"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"
Tarix: 14-09-2021, 08:41 | Çap et
 “Zəngilanda çox mehriban qonşularımız var idi, biz evdə oturmurduq ki. Bir gün o qonşuda, bir gün o qohumda, bir gün onlar bizdə olurdu. Həyat nə qədər maraqlı, isti idi. Bu gün insanların rahatlığı üçü hər şey var, amma onların içində heç bir istilik, dəyər yoxdur. Hər kəs deyir ki, özüm tapım, özüm qazanım, özüm yeyim. Ətrafındakı insanları heç düşünmürlər. İnsanı insan edən onun inamı, imamıdır. Bu gün elə bil ki, onlar itib” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra hələ də doğma yurdu Zəngilana getməməyinin səbəblərindən danışıb.
“Hələ ki, Zəngilana getməmişəm. Bacılarım da, qardaşım da deyirlər ki, gedək. Ən çox da böyük bacım. Arada oğlum gəlmişdi, vaxt edib gedə bilmədim. Düzdür, torpağı görməyə çox can atıram, amma evimiz dağılıb. Evimizin dəfələrlə uçulmuş halda şəkillərini mənə yollayıblar, elə bilirəm ki, getsəm o hisslərdən qurtula bilməyəcəyəm. Bir tərəfdən Zəngilana, evimizə getmək istəyirəm, digər bir tərəfdən də getmək istəmirəm, oranı elə görmək mənə ağırdır. “Ağıllı kənd” layihəsi bilirsiniz ki, Zəngilandan, bizim Ağalı kəndindən başlayıb. Bizim qohumumuz da orada mühəndis çalışır, deyir ki, istəyirəm bir az buralar abad olsun, sonra gələsiniz. İstəmirəm gəlib belə görəsiz buraları. Həyətimizdə elə yerlər var idi ki, bizim gözümüzün qabağında tikilmişdi. Nə qədər zəhmətimiz var idi o həyətdə. Bizim evimizin yuxarısı park idi, məşhur yer idi. Demək olar ki, Zəngilanın ən gözəl yeri idi. Bir dənə hamamımız qalıb. Ata-anamın əziyyətinə o qədər heyfslənirəm ki. Atam sürücü, anam da tibb bacısı idi. Hər ikisi alın tərləri ilə, əziyyətləri ilə oranı qurmuşdu. Yenə də şükürlər olsun ki, quru torpağımız var” deyə sənətkar bildirib. Almaz Orucova o vaxt ki, toylarla indi keçirilən toyları müqayisə də edib. “Zamanında şeirə, sənətə qiymət verən ailələrin şad günlərində, tədbirlərində çox iştirak etmişəm. İndi dönüb o günlərə baxanda qürurlanıram ki, nə yaxşı o günləri yaşamışam, həm də çox heyfslənirəm. Zaman elə həmin zamandır, insanlar dəyişib. Bəzən elə olurdu ki, gecə saat 3-4 ə qədər gözəl bəstəkar musiqiləri, mahnılar ifa etdirirdilər bizə. Toyların bir hissəsində muğama, xalq mahnılarına yer verirdilər. Amma bu gün özünüz də görürsünüz ki, toyları kimlər idarə edir?! Ailədə valideynin sözü keçmir, bu gün gənclər öz sözlərini deyirlər. Onların da zövqü toyda üzə çıxır. Toylar gənclərə qaldısa o toydan, orda ifa olunan mahnılardan, repertuardan səviyyə axtarmaq olmaz. Bilirsiniz ki, onların qulaq asdıqları, sevdikləri müğənnilər kimlərdir. Hansı ki, yutubda milyon baxış toplayırlar. Bu gün yazılan musiqilərə, şeirlərə baxanda adamın qanı qaralır, əsəbləşir. İnsana mədəniyyət öyrətmək əvəzinə nə göstərirlər? Nə təbliğ edirlər? Nə olar ki, gözəlliyi, mədəniyyəti, sənəti təbliğ edəsiz? Yenə də sevinirəm ki, mənə qiymət verən insanlar az da olsa var” deyə əməkdar artist bildirib. Almaz Orucova daha sonra ustadı Şövkət Ələkbərovadan da danışıb. “Şövkət xanım bizə çox vaxt evində dərs keçirdi. Aygün Bayramova ilə biz çox vaxt gedirdik onlara. Şövkət xanım Azərbaycan musiqisinin sütunudur. Onun çiynində musiqimiz hələ əsrlər boyu yaşayacaq, nəsildən-nəslə keçəcək. Biz ondan insanlıq, mədəniyyət, xanımlıq, kübarlıq, insana dəyər verməyi öyrəndik. Ana qayğısı göstərirdi bizə. Bəzən səhhəti yaxşı olmurdu, amma bunu bizə bildirmirdi. Heç vaxt deməzdi ki, uşaqlar bu gün gəlməyin, əhvalım yoxdur. Xəstə halı ilə bəzən bizə yemək də verirdi, o qədər mehribanlıq göstərirdi ki, bizə. Yadımdadır, bir dəfə yeni palto ilə Şövkət xanımgilə getmişdim, palto da mənə çox uzun idi. Qapıdan içəri girən kimi baxdı mənə, əyildi paltonun ətəyini qatlayıb dedi ki, bunu bir az kəsdir ki, sənin əyninə gözəl olsun. Şövkət xanım mənə anam qədər can yandırıb, yeri cənnətlik olsun” deyə Almaz Orucova bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09 |
|
|
|
• Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44 |
|
|
|
• Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32 |
|
|
|
• Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26 |
|
|
|
• Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17 |
|
|
|
• Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11 |
|
|
|
• Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07 |
|
|
|
• Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59 |
|
|
|
• Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Dünən, 16:56 |
|
|
|
• Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:54 |
|
|
|
• Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Dünən, 16:52 |
|
|
|
• XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Dünən, 16:35 |
|
|
|
• 62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Dünən, 16:31 |
|
|
|
• "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Dünən, 16:25 |
|
|
|
• NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Dünən, 16:10 |
|
|
|
• Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Dünən, 16:02 |
|
|
|
• Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Dünən, 15:56 |
|
|
|
• Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Dünən, 15:54 |
|
|
|
• Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Dünən, 15:44 |
|
|
|
• Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Dünən, 15:38 |
|
|
|
• Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Dünən, 15:34 |
|
|
|
• Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Dünən, 15:31 |
|
|
|
• Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Dünən, 15:19 |
|
|
|
• Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Dünən, 15:10 |
|
|
|
• Rusiya gəmisi Bakı limanında – Fotolar
Dünən, 15:08 |
|
|
|
• Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Dünən, 15:05 |
|
|
|
• Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:52 |
|
|
|
• Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Dünən, 14:49 |
|
|
|
• Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Dünən, 14:47 |
|
|
|
• Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Dünən, 14:45 |
|
|
|
• Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Dünən, 14:39 |
|
|
|
• “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Dünən, 14:33 |
|
|
|
• Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Dünən, 14:28 |
|
|
|
• Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Dünən, 14:19 |
|
|
|
• "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Dünən, 14:12 |
|
|
|
• İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Dünən, 13:06 |
|
|
|
• Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:01 |
|
|
|
• 5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Dünən, 12:57 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Dünən, 12:54 |
|
|
|
• Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Dünən, 12:53 |
|
|
|
• “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Dünən, 12:31 |
|
|
|
• Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 12:29 |
|
|
|
• “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Dünən, 12:25 |
|
|
|
• “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Dünən, 12:23 |
|
|
|
• Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Dünən, 12:21 |
|
|
|
• Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Dünən, 12:16 |
|
|
|
• ``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Dünən, 12:11 |
|
|
|
• 10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Dünən, 12:10 |
|
|
|
• Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Dünən, 12:03 |
|
|
|
|