BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                 

Mədəniyyət Nazirliyi kadrları məhv edib… - “65 aktyor üçün böyük yaş deyil”
Tarix: 9-12-2022, 10:13 | Çap et
Mədəniyyət Nazirliyi kadrları məhv edib…
Sənət adamları ilə müsahibələrimiz zamanı “Balıq susuz yaşaya bilmədiyi kimi, aktyor da teatrsız qala bilməz”, – ifadəsini çox eşitmişik. Təəssüflər olsun ki, bu gün yaş senzi ilə əlaqədar aktyorların bu mənəvi bağlılığı arxa plana keçib.

Belə ki, artıq yaşı 65-i keçən bir sıra aktyor və aktrisalarımızın səhnədən uzaqlaşdırılması ilə bağlı teatr direktorları tərəfindən qərarlar qəbul olunub. Və bu qərarlar sənət adamları tərəfindən heç də xoşluqla qarşılanmayıb, əksəriyyətinin narazılığına, hətta etirazına səbəb olub.

Aydındır ki, aktyor səhnəsiz qala bilmir və yaş amili burada demək olar ki, heç bir rol oynamır. Çünki 70-80 yaşlı aktyor və ya aktrisa səhhəti imkan verdiyi təqdirdə səhnədə müxtəlif obrazlar canlandıra bilər. Və elə bu səbəb yaş məhdudiyyətinin ən azı incəsənət sahəsinə şamil edilməməsi məsələsini gündəmə gətirir.

DİA.AZ bildirir ki, KONKRET.az-a bununla bağlı fikirlərini bölüşən tanınmış aktyor, xalq artisti və Prezident təqaüdçüsü Əli Nur da məsələni bu aspektdən dəyərləndirir. Eyni zamanda, teatr direktorlarının guya yeni nəsillərə şərait yaratmaq üçün bu addımı atdıqlarını bildirir: “Əslində bu, düzgün deyil. Məsələn, Tahir Salahov tanınmış rəssamdır və onun 100-ə yaxın yaşı var. Amma yaradıcılıqla məşğuldur. Yaxud Pikasso, Salvador Dali və digər dünyaca məşhur rəssamları, heykəltəraşları, bəstəkarları qeyd edə bilərik. İncəsənət sahələrini yaşla əlaqələndirmək doğru deyil. Əksinə, insan yaşa dolduqca daha da müdrikləşir, təfəkkürü genişlənir. Məsələn, mən səhnəyə çıxan kimi istənilən rolumla zalı ayağa qaldırıram. Odur ki, aktyora yaş qadağası qoymaq boş və cəfəng bir yanaşmadır. Bu, Azərbaycanda teatrı və aktyorları gözdən salmaq, hakimiyyəti direktorlara vermək deməkdir. Çünki bu gün teatra təsadüfi, sənətdən başı çıxmayan, özündən razı şəxslər direktor təyin edilir. Bu qanmaz rəhbərlərə teatrın nə olduğunu anlatmaq lazımdır”.

Teatr öyüd-nəsihət tribunasıdır…

Xalq artistinin sözlərinə görə, aktyorlar əxlaq dərsi verir: “Aktyorluq cadugərlikdən peyğəmbərliyə qədər ucalan bir sənət növüdür. Elə bir sənət növüdür ki, burada yaş öz aktuallığını itirir. Məsələn, vaxtilə Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Natavan” tamaşasında 92 yaşlı Ağasadıq Gəraybəyli Böyük ləzgi rolunu ifa edib. Onu qoluna girərək səhnəyə çıxarırdılar. Amma səsi bütün zalı titrədirdi. Təsəvvür edin ki, Moskvadan gəlmiş professor Nina Belikova Gəraybəylinin tamaşadakı oyunundan çox təsirlənmişdi. Hələ ictimai baxışda onun ifası böyük alqışlarla qarşılanmışdı. O yaşda səhnəyə çıxan kimi tamaşaçını ovcuna yığmağı bacaran sənətkarı səhnədən necə uzaqlaşdırmaq olardı? Yaxud yaşlı aktyorlardan Rafiq Əzimovun səsi səhnədə necə aydın eşidilir. Amma o qədər cavan aktyor var ki, səsləri arxa lojalarda duyulmur. Çünki onlar sənətdə yad adamlardır. Teatrın qanunu var ki, ən arxa kresloda oturan tamaşaçı belə aktyorun sehrli səsini eşitməlidir. Sehr aktyor obrazda olanda, başqalaşanda, dəyişəndə yaranır. Amma təəssüflər olsun ki, bu gün cılız uşaqlara meydan verilir. Mədəniyyət və İncəsənət Universitetində aktyorlar səhnə hərəkətlərini və plastikanı mənimsəsələr də, onların nitq mədəniyyəti və danışıq üslubu demək olar ki, yox səviyyəsindədir”.

Mədəniyyət Nazirliyi kadrları məhv edib…


“65 aktyor üçün böyük yaş deyil”, – deyən xalq artisti bildirir ki, onu tanıdan repertuarıdır.
“Aktyorluq elə bir müqəddəs sənətdir ki, qədim Yunanıstanda vaxtilə dövlətin bütün səfirlərini aktyorlardan təyin edirdilər. Çünki onlar savadlı və natiq idilər, hər şeyi bilirdilər. Qədim Hindistanda aktyor 20-22 il dərs alırdı. Yəni aktyorlar seçilmiş insanlardır. Ona görə də səhnəni təsadüfi şəxslərin və direktorların ümidinə buraxmaq olmaz. Min nəfər direktor olsa da, aktyorsuz teatrın mövcudluğu sual altındadır. Ancaq heç kim olmasa da, bir nəfər aktyor teatrı yarada bilər. Teatr kütləni və xalqı millətə çevirib, kino isə yeni sivilizasiya yaradıb. Teatrda aktyor və aktirisalar boş qalmamalıdırlar. Hər bir teatrda rejissor heyəti gecə-gündüz işləməlidir, tamaşa hazırlamalıdır. Amma Azərbaycanda rejissor yoxdur. Azərbaycan Mədəniyyət Nazirliyi kadrları məhv edib. Bu illər ərzində bir nəfər də kadr yetişdirilməyib. Halbuki onları hər il Moskvaya, Sankt-Peterburqa, Avropa ölkələrinə təhsil almağa göndərməli idilər. Kino sahəsi çox bərbad, teatrlar isə “ölü” vəziyyətdədir. Çünki rəqabətli rejissorlar yoxdur. Sənətin “anasını belə ağladırlar”, bu cür məhv edirlər. Savadlı aktyor və aktrisalar illərlə rol oynamır. Ona görə də 65 yaş cəfəngiyyatına son verilməlidir. Anar Rzayevi 85 yaşda AYB-yə, heç danışa bilməyən İsa Həbibbəylini isə 73 yaşında AMEA-ya rəhbər seçdilər. Seçilmə ləyaqətə və istedada görə olmalıdır. Çünki hər şeyi istedad həll edir. Aktyorlar isə bu gün “zəncir çeynəyirlər” və rol istəyirlər. Amma onların yiyəsi yoxdur, unudulublar. Bu, faciədir”.

65 yaşın varsa, getməlisən!

Xalq artisti əlavə edib ki, bəzilərinin əlinə “65 yaşın varsa, getməlisən” bəhanəsi düşüb: “Aktyor hara getsin? Bu nə tərbiyəsizlikdir? Sən kimsən ki, aktyoru səhnədən qovursan? Aktyor səhnədə doğulub, səhnədən də nəşi çıxmalıdır. Bəzi direktorlar aktyorları çərlədib öldürürlər. Səhnə məgər fabrik-zavoddur ki, aktyor 65 yaşı tamam olan kimi çıxıb getsin? Bu, incəsənətdir. Məntiqə görə, incəsənət gözəllik haqqında elmdir. İnsan yaşlaşdıqca gözəlləşir, müdrikləşir və kamilləşir. Sən yaşlı aktyorları hara göndərirsən? Aktrisa Mənsumə Babayeva mənimlə birlikdə oxuyub. Adicə “Əməkdar artist” fəxri adını ona vermədilər. Altına milyardlar yığan sabiq nazir Əbülfəs Qarayevə nə qədər desəm də, onu heç bir fəxri adla təltif etmədi.
Aktyor səhnədə vəfat etməli və səhnədən götürülməlidir. Vaxtilə Heydər Əliyev “Akademik Milli Dram Teatrı mənim teatrımdır”, – deyirdi. Onun bütün yubileylərini keçirirdi. İndi bunlar Heydər Əliyevdən çox bilirlər? Sənətin başına bu nə oyundur açırlar? Bütün bu məsələləri Prezident İlham Əliyevə çatdırmaq lazımdır. Dünyanın hər yerində ən çox maaşı aktyorlar alır. Amma bizdə ən yüksək məvacib alan aktyor 800 manata qol çəkir. Məgər bu, maaşdır? Ayıbdır, hələ bir həyasızcasına 65 yaşı olan aktyor və aktrisaları teatrdan çıxarırlar”, – deyə xalq artisti fikirlərini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
20-09-2025, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
20-09-2025, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
20-09-2025, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
20-09-2025, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
20-09-2025, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
20-09-2025, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
20-09-2025, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
20-09-2025, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
20-09-2025, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
20-09-2025, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
20-09-2025, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru