"Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm" - ETİRAZ
Tarix: 18-08-2021, 12:31 | Çap et
 Koronavirus pandemiyası ilə əlaqədar bir çox sahələrdə qapanmalar olsa da, yoluxma saylarının azalması ilə məhdudiyyətlərin bir qismi artıq aradan qaldırılıb. 2 ilə yaxın müddətdə qadağaların qüvvədə qaldığı sahələrdən biri isə teatrlar və kinoteatrlardır. Alış-veriş mərkəzləri, istirahət mərkəzləri, əyləncə məkanlarına qoyulan məhdudiyyətlər yumşaldılsa da, mədəniyyət sahəsində o cümlədən teatr və kinoteatrlar barədə verilən qapanma qərarının hələ də qalması bu sahədə çalışan insanları dərindən narahat edir.
Mövzu ilə bağlı Ölkə.Az-la fikirlərini bölüşən aktyor, rejissor xalq artisti Şeyx Əbdül Həsənli məsələyə düzgün prizmadan yanaşılmadığını deyib:
“Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm. Əgər biz bir qatardayıqsa, bu qatarın bir vaqonu bir tərəfə digər vaqonu başqa bir istiqamətə gedir? Ümumiyyətlə, bu insanların gəlir mənbəyi ilə oynamaq lazım deyil.
Dünyada hər hansı bir hadisə baş verəndə bundan birinci təsirlənən sənət adamları olur. Çünki istər-istəməz olanlar onların sənətinə, güzəranına, yaradıcılığına təsir edir. Sənət adamları həddindən artıq ağır dolanır. Hər kəs 3-5 manat qazansa da, onlar gəlirindən məhrum olur. Gecə-gündüz sənin mədəniyyətini, ideologiyanı təbliğ edirlər, sənin ruhunu gözəlləşdirirlər, sənin üçün gözəl tamaşalar, filmlər çəkirlər. Onları da fikirləşmək lazımdır. Bu mənada teatrların və kinoteatrların bağlanması yolverilməzdir. Əgər bu qadağa qoyulursa, hamıya qoyulmalıdır”.
Xalq artisti onsuz da az olan tamaşaçı kütləsinin indi ümumiyyətlə bu sahədən məhrum qaldığını söyləyib:
“Azərbaycanda elə bir kinoteatr yoxdur ki, tam dolsun. Kaş elə kinoteatrlarımıza toylara gedənlərin 20%-i qədər tamaşaçı gələydi. Hardadır teatra 1000 nəfər adam gəlsin. Elə olsa, toy-bayram edərdik. O keçmiş dönəmdə qaldı. Heç indi kinoteatr yoxdur. Rayonlarda, kəndlərdə kinodan, teatrdan, klubdan mədəniyyətdən söhbət gedə bilməz”.
Rejissor Şahin Qəhrəman da Ölkə.Az-a açıqlamasında pandemiyanın film sahəsinə zərbə vurduğunu söyləyib:
“Kinoteatrların açılmaması təbii ki, bizim filmlərə də, incəsənətə də ziyan vurub. Biz bu dəqiqə yalnız televiziya, efir üçün işləyirik, serial çəkirik. Mənim özümün çəkdiyim bir film var. Çəkilişlərə 2019-cu ildə çəkilişlərə başlamışıq. 2020-ci ilin martında kinoteatrlarda təqdim olunmalı idi. 2 ildir oturmuşuq kinoteatrların açılmasını gözləyirik. Bu həm mədəniyyət, həm də maddiyyat baxımından bizə zərbədir. Çünki bizim dolanışığımız da bu filmlərdən çıxır. Aktyor da, rejissor da filmdən qazanır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36 |
|
|
|
• “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə - ilk dəfə deyil ki...
Bu gün, 10:29 |
|
|
|
• 5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR - MÜRACİƏT
Bu gün, 10:20 |
|
|
|
• Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - NARAZILIQ VAR...
Bu gün, 10:17 |
|
|
|
• 'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır - TƏFƏRRÜAT
Bu gün, 10:10 |
|
|
|
• Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı - ŞƏRH
Bu gün, 10:02 |
|
|
|
• "Biz siyahıya alınmamışıq" - xalq artisti
Bu gün, 10:00 |
|
|
|
• Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... - AÇIQLAMA
Bu gün, 09:50 |
|
|
|
• Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... - Heç yerindən tərpənir ki?..
Bu gün, 09:45 |
|
|
|
• “Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: - Dərhal əmr verdi
Bu gün, 09:34 |
|
|
|
• “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər - KİV
Bu gün, 09:32 |
|
|
|
• Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... - Göygöldə FİLM KİMİ OLAY...
Bu gün, 09:25 |
|
|
|
• Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? - YEYİB, ÜSTÜNDƏN SU DA İÇİBLƏR...
Bu gün, 09:20 |
|
|
|
• Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... - MÜRACİƏT
Bu gün, 09:16 |
|
|
|
• Bu müəllimlər şagirdləri təhdid edir - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
• Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59 |
|
|
|
• "Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda - VERGİ BORCU VAR
Bu gün, 08:55 |
|
|
|
• Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:50 |
|
|
|
• Zəngəzur sülh yolu olacaq, amma... - İrəvandan qəribə açıqlama
Bu gün, 08:44 |
|
|
|
• Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... - ELƏ GÖRÜNÜR...
Bu gün, 08:41 |
|
|
|
• Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat - AXI NİYƏ?
Bu gün, 08:35 |
|
|
|
• Aktrisa Klaudiya Kardinale vəfat edib
Bu gün, 07:33 |
|
|
|
• Şəhid qızını evində təhqir edib hədələdilər... - TƏFƏRRÜAT
Bu gün, 07:27 |
|
|
|
• Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17 |
|
|
|
• Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13 |
|
|
|
• 308 saylı məktəbdə qalmaqal - Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı
Bu gün, 07:07 |
|
|
|
• Müştərinin başına rəsmən oyun açdılar - GİLEY
Bu gün, 07:03 |
|
|
|
• Okeanın o tayındakı Azərbaycan düşmənləri... - NƏ ETMƏLİ?
Bu gün, 07:00 |
|
|
|
• Lerikin icra başçısı da qanunları belə pozur - FOTOFAKT
Bu gün, 06:58 |
|
|
|
• “AzParking” işçilərinə tualet qadağası - BU NƏDİ BELƏ?
Bu gün, 06:56 |
|
|
|
• 5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 06:52 |
|
|
|
• Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir - İNCƏLƏMƏ
Bu gün, 06:50 |
|
|
|
• “Məni istismar edib, qanunsuz işdən çıxarıb” - keçmiş nazir İTTİHAM OLUNUR
Bu gün, 06:47 |
|
|
|
• "Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" - partiya sədri
Bu gün, 06:40 |
|
|
|
• Sahil Babayev TƏBİB-i TƏFTİŞ EDİR - İDDİA
Bu gün, 06:37 |
|
|
|
• Ermənistanda icma rəhbəri öldürüldü
Bu gün, 06:30 |
|
|
|
• Lənkəranda direktor müavini şagirdi və xadiməni döydü - VİDEO
Bu gün, 06:26 |
|
|
|
• "Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm..." - ETİRAZ
Bu gün, 06:23 |
|
|
|
• Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu - NƏ BAŞ VERİR?
Bu gün, 06:21 |
|
|
|
• Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı - TƏFƏRRÜAT
Bu gün, 06:18 |
|
|
|
• Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Dünən, 18:09 |
|
|
|
• Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Dünən, 17:44 |
|
|
|
• Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Dünən, 17:32 |
|
|
|
• Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Dünən, 17:26 |
|
|
|
• Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Dünən, 17:17 |
|
|
|
• Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Dünən, 17:11 |
|
|
|
• Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Dünən, 17:07 |
|
|
|
• Rusiyada azərbaycanlılar saxlanıldı
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Dünən, 16:59 |
|
|
|
|