Rusiyanı qorxuda saxlayan məhz budur .....                     Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? .....                     İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” .....                     Kreml və Tehranın qorxulu yuxusu .....                     Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri .....                     Tramp və onun komandası olmasaydı... .....                     Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi .....                     Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... .....                     Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır .....                     Onları bir araya gətirən Tramp olmalıdır .....                     "Bu ritual özümü toparlamağa kömək edir" .....                     33 il sonra bu qadağalar aradan qaldırıldı .....                     Rusiya yeni silahlarla HƏDƏLƏDİ .....                     Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq .....                     Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? .....                     Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                     Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                 

"Televiziyalar məsuliyyət hissini ciddi şəkildə artırmalıdır" - Qulu Məhərrəmli
Tarix: 14-10-2020, 08:29 | Çap et
"Televiziyalar məsuliyyət hissini ciddi şəkildə artırmalıdır"
Cəbhədəki vəziyyətlə əlaqədar, internetə məhdudiyyət tətbiq edilməsindən sonrakı müddətdə yerli televiziya kanallarına baxış sayı artıb. Bu barədə AYNA-nın sorğusuna cavab olaraq, Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

“Əldə etdiyimiz məlumatlara əsasən, bildirmək olar ki, internetə məhdudiyyət tətbiq edilməsindən başlayaraq televiziya kanallarına baxış həcmi ortalama olaraq 50%-ə yaxın artıb. FM radio kanalları ilə bağlı dəqiq rəqəmlər olmasa da, onların da dinləyici həcminin artmasını qeyd etmək olar”, - deyə məlumatda qeyd olunur.

Bəli, 27 sentyabr səhər saatlarından Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazisinə atəş açmasından sonra Azərbaycan Ordusu əks-kücuma keçdi. Bundan sonra Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı, və qismən səfərbərlik elan edildi.

Bununla yanaşı, 27 sentyabrdan internet məhdudlaşdırıldı. Beləliklə də cəbhədən xəbər almağın ən əlçatan yolu televiziya və FM radio kanallarımız olmağa başladı. Elə hazırda da məhdudiyyət davam edir, ürəyi səksəkədə olan hər kəsin gözü-qulağı ya televizorda, ya da radiodadır.

Lakin hələlik görünən mənzərə onu deməyə əsas verir ki, nə televiziya, nə də radio kanallarının operativliyi qənaətbəxşdir. Daha öncədən də xəbər verdiyimiz kimi humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozan Ermənistan, 11 oktyabr gecə saatlarında hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutdu. Raket atəşi nəticəsində, indiyə olan məlumata görə, 4-ü qadın olmaqla 9 nəfər həlak olub, aralarında uşaqlar da olan 35 nəfər yaralanıb, 7 binaya zərər dəyib.

Həmin gecə hadisə yerindən canlı yayım etməli olduqları halda, bir çox televiziya kanallarımızın səssiz qalması ictimaiyyətdə qıcıq yaradır. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli AYNA-ya açıqlamasında deyib ki, hazırkı mərhələdə telekanalların üzərinə daha böyük məsuliyyət düşür.

“Əslində, bu hadisələr başlayandan televiziyalar operativ işləməyə çalışır, lakin hiss olunur ki, verilən məlumatlar bir çox hallarda özlərinin tapıb-çıxartdıqları məlumatlar deyil, Müdafiə Nazirliyinin və ya digər rəsmi orqanlardan verilən məlumatlardır. Televiziya kanallarının özləri çox zaman bu sistemlə işləyir: Bizə məlumat versinlər, tapşırıq versinlər, biz də bunu işıqlandıraq və sair. Mənə elə gəlir ki, indiki halda o postulat qüvvədən düşür, çünki müharibə şəraitidir, ekstremal vəziyyətdir. Auditoriyanın məlumata daha çox ehtiyacı var. Üstəlik, şəraitin özü insanların düşüncələrini, qavrayışını həssaslaşdırıb. Bunlar hamısı üst-üstə gələndə təbii ki, televiziyalar da məsuliyyət hissini ciddi şəkildə artırmalıdır”, - müsahibimiz bildirib.

Professorun fikrincə, Gəncə hadisələri göstərdi ki, bizim televiziyalar bir mexanizm kimi yenilikləri tutmağa və onu tamaşaçıya çatdırmağa o qədər də hazır deyil: “Amma struktur etibarilə bir institutlaşmış vəziyyət var: Xüsusi müxbirlər var, yerlərdə onların məntəqələri var. Lakin nöqsanlı olan oradakı işin quruluşudur. Hesab edirəm ki, televiziyalar bu məsələyə yenidən baxmalıdır. Mənim düşüncəmə görə, Gəncə, Mingəçevir, Tərtərdə, yəni düşmən tərəfin hədəf aldığı nöqtələrdə reportyor məntəqələrində müxbirlər xüsusi növbəli rejimlə işləməlidirlər. Gözlənilməz xəbərlər çoxdur. Mən demirəm ki, müxbirlər keşik çəkməlidirlər. Lakin müxbirlər gecə ortaya çıxacaq xəbərləri, oradakı insanların yüksək əhval-ruhiyyəsindən doğan müəyyən məqamları tamaşaçıya vaxtında təqdim etməyi bacarmalıdırlar. İkinci bir məqam isə budur ki, yerli radiolarımızın səsi oralara gedib çıxmır. Dediyimiz məntəqələrdə daha çox Ermənistan, İran radiolarının səsi eşidilir. Ona görə də bizim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi bunu nəzərə almalıdır, gücləndiricilərin sayı artmalıdır. Xüsusən də, büdcədən maliyyələşən radiolar erməni dilində xəbərləri artırmalıdır. CBC televiziyası var, onlar 10-15 dəqiqəlik erməni dilində verilişlər verirlər, bu müddət artırılmalıdır”.

Erməni dilində verilişlərin olmasını Məhərrəmli belə izah edir: “Hazırda Qarabağda yaşayanlar bizim vətəndaşlarımızdır, onlar nələr baş verdiyini təkcə özlərinin yalan fabrikindən yox, həm də bizdən eşitməlidirlər. Hesab edirəm ki, o bölgələrin birində erməni dilində xəbərlər, verilişlər yayan bir radiostansiyanın fəaliyyətinə ehtiyac var və bu, çox ciddi bir məsələdir. Bunlar hamısı bir yerdə təbii ki, indiki xəbər mənzərəsində olan boşluqlardır və bunları təcili aradan qaldırmalıyıq”.

Həmsöhbətimizin sözlərinə görə, Gəncə hadisəsinə qədər televiziya kanallarımız müəyyən qədər babat işləyirdi: “Məlumatlar verilir, “dəyirmi masa”lar təşkil edir, müzakirələr aparırdılar. Bütün televiziya kanallarının effektiv müzakirələr aparmadığı fikri ilə razı deyiləm. Məsələn, İTV-də gedən müzakirələri effektiv hesab edirəm. Başqa televiziya kanalları da çalışırlar, lakin hiss edirsən ki, müəyyən nöqsanlar var. Mən hesab edirəm ki, hazırda müzakirələri birbaşa tarix üzərindən aparmağa, Ermənistan reallıqlarını ələ salmağa bəlkə də ehiyac yoxdur. Bu gün önəmli olan Azərbaycan auditoriyasının şüuruna bu mübarizənin Azərbaycanın haqqı işi olduğunu, Azərbaycanın apardığı ədalətli əks-hücumları çatdırmaqdır”.

“Digər tərəfdən də bölgənin və dünyanın mənzərəsini anlatmağa ehtiyac var. Elə adamlar var ki, onların ümumi səviyyəsi bəzi qeyri-peşəkar politoloqların, hərbi ekspertlərin bildiyindən daha yuxarıdır. Ona görə də müzakirəyə gələn adamların bir çoxu olduqca köhnə məlumatlara istinad edirlər. Bizə lazımdır ki, camaatımız bilsin ki, bu dəqiqə ölkədə, qonşu ölkələrdə, bölgədə, dünyada hansı proseslər gedir, biz bu davanı niyə aparırıq. Xalq bilməlidir ki, biz apardığımız bu milli dava ilə millət olaraq öz heysiyyətimizi, ləyaqətimizi, dünya xalqları içərisində yerimizi qoruyuruq. Biz müstəqil dövlət olduğumuzu ifadə edirik. Bu, çox önəmlidir və bu cür məqamlar olduqca çoxdur ki, bunları tezislər şəklində televiziyalar verməlidir. Lakin bəzi müzakirələr var ki, bəli, onlar maraqlıdır, faydalıdır, auditoriyaya xeyri dəyir”, - deyə professor vurğulayıb.

Q.Məhərrəmli əlavə edib ki, bir çox hallarda müxbirlər əsas vəzifələrini unudurlar: “İndiki şəraitdə televiziya kanalları auditoriyanın həssaslığını xüsusi qiymətləndirməlidir. İndi əvvəlki kimi deyil, məlumat mənbələri məhdud olduğuna görə, televiziya bir qədər önə keçib. Qüsurlardan danışarkən, bir çox hallarda yerlərdəki müxbirlərin qeyri-peşəkar davranmalarını da vurğulamalıyıq. İndiki halda biz daha çox hərbi jurnalistikadan yox, hesab edirəm ki, normal reportyor haqqında danışsaq, daha səmərəli olar. Məsələn, Gəncə hadisələrini işıqlandırmaq üçün hərbi jurnalist olmağa ehtiyac yoxdur, yaxşı reportyor olmaq laızmdır: bilikli, informasiya duyumu güclü olan. Onların əsas işi ondan ibarətdir ki, o bölgədə hansı yeniliklər var, nələr baş verib, əhalinin əhval-ruhiyəsi nə yerdədir və s. bunları vermələri lazımdır. Lakin bəzən yerlərdəki müxbirlərdən canlı yayıma qoşulanlar siyasətdən danışır, təbliğat aparırlar. Bu, reportyorun vəzifəsinə, funksiyasına aid deyil. Çox təəssüf ki, onsuz da bizim televiziyaların təbliğat yükü həddindən artıq çoxdur və bəzən yaxşı, səmərəli, maraqlı informasiya da o təbliğatın içərisində əriyib gedir. Buna diqqət etmək lazımdır ki, belə hallar olmasın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
Bu gün, 07:10
Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? - İTTİHAM VAR...
Bu gün, 06:26
İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” – Nələr yaşanır?
Bu gün, 06:21
Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Bu gün, 05:36
Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək
Bu gün, 05:22
Tramp və onun komandası olmasaydı... - deputat
Bu gün, 05:19
Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi - Fotolar
Bu gün, 05:14
Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... - KİV
Bu gün, 05:10
Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - İLGİNC İDDİA
Bu gün, 05:07
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Dünən, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Dünən, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Dünən, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Dünən, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Dünən, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Dünən, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Dünən, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Dünən, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Dünən, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Dünən, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Dünən, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Dünən, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Dünən, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Dünən, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Dünən, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Dünən, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Dünən, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Dünən, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Dünən, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Dünən, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Dünən, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Dünən, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Dünən, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Dünən, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Dünən, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Dünən, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Dünən, 03:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru