"Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam"
Tarix: 8-02-2021, 08:35 | Çap et
 “1 ildən çoxdur ki, teatrlarımız qapısını tamaşaçıların və biz aktyorların üzünə bağlayıb. Aprelin 1-nə qədər karantindir, daha sonra isə teatr mövsüm bağlanışına doğru gedir. Hələ heçnə dəqiq deyil. Təbii ki, uzun ayrılıqdan sonra teatra adaptasiya prossesi də bizə çətin olacaq. Oynadığımız tamaşalarımızı yenidən məşq edib, bərpa etmək bir az zamanımızı alacaq. Sentyabrda da hələ dəqiq deyil ki, teatrlar açılacaq ya yox? Qonşu ölkələrdə teatrlar açıqdır, tamaşaçılar da, aktyorlar da məsafəli şəkildə sənət ocağında iştirak edirlər. Aktyorlar bir-birinin ağzına girmir ki? Bu qanunu qəbul edənlər hələ bilmirlər ki, mədəniyyət, teatr nə deməkdir? Bir az da belə getsə, teatr çöksə onda anlayacaqlar ki, mədəniyyətsiz millətin gələcəyi yoxdur. Teatrı mən narkomana bənzədirəm, narkoman iynəni bir dəfə vurdusa o ömürlük şikəst olur. Bizlər də eləyik, bu dəqiqə biz şikəstik, müalicəmiz yoxdur. Müalicəmiz odur ki, teatrlar açılsın və biz işimizi görək” Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev deyib. Aktyor pandemiyada xeyirxah işlərlə məşğul olduğunu bildirib. “Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam. İnsanların problemlərini həll edirəm. Bir gün də olsun özümə istirahət vermirəm, ancaq problem həll etmək üçün yola çıxıram. Çalışıram ki, xeyirxah işlərlə məşğul olum, çünki bu dünyada yaxşılıq qalacaq” deyə aktyor bildirib. Tanınmış aktyor daha sonra fəxri ad ala bilməməsinə də toxunub. “Məni tanıyanlar hamısı bilir ki, mən tanımadığım, bilmədiyim adamların problemlərinə görə hansısa nazirin, dövlət adamının qapısını döyən biriyəm. Məni görən kimi xoş qarşılayırlar, xətir-hörmətə görə o insanların problemləri həll olunur. Ona görə də mənə teatrda və yaxın dostlar arasında “Problem Natiq” deyirlər (gülür). Mən heç vaxt öz mənliyimə, şəxsiyyətimə sığışdırmaram ki, özüm üçün gedib kiməsə ağız açım. Hamı bilir ki, mənim fəxri adım yoxdur. Keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayevin vaxtında, təxminən 10 il bundan əvvəl nazir müavini Ədalət Vəliyevin kabinetində oldum. Mənə dedilər ki, Natiq müəllim, məsələ həll olunub, yaxın günlərdə sənin də adın fəxri ad alan sənətçilərin siyahısında çıxacaq. Mən neynirəm o adı? Əgər ki, mənim öz təmiz adım varsa! Fəxri adları ləğv etmək lazımdır. Bir çox aktyorlarımız bu kimi haqsızlıqlardan xəstəlik tapıb, dünyasını dəyişiblər. Bu gün də yaş həddinə görə teatrdan çıxanlar var ki, heç bir fəxri adsız evlərində oturublar. Mən neynirəm o adı? İstəmirəm! Fəxri ada görə nazirdən xahiş edəcəm ki, versinlər? Bu mənim zəhmətimdir, indiyə qədər verməli idilər. Verməyiblərsə demək ki, mənim zəhmətimi mənimsəyiblər. Onlar hamısı cinayətkardır, cinayət daşıyırlar. Verərlər verərlər, verməzlərsə də heç istəmirəm” deyə aktyor bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34 |
|
|
|
• Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43 |
|
|
|
• Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39 |
|
|
|
• “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
• Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00 |
|
|
|
• Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43 |
|
|
|
• "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40 |
|
|
|
• Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38 |
|
|
|
• "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31 |
|
|
|
• Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28 |
|
|
|
• Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
• Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20 |
|
|
|
• “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14 |
|
|
|
• Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09 |
|
|
|
• Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06 |
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57 |
|
|
|
• Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48 |
|
|
|
• Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45 |
|
|
|
• Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38 |
|
|
|
• “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27 |
|
|
|
• İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24 |
|
|
|
• Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21 |
|
|
|
• ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17 |
|
|
|
• Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10 |
|
|
|
• "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06 |
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47 |
|
|
|
• Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44 |
|
|
|
• Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37 |
|
|
|
• Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28 |
|
|
|
• Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18 |
|
|
|
• “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08 |
|
|
|
• Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04 |
|
|
|
• Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33 |
|
|
|
• Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26 |
|
|
|
• Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24 |
|
|
|
• İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21 |
|
|
|
• “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13 |
|
|
|
• Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• "O çörək sənə zəhər olsun"
Dünən, 10:58 |
|
|
|
• “Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57 |
|
|
|
• Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35 |
|
|
|
|