Kobfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                     Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... .....                     Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir .....                     Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub .....                     Tanınmış iş adamı dünyasını dəyişib .....                     İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... .....                     Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? .....                     DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi .....                     KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                 

Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur - ETİRAZ
Tarix: 3-10-2020, 09:17 | Çap et
Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur
Asif Qəhrəmanov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunudur. Uşaqlıqdan incəsənətə sevgisi olan qəhrəmanımız fotoqrafiya ilə maraqlanıb, fotolar çəkməyə başlayıb. Müsahibimiz Sputnik Azərbaycan-a danışarkən bildirib ki, anasının təkidi ilə İqtisadiyyat Universitetinə qəbul olunub, amma incəsənətə olan sevgisinə görə həmin universiteti yarımçıq qoyub: "Atam həmişə deyirdi ki, yaxşı olar ki, sən operator olasan.

Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə (ÜDKU) daxil olsan, yaxşı olar. Amma o zamanlar Rusiyada vəziyyət gərgin idi. Mən məktəbi bitirdikdən sonra anam da dedi: "Yox, incəsənət adamlarının vəziyyəti pisdir, sən də ac qalacaqsan". Doğrudan da o dönəmlərdə incəsənət sahəsində çalışan insanların vəziyyəti çox çətin idi. Məcburən İqtisadiyyat Universitetinə qəbul oldum, amma oranı könülsüz oxudum. O qədər könülsüz oxudum ki, heç diplom müdafiəsinə girmədim, diplomdan imtina etdim. 2 il sonra İncəsənət Universitetinə - operatorluq fakültəsinə qəbul oldum. İlk işim, Yavər Rzayevin "İlahi məxluq" filmində bir müddət çalışdım. Bir neçə müddət Bakıda bir neçə studiyada fəaliyyət göstərdim".

Daha çox sənədli filmlərə fokuslanan operator deyir ki, sənədli filmlər bədii filmlərə nisbətən daha çox məsuliyyət tələb edir: "Sənədli film həm operativlik, həm də diqqət tələb edir. Tutaq ki, hansısa tarixi hadisə ilə bağlı sənədli film çəkilirsə, həmin tarixi hadisənin hər detalını araşdırmaq lazımdır ki, sonradan ona baxan tamaşaçı səhv tapmasın. Sənədli film faktlar üzərində qurulub. Bu gün çəkilən sənədli filmlərdə ən böyük problem budur".

"Bu gün dövlət büdcəsi hesabına şəhidlərimiz haqqında sənədli filmlər çəkilir. O filmləri necə qiymətləndirirsiniz?" sualına Asif Qəhrəmanovun cavabı belə olub:

"Açığını deyim, o filmləri quş qoymaq üçün çəkirlər. Milli qəhrəman haqqında filmi milli qəhrəmana layiq, kinodan başı çıxan adam çəkməlidir. Milli qəhrəmanın həyatını ən azından bir il araşdırmaq lazımdır. Mövcud filmlərin keyfiyyəti çox aşağıdır. Ona görə də baxa bilmirəm, hövsələm çatmır".
Həmsöhbətimiz bildirir ki, Azərbaycan kinosundakı problemlərin kökündə ADMİU-nun təhsil sistemindəki problemlər dayanır: "Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin maddi-texniki bazası bizim universitetdən çox yüksəkdir. Bizim ADMİU-da, demək olar ki, heç nə yoxdur. Hətta həvəskar kameralar belə çox zəifdir. Amma bizim çox savadlı müəllimlərimiz var. Mənim ADMİU-da kurs rəhbərim Əməkdar incəsənət xadimi Amin Novruzov olub. ÜDKU-da isə kurs rəhbərim Amin müəllimin qrup yoldaşı oldu. Kurs rəhbərim dedi ki, Amin Novruzov çox yaxşı tələbə olub, əlaçı olub. Həmin Universiteti "qırmızı diplom"la bitirib. Amin müəllim mənə bu sahənin nəzəriyyəsinin 90%-ni çatdırıb. Oraya gedəndə müəllimlərimin dedikləri artıq Amin müəllimdən eşitdiklərim idi".

Qəhrəmanovun fikrincə, ADMİU Təhsil Nazirliyinin balansından çıxıb, Mədəniyyət Nazirliyinin balansına keçməlidir: "İncəsənət Univeristeti büsbütün Mədəniyyət Nazirliyi üçün kadrlar hazırlayır. Belə olan təqdirdə universitetin keyfiyyəti yüksələr. Mədəniyyət Nazirliyi də öz kadrlarının keyfiyyətli hazırlanması üçün maraqlı olar. İncəsənət Universitetinə xaricdən müəllimlər gəlməlidir. Bizim müəllimlər də xaricə transfer olmalıdır. Tələbələr göndərilməlidir".

"Bizim universitetimizdə operator ixtisası üzrə təhsil səviyyəsi olduqca zəifdir. Müasir texnikalardan xəbəri yoxdur. Mən tam əminliklə deyə bilərəm ki, təkcə tələbələr yox, elə müəllimlər var ki, heç onların heç birinin müasir texnikadan xəbəri yoxdur.

Nə vaxtsa lent doğrayan adam gəlib montaj dərsi deyir. Başa düşməlidirlər ki, lent doğramaq tarixə qovuşub. Tələbələrə müasir montaj proqramları keçilməlidir. Amin müəllim bizə "Konstantin Vasiliç" kamerası haqqında dərs keçirdi. O kamera artıq muzeydədir, o, eksponatdır. Mən ona heç toxuna bilmərəm. Axı tarixə qovuşmuş kamera tələbənin nəyinə lazımdır? "Mercedes", BMW-ni sürmək üçün "Moskviç"i sürməyə ehtiyac yoxdur. Qınamıram Amin müəllimi, o, onu keçib", - deyə bildirdi.
30 ildən artıqdır ki, milli kinomuz tənəzzül dövrünü yaşayır. Müsahibimiz düşünür ki, kino azad olarsa, inkişaf edə bilər: "Diktə olunan kino inkişaf edə bilməz. Dövlət maraqlı ideyası, ssenarisi olan insanlara, əsl film çəkmək istəyən insanlara dəstək olmalıdır. Xarici studiyalarla müştərək işləməyə şərait yaradılmalıdır. Kinostudiyamızı inkişaf etdirmək lazımdır. Ora kino işçilərinin "pir"i, müqəddəs məkanı olmalıdır. Əlində maraqlı ideyası olan tələbə, məzun və ya hansısa kino işçisi oraya gedib, oranın texniki bazasından istifadə etməlidir".

Həmsöhbətimizin sözlərinə görə, kommersiya filminin inkişafı sənətlə paralel getməlidir: "Dünyada kino yarananda kommersiya xarakteri daşıyıb. Kino incəsənətin bir qolu yox, biznesin bir qolu kimi yaranıb. Sonradan incəsənətin bir qolu kimi inkişaf edib. Bizdə kommersiya inkişaf edir, amma sənət qalıb kənarda. Təbii ki, kinoteatrda popkorn yeyən tamaşaçı heç vaxt sənətə baxa bilməz. Kommersiya filmi melodram da, dram da, triller də ola bilər. Bizimkilər yapışıblar komediyadan".

"Deyirlər, azərbaycanlılar komediya sevirlər. Xeyr! Azərbaycanlılar "Təhminə"ni sevməyiblər? Bu xalq təkcə "Əhməd haradadır?"a baxmayıb ki. "Yeddi oğul istərəm"ə də baxıblar, "Arxadan vurulan zərbə"yə də baxıblar, "Qara "Volqa""ya da baxıblar. Hər şeyi "dadlı bişirmək" lazımdır", - deyə Qəhrəmanlı əlavə edib.

Ötən əsrin 60-70-ci illərində kifayət qədər müharibə mövzusunda filmlər lentə alınıb. 1941-45 müharibəsi illərində kinematoqrafçılarımız arxa və ön cəbhədə xalqımızın hünərindən bəhs edən onlarla sənədli film, o cümlədən xeyli sayda bədii film çəkiblər. 30 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır. Amma təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi, müharibədə ön və arxa cəbhədə qəhrəmanlıq göstərən insanlar haqqında çox az filmlər çəkilir. Halbuki erməni qəsbkarlarının cinayətlərini dünyaya çatdırmaq üçün kino əvəzedilməz sahədir: "Təəssüf ki, Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur. "Fəryad" filmi var, amma tək gül ilə bahar olmaz. Bəzi filmlər pul xətrinə çəkilib. Niyə lazımi filmlər çəkilmir? Bu sualı hazırda Mədəniyyət Nazirliyindəki vəzifəsindən uzaqlaşan Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova və sabiq nazir Əbülfəs Qarayevə vermək lazımdır ki, niyə bu filmləri maliyyələşdirmisiniz? Gəlin o filmə baxaq. Sənədlərdə o filmə ayrılan maliyyəni kadrda görürük? - Yox! Səbəb elə budur".

Müsahibimiz bildirir ki, müharibə mövzusunda çəkilən filmlərin uğursuz alınmasının səbəbi həm də ssenarilərin zəif olmasıdır: "Əgər ssenarilərin qəbulu obyektiv keçirilsəydi, o seçimlərdə daha savadlı, demokrat, istedadlı insanlar iştirak etsəydilər, yaxşı filmlər çəkilərdi. Dövlət düzgün kino siyasəti aparsa, düzgün kino strategiyası aparsa, filmlərimiz "Kann"a da, "Berlin"ə də, hətta "Oskar" da gedə bilər. Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və s. rejissorlar da bu torpağın insanlarıdır. Niyə onlar bacardılar, biz yox? Baxmayaraq ki, onların zamanında çox böyük senzura var idi. Burada təhsilin də rolu var. Onlar ÜDKU-da oxuyublar".

Qəhrəmovun sözlərinə görə, milli kinomuzdakı mövcud problemlərdən biri də tələbələrin test üsulu ilə qəbul olunmasıdır:

"Mən imtahan verəndə bir nəfər də mənimlə birlikdə imtahan verirdi. Fotoları möhtəşəm idi. Sonradan onu qrupumuzda görməyəndə məyus oldum. Testdən yüksək bal toplayan daxil olub, hansı ki, bu, onu qətiyyən maraqlandırmır. Amma sənəti sevən qalıb kənarda. ADMİU-nun 4-cü kursunda oxuyanda bir tələbə yaxınlaşdı ki, gəl film çəkək. Dedim çəkək. Dedim, bədii ssenaridir, yoxsa rejissor ssenarisi? Dedi, nə? Təsəvvür edin, adam universiteti bitirir, o da 4-cü kursda oxuyur. Hələ bunun fərqini bilmir. Dedi, əşi, neyləyirəm kinonu, mən DJ olacam. DJ olmaq istəyəni gətirib rejissorluğa salandadır günah. Bizim qrupumuzda 18 nəfər idik, hanı o operatorlar? - Yoxdur".
Müsahibimiz özünü bu sahədə nakam hesab edir: "Mən ÜDKU-ya daxil olanda ərizə yazdım. Mənə öhdəlik yazdırdılar ki, 5 il gəlib Azərbaycanda kinematoqrafiyanın inkişafına dəstək verə, lazım gələrsə də pedoqoji təhsillə də məşğul ola bilərsən. Çox sevindim, həqiqətən də mənim müəllimlik etməyə həvəsim var. İstəyirəm, burada gördüyüm təhsili yox, orada gördüyüm təhsili burada tətbiq edim. Mən operatorluqdan nakam qalmışam. İstəmirəm, indiki gənclər nakam qalsınlar. Atam da aktyor sənətindən nakam qalıb. Onun da gənclik illəri müharibə dövrünə təsadüf edib, məcburən uzaqlaşıb. İstəmirəm, o uşaqlar nakam qalsınlar. Gəldim ADMİU-ya, bundan əvvəlki rektor Fərəh Əliyeva ilə görüşdüm. O razılaşdı, amma kino kafedrasının müdiri Rafiq Quliyev soruşdu ki, "sən bədii filmə quruluş vermisən?" Dedim, "xeyr". İnandırım sizi ki, bizim universitetdə elə müəllimlər var ki, onların kinodan anlayışları yoxdur. Mənim çəkdiyim 20-dən artıq sənədli filmim film sayılmır?"

Asif Qəhrəmanov əlavə edib ki, son vaxtlar gənclərin xarici festivalda iştirak etməsi kino sahəsinin inkişafına təkan yarada bilər: "Son vaxtlar kino sahəsində irəliləyiş var. Kinomuzu Mədəniyyət Nazirliyi yox, xarici festivallarda iştirak edən gənclər dirçəldəcəklər".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kobfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru