“Yerdə bardaş qurub oturmaq planda yox idi, stul yox idi, bardaş qurduq”
Tarix: 27-05-2023, 10:15 | Çap et
 “Tələbələrim deməzdim ki, çoxdur. Məndən də çox onlara qızım dərs deyir. Mən də ara-sıra vaxt olanda, xarici ölkələrdə olmayanda dərslərdə iştirak edirəm. Mənim aləmimdə əsas odur ki, hansısa ustada baxıb, onun kimi oxuyub, ondan nələrsə götürəsən. Şükür Allaha, arxivim, külliyatım, disklərim, televiziya verilişlərim var. Onlara baxıb öyrənmək də olar. Baxıb öyrənənlər də az deyil. Vacib deyil ki, mənimlə üzbəüz oturub öyrənsinlər. Mənə sual verirlər ki, “niyə musiqi məktəbi yaratmırsınız?”. Onsuz da yolumu davam etdirənlər az deyil. Onlar oxuyanda hiss edirəm ki, mənim, yaxud da digər sənətkarların sənətindən bəhrələniblər”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad sənətkar Alim Qasımov deyib. Xalq artisti “Xarıbülbül” festivalında iştirakının sevincini də bizimlə bölüşüb.
“Torpaqlarımız işğaldan azad ediləndən sonra, artıq 3-cü dəfədir ki, Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir. Şuşada iştirak etmək çox məsuliyyətlidir. Orada iştirak edəndə böyük qürur və sevinc hissi yaşadım. Cıdır düzündə ifa etmək insanı həqiqətən də qürurlandırır. Kövrəlməyə bilmirsən, elə hey istəyirsən ki, oxuyasan. Bu da ilahidən gələn bir vergidir. Natiq Şirinovla səhnəni bölüşdük. Çox gözəl təəssüratlarım var. Şuşa çox gözəldir. Bizə bu qalibiyyəti yaşadanları heç vaxt unutmuruq. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə sənətkar bildirib. Xalq artisti adını daşıyan nəvəsindən də danışıb.
“Alim adlı nəvəm var. 6 yaxud 7 yaşın içindədir. Mən oxuyanda bəzən o da təkrarlayır. İnşallah ki, davamçım olacaq. Bu sənətdə məni ötüb keçə də bilər. Nə qədər ömrüm varsa onun xanəndə kimi yetişməsinə dəstək olacağam. Allah özü yol açsın. İndidən hiss olunur ki, səsi var, amma böyüyəndə necə olacağını bilmirəm. Çox enerjili uşaqdır. Ümumiyyətlə nəvələrimin əksəriyyətinin gözəl səsi var. Zaman-zaman oxuyurlar, onları dinləyirsiniz. Fərqanə xanımın övladlarında gözəl səs var. İndi bilmirəm onlara məndən keçib, ya Fərqanədən” deyə sənətkar bildirib. Ustad sənətkar yerdə bardaş qurub oxumağını belə izah edib.
“Mən bunu öncədən planlaşdırmamışam. Plan sözü mənə yaddır. Belçikada konsertdə idik. Gördüm ki, səhnəyə stul qoyulmayıb. Biz adətən öyrəşmişik ki, məşqi də, oxumağı da stulda oturub edək. Sən neçə saat ayaqüstə məşq edə bilməzsən, yorularsan. Stul istədik, onlar da gətirənə qədər biz yerdə oturduq. Bu çox xoşumuza gəldi. Həmin konserti oturan yerdə verdik. Bundan sonra bardaş qurub oxuduq. Bu da bir yenilikdir” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45 |
|
|
|
• Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44 |
|
|
|
• Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32 |
|
|
|
• Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28 |
|
|
|
• Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27 |
|
|
|
• “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25 |
|
|
|
• Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20 |
|
|
|
• Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18 |
|
|
|
• AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10 |
|
|
|
• Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09 |
|
|
|
• Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07 |
|
|
|
• "Biz şokda idik" - İranlı general
Bu gün, 13:02 |
|
|
|
• Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45 |
|
|
|
• Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35 |
|
|
|
• 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29 |
|
|
|
• Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20 |
|
|
|
• SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18 |
|
|
|
• Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16 |
|
|
|
• Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13 |
|
|
|
• “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06 |
|
|
|
• Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04 |
|
|
|
• Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59 |
|
|
|
• Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55 |
|
|
|
• Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53 |
|
|
|
• İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49 |
|
|
|
• Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31 |
|
|
|
• "Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27 |
|
|
|
• “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03 |
|
|
|
• Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54 |
|
|
|
• Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52 |
|
|
|
• “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46 |
|
|
|
• Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42 |
|
|
|
• Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27 |
|
|
|
• Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22 |
|
|
|
• Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19 |
|
|
|
• Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18 |
|
|
|
• ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07 |
|
|
|
• Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05 |
|
|
|
• 20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24 |
|
|
|
• Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19 |
|
|
|
• İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
• Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06 |
|
|
|
|