AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                 

“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?” - QALMAQAL
Tarix: 18-05-2023, 06:07 | Çap et
“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?”
“Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanına səsləndirdiyi dırnaqarası ittihamlarını oxudum və çox təəccübləndim. Sanki bu Ülviyyənin öz sözləri deyil. Çünki Ülviyyəyə teatrda həmişə hörmətlə yanaşılıb. Həm aktrisa kimi, həm də mənim tələbəm olduğuna görə. Düzdür, o heç vaxt Afaq xanımın etdiklərini dilinə gətirməyib. Bilirsiniz ki, mənim belə şeylərdən acığım gəlir. Onun teatra gəlməsində də, işə götürülməsində də mən böyük rol oynamışam. O rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrından Musiqili Teatra keçdi. Ülviyyə çox istedadlı qızdır. Başının üstündə rejissor olmalıdır. “Mən dəyərəm min cavana” tamaşasında səhhətimlə əlaqədar olaraq rolumun Ülviyyənin ifa etməsi məsələsini qaldıran kimi, Əliqismət Lalayev dedi ki, “Afaq, sən əgər inanırsansa Ülviyyə bu rolu doğruldacaq, amma mən də inanıram doğruldacaq, gəl rolunu verək ona, tamaşa dayanmasın”. Şəxsən mən Ülviyyəyə ögey münasibəti teatrda heç vaxt hiss etməmişəm”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktrisası, xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar Ülviyyə Əliyevaya teatrda hər zaman şərait yaradıldığını bildirib.

“Ögey münasibət necə ola bilər ki, teatr rəhbəri bilir ki, Ülviyyə tam ştatla Dövlət Kukla Teatrında işləyir. Ülviyyənin çox tədbirləri, çəkilişləri olur, rahat gedib-gəlir də. Mən şəxsən bir dəfə özüm soruşmuşam, Əliqismət deyib ki, “vallah çəkilişi var idi, amma başqa bir söz dedi, dedim ki, eybi yoxdur, qoy çəkilsin, tamaşaçı teatr aktyorlarını tanısın”. Ülviyyə elə qız deyil. Ülviyyə adam üçün canını verər. Deyəsən ki, “Ülviyyə gəl mənim üçün bunu et, o heç vaxt sual verməz ki, niyə?!”. Hamıya əliçatan, kömək edən qızdır. Ürəyi çox təmizdir. Onun başına gələn bəlaların hamısı elə onun ürəyinin təmizliyindəndir. “Toppuş bacı”-nın yasında Ülviyyə həyat yoldaşı ilə 40 gün ayaq üstə oldu. Ülviyyənin ayaqlarının üstündəki şiş artıq dizinə dəyirdi. Halal xoşu olsun, Toppuş bacının. Ona görə də bu dediklərinə məhtəl qalmışam. Bundan əvvəl də onun bir çıxışı olmuşdu, mən bunu başqa bir yerə yönəltdim ki, ola bilsin ki, umur da, mükafat filan. Amma indi baxıb görürəm ki, Ülviyyə olmayan yerdən şübhə doğurur. O elə bilir ki, onu sevmirlər, qiymətləndirmirlər. Bu bütün aktyorların həyatında olur. Bir az yaraşmaz bunu mənə demək. Mən teatrda olanda 2 kəlmə söz danışırdımsa, 3-cü kəlməm Ülviyyə olurdu. Deyirdim ki, “Ülviyyə hardadır?”, “Ülviyyə oynayır bu tamaşada?”. “7 məhbusə anası” tamaşasında mənimlə tərəf müqabili oldu. Gəldi öz tapıntılarını köçürtdü səhnəyə. Çox da gözəl tapıntılar idi. Amma rejissor irad tutdu ki, “Afaq xanım, bu mənim quruluşum olmadı axı”. Dedim ki, yaxşıdırsa dəymə. Vallah, elə bir vəziyyətdir ki, heç bilmirəm nə deyim! O ki, qaldı Əliqismət Lalayevə.. O mənim 1990-cı ildən çox möhkəm dostumdur. Amma bu o demək deyil ki, mən durub Əliqismət Lalayevi yalandan müdafiə edim, tərifləyim. Xeyr, belə bir şey yoxdur. Teatrın rəhbərliyindən bütün yaradıcı heyət razı qala bilməz. Bu birmənalıdır. Əliqismət Lalayev dəridən, qabıqdan çıxır. Siz bilirsiniz ki, bizim teatrımız başqa teatrlardan fərqlənir. Ancaq elə adına görə. Günün bu gününə qədər 4 ildir artıq “Musiqili Teatrdır”, amma hamı deyir ki, “Musiqili Komediya Teatrı”. Baxmayaraq ki, komediya sözü 4 ildir teatrın adı üstündən götürülüb. Biz şəhidlərimiz, vətən müharibəsi iştirakçıları haqqında tamaşalar hazırlamışıq. “Paris Notr-Dama ithaf” tamaşası səhnələşdirmişik. Bu gün də “Leyli və Məcnun” səhnələşdirilir. “Paris Notr-Dama ithaf” tamaşasını biz musiqili şəkildə səhnələşdirdik. Onun musiqisini tapdıq, uşaqlar əziyyət çəkdilər. Ən azından Azərbaycanın görkəmli siyasi xadimləri də, savadlı şəxsləri də, hətta nazirlər də, millət vəkilləri də gəlib o tamaşaya baxıblar və uşaqları alqışlayıblar. O tamaşada fərqlənən aktyorlar o qədər sevinirdilər ki. Sən bu sevinclərə də bu qədər bayağı fikirlərinlə yanaşdın?! Bu tamaşaların teatrda hazırlanması bir növ eksprimentdir. İndi neyləyək? Əlimizi əlimizin üstünə qoyub oturaq? Əliqismət Lalayev nə etsin? Əlini qoyub əlinin üstündə otursun?! Əliqismət Lalayev uşaq deyil axı. Gör neçə illərdir incəsənət sahəsindədir. İncəsənəti bitirib, rejissor işləyib, Naxçıvan Dövlət Teatrında gözəl tamaşalara quruluş verib. İndi də elə bir çox tamaşaların qüsurunu düzəldir. Ülviyyə, ermənilər öz cındırlarını sənət əsəri adlandırırlar, amma dahi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini inglis dilində oynamaq, onu təqdim etməyi isə sən inglis dilini bilənlərin bizə güldükləri fikirləri ilə cılızlaşdırırsan. Çox cılız bir fikirdir, Ülviyyə, çox cılız! 11 aya inglis dilini gətirib ortaya çıxaran aktyora eşq olsun. Eşq olsun! Dili sınsa da, düzəltsə də, o zülmlə dili öyrənə-öyrənə, oynayıb. Mizanlar da, aktyor oyunu da öz yerində. Bütün bunların müqabilində sən öz dostlarının əziyyətini yerə vurursan ki, inglis dili bilənlər gülürdülər? Sən get o gülən adamdan soruş gör təmiz Azərbaycan dilində bilirlər?! Heç səndən gözləməzdim, qızım. Bax, sənə heç zəng də etmədim. Çünki, bu sən deyilsən Ulya! Qızım, saatlarla mənim qrim otağımda oturub, ana-bala kimi dərdləşən, bütün dərdini mənimlə bölüşən, mənim silləmi öz doğma anası kimi qəbul edən Ülviyyə deyilsən sən, Ülviyyə! Nə olub sənə? Mükafatın da olacaq, hər şeyin də! Mən İctimai tv-də yayımlanan “3 D” verilişində də, Teatr forumunda da dedim ki, Mədəniyyət Nazirliyinin bütün imkanlarını özünə qaytarın. Fəxri adlardan tutmuş mükafatlara qədər, Ülviyyə! Mən bunu demişəm, qızım. Sən elə bilirsən ki, Əliqismət Lalayev oturub, möhür vurur?! Əliqismət Lalayev Mədəniyyət Naziriliyində işləyəndə yetim-yesirlərə həmişə kömək edirdi. Amma adı başqa cür çıxdı. Deyirdilər ki, “Əliqismət Lalayev istəsəydi edərdi”. Əliqismət Lalayev istəsə ona xalq artisti və prezident təqaüdü verərdilər. Bu dövr çoxdan yetişib. Edə bilirdisə elə bunu özü üçün edərdi də. Sən kollektivin də ürəyini sındırdın. İnanma ki, bəzi o “min sifətlilər var ki, sənə deyirlər ki, “Ülviyyə, kişi qızısan, nə demisən!”. Onlar yalan deyirlər, qızım. Sən ünvanı səhv tapmısan. Səhv gedirsən. Kaş mənimlə bölüşərdin. Axı sən mənimlə hər şeyi bölüşürsən. Mən dünyasında sənə deməzdim ki, Ülviyyə, bunu etmə. Amma ən azından mən sənə məsləhət verərdim. Ülviyyə, sən özün bilirsən ki, bu dəqiqə hardasa yarım ştat belə işləməyə icazə vermirlər. Dövlət Kukla Teatrında qoyduğun zəhmətin müqbailində aldığın maaş 2 aktyorun mükafatının dəyərindədir. Buna Əliqismət Lalayev göz yumur, bu azdır qızım?! Hə, mənim balam, azdır?! Olmadı kı! Sən düşməni bizə güldürürsən. Bax bəzi teatrların halına. Bax da, görün nə gündədir. İç-içə gedən didişmələr, gicişmələr, direktor gəldi, bədii rəhbər getdi, filankəs getdi. Ay qızım, Ulya, çox məni mütəəssir etdin. Mənim səhhətimə görə hər zaman sən həyəcan keçirmisən. Hər zaman. Amma bu dəfə sən mənim səhhətimə ağır zərbə vurdun. Nə Əliqismət Lalayevin mənim müdafiəmə ehtiyacı yoxdur, nə də mən Əliqismət Lalayevin vəkili deyiləm. Amma dostuyam. Mənim dostum düzgün hərəkət etməyəndə siz hamınız da görüb və bilmisiniz ki, bizim Əliqismət Lalayevlə həmişə söhbətlərimiz olub və o da həmişə bunu müsbət qarşılayıb, dəyişiklik edibdir. Olur insanda. İnsan mismar dərdindən tutmuş, aktyorun sosial müdafiəsinə qədər fikir edir. Pandemiyada aktyorların o vəziyyətində oturardı öz evində və deyərdi ki, nəyimə lazımdır? Doğma bala anası üçün yeməyi qapının ağzına qoyurdu ki, “sən götür, karonasan, mənə keçər”. Amma Əliqismət birbaşa evlərə gedirdi, maddi yardımını edirdi. Allah şahididir Vidadi. Deyirdim ki, “Əliqismət, sən bu yaşında karona tutacaqsan”. Amma o deyirdi ki, “Afaq, mümkün olan şey deyil, Novruz Qartalın vəziyyəti yaxşı deyil”. Teatrda qızımızın evi yandı, Əliqismət yorğan-döşək daşıyırdı. Adamın axı Allahı var. Allah göydən baxır. Sənin bir dənə atılan dırnağını mən heç kəsə dəyişmərəm, Ulya. Bilirsən ki, sən, Rəna, Mehriban mənim ən sevimli tələbəmsiniz. Amma bütün bunlara baxmayaraq adamın vicdanı olar, göydə də Allahı tanıyar, Allahı sayar. Etmə elə şeyləri. Heç vaxt, heç kəsə vasitə olma, mənim balam. Çox xahiş edirəm səndən” deyə sənətkar bildirib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevin ünvanına ittihamlar səsləndirmişdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Bu gün, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Bu gün, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru