“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” .....                     "TikTok-dakı qızların günahkarı analarıdır" .....                     Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... .....                     “Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır .....                     "Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır" .....                     “Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” .....                     Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı .....                     On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına .....                     Xatunla duet ortağı arasında .....                     "Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb .....                     Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək .....                     Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir .....                     Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib .....                     Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb .....                     Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... .....                     Paşinyanın üstünlükləri kifayət qədər çoxdur .....                     “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub .....                     Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə .....                     5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR .....                     Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? .....                     'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır .....                     Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı .....                     "Biz siyahıya alınmamışıq" .....                     Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... .....                     Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... .....                     “Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: .....                     “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər .....                     Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... .....                     Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? .....                     Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... .....                     Bu müəllimlər şagirdləri təhdid edir .....                     Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? .....                     "Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda .....                     Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi .....                     Zəngəzur sülh yolu olacaq, amma... .....                     Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... .....                     Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat .....                     Aktrisa Klaudiya Kardinale vəfat edib .....                     Şəhid qızını evində təhqir edib hədələdilər... .....                     Dərsliklərin dilini görməyən nazir... .....                 

Dəniz hər gün qayıdır, Müslüm isə ürəklərdə qaldı... - ANIM
Tarix: 17-08-2021, 09:08 | Çap et
Dəniz hər gün qayıdır, Müslüm isə ürəklərdə qaldı...
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Sputnik Azərbaycan xəbər verir ki, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı, təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayevin də həyat və yaradıcılığı kinematoqrafçıların diqqətindən yayınmayıb. Onu bir sıra Azərbaycan filmlərində baş rollarda çəkiblər. "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Yarımçıq qalmış mahnı" və "Moskva notlarda" filmlərində bu qüdrətli sənətkar kino aktyoru kimi yaddaqalan rollar yaradıb.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını aıb.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub. Özünün "Mavi əbədiyyət" mahnısında oxuduğu kimi, dəniz hər gün qağayıların səsi ilə qayıdır, Müslümün səsi isə yaddaşlarda əbədi qaldı.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40
"TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36
Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Bu gün, 11:29
"Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır"
Bu gün, 11:24
“Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” - Partiya sədri
Bu gün, 11:16
Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 11:12
On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına AĞIR CƏZA
Bu gün, 11:10
Xatunla duet ortağı arasında EŞQ YAŞANIR?
Bu gün, 11:08
"Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb - HESABAT
Bu gün, 11:01
Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək - KİV
Bu gün, 10:59
Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir - GƏLİŞMƏ
Bu gün, 10:57
Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib - YENİ PAYÇI MƏLUM OLDU
Bu gün, 10:55
Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:54
Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... - İTTİHAM VAR...
Bu gün, 10:53
Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36
“Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34
Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə - ilk dəfə deyil ki...
Bu gün, 10:29
5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR - MÜRACİƏT
Bu gün, 10:20
Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - NARAZILIQ VAR...
Bu gün, 10:17
'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır - TƏFƏRRÜAT
Bu gün, 10:10
Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı - ŞƏRH
Bu gün, 10:02
"Biz siyahıya alınmamışıq" - xalq artisti
Bu gün, 10:00
Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... - AÇIQLAMA
Bu gün, 09:50
Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... - Heç yerindən tərpənir ki?..
Bu gün, 09:45
“Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: - Dərhal əmr verdi
Bu gün, 09:34
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər - KİV
Bu gün, 09:32
Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... - Göygöldə FİLM KİMİ OLAY...
Bu gün, 09:25
Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? - YEYİB, ÜSTÜNDƏN SU DA İÇİBLƏR...
Bu gün, 09:20
Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... - MÜRACİƏT
Bu gün, 09:16
Bu müəllimlər şagirdləri təhdid edir - AKTUAL
Bu gün, 09:10
Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
"Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda - VERGİ BORCU VAR
Bu gün, 08:55
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:50
Zəngəzur sülh yolu olacaq, amma... - İrəvandan qəribə açıqlama
Bu gün, 08:44
Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... - ELƏ GÖRÜNÜR...
Bu gün, 08:41
Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat - AXI NİYƏ?
Bu gün, 08:35
Aktrisa Klaudiya Kardinale vəfat edib
Bu gün, 07:33
Şəhid qızını evində təhqir edib hədələdilər... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17
Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13
308 saylı məktəbdə qalmaqal - Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı
Bu gün, 07:07
Müştərinin başına rəsmən oyun açdılar - GİLEY
Bu gün, 07:03
Okeanın o tayındakı Azərbaycan düşmənləri... - NƏ ETMƏLİ?
Bu gün, 07:00
Lerikin icra başçısı da qanunları belə pozur - FOTOFAKT
Bu gün, 06:58
“AzParking” işçilərinə tualet qadağası - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
5000 manata görə həbs olunan bələdiyyə sədri məhkəmə zalından evə buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir - İNCƏLƏMƏ
Bu gün, 06:50
“Məni istismar edib, qanunsuz işdən çıxarıb” - keçmiş nazir İTTİHAM OLUNUR
Bu gün, 06:47
"Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq" - partiya sədri
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru