"Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb"
Tarix: 16-07-2021, 08:45 | Çap et
 “Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb, hörmət edib, amma nə mənim toyumda, nə də ki, adını daşıdığı nəvəsinin toyunda o adamlar gəlmədi. Çox az qismi iştirak etdi. Hər kəs özü üçün yaşayır, hər şey unudulub. Eldəniz Zeynalov mərdimazar insan deyildi, qastrol səfərlərinə gedəndə cavan aktyorları özü ilə aparırdı. İstəyirdi ki, hamı pul qazansın, ən son özünü düşünürdü. Atam dünyasını dəyişəndən sonra hamı bizdən uzaqlaşdı”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov deyib. Aktyor daha sonra əlavə edib. “Çox çətindir mənə, nə maddi imkanım, nə də şəraitim yaxşı deyil. Heç olmasa, rejissorlar çağırıb bir kinoya, seriala dəvət etsəydilər, gedib çəkilib, az da olsa, çörək pulunu qazanardım. Ola bilməz ki, mən hansısa rolu oynaya bilməyim. Nə oldu hamı oynadı, seriala çəkildi, mən yox? Mən də istəyirəm ki, bir az çəkilim, bəlkə xəstəliyimi də bu yolla unuda bilərəm. Zəng edib nə maraqlanan var, nə də bir şey. Çox çətinlik çəkirəm. Artıq uzun illərdir ki, böyrəyimə görə dializaə gedib-gəlirəm. Hövsanda yaşayırdım, ora şəraitsiz idi, həm də yol uzaq idi. Həftədə 3 dəfə dializə gəlib-getmək çox çətin idi. Pulum elə yola çıxırdı. Ona görə də Hövsandakı evimi satıb Masazıra köçdüm. Xəstəxana 20 yanvarda yerləşir, buradan getmək çox asandır. Təcili böyrək köçürülməlidir, vəziyyətim elə də yaxşı deyil. Elə olur ki, bir də görürsən ağırlaşıram, ölümdən dönürəm. Respublika Kliniki Xəstəxanasının Hemodializ şöbəsində müalicə alıram, həkimlər dərman yazırlar, onu tələb edirlər, bunu tələb edirlər. Daha demirlər ki, pulu hardan tapım? Bahalıdır, dərmanlarıma pul çatdıra bilmirəm. Köməyim yoxdur, çarəsiz durumda qalmışam. Oğlumun ayağına görə kreditə götürmüşdüm, aylıq aldığım maaş və pensiyadan elə onları güc-bəla ilə ödəyirəm. İmkanlı şəxslərdən kömək istəyirəm, təkəm, heç kimim yoxdur. Atam idi köməklik edən, o da yoxdur, bəlkə də o yaşaysaydı bu günlərə düşməzdik, xəstəlik də tapmazdım” - deyə Məmməd Zeynalov bildirib. O, daha sonra atası ilə bağlı xatirələrini bölüşüb.
“Atam çox zarafatcıl insan idi, danışıb gülürdü, hay-küylü adam idi. Evimizdə qonşular onun səsindən köçürdü. Mən onun kimi deyiləm, anama oxşamışam. Atama oxşasaydım rejissorlar məni çəkməyə bilməzdi. Atam haqqını tələb edirdi hər zaman. Telman Adıgözəlov və Mikayıl Mirzə ilə yaxın dost idi. Yaddaşımda gülməli, zarafat dolu xatirələr çoxdur. Teatrın maaşı ilə ailə saxlamırdı, qastrolların pulu ilə dolanırdıq. Rayona gedəndə bir iki maşının pulu ilə qayıdırdı. Son illərdə maddi problem yaşadıq, amma atamı toya tamada kimi gedən görmədim. Həm də ömrünün son illərində çox incik idi. Xalq artisti adını gec vermişdilər, bu ona çox pis təsir etmişdi. Yadımdadır, xəstəxanada yatırdı, Yaşar Nuri yanına gəlib, qəzeti ona göstərib demişdi ki, Xalq artisti fəxri adına layiq görülmüsən. Atam qəzeti büküb atıb ki, bundan sonra mənə ad lazım deyil. Bu hadisədən bir neçə gün sonra atam dünyasını dəyişmişdi, heç aldığı adın sevincini yaşaya bilməmişdi” - deyə aktyorun oğlu bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
• Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31 |
|
|
|
• Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28 |
|
|
|
• Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17 |
|
|
|
• “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13 |
|
|
|
• "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09 |
|
|
|
• Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05 |
|
|
|
• Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01 |
|
|
|
• İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58 |
|
|
|
• Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55 |
|
|
|
• Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49 |
|
|
|
• Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45 |
|
|
|
• London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41 |
|
|
|
• Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39 |
|
|
|
• Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37 |
|
|
|
|