"Biz bütöv Azərbaycanın səs rəmzini itirdik"
Tarix: 17-09-2021, 08:12 | Çap et
 “Milyonların könlündə özünə “Ayrılıq” nəğməsi ilə yuva qurmuş Yaqub Zurufçunun bizlərdən əbədi ayrılığına çox üzüldük… Güneyli-quzeyli böyük VƏTƏNin ayrılıq dərdini dilə gətirərək milli hissləri oyatmış gözəl sənətkarın ruhu şad olsun!”. Bu sözləri sosial şəbəkə hesabında professor Qulu Məhərrəmli bizlərə əlvida edən Yaqub Zurufçu haqqında yazıb və böyük sənətkarla birgə fotosunu paylaşıb. Həmçinin, Yaqub Zurufçunun Meydan hərəkatı zamanı tribunada çəkilmiş fotosunu da. Q.Məhərrəmli fotoya bu sözləri əlavə edib: “Xalq hərəkatının başlandığı ilk dövrdə Yaqub Zurufçunun səsi milli duyğu, milli oyanış, milli bütövlük və mübarizə rəmzinə çevrilmişdi…”
Fotoların izinə düşdük və Qulu müəllimdən şəkillərin tarixçəsini soruşduq:
- Əvvəla, bunu deməliyəm ki, Yaqub Zurufçu bizim nəslin şüurunda 1980-ci illərin sonu başlanan milli-azadlıq hərəkatının səs simvoludur. Onun ifasında “Ayrılıq” mahnısı geniş kütlənin milli oyanışı, milli bötüvlüyümüzün musiqili hekayəsidir. Sosial şəbəkədə də yazmışam ki, Yaqub Zurufçu bir mahnı ilə millətin qəlbində taxt qurdu.
Q.Məhərrəmli Yaqub Zurufçu ilə dostluqlarını belə anlatdı:
- Bizim dostluğumuz “Səhər” proqramından başlayıb. Yaqub bəy Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramına tez-tez qonaq olurdu. Biz ona bu şəraiti yaradırdıq. “Səhər” proqramının rejissorları onun kliplərini ərsəyə gətirirdi. Azərbaycan dilini səylə öyrənirdi. Bizim xalq mahnılarını ifa edirdi, sonra özü də mahnılar yazmağa başladı. Onun “Dəniz” adlı mahnısı “Səhər” proqramında çox səslənirdi, daha çox da proqramın sonunda, çünki ritmik idi, yeni günə xoş ovqatla başlamaq üçün stimul verirdi. Bizim birlikdə bir neçə şəklimiz var. Paylaşdığım bu foto 2 il əvvəl Xalq yazıçısı İsmayıl Şıxlının Filarmoniyada keçirilən yubileyi zamanı çəkilib. Əlaqələrimiz həmişə davam edirdi. 60 yaşımın tamam olması münasibətilə Amerikadan mənə zəng vurub təbrik etmişdi. Dostluqda bu cür möhkəm idi. Azərbaycanla bağlı yeganə gileyi məmurların təmənnalı olmasından idi. 2019-cu ildə, pandemiyadan 5-6 ay əvvəl Yaqub bəyin Heydər Əliyev adına sarayda konserti oldu. Əslində, bu, hesabat konserti idi…
Meydan hərəkatındakı foto ilə bağlı isə Q.Məhərrəmli bunları dedi:
- Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda Yaqub Zurufçu Almaniyada yaşayırdı. Məncə, o, Xalq artisti Gülağa Məmmədovla yazışırdı. Necə tanış olmuşdular, dəqiq bilmirəm. Şövkət xanımın xətrini çox istəyirdi, Gülağa müəllimdən, Şövkət xanımdan dərs alırdı. Əlbəttə ki, o zaman indiki texniki imkanlar yox idi, sərhədlər də belə açıq deyildi. Kasetlər vasitəsilə onları dinləyirdi, onlardan öyrənirdi. Məncə, ilk dəfə Yaqub bəyi Azərbaycana Gülağa Məmmədovla Şövkət xanım dəvət etmişdi. Filarmoniyada keçirilən konsertdə Yaqub bəy də səhnəyə çıxdı, Şövkət xanımla, Gülağa Məmmədovla bir səhnəni paylaşdı. “Dərələr” mahnısını çox təsirli ifa etdilər… Nə deyim?.. Qismət, tale!.. Biz bütöv Azərbaycanın səs rəmzini itirdik. Yeri behişt olsun.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|