Daha bir bank bağlanır .....                     Azərbaycan 10 ermənini azad edəcək .....                     Rusiya gəmisi Bakı limanında .....                     Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi .....                     Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? .....                     Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək .....                     Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? .....                     Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır .....                     Vəzifəyə keçmək üçün xadiməyə pul verdi .....                     “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır .....                     Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı .....                     Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək .....                     "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub .....                     İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir? .....                     Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi .....                     5 ildə bir milyondan çox azalma: .....                     Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər .....                     Nazirliyin 100 minə aldığı xalça NƏDİR? .....                     “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” .....                     Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... .....                     “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” .....                     “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir .....                     Ankara bələdiyyəsində əməliyyat keçirildi .....                     Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! .....                     ``Dimdiyindən ilişən`` Anar Rzayev... .....                     10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var .....                     Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu .....                     “Xankəndi” qara siyahıya salına bilər .....                     “Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın .....                     Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib .....                     FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" .....                     Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq .....                     “Asfalt Raqib” məhkəməni uduzdu .....                     Azərbaycan və İran ortaq baza yaradır .....                     Daha bir məktəbdə pul yığılır .....                     “Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” .....                     15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… .....                     Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır .....                     Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub .....                     Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi .....                 

"Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik"
Tarix: 8-11-2021, 09:27 | Çap et
"Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik"
“Uzun illərdir Qarabağ problemi Azərbaycan xalqı üçün qanı sızıldayan yara idi. Vətənini sevən hər bir azərbaycanlı torpaqlarımız işğal olunanda sakit yaşayışını itirmişdi. Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik. Bununla heç cür razılaşa bilmirdik, narahat idik. Üstəlik də bu dərdi qəbul etmək belə mümkün deyildi, bizə yaşadılan haqsızlıqdan boğulurduq. Bu haqsızlığı biz sənət adamları çox gözəl hiss edirdik. Çünki xarici ölkələrdə olurduq və çalışırdıq ki, torpaqlarımızın işğalı haqqında dünya ictimaiyyətini məlumatlandıraq. Lakin bu yetərli deyildi. Qarabağ torpaqlarını mən dünyanın ən gözəl güşələrindən də ən gözəli hesab edirəm. Çünki biz o torpaqları görmüşdük, həmin torpaqlarda doğulan, yaşayan, heç olmasa bir dəfə də olsun o torpaqları görən insanların heç biri oraları unutmaz. Təsəvvür edin orada yaşayan insanlar üçün 30 il öz doğma yurdundan didərgin, ayrı düşmək necə böyük bir dərd idi! Hamımız gözləyirdik ki, bir gün gələcək və həqiqət öz yerini tutacaq. Nəhayət, bizim belə bir atalar sözümüz var, “Gec olsun, amma güc olsun”. Belə də oldu, gec oldu amma güc oldu. 30 illik səbr sonda öz sözünü dedi. Biz həqiqətən də qəribə millətik, Azərbaycan xalqı kimi dünyada ikinci belə səbrli millət yoxdur. Biz bunu da bilirdik ki, bu səbr ömürlük olmayacaq. Bir gün səbrimiz də tükəndi. Separatçı erməni rəhbərliyinin Şuşada, Cıdır düzündə əcaib rəqsini-yallısını görəndə bütün xalq ayağa qalxdı. Bu artıq səbr kasasının daşması idi. Bu hadisələrdən sonra Ali Baş Komandan İlham Əliyev sərəncam verdi və xalqımız öz əzəli torpaqlarını düşmən tapdağından azad etmək üçün ayağa qalxdı. Çünki İlham Əliyev ümumi səfərbərlik elan etmişdi. Uşaqdan böyüyə hər bir kəs vətənin azadlığı üçün Qarabağa yola düşdülər. Onların bir çoxu heç hərbçi belə deyildi. 44 gün ərzində biz görürdük ki, övladlarımız canlarını vətən uğrunda qurban verməyə hazırdırlar və bunu edirdilər də. Səfərbərlik elanı bütün xalqı cənab prezidentin yumruğu altında birləşdirdi. Vətən sevgisini, vətən torpağının qoxusunu biz o dönəmlərdə xalqımızda həqiqətən də hiss etdik. Nəticədə bir-bir işğal olunan torpaqlarımızı müzəffər ordumuz işğaldan azad etməyə başladı”

Bunu Moderator.az-a açıqlamasında Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı, Xalq artisti Xuraman Qasımova bildirib. O daha sonra bütün xalqı zəfər bayramı münasibəti ilə ürəkdən təbrik edib.

“Mən əlbəttə ki, istərdim bu zəfər gününü bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuzun şücaətli əsgərindən tutmuş yüksək rütbəli zabitlərinə qədər hamıya təşəkkür edim. Eyni zamanda şəhidlərimizə rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıram. Onların şücayəti nəticəsində bizim torpaqlarımız azad olundu. Azad Şuşa bizim mədəniyyət paytaxtımız elan edildi. Cənab prezident gündəlik işğaldan azad olunmuş ərazilərimizin adını çəkəndə televiziya arxasında onu dinləyən insanlar, eyni zamanda Fidan xanımla mən göz yaşlarımızı saxlaya bilmirdik, sevinc duyğuları yaşayaraq ağlayırdıq. Bunu artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. O gün olsun ki, Qarabağ bötüvlüklə Azərbaycanın olsun. Mən inanıram ki, bu günü də tezliklə biz görəcəyik. Cəmi 44 gün müharibədə biz qəhrəmanlığımızı, dözümlü xalq olduğumuzu, möhkəmliyimizi artıq bütün dünyaya sübut etdik. 4 minə yaxın şəhidimiz oldu, mən bu gün onların valideynləri qarşısında baş əyirəm. Onlar həqiqətən də xalqa qəhrəman övladlar yetişdiriblər. Bu günki zəfər şəhid analarının, atalarının, bacı və qardaşlarının, övladlarının zəfəridir. Bu gün artıq rahatlıqla biz Qarabağ torpaqlarına gedirik. Bu torpaq bizə Vaqifi, Natəvanı, Bülbülü, Üzeyir bəyi, Xan Şuşinskini, Vasif Adıgözəlovu, Süleyman Ələsgərovu və bir çox ziyalılarımızı bəxş edib. Biz sənət adamları da çox sevinirik. Müşahidələrim əsasında sizə deyə bilərəm ki, son bir ildə həm xalqımızda, həm ziyalılarımızda, həm də incəsənət adamları arasında vətənpərvərlik hissi çox yüksək olub.

Bu il Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının da 100 illik yubileyidir. 100 il bundan öncə dahi Üzeyir Hacıbəyov Şərqdə ilk konservatoriyanı yaradıb bizə böyük mədəniyyət müəssisəsini yadigar qoydu. Zəfər bayramı ilə bağlı olaraq Bakı Musiqi Akademiyası da bir çox beynəlxalq festival və konfranslar təşkil edərək, konsertlər keçirir. Bu da bizim zəfərimiz üçün bütün mədəniyyət xadimlərinin, əlxəsus da akademiyamızın güclərini səfərbər etməsinə bir nümunədir. Azərbaycanın zəngin mədəniyyətini bu gün bütün dünya tanıyır, musiqimiz dünyanı fəth edir. Bundan sonra əlbəttə ki, Qarabağın hər bir bölgəsində Azərbaycanın bəstəkar, şairlərinin, sənətkarlarının çıxışlarını biz eşidəcəyik. Mən buna inanıram. Müharibə və pandemiya şəraitində olsaq da cənab prezident məni doğum günümlə əlaqədar olaraq “İstiqlal” ordeni ilə təltif etdi. O çətin günlərdə də mədəniyyətimizi, mədəniyyət xadimlərimizi unutmadı. Hələ ki, biz Şuşada olmamışıq. Çox istərdik ki, Fidan xanımla Şuşaya, o torpaqlara səfər edək. Mən hələ 2003-cü ildə teatrda Vasif Adıgözəlovun “Natəvan” operasında Natəvan obrazını ifa etmişəm. Tamaşanın sonuncu pərdəsində Natəvan səhnəyə çıxıb, belə deyir- “Şuşadan nigaranam, Şuşanı azad edin”. Amma indi tamaşa olsaydı mən bu yerini dəyişərək belə oxuyardım ki, “Qarabağ ürəyimdir, Şuşam göz bəbəyimdir. Ay ellər Şuşadan neçə vaxt idi nigaran idim, igid oğullarımız Şuşanı azad etdi. Onlara ilham verən yumruğa qurban olum. Mənim Şuşam azad, Şuşam azad, ruhum rahat, vətənim şad”. Çox istərdim ki, Fidan xanımla birlikdə Şuşada Natəvan bulağının qarşısında oturub, o bulaqdan su içək. Bu bizim ən böyük arzumuzdur. Mən zəfər günümüzdə qardaş ölkə Türkiyəni də unuda bilmərəm. Biz orada yaşayıb çalışmışıq. Bu 44 günlük müharibədə Türkiyə öz qardaşlığını bizə bir daha göstərdi. Biz bir millət, iki dövlətik. Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan Fizuli hava limanının açılışına gəlməklə bizim milləti öz millətindən ayırmadığını bir daha sübut etdi. Halal olsun Türkiyə və Azərbaycan qardaşlığına. Bu iki ölkə hər zaman bir yumruq halında birləşib, öz qardaşlığını bütün dünyaya göstərirlər. Yaşaşın Türkiyə, yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” deyə xalq artisti bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Bu gün, 15:19
Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Bu gün, 15:10
Rusiya gəmisi Bakı limanında – Fotolar
Bu gün, 15:08
Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Bu gün, 15:05
Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:52
Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Bu gün, 14:47
Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Bu gün, 14:45
Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Bu gün, 14:39
“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Bu gün, 14:33
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 14:28
Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Bu gün, 14:19
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Bu gün, 14:12
İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Bu gün, 13:06
Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:01
5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57
Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54
Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53
“Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31
Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29
“Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25
“Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23
Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21
Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16
``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11
10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03
“Xankəndi” qara siyahıya salına bilər - KİV
Bu gün, 12:00
“Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:58
Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib - AÇIQLAMA
Bu gün, 11:54
FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" - İDDİA
Bu gün, 11:51
Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq
Bu gün, 11:47
“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq
Bu gün, 11:46
Azərbaycan və İran ortaq baza yaradır - bu həftə Tehranda...
Bu gün, 11:42
Daha bir məktəbdə pul yığılır – Müavindən özünəməxsus AÇIQLAMA
Bu gün, 11:34
“Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” - deputat
Bu gün, 11:25
15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… – AYNA cehiz yığır?
Bu gün, 11:23
Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır - Paşinyan belə deyir...
Bu gün, 11:16
Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub - FOTO
Bu gün, 11:06
Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi
Bu gün, 10:52
“GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:51
Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir? - İLGİNC
Bu gün, 10:49
Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:47
Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı - HƏR BİRİ ÜÇÜN 57 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 10:44
Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 10:42
Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:25
Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir - Moskvaya nə dəxli?!
Bu gün, 10:23
Nazirimiz NECƏ ARIQLADI: özü deyir ki... - AÇIQLAMA
Bu gün, 10:15
Gömrük postunu ələ keçirmək istəyən və DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin məhkəməsi başlayıb
Bu gün, 10:11
Vətən müharibəsindəki Şanlı Qələbəmiz - MƏQALƏ
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru