Paşinyanın üstünlükləri kifayət qədər çoxdur .....                     “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub .....                     Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə .....                     5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR .....                     Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? .....                     'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır .....                     Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı .....                     "Biz siyahıya alınmamışıq" .....                     Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... .....                     Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... .....                     “Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: .....                     “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər .....                     Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... .....                     Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? .....                     Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... .....                     Bu müəllimlər şagirdləri təhdid edir .....                     Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? .....                     "Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda .....                     Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi .....                     Zəngəzur sülh yolu olacaq, amma... .....                     Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... .....                     Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat .....                     Aktrisa Klaudiya Kardinale vəfat edib .....                     Şəhid qızını evində təhqir edib hədələdilər... .....                     Dərsliklərin dilini görməyən nazir... .....                     Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI .....                     308 saylı məktəbdə qalmaqal .....                     Müştərinin başına rəsmən oyun açdılar .....                     Okeanın o tayındakı Azərbaycan düşmənləri... .....                     Lerikin icra başçısı da qanunları belə pozur .....                     “AzParking” işçilərinə tualet qadağası .....                     5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı .....                     Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir .....                     “Məni istismar edib, qanunsuz işdən çıxarıb” .....                     "Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" .....                     Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR .....                     Ermənistanda icma rəhbəri öldürüldü .....                     Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü .....                     "Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." .....                     Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu .....                 

"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
Tarix: 19-08-2021, 08:34 | Çap et
"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa qayıdışı tez bir zamanda reallaşdırmaq dövlətin başlıca prioritetidir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamlar imzalanıb. Qarabağa qayıdış üçün bir sıra vacib layihələrə imza atılıb. Hazırda öz ata-baba yurdlarından uzaq düşmüş minlərlə həmvətənimiz dövlət başçısının qayıdışla bağlı əmrini gözləyir. Vətən həsrəti çəkənlər arasında işğaldan azad edilmiş rayonların cəmiyyətdə tanınan sakinləri də var. Bəs görəsən, onların torpaqlara qayıdış başlayanda ata-baba ocaqları, yurdları, evləri ilə bağlı nə kimi planları var?

Bizimlə söhbətdə Azərbaycanın səfalı yerlərindən birindən - Zəngilandan olan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli qayıdışla bağlı arzularından, planlarından danışıb: “İstər tanınan, istərsə də tanınmayan adam olsun, hər kəsin öz ata-baba yurduna, işğaldan azad olunmuş torpaqlarla bağlı müəyyən bir planları var. Qohumlarımız arasında da köçkünlər var, mənim iki qardaşım da məcburi köçkündür, onlar da gələcək üçün öz planlarını qururlar. Hətta məndən məsləhətlər istəyirlər. Fikrimcə, indi insanlar işğaldan əvvəlkindən daha işgüzar düşüncənin sahibidirlər. Məsələn, bizim dünyagörüşümüz, baxışımız, hazırda gedən proseslər, qaçqınlıq həyatının yaşanması insanlarda tamamilə başqa düşüncə və sözün yaxşı mənasında xeyli faydalı vərdişlər yaradıb. Əlbəttə, bizim problemlərimiz var.

Mən hesab edirəm ki, torpaqlarımızda yaxşı təsərrüfat qurmaq olar. Bununla belə, insanlar artıq mədəniyyət, informasiya kommunikasiya ilə bağlı işlərin görülməsində də maraqlıdırlar. Ona görə də əhalinin planları təkcə ferma saxlamaq, balıq təsərrüfatı yaratmaqla bağlı deyil, həm də mədəniyyətlə bağlıdır. Məsələn, mən düşünürəm ki, bizim gedəcəyimiz kənddə yaxşı bir internet mərkəzi yaratmaq, insanları maarifləndirmək, xüsusən uşaqlarla, təhsillə bağlı müəyyən planları reallaşdırmaq olar. Beynimizdə həm iqtisadiyyatla bağlı, həm də maarifçiliklə bağlı ideyalar var. Məsələn, bir təhsil-tədris, internet mərkəzi yaratmaq olar. Orada gələcəyin qurucularını, gələcək azərbaycanlıları, milləti irəli apara biləcək uşaqları öyrətmək kimi missiyanı həyata keçirmək olar”.

Əfsanəvi Qarabağ döyüşçüsü Hacı Əkbər Rüstəmov öz doğma yurdu Ağdama qayıtmaq istəyindən ürəkdolusu danışıb: “Torpaqlar geri alınandan sonra üç dəfə ata ocağında olmuşam. Fevralın 8-i, 25-i və mayın 14-də getdim. Bu dəqiqə imkan olsa, gedib çadır qurub orada qalaram. İmkanım daxilində o küçələri də süpürərəm. Mənim, ailəmin həyatı ora ilə bağlıdır. Ona görə də imkan versələr, gedib çadır qurub o düzdə qalaram. Elə bilərəm ki, ”Turş su"yun yaylağındayam. Əvvəllər üç ay gedib, may ayından avqustun axırına qədər orada, alaçıqda qalırdıq. Üç aydan sonra qayıdırdıq Ağdama. İndi mən də fikirləşirəm ki, buradan Ağdama gedib alaçıq qurub qalaram. Ac olaram, tox olaram, heç kimə də giley-güzar etmərəm".

Ağdamın daha bir tanınmış siması, xalq artisti Mənsum İbrahimov da bizimlə söhbətdə gələcək planlardan danışdı: “Bizim kəndimiz işğal altında deyildi. Yəni ata evim yerindədir, ora gedib gəlirik. Ümumiyyətlə, bir mədəniyyət xadimi kimi mədəniyyətlə bağlı bütün layihələrdə çox böyük həvəslə iştirak edəcəyəm, arzularım da var. Muğam müsabiqələrində, festivallarında iştirak edəcəyik. Ətrafımda olan qohumlarım, doğmalarım hamısı o günü gözləyirlər. Bu yaxınlarda ”Yolumuz Ağdama“ adlı tur təşkil olunacaq, yaşlı, xəstə insanlar var ki, ən azı o torpaqları görəcəklər. Düşünürəm ki, bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir”.

Füzulidən olan Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə bildirib ki, qayıdışla bağlı planları dövlətin həyata keçirəcəyi qərarlardan asılı olacaq: “Məcburi köçkünlərə ev veriləcəkmi-verilməyəcəkmi, ”Ağıllı kənd" layihəsi olacaqmı-olmayacaqmı, hələ ki bunlar bilinmir. Bütün bu suallara aydın cavablar yoxdur. Məchul bir durum olduğu üçün bir plan qurmaq da mümkün deyil. Rayonumuz işğaldan azad olunandan bəri bu kimi suala 5-6 dəfə cavab vermişəm. Bir müəyyənlik olsaydı, yaxşı olardı".

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə dünyaya göz açdığı Cəbrayıl rayonunun illərdi ki, xiffətini çəkdiyini deyir: “Cəbrayılda ikimərtəbəli evimiz, geniş həyətimiz vardı. Həyətimizdə 100-dən artıq meyvə ağacı əkmişdik. Hamısı bar verirdi. Dadı hələ də damağımdan getməyib. Ən böyük arzum Cəbrayıla qayıdıb meyvə bağı salmaqdır. Mənə bir neçə ay əvvəl doğma kəndimizə getmək qismət oldu. Həmin gecə atam yuxuma girmişdi. Yuxuda mənə deyirdi ki, gilas ağacının dibinə su tökərsən. Həyətimizdə ağ gilas ağacı vardı, o qədər bar verirdi ki, ağac başını yerə qoyurdu. Mən çoxdan xarabazara çevrilmiş evimizə getsəm də, həmin ağacı tapa bilmədim. Ermənilər bütün ağacları dibindən çıxarmışdılar. Allah qismət eləsin, doğma Soltanlı kəndinə gedəndə çoxlu gilas ağacları əkəcəm. Ağ gilas... Başqa planlarım da var. İnşallah, qayıdaq, onları da reallaşdırmağa çalışacam”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36
“Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34
Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə - ilk dəfə deyil ki...
Bu gün, 10:29
5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR - MÜRACİƏT
Bu gün, 10:20
Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - NARAZILIQ VAR...
Bu gün, 10:17
'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır - TƏFƏRRÜAT
Bu gün, 10:10
Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı - ŞƏRH
Bu gün, 10:02
"Biz siyahıya alınmamışıq" - xalq artisti
Bu gün, 10:00
Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... - AÇIQLAMA
Bu gün, 09:50
Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... - Heç yerindən tərpənir ki?..
Bu gün, 09:45
“Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: - Dərhal əmr verdi
Bu gün, 09:34
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər - KİV
Bu gün, 09:32
Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... - Göygöldə FİLM KİMİ OLAY...
Bu gün, 09:25
Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? - YEYİB, ÜSTÜNDƏN SU DA İÇİBLƏR...
Bu gün, 09:20
Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... - MÜRACİƏT
Bu gün, 09:16
Bu müəllimlər şagirdləri təhdid edir - AKTUAL
Bu gün, 09:10
Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
"Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda - VERGİ BORCU VAR
Bu gün, 08:55
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:50
Zəngəzur sülh yolu olacaq, amma... - İrəvandan qəribə açıqlama
Bu gün, 08:44
Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... - ELƏ GÖRÜNÜR...
Bu gün, 08:41
Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat - AXI NİYƏ?
Bu gün, 08:35
Aktrisa Klaudiya Kardinale vəfat edib
Bu gün, 07:33
Şəhid qızını evində təhqir edib hədələdilər... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17
Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13
308 saylı məktəbdə qalmaqal - Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı
Bu gün, 07:07
Müştərinin başına rəsmən oyun açdılar - GİLEY
Bu gün, 07:03
Okeanın o tayındakı Azərbaycan düşmənləri... - NƏ ETMƏLİ?
Bu gün, 07:00
Lerikin icra başçısı da qanunları belə pozur - FOTOFAKT
Bu gün, 06:58
“AzParking” işçilərinə tualet qadağası - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir - İNCƏLƏMƏ
Bu gün, 06:50
“Məni istismar edib, qanunsuz işdən çıxarıb” - keçmiş nazir İTTİHAM OLUNUR
Bu gün, 06:47
"Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" - partiya sədri
Bu gün, 06:40
Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR - İDDİA
Bu gün, 06:37
Ermənistanda icma rəhbəri öldürüldü
Bu gün, 06:30
Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü - VİDEO
Bu gün, 06:26
"Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." - ETİRAZ
Bu gün, 06:23
Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu - NƏ BAŞ VERİR?
Bu gün, 06:21
Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı - TƏFƏRRÜAT
Bu gün, 06:18
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09
Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44
Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32
Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26
Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11
Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07
Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru