“Xəzər” TV-dən zorla çıxarılan işçi Murad Dadaşova nələr yazdı? – Şok məktub
Tarix: 29-01-2021, 11:55 | Çap et
 “Oktyabrın əvvəllərindən işdən qovulmuşam. Səbəbi saat 18:00 olardı, Bəxtiyar adlı bir yoldaş məndən xahiş etdi ki, nümunə üçün Azərbaycan bayrağını “Xəzər” TV-nin qarşısından asaq. Mən də kömək etdim və sabahısı Leyla xanım əlində həmin bayrağın sapı ilə üstümə gəldi. Məni danlamağa başladı ki, işçim niyə bayraq sancmalıdır və Bəxtiyar kimdir ki, sən ona kömək edirsən? Xatırladım ki Bəxtiyar 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Bundan sonra bir neçə təzyiqlər oldu, amma yenə dözdüm. Sonda başqa şöbəyə keçmək istədiyimi bildirdim, dedilər get, ərizəni yaz, işdən çıx”. Reportyor.info xəbər verir ki, bu sözləri Şixəliyev Rafət Həsrət oğlu “Xəzər” telekanalının baş direktoru Murad Dadaşova müraciətində yazıb.

Onun sözlərinə görə, 6 oktyabrda Ruslan və Çingiz adlı yoldaşlar bir neçə saat foyedə saxlayıblar: “Sonda otaqlarında yanına çağırıb mənə ərizəmi yazmağımı tələb etdilər. Mənsə bu şöbədə yox, digər şöbədə işləmək istədiyimi bildirdikdə Ruslan yüksək səslə mənə hədə-qorxu gələrək “Ya bu şöbədə fəhlə işləməlisən, zibil daşımalısan, ya da ərizəni yazıb “Xəzər” TV-dən getməlisən” dedi. Çingiz də öz növbəsində Ruslana dəstək verərək sakitcənə misallarla məni yumşaldıb ərizəmi yazdırmaq istədilər, çox sıxdılar və məcbur etdilər ki, işdən çıxım. Amma çıxmadım. Hörmətli Murad müəllim, sizin Qəbulunuzda olarkən soruşduğunuz bir neçə suallara cavab verə bilməməyimin də səbəbi mənə görə kimlərinsə başıaşağı olması və işdən çıxmalarını istəməməyim idi. Düşündüm ki, gözlərimdə məsumluğu siz dərk etmiş olarsınız. Və qəbulunuzdan çıxandan sonra hər şeyin yaxşı olduğunu hiss etdim, əvvəlki qaydayla işləməyə başladım. Çünki həmin şöbəyə artıq Bəxtiyar rəhbərlik edirdi. Bir gün sonra Elnarə məni çağırdı, yanında da Çingiz vardı. Mənə çox yüksək səslə qışqıraraq, çox həyasız və tərbiyəsizcə əxlaqdan kənar ifadələrlə məcbur etdi ki öz xahişimlə ərizəmi yazım işdən çıxım. Amma ərizəmi yazmadım və məni hansısa maddəylə şərləyib çıxaracaqlarını dedilər. Mənsə məhkəməyə müraciət edəcəm ki, mənə təzyiq göstərib psixoloji zərbə vurublar dedikdə, nəsə bir az düşündülər”. Şikayətçi deyir ki, sabaha kimi vaxt istəyib: “Həmin an otaqdan çıxanda Bəxtiyarla rastlaşdım, Elnarə Bəxtiyara çox yüksək səslə qışqıraraq dəfələrlə deyirdi ki, sən niyə ona iş tapşırırsan, niyə onunla söhbət edirsən, biz onu işdən qovuruq amma sən ona iş buyurursan. Sabahısı gün – 9 oktyabr Elnarə məni otağına çağırdı. Yanında Ruslan, və Çingiz də vardı. Bir daha ərizəmi yazmağımı tələb etdi, mənsə nə edirsiz-edin dedim, ərizəmi yazmayacağam. Onlar da məni çıxarmayacaqlarını və sındırmaqla, foyedə o küncdə bu küncdə saxlayaraq təzyiq edəcəylərini bildirdilər. Sonda Elçin müəllimi çağırdı və məni çölə çıxartdılar, Elçinlə nə danışıb bilmədim, Elçin müəllim məni otaqına dəvət edib çox mədəni bir şəkildə mənə diqqət göstərərək hər şeyi ətraflı dinlədi. Mənim də günahsız olduğumu özüdə etiraf etdi, ama başqa heç nə edə bilməyəcəyini bildirdi. Maddi köməklik göstərilməsi üçündə çalışacağını bildirdi, və çox çalışdı ama nəsə alınmadı. Bir çıxış yolum yalnız ərizəmi yazıb işdən çıxmağım olduğunu bildirdi, və bildirdi ki əks halda burda işləmək sənə çox çətin olacaq, çünki tapşırılıb ki, səni işə buraxmayaq. Sən yalnız bir köşədə gəlib oturub gedə bilərsən. Məni bir neçə gün bax elədə etdilər bir köşədə saatlarla saxladılar sındırmaqa çalışdılarvə bir müddət məni belə əsir kimi saxlayacaqlarını bildirdilər. Bir neçə gün əsir kimi özümü hiss etdim, sonda psixologiyam pozuldu, ciddi travma aldım, çox fikir və əsəb keçirdim, sonda Vətən sağolsun deyib təzyiq altında işdən çıxma ərizəmi yazdım. Nəzərə alsaq ki bunlar hamısı ölkədə geniş yayılan pandemiya zamanı işsizlik problemi olduğu bir zamanda baş verir. Eyni zamanda ölkədə Böyük vətən müharibəsinin getdiyi bir vaxta təsadüf edirdi. Ən əsası Əmək məcəlləsinin 69.7 bəndindədə belə halların baş verməsi qanunlada qadağandır. Hörmətli Murad müəllim, sizdən xahiş edirəm ki, qeyd olunanları nəzərə alaraq ərizəmi əsassız sayaraq məni yenidən öz işimə qəbul edəsiniz”.
Hörmətlə Şixəliyev Rafət Həsrət oğlu //Reportyor.info//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08 |
|
|
|
• Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00 |
|
|
|
• Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53 |
|
|
|
• QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52 |
|
|
|
• “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47 |
|
|
|
• HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
• Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
• Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05 |
|
|
|
• Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59 |
|
|
|
• Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56 |
|
|
|
• “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54 |
|
|
|
• Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48 |
|
|
|
• Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46 |
|
|
|
• Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35 |
|
|
|
• 5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34 |
|
|
|
• Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29 |
|
|
|
• “FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25 |
|
|
|
• `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52 |
|
|
|
• "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47 |
|
|
|
• "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45 |
|
|
|
• AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38 |
|
|
|
• Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34 |
|
|
|
• 10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23 |
|
|
|
• ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20 |
|
|
|
• “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17 |
|
|
|
• Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15 |
|
|
|
• "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13 |
|
|
|
• Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06 |
|
|
|
• “Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05 |
|
|
|
• “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00 |
|
|
|
• Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57 |
|
|
|
• Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57 |
|
|
|
• Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55 |
|
|
|
• Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07 |
|
|
|
• Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06 |
|
|
|
• Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58 |
|
|
|
• ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44 |
|
|
|
• Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42 |
|
|
|
• Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35 |
|
|
|
• Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28 |
|
|
|
• Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25 |
|
|
|
• Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21 |
|
|
|
• Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08 |
|
|
|
• Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02 |
|
|
|
• “Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00 |
|
|
|
|