Ermənistanda Azərbaycan səfirliyi açılacaq .....                     Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən .....                     Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib .....                     Rusiyada azərbaycanlılar saxlanıldı .....                     Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu .....                     Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi .....                     Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı .....                     Avtobusda qızlar arasında əlbəyaxa dava .....                     XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? .....                     62 milyonluq tender, 12 milyon vergi borcu... .....                     "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." .....                     NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb .....                     Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək .....                     Naxçıvana yol Novruza kimi hazır olacaq .....                     Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür .....                     Baş Prokurorluqda yeni təyinatlar .....                     Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş .....                     Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin .....                     Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? .....                     Daha bir bank bağlanır .....                     Azərbaycan 10 ermənini azad edəcək .....                     Rusiya gəmisi Bakı limanında .....                     Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi .....                     Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? .....                     Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək .....                     Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? .....                     Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır .....                     Vəzifəyə keçmək üçün xadiməyə pul verdi .....                     “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır .....                     Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı .....                     Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək .....                     "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub .....                     İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir? .....                     Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi .....                     5 ildə bir milyondan çox azalma: .....                     Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər .....                     Nazirliyin 100 minə aldığı xalça NƏDİR? .....                     “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” .....                     Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... .....                     “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” .....                 

"Biz ər-arvad obrazlarını oynayırdıq"
Tarix: 30-10-2021, 09:57 | Çap et
"Biz ər-arvad obrazlarını oynayırdıq"
Dünən xalq artisti, sevilən sənətkar Ağaxan Salmanlının 80 yaşı tamam oldu. Ötən il itirdiyimiz aktyora çox təəssüf ki, yubileyini qeyd etmək nəsib olmadı. Sənətkarın sənət dostları, Gənc Tamaşaçılar Teatrının aktrisaları Zemfira Əbdülsəmədova və Simuzər Ağakişiyeva doğum günündə aktyoru xatırlayıblar.

Aktrisa Zemfira Əbdülsəmədova Moderator.az-a açıqlamasında Ağaxan Salmanlının əvəzsiz tərəf müqabili olduğunu deyir.

“Ağaxan müəllim teatr üçün yanan bir sənətkar idi, teatrı çox sevirdi, onunla nəfəs alırdı. Teatr haqda kimsə ona mənfi bir söz söyləsəydi acığı gələrdi, o dərəcədə teatrı qoruyurdu. Rejissor kimi bir əsər götürdü işləməyə və orada da mənə əsas rollardan birini verdi. Biz ər-arvad obrazlarını oynayırdıq. Digər rollarda da rəhmətlik Almaz Mustafayeva, xalq artisti Yasin Qarayev və Elnur Hüseynov oynayırdı. Biz bu tamaşanı hazırlayıb, bir neçə dəfə oynadıq. Mənə deyirdi ki, sənin potensialın var, tamaşalarda oyna. Dedim ki, sizinlə səhnəyə çıxmaq, eyni səhnəni bölüşmək mənə şərəfdir. Mən çox xoşbəxtəm ki, elə bir insanla, sənətkarla işləmişəm, tərəf müqabili olmuşam. O qədər saf, təmiz, təmənnasız insan idi ki. Adam onunla danışanda çox yaxşı olurdu, gözəl bir aurası var idi, onun yanından getmək istəmirdik, istəyirdik elə söhbət edək, danışaq. Çünki təmiz ruhlu adam idi. Bir az da əsəbi idi, bəlkə də çox tez getməyinə səbəb elə əsəbiliyi oldu. Tez əsəbləşib, özündən çıxırdı, haqsızlığı götürmürdü. Onun ölümünə çox heyfslənirəm, tək mən yox, elə hamı” deyə aktrisa Zemfira Əbdülsəmədova deyib.

Aktrisa sənətkarla sonuncu görüşünü belə xatırlayır.

“Ölümündən bir gün əvvəl nəvəsinin toyunda iştirak etdik, özü də çox şık geyinmişdi. Gözəl, yaraşıqlı görünürdü, heç o yaşı vermək olmazdı ona. Şux gəzirdi, toyda bolluca rəqs də etdi. Səhər o acı xəbəri eşidəndə dəli olduq, dedik ki, bu nə müsibət, dəhşətdir?! Heyf! Sadəcə heyf Ağaxan müəllimdən. Yaşının çox olmasına baxmayaraq enerjisi, sənətə, teatra olan sevgisi, münasibəti tükənməz idi. Bizə elə gəlirdi ki, o heç vaxt yorulmaz, heç vaxt ölməz. Ruhun şad olsun sənətkar” deyə aktrisa bildirib.

Aktrisa Simuzər Ağakişiyeva isə yaş fərqlərinin olmasına baxmayaraq aktyorla yaxın dostluq əlaqələrinin olduğunu bildirib.

“Ağaxan müəllim mənim ən yaxşı dostlarımdan biri, bəlkə də birincisi idi. Onun sənəti haqqında mən danışa bilmərəm, çünki buna ixtiyarım yoxdur. Mən onun insanlığı, dostluğu haqda danışmaq istəyirəm. Aramızda yaş fərqi çox olsa da biz dostluq edirdik. İnsan onunla danışanda, dərdini bölüşəndə o qədər yüngülləşirdi ki. Adama o qədər dəyər verirdi ki. Onun yanında günahkar idim deyim ki, problemim var. O dəqiqə gedib həmin problemi həll edərdi. Çox xoşlayırdı ki, gənclərə yol açsın, onlara imkan-şərait yaratsın. Hamıya görə ağız açırdı ki, filankəs, buna filan köməklik edək. O belə şəxsiyyətlərdən idi. Bir tikə yeməyi olardı, deyərdi ki, gəl mənimlə çörəl kəs. Yumor hissi də güclü idi. Bir dəfə birlikdə böyük bir tədbirə getmişdik, maşınla aparıb onu evə düşürtdüm. Dedi ki, mütləq mənimlə evə gəlib, çay içib, sonra gedəcəksən. Dedim ki, ay Ağaxan müəllim, bütün günü birlikdə olmuşuq. Nəysə, çox israr edəndən sonra evə gəldik. Çay istəyəndə həyat yoldaşı dedi ki, qaz kartında məbləğ yoxdur. Ona görə də qaz yoxdur. Ağaxan müəllim yenə də zarafatı ilə vəziyyətdən çıxdı. O dəqiqə dedi ki, Sima, hə, çayını içdin? Dur çıx get (gülür). İndiyə qədər onun bu sözünü deyib-gülürük. Onun itkisi məni o qədər yandırdı ki. Düzdü, gənc deyildi, amma mənə elə gəlir ki, onu daha tez itirdik” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, sənətkar avtobusda dünyasını dəyişib.

“Nəvəsi Ləmanı xüsusi çox istəyirdi, bizi də onun toyuna yığdı. Qürurlu, həyəcanlı, bir o qədər də narahat idi. Çox gözəl, möhtəşəm toy keçdi. Cani-könüldən biz də toyda iştirak etdik. Toydan gəldik, gecə saat 3-ə kimi onunla danışdım. Amma səhəri elə pis bir xəbərlə açdıq ki (ağlayır). Sən demə, səhəri gün nəvəsigilə gedəndə avtobusda ürəyi tutub, elə orada da qalıb. Ağaxan müəllimin adı gələndə mən elə pis oluram ki, haldan-hala düşürəm, gözümün yaşını saxlaya bilmirəm. Dost itirmək o qədər ağırdır ki! Mən bir müddət özümə gələ bilmədim. Nə vaxt görürdüm onu, deyirdim ki, Ağaxan müəllim, gəlin bir şəkil çəkdirək (gülür). O da uğunub gedirdi. Komik olduğu qədər də ciddi insan idi. Rejissor kimi tamaşa hazırlayanda ixtiyarım yox idi ki, 2 dəqiqə məşqə gecikim. 2 dəqiqə geciksəydim mənim canımı alardı. Camaatın içində bilirsiniz mənə nələr deyərdi? Deyirdi ki, dostluğumuz öz yerində, amma məşqə gecikmə. Elə sənətkar var ki, onun haqda 2 kəlməni güc-bəla ilə tapıb, deyirsən, amma Ağaxan müəllim haqda saatlarla danışmaq olar” deyə aktrisa bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Bu gün, 17:17
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Bu gün, 17:11
Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Bu gün, 17:07
Rusiyada azərbaycanlılar saxlanıldı
Bu gün, 17:02
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Bu gün, 16:59
Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Bu gün, 16:56
Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:54
Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Bu gün, 16:52
XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Bu gün, 16:35
62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Bu gün, 16:31
"Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Bu gün, 16:25
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Bu gün, 16:10
Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Bu gün, 16:02
Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Bu gün, 15:56
Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Bu gün, 15:54
Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 15:44
Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Bu gün, 15:38
Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Bu gün, 15:34
Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Bu gün, 15:31
Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Bu gün, 15:19
Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Bu gün, 15:10
Rusiya gəmisi Bakı limanında – Fotolar
Bu gün, 15:08
Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Bu gün, 15:05
Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:52
Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Bu gün, 14:47
Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Bu gün, 14:45
Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Bu gün, 14:39
“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Bu gün, 14:33
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 14:28
Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Bu gün, 14:19
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Bu gün, 14:12
İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Bu gün, 13:06
Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:01
5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57
Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54
Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53
“Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31
Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29
“Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25
“Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23
Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21
Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16
``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11
10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03
“Xankəndi” qara siyahıya salına bilər - KİV
Bu gün, 12:00
“Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:58
Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib - AÇIQLAMA
Bu gün, 11:54
FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" - İDDİA
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru