"Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                 

Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar... - ANIM
Tarix: 7-11-2020, 11:12 | Çap et
Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar...
Azərbaycanın Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış ELDƏNİZ ZEYNALOVun xatirə günüdür.
Bu gün onun vəfatından 19 il keçir
Hörmətlə xatırlayaq.

Onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Səməd Vurğun onlara qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni il qabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram.
O məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında dayısının da təsiri vardı.

Eldəniz Zeynalov 1937-ci il, yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram TРµatrında uşaq rРѕllarında çıС…ış Рµdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).
Tələbəlik illərində Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib.

Bakıda ziyalı ailəsində anadan olan Eldəniz Zeynalovun sənətə gəlməsi bəlkə də təsadüfi deyildi. Çünki hələ orta məktəbdə oxuyarkən dayısı tanınmış sənətkar Həsənağa Salayev bacısı oğlunda teatra, kinoya maraq yaranmasına səbəb olub. Orta məktəbdə oxuyanda dayısı Həsənağa Salayevin tövsiyəsi ilə dram teatrında uşaq rollarında çıxış edib. Daha sonra marağını peşəkar səviyyədə inkişaf etdirmək üçün İncəsənət İnstitutunda aktyorluq təhsili alıb. Tələbə ikən Eldar Quliyev onu özünün çəkdiyi “Bir cənub şəhərin”də filminə baş rola dəvət edir. Bu filmlə də aktyorun sənət yolu başlayıb.İnstitutu bitirib Akademik Milli Dram Teatrına təyinat alır. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb.
Akademik Dram Teatrında işə başlayan gənc aktyora burada müxtəlif səpkili rollar həvalə edirdilər. Bu teatrda qoyulan “Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”, “Köhnə ev” və başqa onlarca tamaşadakı rolları ilə səhnədən də sözünü deməyi bacardı.
Eldəniz Zeynalov yaradıcılığını iki istiqamətdə davam etdirib.
O, həm də “Azərbaycanfilm” kinostudiyasında paralel fəaliyyət göstərib.
Tez-tez filmlərdə çəkilirdi. Eldəniz Zeynalov “Yeddi oğul istərəm”, “Rəqiblər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Hər şey yaxşılığa doğru” “Babamızın babasının babası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Mən mahnı qoşuram”, “”Yerlə göy arasında” və digər filmlərdə, “Qonşu qonşu olsa” teletamaşasında maraqlı, yaddaqalan obrazlar canlandırıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) filmlərində də çəkilib.
“Mozalan” satirik kinojurnalının neçə-neçə süjetində onun maraqlı, ifşa və islahedici rolları var. Bu kiçik rolları ilə o, dövrün bəzi qaranlıq məqamlarına aydınlıq gətirirdi.

Eldəniz Zeynalov bir müddət teatrdan ayrılsa da, səhnənin cazibəsi yenidən onu Milli Dram Teatrına qaytarır. Xalq artisti ömrünün sonunadək burada çalışıb. "777 nömrəli iş", "Babamızın babasının babası", "Bağ mövsümü", "Dörd bazar günü", "Əhməd haradadır?", "Qızıl uçurum", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yol əhvalatı", "Yeddi oğul istərəm" filmlərində müxtəlif rollarda olub. Teatr və kino ilə bərabər,
Eldəniz Zeynalov televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaradıb.
Aktyor Rusiya və özbək kinomatoqrafçılarının istehsal etdiyi bir neçə xarici filmlərdə də rol alıb.
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı kimi qəbul edirdi. Lakin aktyorun imkanlarını üzə çıxarmağı bacaran rejissorlar onu tamaşaçıya hər tərəfdən tanıdıb. Eldəniz Zeynalov rollarında həm başqalaşırdı, həm də özü kimi tanınırdı – komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində” filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında maraqlı psixologiyası olan ticarətçi, “Əhməd haradadır?” komediyasında şən fəhlə, “Yeddi oğul istərəm”də iki siyasi quruluş arasında çaşbaş qalmış kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl epizodik rolu Eldəniz Zeynalovun yüksək istedad sahibi olmasının nəticəsi idi. Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı davranışındakı səmimiliyinin dərəcəsi, rolun ifa tərzinin səmimiliyində də aydın görünürdü. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdəki təbii səmimiliyini özündən asılı olmadan, aktyorluğuna da köçürürdü...
Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkəndə, ona Mirpaşa obrazını təklif eləmişdi. Amma o, atdan qorxduğu üçün bu roldan imtina etdi. Ona görə də Tofiq Tağızadə onu kəndli rolunda çəkdi. Çəkilişlərdə məzəli bir hadisə olmuşdu – qəhrəmanını güllə ilə vurub öldürürlər. O da deyir ki, nahaq yerə məni öldürdün. Bax, həmin epizod çəkiləndə kadr arxasında üzünü Tofiq Tağızadəyə tutub deyib ki, gərək filmin axırında öldürəydin, qonorarım yaxşı çıxaydı.
Onun haqqında maraqlı xatirələr çoxdur. Hamısı da xoş, ürəyəyatan xatirələr.

Eldəniz Zeynalov həm də ailəcanlı insan idi. Onun dəyərli övladları var. Oğlanlarından biri - Elbrus Zeynalov televiziya rejissorudur, digəri -
Məmməd Zeynalov isə atasının yolunu davam etdirir. Qızı isə iqtisadçıdır.

Eldəniz Zeynalov “Humay” mükafatına, Əməkdar artist, Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2002-ci il noyabrın 5-də amansız ölüm onu aramızdan apardı.
O, Yasamal qəbiristanlığında dəfn edilib.

Oğlu Elbrus Zeynalovun xatirələrindən:
- O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı. Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə "qədeş" kimi danışırdı.
Tək özünə qarşı yox, ətrafdakı insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə qalxırdı.
Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyubmuş...
Bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm.
O, yaxın dostları Telman Adıgözəlov və Mikayıl Mirzəni nəzərdə tutmuşdu...

Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi başqa idi. Atam həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı. Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə yaşadı. Hətta huşumu da itirdim.
Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez girirdi.
Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.
Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri toya çağıracam. Qismət olmadı...
Əlbəttə, dünyasını dıyişəndən sonra olsa da, arzuları reallaşdı.
İki qardaşıq, bir bacımız var.
Mən də, qardaşım da artıq ailə qurmuşuq...

Azərbaycanın Xalq artisti Eldəniz Zeynalov dünyasını dəyişdi. Bizə isə onun yaratdığı gözəl obrazları, heç vaxt unutmayacağımız şirin zarafatları, bir də əziz xatirələri qaldı..

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Dünən, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Dünən, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Dünən, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Dünən, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru