Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... .....                     “Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: .....                     “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər .....                     Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... .....                     Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? .....                     Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... .....                     Bu müəllimlər şagirdləri təhdid edir .....                     Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? .....                     "Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda .....                     Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi .....                     Zəngəzur sülh yolu olacaq, amma... .....                     Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... .....                     Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat .....                     Aktrisa Klaudiya Kardinale vəfat edib .....                     Şəhid qızını evində təhqir edib hədələdilər... .....                     Dərsliklərin dilini görməyən nazir... .....                     Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI .....                     308 saylı məktəbdə qalmaqal .....                     Müştərinin başına rəsmən oyun açdılar .....                     Okeanın o tayındakı Azərbaycan düşmənləri... .....                     Lerikin icra başçısı da qanunları belə pozur .....                     “AzParking” işçilərinə tualet qadağası .....                     5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı .....                     Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir .....                     “Məni istismar edib, qanunsuz işdən çıxarıb” .....                     "Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" .....                     Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR .....                     Ermənistanda icma rəhbəri öldürüldü .....                     Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü .....                     "Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." .....                     Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu .....                     Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı .....                     Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq .....                     Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     Rusiyanın hərbi təxribatları davam edəcək .....                     Ermənistanda Azərbaycan səfirliyi açılacaq .....                     Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən .....                     Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib .....                     Rusiyada azərbaycanlılar saxlanıldı .....                 

“Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar” - Əməkdar artist
Tarix: 20-08-2021, 09:47 | Çap et
“Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar”
Əməkdar artist Elza Seyidcahan ədalətsizliklə üzləşdiyini deyir.

Müğənni-bəstəkar Meydan TV-yə açıqlamasında qızı Gülşən Əlisatovaya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz mənimsənildiyini bildirib.

“Anam Seyidcahan Əhmədovanın Əlibəy Hüseynzadə 75 ünvanında tikilisi vardı. Onu da deyim ki, anam oranı “Dekabank”a obyekt girov qoyub, pul götürüb almışdı. Sonra anam orada qutab bişirib, sataraq, borcu bağladı. Əvvəllər oranı kafe kimi işlədirdi. Sonra obyekti sənədləşmə yolu ilə qızım Gülşənə bağışladı. Biz oranı icarəyə vermək qərarına gəldik. Hadisə 2015-ci ildə baş verib. Mən Türkiyədə olanda, İsif Azayev oğlu Faiq Azayevlə birgə anamdan açarı icarə adı ilə alıblar. Qızım mənə zəng etdi ki, ana, bunlar düz-əməlli adama oxşamır. Nənəmdən açarı alıb, obyektə giriblər, çox kobud davranırlar. Mən də Bakıya qayıdan kimi obyektə getdim ki, bu adamlara həmin yeri icarə vermək istəmədiyimizi bildirim və açarları geri alım. Ora çatanda başqa mənzərə ilə rastlaşdım. İcazəmiz olmadan obyektimizdəki əşyaları atıblar, qapı və pəncərələri söküblər. Xəbərdarlıq etmədən orada təmir işlərinə başlayıblar. Söhbət zamanı gördüm ki, bunlar qarşılarındakı adama hörmət etmir, baxmırlar ki, incəsənət adamıdır, sənətkardır. Obyekti boşaltmaq üçün əvvəl bizdən 15-20 min manat təmir pulu tələb edirdilər. Dedim ki, icazəmiz olmadan əşyalarımızı atmısınız, siz də bizə borclusunuz. Sonra təklif etdim ki, obyekti təhvil verin. Buranı icarəyə verib, təmir xərcini qaytaraq. Mübahisə düşdü, anamın, hamilə qızımın halı pisləşdi. Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Uzun sözün qısası, çox mübarizə apardıq, onları obyektdən çıxara bilmədik. Axırda bir dəfə qapının açarlarını dəyişmək istədim. Faiq Azayev gəldi, açarı dəyişən fəhləni təpiklə vurdu, sonra da döyməyə başladı. Mənə də dedi ki, başının gülləsi çatmır. Dəfələrlə polisə müraciət etsək də, gördük ki, bunlara heç nə kar etmir. Sonradan məcburən məhkəməyə müraciət etdim. Məhkəmələr isə düz beş ilə yaxındır ki, bizi süründürür, işləri altını-üstünə çeviriblər. Anam bu obyekti dişi-dırnağı ilə tikib-quranda bu adamlar haradaydı? Obyektimizi mənimsəyiblər, üstəlik, beş ilə yaxındır ayı üç min manata icarəyə veriblər. Faiq Azayevin qardaşı Fərid Azayev həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı idi. Hazırda hər iki qardaş və ataları İsif Azayev həbsdədir. Azayevlər həbsdə olduqları halda 2016-cı ildən mənim obyektimə həbs qoyublar Bu, necə olan işdir? Axı, belə haqsızlıq olmaz”.

2018-ci ildə Faiq və Fərid Azayev qardaşları Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə həbs olunublar. Məhkəmənin qərarı ilə Fərid Azayev 10 il 6 ay, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs olunub. Ona və oğullarına CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə yeni ittiham elan edilib:

“Onların şəriki var, Rüstəm Kərimzadə. Bu adam obyektimizdə təhsil adı ilə çirkin əməllərə əl atmışdı. “Elite Academy” adlı təhsil şirkəti açmışdı. Daha sonra da onlarla adamın pulunu xaricdə təhsil adı ilə mənimsəmişdi. Sonradan o, da həbs olundu. İndi həmin bu Rüstəm Kərimzadə mənə hədə-qorxu gəlir ki, obyekt bizimdir”.

Elza Seyidcahan deyir ki, məsələ ilə bağlı 2020-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Birinci instansiya məhkəməsində hakim Natəvan Tağıyeva qeyri-yaşayış sahəsinin boşaladılaraq, Gülşən Əhmədovaya təhvil verilməsinə dair qətnamə çıxarıb. Lakin qarşı tərəf Nərimanov Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinə müraciət edib:

“Çox təəssüf edirəm ki, belə ədalətsiz qərar çıxarılıb. Məhkəmə - dövlətin, Vətənin, ordunun, xalqın xidmətində olan, Prezidentin sərəncamı ilə Əməkdar artist adını daşıyan sənətçiyə qarşı haqlı qərar vermək əvəzinə, dələduzluğa görə həbs olunanlara haqq qazandırıb. Bununla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Həmçinin Konstitusiya Məhkəməsinə və Baş Prokurorluğa da müraciətlərim olub. Nəsimi Rayon Prokurorluğunda da cinayət işi qaldırılıb. Azayevlər beş ilə yaxındır mənə icarə haqqı ödəməyiblər. Üstəlik, obyektimdən onları çıxara bilmirdim. Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb ki, mən onlara 58 min 797 manat təmir pulu ödədikdən sonra obyekti boşaldacaqlar. İcazəm və razılığım olmadan orada təmir aparılıb, üstəlik, mənə aid mülkiyyətə görə icarə haqqı ödənilməyib. Arif Məlikov, Qara Qarayev məktəbinin davamçısı bəzi hakimlərin ədalətsiz qərarları ucbatından belə əzab-əziyyətə, haqsızlığa məruz qalıb”.

Sənətçi qeyri-yaşayış obyektini hüquqi yolla geri qaytardıqdan sonra orada musiqi kursları açmağı planlaşdırır:

“Bəstəkarlar İttifaqının üzvüyəm, təqaüd almıram. Hətta dövlətdən bir ev də almamışam. Öz obyektimizdə yaradıcılığımı davam etdirmək, xalqıma, dövlətimə xidmət etmək, burada şəhid, qazi övladlarına dərs keçmək istəyirəm. Mənə imkan vermirlər. Artıq neçə aydır ki, piano çalmıram, əllərim qalxmır. Onlar mənim yaradıcılıq ruhumu öldürüblər. Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar. Məhkəmə qərarları təkrar araşdırlısın, bəlkə elə anlaşılmazlıq olub”.

Elza Seyidcahanın vəkili İlhamə Həsənova Meydan TV-yə açıqlamasında bildirib ki, cavabdeh şəxslər Gülşən Əlisatovaya aid qeyri-yaşayış sahəsinə sahibin razılığı olmadan girərək, obyektən istifadəyə başlayıblar. Üstəlik, mülkiyyətçinin icazəsi olmadan orada təmir işləri aparıblar:

“Qarşı tərəf obyekti zəbt edəndən sonra Elza xanımın qızı məkanın boşaldılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Biz həmin müraciətləri də sənəd şəklində məhkəməyə təqdim etmişdik. Nərimanov Rayon Məhkəməsində Natəvan Tağıyeva qətnamə çıxardı ki, doğrudan da, vətəndaşın burada mülkiyyət hüquqları var. Qeyri-yaşayış sahəsi boşaldılaraq, Gülşən Əhmədovaya təhvil verilməlidir. Bakı Apelyasiya Məhkəməsi isə qətnamə çıxardı ki, qarşı tərəfin təmirə çəkdiyi xərc 58 min 797 manat dəyərində ödənildikdən sonra obyekt boşaldılmalıdır. Biz bunu qanunsuz hesab edirik. Birincisi, Gülşən xanımın mülkiyyətində olan həmin məkan təmirli və yaxşı vəziyyətdə idi. İkincisi, Mülki Məcəllənin, qanunvericiliyin də tələbi bundan ibarətdir ki, mülkiyyətçinin razılığı olmadan, kimsə daşınmaz əmlakda təmir işləri aparırsa, onun pulu ödənilmir. Mən də Gülşən xanımın vəkili kimi məhkəmədə bu iddianı qaldırdım ki, bizim mülkiyyətimizdə olan yaşayış sahəsi boşaldılaraq, təhvil verilsin. Məhkəmə bilirdi ki, mülkiyyətçinin razılığı olmadan, sahə zəbt olunub, bununla bağlı polisdə araşdırmalar gedir. Çıxarılan qətnaməni qanunsuz hesab etdiyimiz üçün Ali Məhkəməyə şikayət verdik, lakin təmin olunmadı. Son olaraq, qətnamə çıxarıldı ki, 58 min 797 manat ödənilməlidir.

Belə olan halda biz yenidən məhkəmədə iddia qaldırdıq ki, beş ilə yaxındır həmin sahə qarşı tərəfin istifadəsində olub. Obyekti icarəyə verib, oradan faydalanıblar. Hətta mətbuatda belə bir qalmqallı məsələ də çıxmışdı ki, “Elite Academy”dən tələbələr müraciət edirlər ki, aldadılıblar. Həmin dələduzluq hadisəsi haqqında danışdığımız obyekt sahəsində baş vermişdi. Hazırda qarşı tərəf bu və digər məsələlərlə bağlı məhkum olunub. İddia qaldırdıq ki, bunlar məkandan istifadə edirlər, heç olmasa, Gülşən xanıma dəymiş ziyan ödənilsin. Çünki vətəndaş beş ilə yaxındır ki, əmlakından məhrum olub. Yuxarı instansiya məhkəməsi bu qərarı da ləğv etdi.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... - Heç yerindən tərpənir ki?..
Bu gün, 09:45
“Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: - Dərhal əmr verdi
Bu gün, 09:34
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər - KİV
Bu gün, 09:32
Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... - Göygöldə FİLM KİMİ OLAY...
Bu gün, 09:25
Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? - YEYİB, ÜSTÜNDƏN SU DA İÇİBLƏR...
Bu gün, 09:20
Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... - MÜRACİƏT
Bu gün, 09:16
Bu müəllimlər şagirdləri təhdid edir - AKTUAL
Bu gün, 09:10
Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
"Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda - VERGİ BORCU VAR
Bu gün, 08:55
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:50
Zəngəzur sülh yolu olacaq, amma... - İrəvandan qəribə açıqlama
Bu gün, 08:44
Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... - ELƏ GÖRÜNÜR...
Bu gün, 08:41
Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat - AXI NİYƏ?
Bu gün, 08:35
Aktrisa Klaudiya Kardinale vəfat edib
Bu gün, 07:33
Şəhid qızını evində təhqir edib hədələdilər... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17
Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13
308 saylı məktəbdə qalmaqal - Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı
Bu gün, 07:07
Müştərinin başına rəsmən oyun açdılar - GİLEY
Bu gün, 07:03
Okeanın o tayındakı Azərbaycan düşmənləri... - NƏ ETMƏLİ?
Bu gün, 07:00
Lerikin icra başçısı da qanunları belə pozur - FOTOFAKT
Bu gün, 06:58
“AzParking” işçilərinə tualet qadağası - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir - İNCƏLƏMƏ
Bu gün, 06:50
“Məni istismar edib, qanunsuz işdən çıxarıb” - keçmiş nazir İTTİHAM OLUNUR
Bu gün, 06:47
"Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" - partiya sədri
Bu gün, 06:40
Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR - İDDİA
Bu gün, 06:37
Ermənistanda icma rəhbəri öldürüldü
Bu gün, 06:30
Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü - VİDEO
Bu gün, 06:26
"Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." - ETİRAZ
Bu gün, 06:23
Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu - NƏ BAŞ VERİR?
Bu gün, 06:21
Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı - TƏFƏRRÜAT
Bu gün, 06:18
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09
Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44
Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32
Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26
Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11
Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07
Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59
Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Dünən, 16:56
Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:54
Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Dünən, 16:52
XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Dünən, 16:35
62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Dünən, 16:31
"Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Dünən, 16:25
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Dünən, 16:10
Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Dünən, 16:02
Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru