Dərsliklərin dilini görməyən nazir... .....                     Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI .....                     308 saylı məktəbdə qalmaqal .....                     Müştərinin başına rəsmən oyun açdılar .....                     Okeanın o tayındakı Azərbaycan düşmənləri... .....                     Lerikin icra başçısı da qanunları belə pozur .....                     “AzParking” işçilərinə tualet qadağası .....                     5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı .....                     Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir .....                     “Məni istismar edib, qanunsuz işdən çıxarıb” .....                     "Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" .....                     Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR .....                     Ermənistanda icma rəhbəri öldürüldü .....                     Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü .....                     "Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." .....                     Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu .....                     Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı .....                     Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq .....                     Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     Rusiyanın hərbi təxribatları davam edəcək .....                     Ermənistanda Azərbaycan səfirliyi açılacaq .....                     Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən .....                     Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib .....                     Rusiyada azərbaycanlılar saxlanıldı .....                     Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu .....                     Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi .....                     Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı .....                     Avtobusda qızlar arasında əlbəyaxa dava .....                     XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? .....                     62 milyonluq tender, 12 milyon vergi borcu... .....                     "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." .....                     NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb .....                     Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək .....                     Naxçıvana yol Novruza kimi hazır olacaq .....                     Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür .....                     Baş Prokurorluqda yeni təyinatlar .....                     Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş .....                     Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin .....                     Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? .....                 

"Mənə mane olanlar çox olub"
Tarix: 30-08-2021, 08:43 | Çap et
"Mənə mane olanlar çox olub"
Əməkdar artist Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb.

- Hicran xanım, siz daha çox teatr və televiziya tamaşalarındakı obrazlarınızla tanınırsınız. O dövrdə istehsal olunan filmlərdə nədənsə sizi heç görmürük. Elə bir rol olubmu ki, sizi sınayıblar amma çəkməyiblər?

- 1970-1980-ci illərdə kinostudiyanın ən yaxşı vaxtları idi. Çox yaxşı təkliflər alırdıq filmlərə. Bəzən olub ki, hətta məni təbrik ediblər ki, filmə təsdiq olunmusan, amma sonradan çəkməyiblər. Kiçik rollarım olub ki, çəkilmişəm, çox da təriflənmişəm. Cəfər Cabbarlı haqda bir film çəkilirdi, onun əsərlərinin qəhrəmanlarından hər kəs bir obrazı oynayırdı. Mən də oynamışdım və çox bəyənilmişdim. Əynimdəki kostyum rejissoru qane etmədiyinə görə filmdən məni kəsib çıxarmışdılar. Buna oxşar hadisələr çox olub. Mənə mane olanlar da çox olub. Hətta bir dəfə mənə dedilər ki, “Özbəkfilmdən” gəlib, mənim şəklimi görüb deyiblər ki, bu aktrisa bizə lazımdır. Qəsdən nömrəmi verməyiblər. Halbuki kinoaktyor şöbəsində bizim bütün ev, iş nömrələrimiz də, hətta ünvanlarımız da olur. Türkiyədən də iki dəfə təklif almışam, bəzi hadisələrə görə gedə bilməmişəm.

- Səhv etmirəmsə, bir filmin də sınaq çəkilişində atdan yıxılıb, belinizi sındırmısınız.

- Atdan filmdə yox, filmə hazırlıq mərhələsində yıxıldım. Bununla belə sonra filmə də çəkmədilər məni, başqa aktrisanı çəkdilər. O da ümumiyyətlə at minə bilmirdi, atdan qorxurdu. Mən isə atı yaxşı çapırdım. Həmin filmə çəkilməməyimin səbəbi atdan yıxılmağım olmayıb.

- Ümumiyyətlə, sizə bu haqsızlıqları edən insanlarla sonradan münasibətləriniz necə oldu?

- İş ondadır ki, həmin rejissorların heç birinin üzünə vurmadım. Amma mənimlə rastlaşan kimi özləri sözə başlayırdılar. Biri dedi ki, səninlə daha yaxşı alınardı, amma səhv etdim, səhvimi də indi başa düşürəm. Digəri də deyirdi ki, gec-tez mən səni çəkəcəyəm. Bu sözü deyən rejissor isə artıq rəhmətə gedib. Hətta bir rejissor mənə demişdi ki, sən baş qəhrəmanı oynayan aktrisadan da gözəl düşmüşdün deyə səni çəkə bilməzdim. Bu sözü rejissor mənə deyəndə gülümsəyib dedim ki, baş qəhrəmanı ordan-burdan niyə axtarırdınız?! Elə məni çəkərdiniz də.

- O vaxt yəni baş qəhrəmandan gözəl görünən aktrisaları filmdə digər obrazlara çəkmirdilər?

- Yəqin ki, diqqəti özümə çəkirdim. Bəzən elə teatrda da görürsən ki, kiçik rol ilə səhnəyə çıxıb görünməyim çoxlarına pis təsir edir. Demirəm ki, “mən gözələm”! Bu sözü heç vaxt mən demirəm. Yəqin ki, oyun tərzimlə diqqəti cəlb edirəm özümə.

- Yıxılmağınızın fəsadlarını yaşayırsınız?

- Atdan yıxılmağım 80-ci illərdə olub. O vaxtı bir ay xəstəxanada bel fəqərəmdə sınıq olduğuna görə yatdım. Həkimlər deyirdilər ki, sınıq elə yerdədir ki, gibs qoya bilmirik. Bir neçə həkim də dedi ki, yaşlanandan sonra bu özünü hələ göstərəcək. Bu saat mənim belimdə bu ağrı hələ də var.

- Bəzi hallarda bu sizə peşmanlıq yaradır?

- Bəzən həddindən artıq haqsızlıqlarla rastlaşanda onda peşmanlıq yaranır məndə, amma sonradan keçir. Haqsızlıqlar hər zaman var. Bu bizim öz seçdiyimiz taleyimizdir. Bəlkə bizi elə yaşadan da öz sənətimizdir.

- Həqiqətən də Hicran xanım, əvəzsiz sənətkarsınız. Dəfələrlə özüm şahidi olmuşam ki, 2 saat tamaşanı izləyib yorulmuşam, bitməsinə 15 dəqiqə qalmış epizodla səhnəyə çıxmısınız, hamı ayaqüstə alqışlayıb sizi. Demək ki, hər zaman baş qəhrəman oynamaqla deyil.

- Mən hər zaman bu sözü deyirəm. Bəzən deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Bu sözü deyən aktyorlarımızın heç biri nədənsə kiçik rol oynamaq istəmir. Aktyorun böyüyü-kiçiyi var. Böyük rol tamaşa, film boyu istər-istəməz göz qabağında olur və ətrafı oynayır. Amma hünərin var 5-8 dəqiqə içərisində kiçik rolu elə oynayasan ki, yadda qalasan.

- Bunu da hər insan bacarmır axı.

- Elə bacarmayanlardır da adamın yolunu kəsənlər, əl-ayağına dolaşanlar.

- Bir də fikir vermişəm müasir dövrdə böyük rol oynayan sənətkarlar roldan daha çox bər-bəzəyə, geyimlərə üstünlük verirlər.

- Geyimlə istəyirlər özlərini yadda saxlasınlar, amma geyimlə deyil. Bir paltarla da bütöv tamaşanı oynamaq olub, yadda qalıb, alqışlana bilərsən. “Boy çiçəyi” tamaşasında 3-4 yerdə alqışlanıram, cəmi bir kuplet mahnı oxuyuram, özü də səs də yazdırmamışam, canlı şəkildə.

- Hicran xanım, Yuğ teatrının yaradıcılarından, ilk aktrisalarından biri də siz olmusunuz. Amma heç bir dəfə də adınız o teatrda, yaxud o teatrın sənətçiləri sırasında çəkilməyib.

- Çünki orada işləyənlər axı bizimlə çalışmayıblar. Biz “Yuğ” adını alana qədər canımızı qoyub çıxdıq. Allah Vaqif İbrahimoğluna rəhmət etsin! Bizim elə vaxtlarımız olub ki, oradan heç maaş da almamışıq, amma biz çalışıb-vuruşub teatrı yaratmışıq.

- Hətta tamaşa qabağı Fəxrəddin Manafovla bir tryuk zamanı yıxılmısız da.

- Tərəf müqabilim daim Fəxrəddin Manafov idi. “Heydərbabaya saРґam” tamaşasında o Dəli Domrulu oynayırdı, mən də Burla xatunu. Orada mənim salto hərəkətim var idi. Tamaşa qabağı məqşq edirdik. Fəxrəddin geyinirdi, bizim bir əməkdaşımız var idi, dedi ki, neçə il idmanla məşğul olmuşam, sən özünü at, mən səni tutaram. Mən atılanda o məni tutmadı, yıxıldım beynim tərpəndi. Bu hadisə də tamaşadan 5-10 dəqiqə öncə baş verdi. Amma beynim tərpənsə də həmin günü tamaşanı oynadım. Çünki həmin tamaşaya o vaxtı Mərkəzi Komitədən gəlib baxmalı idilər. Ona görə mən canımı fəda etdim. Uzun müddət çox baş ağrılar çəkdim. Yadıma gəlir ki, həmin gecə mən evə güc-bəla ilə gedib çıxmışdım.

- Hicran xanım, hazırda teatr qapalıdır. Bəzi sənətçilər gileylənirlər ki, teatrlar qapalıdır, sənətsiz qalmışıq. Siz necə düşünürsünüz?

- Hərə özünə cavabdehdir! Əlbəttə ki, teatrsız çətindir, amma tələb olunan aktyor-aktrisa istəyir teatrda, istəyirsə televiziyada dəvət alıb işləyəcək.

- Yaxşıya yaxşı deyə bilirik?

- Sizcə?

- Məncə yox!

- Mən həmişə dilimin bəlasına düşmüşəm. Mənim düşmənim belə olsa, o yaxşı oynayırsa hər yerdə tərəfini tutub, deyəcəm ki, yaxşı oynayır, lap gedib təbrik də edəcəyəm. Amma pis pisdir də. Əvvəllər dözüb otururdum, amma indi durub çıxıb gedirəm. Vaxtımı sərf etmək istəmirəm.

- Hicran xanım, çox incik danışırsınız. Bu inciklik həmkarlarınızdandır yoxsa hələ də əziyyət çəkib, haqq etdiyiniz dəyəri görməməyinizə görədir?

- Hər ikisinə görə. Bu suala cavab vermək istəmirəm, hər şey vaxtında gözəldir. Canımı sənətə fəda etdim, elə indi də canımla əlləşirəm.

- Ulu öndər Heydər Əliyevin də çox sevdiyi, dəstəklədiyi sənətkar olmusunuz.

- Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O sənətə, sənətkara böyük qiymət verirdi. Ulu öndərimizin sayəsində mən ağır xəstəliyə qalib gəlib, həyatda qaldım. Ulu öndər iki tamaşama baxmışdı və hər iki tamaşasa da ilk alqışlanan mən olmuşdum. Heç vaxt bunları danışmırdım ki, həmkarlarım inciyər. Artıq deyirəm, hamı çıxır yalan-doğru özünü tərifləyir. Qoy mən də olanı deyim.

- Sizcə vaxtında nəyi düzgün etmədiniz?

- Haqqımı tələb etmədim. Düşündüm ki, mən işimlə məşğulam, özləri görür, gec-tez haqq yerini tapacaq. Gec olsun, güc olsun. Düşünmədim ki... Bizim rəhmətlik truppa müdiri Qüdrət əmi ömrünü teatra həsr etmişdi. Amma nə baş verdi? İşdən çıxartdılar, əmrini verəndən sonra onu teatra buraxmadılar. Halbuki bu insan teatrla nəfəs alırdı. Bundan sonra o rəhmətə getdi. O məni çağırıb demişdi ki, qızım xəbərin var ki, kassadan gəlib sənin adına bilet alırlar? Nə qədər zənglər vururlar ki, Hicran nə vaxt oynayır, ayın neçəsi?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17
Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13
308 saylı məktəbdə qalmaqal - Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı
Bu gün, 07:07
Müştərinin başına rəsmən oyun açdılar - GİLEY
Bu gün, 07:03
Okeanın o tayındakı Azərbaycan düşmənləri... - NƏ ETMƏLİ?
Bu gün, 07:00
Lerikin icra başçısı da qanunları belə pozur - FOTOFAKT
Bu gün, 06:58
“AzParking” işçilərinə tualet qadağası - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir - İNCƏLƏMƏ
Bu gün, 06:50
“Məni istismar edib, qanunsuz işdən çıxarıb” - keçmiş nazir İTTİHAM OLUNUR
Bu gün, 06:47
"Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" - partiya sədri
Bu gün, 06:40
Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR - İDDİA
Bu gün, 06:37
Ermənistanda icma rəhbəri öldürüldü
Bu gün, 06:30
Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü - VİDEO
Bu gün, 06:26
"Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." - ETİRAZ
Bu gün, 06:23
Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu - NƏ BAŞ VERİR?
Bu gün, 06:21
Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı - TƏFƏRRÜAT
Bu gün, 06:18
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09
Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44
Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32
Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26
Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11
Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07
Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59
Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Dünən, 16:56
Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:54
Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Dünən, 16:52
XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Dünən, 16:35
62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Dünən, 16:31
"Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Dünən, 16:25
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Dünən, 16:10
Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Dünən, 16:02
Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Dünən, 15:56
Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Dünən, 15:54
Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Dünən, 15:44
Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Dünən, 15:38
Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Dünən, 15:34
Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Dünən, 15:31
Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Dünən, 15:19
Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Dünən, 15:10
Rusiya gəmisi Bakı limanında – Fotolar
Dünən, 15:08
Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Dünən, 15:05
Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:52
Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Dünən, 14:49
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Dünən, 14:47
Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Dünən, 14:45
Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Dünən, 14:39
“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Dünən, 14:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru