“Atam anama görə filmdəki yataq səhnəsindən imtina etdi, əks halda...”
Tarix: 11-09-2021, 09:17 | Çap et
 “Bu gün çox sevinirəm ki, atam daim xatirələrdə yaşayır, unudulmur. O o qədər yardımsevər, xoşxasiyyətli biri idi ki, bunu özünün oynadığı “Bizim Cəbiş müəllim” filmindəki müəllim obrazı ilə göstərə bilib. Onu da deyim ki, Cəbiş müəllimlə atam arasında çox oxşarlıq var. Heç kimin xətrinə dəyməzdi. Həmişə mənə deyirdi ki, qızım, çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə pislik də etmə. Bu onun həyat devizi idi. Məndə incəsənətə, ədəbiyyata həvəsi də uşaqlıqdan atam yaradıb. 18 il bitirdiyim APİ-də pedoqoji fəaliyyətdə olmuşam” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra əlavə edib.
“Rejissor Həsən Seyidbəyli Cəbiş müəllim obrazının sınaq çəkilişlərinə bir neçə aktyoru dəvət etməli olub. O Rza Təhmasib ilə atam arasında seçim edə bilmirdi. Son məqamda üstünlük atama verilir və bu obraza atam çəkilir. Hətta filmin ikinci rejissoru atama “səni baş rola çəkirik deyib”. Atam buna öncə razı olmayıb. Səbəbini isə belə izah edib ki, “məni neçə dəfə aldadıblar ki, səni baş rola çəkirik, amma sonunda çəkməyiblər. Baş rol istəmirəm, epizod varsa gəlib çəkilim”. Daha sonra Həsən Seyidbəyli atama zəng edib və “dur gəl, sənin nə işin var, mən səni Cəbiş obrazına çəkəcəyəm” deyib. Filmdə Cəbiş müəllim sürəti ona görə real alınıb ki, o özünü oynayırdı. Həyatda da həmin xarakterdə idi. Necə ki, kinoda Şəfiqə xanımdan çəkinirdi, evdə də anamdan çəkinər, ona böyük hörmət edərdi. Anam zəhmli, sərt qadın idi. Evdə də onun sözü keçirdi, bu da yəqin ki, atamın anama qarşı olan sevgisindən qaynaqlanırdı. Atam anamı böyük məhəbbətlə sevib və son günə qədər də ona bağlı və sadiq olub. Hətta atam anamı itirəndə ona dedi ki, Leyla, gözlərini aç, məni hara qoyub gedirsən? Bu çox dəhşətli bir mənzərə idi. Anamdan sonra atam elə hey ağlayırdı. Baxmayaraq ki, teatrda rolları var idi, təsəlli yeri var idi, amma sakitcə oturub fikrə gedərdi. Anamın şəkili ilə söhbət edirdi, şəkilini böyütdürüb başının üstündən asmışdı. O vaxt belə sevgilər olub, insanlar bir-birinə qəlbən bağlı idi” deyə aktyorun qızı bildirib.
Sevil Ələsgərova deyir ki, atası anasına görə “Bizim Cəbiş müəllim” filmində bir neçə səhnəni rejissordan dəyişdirməyi xahiş edib. “Atam bu obraza özündən əlavə ştrixlər əlavə etmişdi. Filmdə belə bir səhnə var ki, Cəbiş üzünü qırxarkən arvadı yataqdan durub onu arxadan qucaqlayır və pul qazanmağın yolları haqda söhbət açır. Ssenari üzrə bu səhnə başqa cür çəkilməli idi, yəni ər və arvad yataqdan uzanmış şəkildə söhbət etməli idilər. Anam da atamı çox sevirdi və onun belə səhnədə çəkilməsi evdə heç də xoş qarşılanmazdı. Atam rejissor Həsən Seyidbəyliyə xatırladıb ki, əvvəla Cəbiş müəllimdir. Onun arvadı ilə bir yataqda göstərilməsi düzgün olmazdı. Bu sözdən sonra Həsən Seyidbəyli atamı qucaqlayıb öpüb və “bu mənim heç ağlıma da gəlməmişdi” deyib. Daha sonra bu səhnə atamın dediyi kimi çəkilib” deyə aktyorun qızı əlavə edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09 |
|
|
|
• Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44 |
|
|
|
• Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32 |
|
|
|
• Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26 |
|
|
|
• Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17 |
|
|
|
• Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11 |
|
|
|
• Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07 |
|
|
|
• Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59 |
|
|
|
• Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Dünən, 16:56 |
|
|
|
• Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:54 |
|
|
|
• Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Dünən, 16:52 |
|
|
|
• XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Dünən, 16:35 |
|
|
|
• 62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Dünən, 16:31 |
|
|
|
• "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Dünən, 16:25 |
|
|
|
• NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Dünən, 16:10 |
|
|
|
• Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Dünən, 16:02 |
|
|
|
• Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Dünən, 15:56 |
|
|
|
• Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Dünən, 15:54 |
|
|
|
• Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Dünən, 15:44 |
|
|
|
• Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Dünən, 15:38 |
|
|
|
• Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Dünən, 15:34 |
|
|
|
• Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Dünən, 15:31 |
|
|
|
• Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Dünən, 15:19 |
|
|
|
• Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Dünən, 15:10 |
|
|
|
• Rusiya gəmisi Bakı limanında – Fotolar
Dünən, 15:08 |
|
|
|
• Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Dünən, 15:05 |
|
|
|
• Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:52 |
|
|
|
• Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Dünən, 14:49 |
|
|
|
• Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Dünən, 14:47 |
|
|
|
• Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Dünən, 14:45 |
|
|
|
• Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Dünən, 14:39 |
|
|
|
• “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Dünən, 14:33 |
|
|
|
• Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Dünən, 14:28 |
|
|
|
• Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Dünən, 14:19 |
|
|
|
• "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Dünən, 14:12 |
|
|
|
• İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Dünən, 13:06 |
|
|
|
• Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:01 |
|
|
|
• 5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Dünən, 12:57 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Dünən, 12:54 |
|
|
|
• Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Dünən, 12:53 |
|
|
|
• “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Dünən, 12:31 |
|
|
|
• Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 12:29 |
|
|
|
• “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Dünən, 12:25 |
|
|
|
• “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Dünən, 12:23 |
|
|
|
• Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Dünən, 12:21 |
|
|
|
• Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Dünən, 12:16 |
|
|
|
• ``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Dünən, 12:11 |
|
|
|
• 10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Dünən, 12:10 |
|
|
|
• Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Dünən, 12:03 |
|
|
|
|