektiv deyərdim. Seçiciyəm bu məsələdə. Əgər bir kitabı oxuya bilmirsəmsə, saxlayıram, oxumuram. Hazırda “Essensializm” adlı kitabı oxuyuram. Kitabın qayəsi budur ki, az iş görməklə çox qazanmaq necə olur. Hər gün ən azı yarım saat kitab oxuyuram.

- Sizi bu sahədə uğurlu hesab etmək olar. Belə bir fikir də var ki, hər uğurlu qadının arxasında güclü bir kişi dayanır…

- Doğrusu, mən özüm özümü çox da uğurlu hesab etmirəm. Amma razıyam, belə fikirlər çoxdur, sadəcə, yanlışdır. Şəxsən məni heç kəs qabağa verməyib, arxamda dayanmayıb, nə etmişəmsə, öz gücümə eləmişəm. Bir söz deyim, mən çox yerdə işləmişəm. 4 aya ingilis dili öyrənmişəm. Bu işlərə gəlməzdən əvvəl bir şirkətdə katibə də işləmişəm, çay aparıb-gətirirdim. Amma katibə işləyəndə mənə gülürdülər. Deyirdilər, niyə bu işdə işləyirsən? Elə olub ki, ayaqyolu belə yumuşam. Karantin vaxtı idi, xadimə olmayıb, işçilərə demişəm, kitabı məndən yaxşı reklam edirsiniz, bu işi də mən görəcəm. Bir sözlə, əziyyət varsa, bəhrəsi də olur.

- Nigar xanım, bölgələrdə vəziyyət, kitab oxuyanlar varmı?

- Bölgələr, demək olar ki, kitab oxumur. O qədər azdır ki, o oxucuları tək-tək tanıyıram. Baxmayın belə gedirik, şəkil çəkdiririk, amma səmimi olsaq, o deyil. Oxumurlar. Bölgələrdə ilk növbədə kitab mağazaları olmalıdır. Şəhərdə belə oxucu azdır. Sadəcə, çalışırıq ki, bu vəziyyəti düzəldək, oxucu sayını çoxaldaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru