“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                     İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... .....                     Zelenski bununla NƏ ETSİN AXI... .....                     Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb .....                     Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT .....                     İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir? .....                     Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                     Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... .....                 

"Qurultay keçirməkdən başqa işləri yoxdur" - Bəstəkar sovetdən qalmış qurumlar barədə
Tarix: 9-05-2022, 08:46 | Çap et
"Qurultay keçirməkdən başqa işləri yoxdur"
Sovet dönəmindən yaradılan Yazıçılar ittifaqı, Bəstəkarlar ittifaqı, Rəssamlar İttifaqı, Kino ittifaq, Teatrlar ittifaqı, eyni zamanda yaradılan gildiyalar yaradıcı şəxslərə nə verir? Onların mövcud olması həmin qurumların üzvlərinin yaradıcılığına necə təsir edir?
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, sözügedən qurumlar Stalin tərəfindən yaradılıb. Məqsəd yaradıcı şəxslərin "labarotoriyaları"na nəzarət idi. Yaradıcı şəxslərə müxtəlif maddi və mənəvi mükafatlar verməklə bolşeviklərin, kommunistlərin istədikləri mövzuda əsər yazmağa sövq etmək onların başlıca amalı idi:
"Sovetlər dağıldı, amma bu qurumlar dağılmadı. Bu gün onların heç bir işi yoxdur. Qəbul olunan qanunlar onları sanki yolun kənarına itələdi. Varlıqları ilə yoxluqları hiss olunmur. Çünki heç nəyə təsir edə bilmirlər. Məsələn, Bəstəkarlar İttifaqı televiziyalara hansısa musiqinin efirə buraxılmasını qadağa qoya bilmir. Uzağı hansısa tədbirdə bu barədə ümumi danışa bilərlər. Ondan o tərəfə keçə bilmirlər. Çünki, əllərində səlahiyyət yoxdur"
Cavanşir Quliyev özü də hazırda Bəstəkarlar İttifaqının üzvüdür. Amma onların heç bir tədbirlərinə qatılmır:
"Bilirəm ki, orada səslənən fikirlərə heç kəs qulaq asmır. O ittifaqların bir işi var: hansısa sənət adamının yubileyi yaxınlaşırsa, Mədəniyyət Nazirliyinə təqdimat verir ki, ona orden, fəxri ad və ya ev verin. Bir də sovet dönəmindən qalma bir ənənələri var: vaxtaşırı qurultay keçirmək. Bəstəkarlar o qurultayları ona görə gözləyirlər ki, orada onların əsərləri səsləndirilir. Adi günlərdə o əsərləri səsləndirə bilmirlər. Dövlət qurultaya pul ayırır, o pulun bir hissəsi musiqi kollektivlərinə, Filarmoniyaya və opera teatrına verilir ki, bəstəkarların əsərləri səsləndirilsin. Gənc bəstəkarlar ona görə oranın üzvü olmağa can atırlar ki, onların əsərləri səslənsin. O da həmişə yox, qurultaydan, qurultaya".
Bəstəkar vurğulayır ki, sovet dönəmində sözügedən qurumları hökumət yaratmışdı və onları dinləyirdi. İndi isə onların fikirləri heç bir əhəmiyyət kəsb eləmir. Bir problem olanda media da, dövlət də deyir ki, Bəstəkarlar İttifaqı hara baxır? Haqlıdırlar, amma onlara heç bir səlahiyyət verilməyib ki, nəyəsə təsir etsinlər. Əslində bu qurumlar mövcud qanunvericiliyə əsasən, ictimai təşkilatlar siyahısına salınıblar. Ona görə də heç bir səlahiyyətləri yoxdur. Əgər qurumun rəhbəri hörmətli adamdırsa, nəsə edə bilər:
"Məsələn, Anar kimi. Yazıçı Anarın müəyyən nüfuzu var. O, dövlət başçısının yanına gedib hansısa problemin həllinə nail ola bilər. Bu, sırf onun şəxsi nüfuzuna görədir. Sabah onun yerinə ondan nüfuzca aşağı olan başqası gəlsə, onun etdiklərini edə bilməyəcək".
Rəssamlar İttifaqının üzvü, bir çox beynəlxalq və yerli sərgilərdə əsərlərini nümayiş etdirən rəssam Ülkər Əbülfət bildirir ki, sözügedən qurum onun yaradıcılığına heç bir təsir göstərməyıb:
"Mən hər il ölkəmizdə və xarici ölkələrdə sərgilər təşkil edirəm. Tələbələrim var, onların əsərlərini də sərgilərdə nümayiş etdirirəm. Rəssamlar İttifaqı nə sərginin təşkilinə, nə də emalatxanaya yardım edir. Sovet dönəmində İttifaq rəssamları emalatxana ilə təmin edirdi. Bundan başqa, onların əsərlərinin sərgisini və satışını təşkil edirdi. İndi isə Rəssamlar İttifaqının təkcə adı var".
Tanınmış yazıçı Kəramət Böyükçöl bir il Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. Lakin müstəqil fikirlərinə görə həmin qurumdan uzaqlaşdırılıb. Yazarın fikrincə, ittifaqlar, gildiyalar və s. yaradıcı insanları nəzarətdə saxlamaq üçün yaradılıb:
"Orada yaradıcı insanları şirnikləndirmək üçün müəyyən addımlar atılır. Məsələn, hansısa yazara prezident təqaüdü verirlər. Başqa bir gənc yazara ayda 200 manat pul verilir. 200 manat gənc yazara boğaz olur, istədiyini yaza bilmir. Ona görə də bu qurumların yaradıcı insanlara heç bir faydası yoxdur. Onlar əbədi mühiti məhv etməklə məşğuldurlar. Mən yazar olduğum görə, Yazıçılar Birliyini nəzərdə tutub danışıram, amma digərləri də heç AYB-dən fərqlənmirlər. Bütün yaradıcı qurumlar bir məqsədə xidmət edir: Hər şey onların nəzarəti altında olmalıdır. O birliyin üzvü olan şəxs artıq bilir ki, nə olar, nə olmaz. Öz yaradıcılığı qalır kənarda".
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov digər müsahiblərdən fərqli olaraq, gildiyaların, ittifaqların sovetin qalığı adlandırılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu kimi təşkilatlar Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu qurumların mövcud olmasının səbəbi odur ki, yaradıcı insanlar ictimaiyyətdən uzaq düşməsinlər.
"Mən belə qurumların yaradılmasının tərəfdarıyam. Bu qurumların adı sovet dövrü ilə bağlı deyil. Bu təcrübə xarici ölkələrdə də var. Məsələn, Amerika Kino Akademiyası, onun təsis etdiyi "Oskar" mükafatı var. Həmin Kino Akademiyasında rejissorlar, aktyorlar gildiyası var. Avropada yüzlərlə belə təşkilat mövcuddur. Sovet dönəmində bu ittifaqlar yaradıcı insanların sosial problemlərini də həll edirdi. Bu yaxınlarda Həsən Seyidbəylinin yubileyində kinooperator Rafael Qəmbərov bildirdi ki, ilk avtomobili Seyidbəylinin və İttifaqın köməkliyi ilə alıb. Bu gün də hansısa kinematoqrafçının problemi olanda İttifaqa üz tutur".
//sputnik.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru