"Torpaqlarınız alınanda həyat yoldaşıma dedim ki, bu dəfə özümüz bilet alıb gedək, dəvət gözləməyək”
Tarix: 1-10-2021, 09:34 | Çap et
 Məşhur türkiyəli aktrisa Sərpil Tamurun Moderator.az-a özəl müsahibəsini təqdim edirik:
- Sərpil xanım, öncə müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Siz bir neçə dəfə ölkəmizdə qonaq olmusunuz. Azərbaycana yenə də gəlmək istərdinizmi? - 3 dəfə Azərbaycana dəvət olunmuşam və verilişlərdə çıxış etmişəm. Sizin sevilən aktrisanız Məlahət Abbasova məni dəvət edib. Torpaqlarınız alınanda həyat yoldaşıma dedim ki, bu dəfə özümüz bilet alıb gedək, dəvət gözləməyək. Təbii ki, o da çox sevindi, Azərbaycanı çox sevir! Əslində gələcəkdik, pandemiya ortalığa düşdü. Azərbaycanda özümə qarşı gördüyüm hörməti və sevgini unutmaq mümkün deyil. Mən sizin mahnılarınızı da çox sevirəm, əzbər bilirəm. Rəşid Behbudovun diskləri mənim evimdədir. Azərbaycanda olanda Akademik Musiqili Teatrın səhnəsinə çıxdım, o qədər gözəl və möhtəşəm teatr idi ki, sevincdən gözlərim doldu. Öz-özümə dedim ki, görəsən nə vaxtsa mən bu səhnədə oynaya biləcəyəm? - Türkiyədə çox tanınan və məşhur bir aktrisasınız. Amma bir o qədər də sadə insansınız. Bu sadəlik nədən qaynaqlanır? - Sənətçi xalqın içindən çıxıbsa, mütləq xalqa, sevənlərinə, tamaşaçılarına hörmət etməlidir. Bu zirvələrə biz xalqın sayəsində gəlmişik. Hansı izləyicim mənə sual ünvanlayırsa çalışıram ki, cavabsız qoymayım. Təbii ki, 70-dən çox yaşım var, bəzən gözümdən qaça bilər. “Ulduzam”, “məşhuram”, “mənə heç kim yazmasın” deyə bilmərəm, buna haqqım yoxdur. Mən belə məşhurluğu qəbul etmirəm. Başqa cür ola bilmərəm, olduğum kimi görünməyi sevirəm. Bu yaşıma qədər belə xasiyyətdə olmuşam, bundan sonra da belə olacaq.
- Həyatınızda olmazsa olmazlarınız nədir? - Olmazsa-olmazlarım təbii ki, ailəmdir-həyat yoldaşım, övladlarım və nəvələrim. Daha sonra isə teatr həyatım və yaradıcılığımdır. Çünki 60 il olacaq ki, mən teatrda çalışıram. Məni daha çox xoşbəxt edən teatrdır. Səhnəyə çıxdığım vaxt hər bir şeyi unuduram. Teatrdan o qədər ləzzət alıram ki. - Sizi bizim tamaşaçılar sonuncu dəfə “Biz zamanlar Çukurova” serialındakı alzaymer xəstəsi olan Haminne obrazı ilə sevdilər. Həmin brazı oynamazdan öncə bu xəstəlikdən əziyyət çəkən insanları müşahidə etmişdiniz? - Bəli, bu xanım alzaymer xəstəsidir. Bilirsiniz, insanın yaşadığını oynamaq çox rahatdır, amma yaşamadığı bir şeyi oynamaq çox çətindir. Ona görə də xəstəxanada bir müddət alzaymer xəstəliyindən əziyyət çəkən insanları müşahidə etdim. Təxminən 30 xəstə qadınla təmasda oldum. Ürəyim parça-parça olmuşdu. Ona görə də obrazım inandırıcı alınıb. Mənim üçün bu rol daha özəldir. - Amma hələ də sizi “Kurtlar vadisi” serialının Nəzifə anası kimi sevənlər var. - Mən “Kurtlar vadisi” serialında 11 il çəkilmişəm. Hansı aktrisa bu qədər uzun ömürlü seriala çəkilib? 11 ildən sonra dedim ki, Nəzifə ananı “öldürün”, yeni aktyorlar gəlsin seriala. Öz istəyimlə serialdan ayrıldım. Hələ də məni yolda görüb, əlimi öpürlər, xeyir-dua alırlar. Mən sadəcə aktrisayam, amma insanlar mənim Nəzifə ana olduğuma inanırlar. Necati Şaşmazla ana-oğul kimiyik. - Necati Şaşmazla görüşürsünüz? - Xeyr, görüşə bilmirik. Sonuncu dəfə məni bir neçə il əvvəl çəkildiyi filmin qala gecəsinə dəvət etmişdi. Onunla görüşə bilmək üçün mütləq mən İstanbulda olmalıyam, mən isə çəkilişlərlə bağlı olaraq ora-bura qaçıram. Əlbəttə ki, oğlum Poladla görüşmək istəyirəm. - Azərbaycanlı sənətçilərdən kimləri tanıyırsınız? - Xalq artistləri Rasim Balayev və Alim Qasımovu tanıyıram. Bir verilişdə onlarla birgə qonaq olmuşdum. Çox istərdim ki, Rasim Balayevlə bir filmdə yaxud serialda çəkilim. - Hansı rolları oynamağı sevmirsiniz? - Oynadığım obrazlara oxşar rolları ikinci dəfə heç bir vaxt oynamaq istəməmişəm. Məsələn, mən “Kurtlar vadisi” serialında qayğıkeş bir ana obrazını canlandırmışam. İkinci dəfə məni həmin xarakterdə qadın obrazına dəvət etsələr qəbul etməyəcəyəm. Dəyişkən, çətin və mənfi obrazları sevirəm. Obraz məni həyəcanlandırmalıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Bu gün, 18:09 |
|
|
|
• Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Bu gün, 17:44 |
|
|
|
• Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Bu gün, 17:32 |
|
|
|
• Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Bu gün, 17:26 |
|
|
|
• Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Bu gün, 17:17 |
|
|
|
• Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Bu gün, 17:11 |
|
|
|
• Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Bu gün, 17:07 |
|
|
|
• Rusiyada azərbaycanlılar saxlanıldı
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Bu gün, 16:59 |
|
|
|
• Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Bu gün, 16:56 |
|
|
|
• Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:54 |
|
|
|
• Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Bu gün, 16:52 |
|
|
|
• XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Bu gün, 16:35 |
|
|
|
• 62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Bu gün, 16:31 |
|
|
|
• "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Bu gün, 16:25 |
|
|
|
• NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Bu gün, 16:10 |
|
|
|
• Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Bu gün, 16:02 |
|
|
|
• Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Bu gün, 15:56 |
|
|
|
• Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Bu gün, 15:54 |
|
|
|
• Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 15:44 |
|
|
|
• Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Bu gün, 15:34 |
|
|
|
• Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Bu gün, 15:31 |
|
|
|
• Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Bu gün, 15:19 |
|
|
|
• Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Bu gün, 15:10 |
|
|
|
• Rusiya gəmisi Bakı limanında – Fotolar
Bu gün, 15:08 |
|
|
|
• Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Bu gün, 15:05 |
|
|
|
• Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:52 |
|
|
|
• Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49 |
|
|
|
• Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
• Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Bu gün, 14:45 |
|
|
|
• Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Bu gün, 14:39 |
|
|
|
• “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Bu gün, 14:33 |
|
|
|
• Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 14:28 |
|
|
|
• Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Bu gün, 14:19 |
|
|
|
• "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Bu gün, 14:12 |
|
|
|
• İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Bu gün, 13:06 |
|
|
|
• Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:01 |
|
|
|
• 5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54 |
|
|
|
• Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53 |
|
|
|
• “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31 |
|
|
|
• Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29 |
|
|
|
• “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25 |
|
|
|
• “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23 |
|
|
|
• Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21 |
|
|
|
• Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
• ``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11 |
|
|
|
• 10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10 |
|
|
|
• Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03 |
|
|
|
|