Aktrisa qardaşı ilə mülk davasına çıxdı: - “Sənin qeyrətin necə götürür ki, bacın...”
Tarix: 25-11-2022, 08:43 | Çap et
 “Anam dünyasını dəyişməzdən öncə yaşadığı evi övladları arasında bölmədiyinə görə başım bəlalar çəkdi. Onu itirdiyim gündən məhkəmələrdəyəm. Bir qızım var. Ona vəsiyyət və öyüd-nəsihət edirəm ki, sən mənim tək övladımsan, nəyim varsa sənindir. İşdir sabah sənin də övladların olsa elə sağlığında malını, mülkünü onlar arasında böl ki, heç biri səndən inciməsin. Bu mənim düşüncəmdir. Bizdə bir az başqa cür oldu. Əks tərəfdə artıq tamahlılar var. Elə deyirlər ki, ver yeyim. İndi bilmirəm gözləri və qarınları nə vaxt doyacaq?! Onda da həmin adamlara nuş olsun yox, haram xoşunuz olsun deyəcəm” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib. “22 il anamın əziyyətini çəkmişəm. Borcumdur da, heç nə demirəm, şikayətlənmirəm. Anamdır, mən onun əziyyətini çəkməli idim. Məndən böyük qardaşım da var. Hansı ki, 22 ildir rahat şəkildə öz həyatını yaşayırdı. Heç düşünmürdü də anası nə yeyib, nə içib?! Həftədə 1 dəfə gəlib anasına baş çəkib, gedirdi. Anamın elə bir yaş dövrü gəlib çatdı ki, o da düşündü ki, əşşi, bunun nə qədər ömrü qalıb ki? Aranı qarışdırıb, ananı-bala ilə, yəni mənimlə düşmən etdilər. Anam mənim qızımı belə görmək istəmirdi. 2-3 ildir mən cəhənnəm yaşayırdım. Mənim vicdanım çox rahatdır. Çalışmışam ki, anamın sağ ikən bütün arzularını, istəklərini yerinə yetirim” deyə sənətçi bildirib.
Aktrisa bildirib ki, qardaşı anasının evi üstündə onunla düşmən olub. “Anamın evinin üstündə qardaşım mənimlə mülk davasına çıxıb. Sağlıqlarına qismət, halal xoşları, hər şeyləri var. Bu ev mənim adıma bağışlanmışdı. Zaman gələcək, hər bir şeyi açıqlayacam. Mən deyəsən sonda şəxsiyyət vəsiqəmi dəyişib, adımı Sonaxanım yox, başı bəlalı Sonaxanım qoyacam. Əl çəkmirlər məndən. Məcbur edirlər ki, hər şeyi açıb-töküm. Qaşıyıb, qan çıxarmaq istəyirlər. Anamla məni düşmən etdiniz rahat olmadınız? Düşmən düşmənə etməzdi, siz məndən anamın ölümünü gizlətdiniz. Ömür boyu bunu sizə bağışlamaram. Mənə başqa insanlar zəng edib baş sağlığı verdilər. Mən anama 40 gün yas verdim. Halal xoşu! Onlar məhkəməyə müraciət edərək bildiriblər ki, mən ləyaqətsiz vərəsəyəm. Belə olmaz! Məndən nə istəyirsiz? Məhv etmək?! Bir şeyi unutmayın ki, Allah bunu istəməsə, heç bir bəndə edə bilməz. Gözünüz niyə doymur? Gedib evin divarlarından götürüb gözünüzə sürtün, bəlkə gözünüz doydu. İnsan nə qədər acgöz olar?! Mənə deyir ki, bir oğlum var, onu evləndirməliyəm. Lap yaxşı! Mənim də bir qızım var, mən də onu köçürməliyəm, cehiz verməliyəm. Onu mən həyat yoldaşımsız böyütmüşəm. Sən qardaş, qeyrətin necə götürür ki, deyirsən bacıdan hər şeyi alım?. Mənim övladım olmasaydı inanın heç bir şey lazım deyildi. Çünki dərk edirəm ki, heç kim bu dünyadan o biri dünyaya heç nə aparmayacaq. Əvvəl deyirdilər ki, bir kəfən aparırlar, amma o kəfən də bəzən qismət olmur. Mən artıq susan deyiləm. Onların bu gün burnunu ovmasam, sabah başqa bir iddia ilə çıxış edəcəklər. Bu insanlar qudurğan insandır, susduqca az qalırlar ki, ayaqlarını çiyinlərimə sallasınlar” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03 |
|
|
|
• "Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35 |
|
|
|
• Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31 |
|
|
|
• “Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28 |
|
|
|
• Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25 |
|
|
|
• Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50 |
|
|
|
• “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48 |
|
|
|
• Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43 |
|
|
|
• Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31 |
|
|
|
• Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25 |
|
|
|
• İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16 |
|
|
|
• "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10 |
|
|
|
• "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06 |
|
|
|
• Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03 |
|
|
|
• “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25 |
|
|
|
• Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22 |
|
|
|
• İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18 |
|
|
|
• Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49 |
|
|
|
• Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41 |
|
|
|
• "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39 |
|
|
|
• Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36 |
|
|
|
• Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34 |
|
|
|
• Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50 |
|
|
|
• Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48 |
|
|
|
• «Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40 |
|
|
|
• Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27 |
|
|
|
• Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17 |
|
|
|
• "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05 |
|
|
|
• "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02 |
|
|
|
• Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58 |
|
|
|
• Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54 |
|
|
|
• Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49 |
|
|
|
• ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44 |
|
|
|
• Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39 |
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
20-09-2025, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
20-09-2025, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
20-09-2025, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
20-09-2025, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
20-09-2025, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
20-09-2025, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
20-09-2025, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
20-09-2025, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
20-09-2025, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
20-09-2025, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
20-09-2025, 11:03 |
|
|
|
|