Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                 

"Mən özüm də inanmazdım ki, biz bir ideya ətrafında birləşib, nə isə edə bilərik"
Tarix: 29-10-2020, 10:21 | Çap et
"Mən özüm də inanmazdım ki, biz bir ideya ətrafında birləşib, nə isə edə bilərik"
Məşhur aktyor və rejissor Aqil M.Quliyev müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Aqil bəy, cəbhədə baş verən hadisələri aktiv izləyirsinizmi?

- Təbii ki, aktiv şəkildə izləyirəm, lazım bildiyim informasiyaları sosial şəbəkədə paylaşıram. Amma çalışıram emosiyalarımıza sahib çıxaq. Çünki şükür Allaha, savaşda qələbə bizimdir. Bu, sadə problem deyil, 30 ildir həll edilmirdi. Hər bir prosesin arxasında ideoloji sistem var. Biz hazırda Ermənistan və erməni xalqı ilə mübarizə aparmırıq. Biz “erməni ideologiyası” ilə mübarizə aparırıq. Onları birləşdirən budur, dərinə getsək, elmi dildə ifadə eləsək, ultra-sağ millətçi ideologiya ilə üz-üzəyik. Vaxtilə Qaregin Njde və sirdaşları da bu ideologiya ilə silahlanıblar.

Məsələn, mən bir müddət bunu araşdırdım, vikipediyada məlumatlar ancaq rus və ingilis dillərindədir. Bunu bilərəkdən belə ediblər. Həmin mətnləri Azərbaycan və türk dillərinə çevirmək olmur. Bunları tərcümə edib, öyrənmək lazımdır. Konkret olaraq, bu, ən pis milliyyətçilikdir.

- Siz neonasizmdən danışırsınız?

- Mən hazırda erməni ideologiyasından danışıram. Onun kökü nədir? Nəyə görə neçə milyon insan buna aldanıb? Sadə bir fikrə on milyondan çox insan aldanmaz, ondan istifadə etməz. Əslində, problem budur.

- Gələcəkdə Vətən müharibəmizi ekranlaşdırmaq, tutalım, general Polad Həşimov, Milli qəhrəman Mübariz İbrahimovun həyatından film çəkmək istərdinizmi?

- Zənnimcə, bu, mənim yox, Mədəniyyət Nazirliyinin, Kinematoqrafçılar İttifaqının qarşısına qoyulan ilkin məqsədlərdən biri olmalıdır. Hazırda qalibiyyət ruhu daha güclüdür, biz hamımız bir bayraq altında birləşmişik. Təbii ki, bunu yaşadan filmlər çəkmək lazımdır. Bu, tək mənim fikrim deyil, Vətəni sevən hər rejissor, prodüser başa düşür ki, biz ali məqsədimizi, qələbə ruhumuzu filmlərdə, tamaşalarda, seriallarda, yazıçı və şairlərimiz isə ədəbiyyatda yaşatmalıyıq.

- Könüllü orduya yazılmısınız?

- Şükür Allaha, elə bir vəziyyətdəyik ki, buna ehtiyac yoxdur. Amma fikirləşirəm ki, hər insan öz sahəsində, bildiyi sahədə mübarizə aparmalıdır.

- Cəbhə bölgəsinə getmək istəyərsinizmi?

- Bu yaşda yararlı olacamsa, niyə də yox?!

- Prezident İlham Əliyevin qələbə xəbərlərini hər birimiz böyük məmnuniyyətlə gözləyirik. Sizin təəssüratlarınız necədir?

- Mənim anam Qarabağdan, Ağdərədən, atam isə Laçındandır. Anam bütün günü televizorun qarşısındadır. Xalalarım Tərtərdə yaşayır. Ona görə də bu, bizim üçün həssas məsələdir.

- Xəzər televiziyasında həmkarınız Kənan M.M ilə "Qayıdış" serialına çəkilirsiniz...

- Əvvəla deyim ki, "Qayıdış" serialının çəkilişi davam edir. Mənfi obraz canlandırıram. Kənan M.M gözəl rejissor və aktyordur. Bu işləri çox gözəl bacarır.

- 90-cı illərdən bu sahədəsiniz. Ümumiyyətlə, bu gün kino sahəsini necə qiymətləndirirsiniz? Dünya ilə ayaqlaşacaq vəziyyətə gələ bilərikmi?

- İnsanı hər şeydən fərqləndirən ideyaya uymaqdır. Hər bir toplumu müəyyən istiqamətə yönəltmək olar. İki ay əvvəl heç kim inanmazdı ki, biz bu günü yaşayacağıq. Mən özüm də inanmazdım ki, biz bir ideya ətrafında birləşib, nə isə edə bilərik. Bu baş verir.

Bizim kinoda da böyük dəyişikliklər baş verir, kadr dəyişikliyi var, "Azərbaycanfilm" kinostudiyasına gənc kadrlar təyin olunub. Çox inanıram ki, indi nə isə baş verəcək. Məsələn, "Vikinqlər" teleserialına iki ay əvvəl tamamilə fərqli hisslə, indi isə başqa duyğu ilə baxırıq. Qalibiyyət genə işləyəndə hər şeyi başqa cür qəbul edirsən.

Artıq bizdə hər şey dəyişəcək və dəyişməlidir. 30 il özünü uduzmuş hiss etmək pis haldır. Biz patriarxal cəmiyyətdə yaşayırıq.

- Sizin xarici ölkələrdə rejissor dostlarınız var. Onlardan hansı birisə ölkəmizə dəstək veribmi?

- Ukraynada dostlarım çoxdur. Eləcə də rus və yəhudi dostlarım var. Onlar açıq və şəxsi söhbətlərdə dəstək oldular. Təbii ki, susan da var. Amma mən gördüm ki, biz tək deyilik.

- Bir az öncə qeyd etdiniz ki, Vətən müharibəsindən bəhs edən film Mədəniyyət Nazirliyinin işi olmalıdır. Maraqlıdır, siz özünüz belə bir təşəbbüsünüzlə çıxış edərsinizmi?

- Özümüz 2010-cu ildən "Şaman" filmini çəkirik. Ekran əsərinə döyüş meydanından səhnələr əlavə edəcəyik. Və film döyüş meydanı ilə bitəcək.

- Filmdə mərhum Xalq artisti Amaliya Pənahova da oynayırdı...

- Bəli, filmdə xalq artistləri Amaliya Pənahova, Baliyev Yuri Nikolayeviç oynayıb. Ekran əsərində kifayət qədər tanınmış aktyorlar var. Biz filmə başlayanda ssenarinin kulminasiya nöqtəsinə özümüz də inanmırdıq. İndi o günə çatdıq, savaşımız başladı. Son baş verənlər bizə filmi bitirməyə imkan verir.

- Filmdə Amaliya xanımın obrazını necə tamamladınız?

- Elə yazılmış və çəkilmişdi ki, obrazı neytral və paralel gedir. İnşallah, filmin təqdimatı baş tutanda görərsiniz.

- Bir rejissor kimi işlərinizə çoxlu zaman sərf edir və təqdimata tələsmirsiz. Bu, nədən irəli gəlir?

- "Şaman" filmi on ildir çəkilir, bədii filmdir. Qədim türk mifologiyası üzərində qurulmuş bir ekran əsəridir. Bu film sifarişli deyil. Əgər sən nə isə yaratmaq istəyirsənsə, bütün gücünü, zamanını ona verməlisən. Səndən sonra yaratdıqların yaşamalıdır. "Şaman" filminə ssenari yazılır, inşallah, savaşa nöqtə qoyulsun və biz çəkilişlərə başlayaq. Bu, üç saatlıq film olacaq.

- Filmin çəkilişləri on il davam edibsə, iddiası nə qədərdir?

- Filmə iddiamız çox böyükdür. Film qədim türk mifologiyasından bəhs edir. Qədim türk tayfalarını Altaydan bu tərəfə gətirən bir ideologiyadır. Bizim əcdadlarımız hansı inanclarla bu qədər yol gəliblər, həmişə mənə maraqlı gəlib. Mifologiya haqqında ilk dəfə film çəkilir.

- Bir müddət əvvəl qısamüddətli həbs həyatı yaşadınız. O zaman yazılar yazmağa başladınız. Amma yazılanları görə bilmədik...

- İnşallah, görəcəksiniz. Kitab şəklində nəşr ediləcək. Zaman çox nisbi məfhumdur. Mən öz həyatımdan yazıram. Və bu yazıların kulminasiya nöqtəsini görmürəmsə, nəyəsə mühüm yanaşma gətirmirsə, bunu heç kim oxumasa yaxşıdır.

Ona görə həyatımda mühüm hadisəni yaradıram ki, yaşadıqlarım maraqlı olsun. Mən hansısa keçəl əminin həyatını niyə oxumalıyam? Maraqlı bir həyat yaşayıbsa, başqa məsələ...

- Kitabda həbsdə yaşadıqlarınızı, yoxsa ümumi həyatınızı qələmə alırsınız?

- Kitab yalnız həbs həyatından ibarət deyil, bioqrafikdir. Kiminsə avtobioqrafiyasını oxuyanda əvvəlcə düşünürəm ki, bu insan nə yaradıb, kitabda nə yazıb və mənə nə verəcək?

- İnandırıcı hadisə olmadığına görə kitabı üzə çıxarmırsınız?

- Həyatım davam edir. Və həyatım kifayət qədər maraqlı macəralardan ibarətdir.

- Aqil M.Quliyev bioqrafiyasının fərqi nədən olacaq?

- Onu gərək oxuyasınız...

- Kitabın adı?

- Yəqin ki, "Şaman" olacaq.

- Mistikaya o qədər inanırsınız?

- Mən mistikaya inanmıram, mən mistikanı bilirəm.

- Mistik qorxularınız varmı?

- Uşaqlıqda var idi. Qara basırdı, yuxumda çox şeylər görürdüm. İntellekt sayəsində onlar yox oldu. Atam məni bu barədə çox sərt tərbiyə edib. Uşaq vaxtı günə 150 səhifə kitab oxuyurdum. İntellekt sayəsində daxilimdəki qaranlıq qorxunu yenə bildim.

- Öldükdən sonra ikinci dünyanın var olduğuna inanırsınızmı?

- Bəli, bəşəriyyət ölümdən sonra nəyinsə baş verəcəyinə inanır. Əsas məsələ nə olacağıdı... Hamı bilir ki, nəsə bir qüvvə var. O qüvvəyə qoyulan ad, sitayiş formaları fərqlidir. Həyatda biz tək deyilik. Təbii, mən inanıram ki, o tərəfdə bir dünya var.

- Dindar insansınız?

- Dindar və inanclı olmaq tam fərqli məfhumlardır. İnam göydən gəlir, din isə insanların icad etdiyi strukturdur.

- Sizcə, Allah əvvəldən mövcud idi, yoxsa onu insanlar yaradıb?

- Mən düşünürəm ki, özümüz haqqında böyük fikirdəyik. Mən insan və bəşəriyyət haqqında yüksək fikirdə deyiləm.

- Sizin səsinizdə vətənpərvərlik ruhlu verilişlər təqdim etmək gözəl alınardı. Belə bir fikriniz varmı?

- Dəvət olsa, qəbul edərəm.

- Adətən, rejissorlar demokratik fikirli insanlar olur. Bu, nə dərəcədə doğru yanaşmadır?

- Mən deməzdim ki, rejissorlar demokratdırlar, bu belə deyil. Rejissorluqla demokratiya yaxın deyil.

- Səsinizdən söz düşmüşkən... Sizin səsinizdən xoşu gələn qadınlar çox olub?

- Olub, təbii... Kiminsə gözünə, saçına, mənim də səsimə aşiq olurlar. Qadınlar qeyri-obyektiv məxluqlardır. Xanımlar kişiləri başqa cür görürlər. Hərdən görürsən ki, gözəl qadındır, amma yanındakı çox çirkin kişi var. Deməli, qadın o kişidə nə isə tapıb. Kişilər sürətpərəstdirlər.

- Həbsdən sonrakı Aqil M.Quliyevin həyatında dəyişikliklər oldumu?

- Çox böyük fərq var. Həbs deyəndə ki, iş Apellyasiya Məhkəməsi ilə bağlandı.
\\Teleqraf.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Bu gün, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Bu gün, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Bu gün, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Bu gün, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Bu gün, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Bu gün, 16:37
Elçin Əfəndiyev vəfat edib
Bu gün, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru