BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                 

"Sənətinə də söz yox idi, insanlığına da..." - ANIM
Tarix: 14-11-2022, 09:54 | Çap et
"Sənətinə də söz yox idi, insanlığına da..."
Görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Tahirə xanım, ailədə neçə övlad olmusunuz?

- Ailədə 7 övlad olmuşuq, iki qardaş, beş bacı. Ən axırıncı övlad mən olmuşam. Rübabə baxım bizə tərbiyə, təhsil və çörək verib. Elə humanist insan idi ki. Mən hələ onun kimi adam görməmişəm. Sənətinə də söz yox idi, insanlığına da. Ağzımızdan bir söz çıxan kimi həmin şey o dəqiqə hazır idi. Onun Leylisindən, Əslisindən, Ərəbzəngisindən doymaq olmurdu.

- Siz də ifaçı olmusuz, amma gəlin etiraf edək ki, Rübabə xanımın səsi fərqli idi, heç bir səsə oxşamırdı.

- Əlbəttə! Nəinki biz bacıların səsi, onun səsinə incəsənət aləmində bənzər səs yoxdur. Bəzən mənə tərif kimi deyirlər ki, səsin Rübabənin səsinə oxşayır. Mən bu sözdən çox hirslənirəm. Xahiş edirəm ki, elə deməyin. Özüm üçün oxuyuram, amma mən Rübabə ola bilmərəm. Xarici görkəmimi oxşadırlar. Buna bir söz deyə bilmərəm. Çöldə məni görəndə deyirlər ki, Rübabə gəlir.

- Rübabə xanım Ərdəbildə doğulub. Oranı necə tərk etdiyini sizə danışıb?

- Atamız Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Ailəmiz 1946-cı ildə Azərbaycana mühacirət edib, bu zaman Rübabənin 14 yaxud da 15 yaşı olub. 10 dəqiqə gec keçsəydilər hamısını güllələyəcəkdilər. İrandan gəlib Astarada məskunlaşıblar. Qaçqın necə olar? Evsiz-eşiksiz! Sağ olsun millətimiz onlara köməklik edib. Salyana köçəndən sonra Rübabə oxumağa başlayıb. Mən və Pərvanə bacım Salyan rayonunda doğulmuşuq. Rübabə müğənni olandan sonra onu Opera və Balet teatrına dəvət ediblər. Rübabə Leyli obrazını ağlaya-ağlaya oxuyurdu, amma səsi qəhərlənmirdi. Raç Kapur hətta gəlib görüb onu Hindistana dəvət etmişdi, çünki hindlilərə oxşadırdı Rübabəni. Amma Rübabə getməmişdi.

- Vətən həsrəti Rübabə Muradovanın yaradıcılığında və ifalarında xüsusi yer tutur. Vətənini, doğma torpağını çox sevməsi heç kimə sirr deyildi.

- Rübabə qədər vətənini sevən, onun üçün qurban-sadağa gedən ikinci adam görməmişəm. O elə vətən hərsəti ilə də dünyasını dəyişdi. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, o həyətdə qızıl gülləri iyləyərəm. Tez-tez yadına düşürdü, deyirdi və ağlayırdı. O vaxt axı sərhədlər bağlı idi. İndiki kimi olsaydı bəlkə də Rübabə ölməzdi.

- Onun doğma vətəni ilə görüşü də ürəkləri dağlayan bir hadisədir. O necə baş vermişdi?

- Astaraya qastrol səfərinə gedəndə sərhəddə dayanıb ağlayıb. Deyib ki, sərhədi açın, 5 dəqiqə də olsa gedim torpağımı görüm. O vaxt belə bir qanun yox idi ki, sərhəd açılsın. Amma sağ olsunlar Rübabənin xətrinə bunu ediblər. Sərhədi keçən kimi ürəyi gedib, torpağın üstünə yıxılıb. Sonradan özünə gəlib, torpağı əlinə götürüb iyləyib. Baba Mahmudoğlu da onunla birlikdə olub. O danışırdı ki, Rübabə necə qəhərlənmişdi, necə ağlayırdı!

- Səhv etmirəmsə Rübabə xanım doğma torpağı ilə bağlı sizə vəsiyyət də etmişdi. O nə vəsiyyət idi və yerinə yetirdinizmi?

- Mənə demişdi ki, mən ölsəm sən sağ qalsan gedib ordan torpaq gətirib, məzarım üstə tökərsən. Mən onun bu arzusunu, vəsiyyətini yerinə yetirdim. Ərdəbilə gedib, evimizi tapdım. Evimiz Alatava məhəlləsində, Şah məscidinin yanında idi. Gedib gördüm ki, orada başqa adamlar yaşayır. Dedim ki, qorxmayın, mən filankəsəm, bu evin sakini olmuşam. Orada ağaclar da var idi, quyu da. Torpağı gətirib Rübabənin məzarının üstünə tökdüm. Elə rahat oldum ki.

- Rübabə xanımı bu gün necə yad edirsiz?

- Doğum və anım günlərində hər zaman məzarının üstünə gedirik, dualar oxuyuruq. Rübabə bu günki günə qədər sevilir, hər zaman fanatları olub. Onun mahnılarını nəinki yaşlı və orta nəsil, cavan nəsil də sevir. Bir misal çəkmək istəyirəm. Bizim bir tanışımız var idi, o vaxt Müslüm Maqomayevlə görüşüb. Müslüm öz maşınında onları gəzdirib. Görüb ki, Müslümün maşınında Rübabənin diski var. Ona sual veriblər ki, siz rus dilində müasir mahnılar oxuyan sənətkarsınız, nə yaxşı muğama qulaq asırsınız? Deyib ki, siz nə danışırsınız?! Mən Rübabənin mahnıları ilə yaşayıram, hər gün oxutdururam. Rübabə əvəzedilməz müğənni idi. Bu gün fikir vermisinizsə müğənnilər 2-3 mahnı oxuyur, sonra unudulur. Nə özləri yadda qalır, nə də ki, mahnıları. 1 əsr keçəndən sonra da Rübabə elə Rübabə olaraq qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
20-09-2025, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
20-09-2025, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
20-09-2025, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
20-09-2025, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
20-09-2025, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
20-09-2025, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
20-09-2025, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
20-09-2025, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
20-09-2025, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
20-09-2025, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
20-09-2025, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru